Məhkəmə qərarları › İş №2(107)-1206/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1206/2021

31.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1206/2021 31.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması, evə köçürülmə və paylı mülkiyyətdə olan həmin evin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)- 174/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ümumi paylı mülkiyyətində olan 0,0547 hektar torpaq sahəsində yerləşən, ünvan 1 ünvanlı, 4 otaqlı, ümumi və yaşayış sahəsi 103 kvadrat metr olan fərdi yaşayış evinə bütövlükdə qanunsuz sahiblik etməsi, onların həmin ev üzərində olan hüquqlarından onları məhrum etməsi kimi qanunsuz hərəkətlərinə son qoyularaq, onların həmin evə köçürülmələrinə və həmin evin onun mülkiyyətçiləri arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payının paylı mülkiyyətdən ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdikləri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-174/2021 nömrəli (E.Mehdiyev) qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, evə köçürülmə və paylı mülkiyyətdə olan həmin evin naturada bölünməsi tələbinə dair 2(075)-174/2021 nömrəli mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-174/2021 nömrəli (E.Mehdiyev) qərardadından narazı qalan Cavabdeh şiakyət verərək Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-174/2021 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraat davam etdirilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-cı il tarixli, 2(075)-174/2021 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olaraq ekspertiza təyin edərək icraatı dayandırmışdır. Şəki Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(075)-1206/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, evə köçürülmə və paylı mülkiyyətdə olan həmin evin naturada bölünməsi tələbinə dair iddiaları üzrə çıxarılmış iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(075)-174/2021 nömrəli qərardadından Cavabdeh verdiyi şikayəti müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə edərək bildirdi ki, bu iş neçə vaxtdır ki uzanır. Ona görə də ekspertlərin dəqiq müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 iş üzrə məhkəmə ekspertizasının zəruri olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 da iş üzrə məhkəmə ekspertizasının zəruri olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayəti tərəflərin izahatı və işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-174/2021 nömrəli qərardadına əsasən birinci instansiya məhkəməsi Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2 (075)-174/2021 saylı qərardadı əsasında X2 tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, 104 nömrəli ekspert rəyinin kifayət qədər aydın və tam olmadığını və bu barədə tərəflərin fikrini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin olunmalı, ekspertizanın aparılması X1 ekspertlərinə həvalə edilməli və ekspert qarşısında 17 mart 2021-ci il tarixli, 104 nömrəli ekspert rəyində göstərilən bölgü nəticəsində həmin fərdi yaşayış evinin sahələri 54,4 kvadrat metri və 48,6 kvadrat metr olan hissələrinin fərqini təşkil edən 5,8 kvadrat metr sahənin qiymətinin neçə manat təşkil etməsi, həmçinin, həmin ekspert rəyi əsasında aparılacaq bölgü zamanı qeyd edilən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 27,20 kvadrat metr sahəyə giriş qapısının hansı hissədən quraşdırılmalı olması, torpaq sahəsi və ev naturada bölündüyü halda evin ikinci mərtəbəsində yerləşən 24,30 kvadrat metr otağa pilləkənin hansı qaydada quraşdırıla biləcəyi barədə suallar qoyulmalıdır. Həmin məsələlərin araşdırılması üçün xüsusi bilik tələb olunduğundan iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Göründüyü kimi işin obyektiv həlli məqsədilə xüsusi bilik tələb edən ekspert rəyi lazım olduğundan iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işin icraatını dayandırır Şərh olunanlara əsasən, apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-174/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(075)-174/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar