Məhkəmə qərarları › İş №2(107)-121/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-121/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-121/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı tikintinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikintinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı Hüseyn oğlunun nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1 və Cavabdeh iştirakları ilə, İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı tikintinin sökülməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(063)-130/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 26.10.21 qeydiyyat tarixli, **********28-06301 reyestr nömrəli çıxarışla Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən 76.7 kvm qeyri-yaşayış binası İddiaçı Hüseyn oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Hüseyn oğlu Cavabdeh qarşı tikintinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində və həmin qeyriyaşayış binasına bitişik tikdirdiyi tikintilərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, təsdiqlənmiş surətini bu iddia ərizəsinə əlavə etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında onun xüsusi mülkiyyətində ümumi sahəsi 76,7 kv.metr olan qeyri-yaşayış binası vardır. Cavabdehin də onun həmin qeyri-yaşayış binasının qonşuluğunda özünə məxsus qeyri-yaşayış binası vardır. Lakin cavabdeh heç kimdən, o cümlədən ondan və həmin binanın ondan əvvəlki mülkiyyətçisindən razılıq almadan həmin qeyri-yaşayış sahələrinin, o cümlədən ona məxsus olanların da üzərində əlavə tikinti tikmiş, eyni zamanda onun mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə bitişik qanunsuz bina (ambar kimi istifadə edir) tikərək, onun arxaya açılan qapısını çıxarıb atmışdır. Cavabdehin apardığı həmin tikinti işləri onun mülkiyyət hüquqlarını pozmaqla bərabər təhlükəsizlik qaydalarına da uyğun deyil və tikintiyə icazə alınmadan və fövqəladə hallar orqanları ilə razılaşdırılmadan tikildiyindən qanunsuzdur. Ona görə də cavabdehdən həmin tikintilərin sökülməsini dəfələrlə tələb etsə də bunun heç bir nəticəsi olmamış və nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edlməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur.

5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı həmin qeyri-yaşayış sahəsini almamışdan əvvəl tikinti işləri aparılmışdır, əvvəlki mülkiyyətçi də buna razı olmuşdur, iddiaçının da heç bir hüququ pozulmamışdır. Qeyd olunan tikililərə dair müvafiq sənədlərin verilməsi ilə bağlı bir neçə gün əvvəl Ucar Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətinə baxılması barədə ona hələlik məlumat verilməmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanda yerləşən ümumi sahəsi 76.7 kv.metr olan qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 26 oktyabr 2021-ci ildə qeydiyyata alınmışdır, ekspert rəyindən görünür ki, Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış əlavə tikinti işlərinin iş materiallarında olan və təqdim edilən texniki pasportda öz əksini tapmaması və eyni zamanda, həmin aparılmış tikinti işləri barədə müvafiq qurumlardan razılaşdırılmış sənədlər təqdim edilmədiyi səbəbindən Cavabdeh tərəfindən Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış tikinti işlərinin (mansard tikilisi) şəhərsalma tikinti normaları və qaydalarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənpalnlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

7. Məhkəmə hesab edir ki, cavabdeh Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında aparılmış tikinti işləri (mansard tikilisi) barədə məhkəməyə sübut təqdim etməmişdir, qanunun tələbinə görə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

8. Məhkəmə, mülki prosessual qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə tərəflərdən 150 manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir.

9. Ucar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(063)-130/2022 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində tikdirdiyi tikintinin sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 180-ci maddələrinə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanda yerləşən ümumi sahəsi 76.7 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 26 oktyabr 2021-ci ildə qeydiyyata alınmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 10/3012 nömrəli ekspert rəyindən görünür ki, Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış əlavə tikinti işlərinin iş materiallarında olan və təqdim edilən texniki pasportda öz əksini tapmaması və eyni zamanda həmin aparılmış tikinti işləri barədə müvafiq qurumlardan razılaşdırılmış sənədlər təqdim edilmədiyi səbəbindən Cavabdeh tərəfindən Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış tikinti işlərinin (mansard tikilisi) şəhərsalma tikinti normaları və qaydalarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənpalnlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçı mülkiyyətində olan qeyriyaşayış binasının üzərində Cavabdeh tərəfindən aparılmış tikinti işlərində (mansard tikilisi) ara məsafəsinin gözlənilib-gözlənilməməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənmir. İddiaçı mülkiyyət hüququnun pozulub- pozulmaması tikinti-texniki ekspertizanın səlahiyyətinə aid olmadığı və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər.

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə etməsini heç kim məhdudlaşdırmır, əksinə iddiaçı mülkiyyətindən olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə edə bilir, həmin obyektdən sərbəst şəkildə istifadə edir və həmin obyektdən onun sərbəst istifadəsinə heç bir maneə yoxdur.

15. İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə etməsinin məhdudlaşdırılması ekspertiza rəyində müəyyən olunmur.

16. Cavabdeh tərəfindən tikilmiş tikinti tikildikdən 10 il sonra İddiaçı Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasını əldə etmişdir. İddiaçı ötən müddət ərzində tikintinin sökülməsi barədə iddia qaldırmamışdır.

17. İddiaçı X6 müvafiq subyektiv hüquqa malik olub- olmamasının obyektiv araşdırılması baxımından qeyd etməyi vacib bilirəm ki, iddiaçının mübahisələndirdiyi tikintiyə heç bir hüququ yoxdur.

18. Belə ki, Cavabdeh tərəfindən tikilmiş tikintinin İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə etməsinə maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, iş materiallarında belə bir sübut yoxdur, nədəki məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir.

19. Cavabdeh tərəfindən tikilmiş tikintinin altında yerləşən torpaq sahəsi tikinti məqsədi ilə ayrılmışdır, həmin torpaq sahəsindən Cavabdeh qanunsuz istifadə etməsi müəyyən olunmur.

20. Ona görə də, Ucar rayon Məhkəməsinin 2(063)-130/2022-nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi, cavadbeh Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində tikdirdiyi tikintinin sökülməsi hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilmsini, İddiaçı iddiasının cavadbeh Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində tikdirdiyi tikintinin sökülməsi hissəsində iddia əsassız olduğu üçün təmin edilməməsini, Ucar rayon Məhkəməsinin 2(063)-130/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın - həmin qeyri- yaşayış binasına bitişik tikdirdiyi tikintilərin sökülməsi hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı Hüseyn oğlunun nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(063)- 130/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

25. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”: 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2-ci bəndində əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıqtikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Cavabdeh Ucar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(063)- 130/2022 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hazırki iş üzrə iddia tələbinin ayrılmaz olduğu qənaətinə gələrək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

32. Apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən görünür ki, sökülməsi iddia olunan tikintinin üzərində yerləşdiyi qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanana qədər Şahid mülkiyyətində olmuşdur. Daha öncə, həmin qeyri-yaşayış sahəsi Ucar rayon kooperativ cəmiyyətinin balansında olmuşdur. 17 fevral 2004-cü il tarixdə keçirilmiş müvəkkillər yığıncağının qərarı əsasında Ucar rayon kooperativ cəmiyyəti idarə heyətinin 22 iyul 2004-ci il il tarixli iclas protokolunun qərarı ilə KC-nin balansında olan 1967-ci ildə tikilmiş, H.Ə.Əliyev küçəsi 33 sayli ünvada yerləşən, 1 (2,4,x 8,6x4,0 ölçülü, “Uşaq aləmi” mağaza binasının KC-nin üzvü, payçı X3 qərara alınmışdır. 2 avqust 2004-cü il tarixli müqavilənamə ilə həmin qeyriyaşayış sahəsi olan “Uşaq aləmi” adlı mağaza binası 2.000.000 (iki milyon) AZM-ə X2. Bina 4 aprel 2011-ci ildə X7 adına qeydiyyata alınmış, xx.xx.2016-cı ildə sonuncu öldükdən sonra xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə onun vərəsəsi Şahid keçmiş, xx.xx.2020-ci ildə sonuncunun adına qeydiyyata alınmışdır. Tərəflərin izahatları ilə mübahisəsiz olaraq müəyyən olunur ki, mübahisəli tikinti X7 mülkiyyətində olduğu dövrdə inşa edilmişdir. İşin bu halı o nəticəni yaradır ki, mübahisəli tikilinin tikilməsi ilə bağlı münasibətlər Cavabdeh ilə X7 arasında yaranmışdır. Qeyriyaşayış binası vərəsəlik qaydasında Şahid keçdikdə və daha sonra alqı-satqı müqaviləsi ilə 15000 manata İddiaçı Hüseyn oğluna satıldıqda, üzərində özbaşına inşa edilmiş tikili ilə yüklü şəkildə keçmişdir. Yəni həmin tikintinin tikilməsi ilə bağlı Cavabdeh ilə İddiaçı Hüseyn oğlu arasında hər hansı münasibət yaranmamışdır.

33. Mübahisəli tikinti qeyri-yaşayış binasının həmin vaxt mülkiyyətçisi olan X7 razılığı ilə inşa edilmişdir. Daha sonra Şahid tərəfindən də həmin tikintinin mövcudluğuna və cavabdeh tərəfindən istifadəsinə razılıq verilmişdir. Həmin qeyri-yaşayış binası xx.xx.2021ci ildə İddiaçı Hüseyn oğluna satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Bu hal Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ucar şəhər İƏD üzrə nümayəndəliyinin 18 yanvar 2023-cü il tarixli 118 nömrəli məktubundan görünür ki, 2015-ci ildə Ucar şəhərində abadlıq işləri görülərkən Ucar şəhər sakini 1986-ci il təvəllüdlü Cavabdeh tərəfindən şəhərin Oğuz küçəsində yerləşən ticarət xidmət obyektinin dam örtüyü mansart tipli əsaslı surətdə təmir edilərək dəyişdirilmiş və qeyd olunan ərazinin arxitekturasına uyğun iş görülmüşdür. Qeyd olunan obyektin tamamilə dəyişdirilməsində Cavabdeh başqa heç kim o cümlədən rayon və şəhər bücəsindən vəsait xərclənməmişdir. Bundan əlavə, ünvan 2 ünvanında yaşamış X11 xx.xx.2016-cı ildə vəfat etmiş, varisləri ona məxsus olan Oğuz küçəsində yerləşən qeyri yaşayış binasının birinci mərtəbəsini şəhər sakini X1. Binanın dam örtüyü dəyişdirilərkən mərhum F.K.Sadıqovaya məxsus obyektin dam örtüyü də onun razılığı ilə Cavabdeh tərəfindən dəyişdirilmişdir.

35. Məhkəmə kollegiyası mübahisəli əraziyə keçirdiyi yerli baxışda müəyyən etdiklərini də nəzərə alaraq qeyd edir ki, mübahisəli tikili təqribən 7 il öncə - 2015-ci ildə Ucar şəhərində abadlıq işləri görülməsi ilə əlaqədar olaraq aidiyyatı qurumların etirazı olmadan, əksinə onların razılığı ilə, həmçinin həmin tikintinin üzərində yerləşdiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisi X7 razılığı ilə müəyyən məbləğdə vəsait sərf edilməklə inşa edilmişdir. Həmin tikili şəhərin ümumi görkəmi ilə ahəngdar olaraq uzlaşır, davam edən silsilə şəbəkəsinin ayrılmaz hissəsidir. Ötən dövr ərzində aidiyyatı qurumlardan, həmçinin Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən 76.7 kvm qeyri-yaşayış sahəsinin ayrı-ayrı vaxtlarda mülkiyyətçisi olmuş şəxslərdən kimsə tərəfindən həmin tikilinin mövcudluğuna etirazlar edilməmişdir.

36. Bundan əlavə, mübahisəli tikilinin sökülməsi şəhərin ümumi görkəminə xələl gətirəcəkdir. Həmçinin, iddianın təmin olunmamış hissəsində də sökülməsi tələb edilən tikililərin də təyinatını itirməsi ilə nəticələnəcəkdir. Cavabdehin həm mövcud tikiliyə çəkdiyi xərclər, həm də həmin tikilini sökməklə bağlı çəkəcəyi xərclər sonuncunu arzuolunmaz maddi itkilərə məruz qoymaqla yanaşı, iddiaçının hüququndan sui-istifadəsinin nəticəsində şəhərin ümumi görkəminə də zərər vuracaqdır. Mübahisəli tikilinin hazırki iddiaçıdan öncəki mülkiyyətçisi olan Şahid özünün mülkiyyətində olmayan əmlakı da qeyri-rəsmi olsa da, hazırki iddiaçıya satmaqla, hazırki cavabdehin maraqlarına ziyan vurmuşdur. İddiaçı isə mübahisəni qeyri-yaşayış sahəsini ona satan şəxslə həll etməli olduğu halda, hazırki cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(063)-130/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(063)-130/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı tikintinin sökülməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar