Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-121/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-135/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 və DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanına dair mərhum həyat yoldaşı X1 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi, (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə), mərhum həyat yoldaşı X1 mülkiyyət hüququ JN 2529 Asaylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 5 saylı ünvanda həyətyanı torpaq sahəsinin 1 m eni x 5 m uzunu və ya 10 m uzunu x 50 sm eni ölçüdə sahəsinin Cavabdeh1 tərəfindən zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinin nümayəndəsi Səxavət Kərimov iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi çıxarış faktiki olaraq yerində ölçülmüş və mövcud ölçülər əsasında verilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinə münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-135/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ünvan 5 saylı ünvanda yerləşən daşınmaz əmlakı mərhum həyat yoldaşı X4 ilə birgə nikah müddətində inşa etdirmişlər. Belə ki, həmin daşınmaz əmlakı onlar 1971- ci il tarixdə əldə etmiş , həmin ünvanda fərdi yaşayış evi inşa etdirmişlər. Həmin ünvana dair "TORPAQ QEYDİ" 1649 nömrə ilə X2 adına verilmişdir. Qeyd edilən "TORPAQ QEYDİ" sənədində torpağın həcmi 225 kv.m göstərilmişdir. Respublikamızda torpaq islahatı gedən zaman Yevlax rayonu X3 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı ilə yuxarıda qeyd edilən əsaslarla qanuni istifadələrində olan həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ JN 2529 A saylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dairşəhadətnaməyə əsasən təsbit edilmişdir. Lakin həmin şəhadətnamədə torpağın həcmi 0.02 göstərilmişdir.0.02 ha həyətyanı torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi ilə bağlı Yevlax rayonu X3 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı, o cümlədən mülkiyyət hüququnu təsbit edən JN 2529 A saylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Hal hazırda qüvvədədir. Lakin mərhum həyat yoldaşım X2 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeyd nömrəsi olan 02 10984 №-li Çıxarışda Yevlax şəhəri C. Kərimov 56 ünvanına dair torpaq sahəsinin ölçüsü 0.01954 ha olaraq qeyd edilmişdir. Yəni torpaq sahəsi ölçüsü əskik qeyd edilmişdir. Hazırda ünvan 2 saylı ünvanda yerləşməklə mərhum həyat yoldaşı ilə birgə nikah müddətində əldə etdikləri, o cümlədən miras qalmış həmin daşınmaz əmlaka qanun üzrə vərəsəlik işi açdırmaq istəyir. Lakin vahid daşınmaz əmlak olaraq 0.01954 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair verilmiş xx.xx.2011- ci il qeyd, tarixli ********** qeydiyyat nömrəsi olan 02 10984 №li Çıxarışa Yevlax şəhəri C.Kərimov 56 ünvanına dair əsasən vərəsəlik işi açdırmaq onun mənafeyinə toxunur. Bununla bağlı o, cavabdeh DƏDRX-nin 17 saylı X7 müraciət etmişdir. Onların həyət torpaq sahəsi əskik halda Çıxarışa işlənmişdir, eni x 5 m uzunuvəya 10 m uzunu x 50 sm eni. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)- 135/2020 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-135/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Yevlax şəhəri, C. Kərimov küçəsi, 56 ünvanında yerləşən 0.01954 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə iddiaçının mərhum əri Yəhya Həsənovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı isə həmin qeydi mübahisələndirməklə, eyni zamanda mülkiyyət hüququ üzrə onun mərhum ərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.01954 ha torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-2529A KOD 90101002 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu X3 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,02 hektar sahə ölçüsü olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Yevlax şəhər sakini X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi, 0.01954 ha torpaq sahəsi ilə X2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Yevlax şəhəri, C. Kərimov küçəsi, 56 ünvanında yerləşən 0.01954 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə iddiaçının mərhum əri Yəhya Həsənovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi barədə iddiaçı tərəfindən məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-135/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-135/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-121/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-121/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver