Məhkəmə qərarları › İş №2(107)-1214/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1214/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1214/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: alqı-satqı üzrə verilmiş pul tələbi, maddi ziyan) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında sadə yazılı formada imzalanan əqd mövcud olmuşdur. Həmin əqdə əsasən 26 noyabr 2010-cu il tarixdə İddiaçı Cavabdeh1 4000 ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun mülkiyyətində olan evin və həyətyanı torpaq sahəsinin alqı-satqısı məqsədilə vermiş, lakin İddiaçı tərəfindən bu hal qanunvericiliyin tələbləri daxilində rəsmiləşdirilməmişdir (daşınmaz əmlaka münasibətdə). Cavabdeh1 İddiaçı öz mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxartması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və iddia tələbi təmin edildiyindən iddiaçı cavabdehə verdiyi 4000 ABŞ dolları məbləğində pul vəsaitini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, eləcə də ilk iddia üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul" tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada daşınmaz əmlakın alqı-satqısı üçün verdiyi 4000 ABŞ dolları, abadlıq və tikinti işlərinin aparılması üçün xərclədiyi 5000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 manat maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbin həcminin azaldılması barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 daşınmaz əmlakın alqı-satqısı üçün verdiyi 4000 ABŞ dolları məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında sadə yazılı formada imzalanan əqd mövcud olmuşdur. Həmin əqdə əsasən 26 noyabr 2010-cu il tarixdə İddiaçı Cavabdeh1 4000 ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun mülkiyyətində olan evin və həyətyanı torpaq sahəsinin alqı-satqısı məqsədilə vermiş, lakin İddiaçı tərəfindən bu hal qanunvericiliyin tələbləri daxilində rəsmiləşdirilməmişdir (daşınmaz əmlaka münasibətdə). Cavabdeh1 İddiaçı öz mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxartması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və iddia tələbi təmin edildiyindən Çiçəyə verdiyi 4000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə iddia ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

6. Bundan başqa, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə öz növbəsində ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək mübahisə predmeti olmuş evin və həyətyanı torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müddət ərzində evə və həyətyanı torpaq sahəsinə vurduğu ziyana və bu ziyan nəticəsində çəkdiyi mənəvi iztiraba görə qarşılıqlı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

7. Məhkəmə ilk növbədə ilk iddianın həll edilməsinə münasibətdə mühüm xüsusatları qeyd etməyi zəruri hesab edir. İlk iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirə bilmişdir. Belə ki, işin araşdırılan hallarından, eləcə də, Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi iddianı etiraf etməsinə dair ərizəsindən də görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan yazılı razılaşmaya (sadə yazılı müqavilə) əsasən İddiaçı Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evini 4000 ABŞ doları məbləğində Cavabdeh1 almışdır. Bu hal həmçinin məhkəmə iclasının audio video yazısı zamanı Cavabdeh1 öz təsdiqedici izahatı ilə də müəyyən olunur. Beləliklə, məhkəmə ilk iddianın əsaslılığını tam sübuta yetirilmiş hesab edir.

8. Belə ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evinin yararsız hala salındığını bildirsə də, sözügedən evin əvvəl, yəni Cavabdeh1 istifadəsində olduğu vaxt yararlı olubolmamasını təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bundan başqa, onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 həyətyanı sahədə əkdiyi ağacların mövcudluğu barədə də sübutları məhkəməyə təqdim edə bilməmişdir(məhkəmə tərəfindən sözügedən əraziyə keçirilmiş baxış zamanı da bu hal öz təsdiqini tapmamışdır).

9. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir.

10. Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) ilk iddia təmin olunmuş, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 4000 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması, ilk iddia tələbi üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə aid edilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 152, 385 və 529-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Cavabdeh1 tərəfindən imzalanmaqla tərtib edilmiş 26 noyabr 2010-cu il tarixli yazılı qəbz ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən məkhəməyə təqdim olunmuş 21 may 2024-cü il tarixli ərizə 01 aprel 2024-cü il tarixli qəbz 21 may 2024-cü il tarixli qəbz

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh1, Ucar rayon Lək kəndində ümumi sahəsi 0.21 ha torpaq sahəsi və içərisində yəni torpaq sahəsinin üzərində ümumi sahəsi 45.8 kv. M fərdi yaşayış evi mövcuddur. Həyat yoldaşı uşaqla həmin evdə az müddət yaşadıqdan sonra, uşaqları da götürərək Bakı şəhərinə getmiş və hal-hazırda da Bakı şəhərində kirayədə yaşayır. Məhkəmə qətnaməsindən də görünür ki, həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Bir müddət sonra həmin fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qeyriləri tərəfindən zəbt olunduğunu, həyətyanı sahədə ferma tikərək yaşayış evin yararsız vəziyyətə salmaqla yanaşı həyətdə olan 37 ədəd meyvə ağaclarını da kəsərək məhv edərək həyəti genişləndirmiş və mal-qara üçün tövlə inşa etmişdir. Dəfələrlə evin boşaldılmasını cavabdehdən xahiş etsə də, İddiaçı buna əhəmiyyət verməmişdir, bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçı – Cavabdeh1 məcbur olaraq, Ucar rayon məhkəməsinə müraciət etmiş və cavabdehlər həmin 0.21 ha torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 45.8 kv m olan evi boşaldaraq iddiaçıya təhvil vermişlər. Məhkəmə cavabdehin etirafını yəni onu məcburi şəkildə ərizə yazdıraraq iş materiallarına əlavə etmişdir ki, guya həmin pulu evin və torpağın satışı üçün İddiaçı almışdır, halbuki tərəflər arasında qanuni alqı-satıq müqaviləsi olmamışdır. Məhkəmə öz mülahizəsinə əsaslanaraq, tərəflər arasında yazışmaya alqı-satqı müqaviləsi kimi hüquqi qiymət vermişdir.

15. Ona görə də, Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)- 626/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə qarşı verdiyi etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi iddianı etiraf etməsinə dair ərizəsindən də görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan yazılı razılaşmaya (sadə yazılı müqavilə) əsasən İddiaçı Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evini 4000 ABŞ doları məbləğində Cavabdeh1 almışdır. Apellyator məhkəmənin ona məcburi qaydada belə bir ərizə yazdırdığını iddia etsə də, bununla bağlı kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, apellyatorun MPM-nin 273-cü maddəsində nəzərdə tutulmuş qaydada protokola qeyd verməklə yuxarıda göstərdiklərini təsdiq etmək imkanı olmasına baxmayaraq, o bunu etməmişdir. Həmin maddəyə görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

25. Daha sonra, Cavabdeh1 evi İddiaçı geri almaqla həmin evə görə sonuncudan almış olduğu 4000 ABŞ dolları həcmində əsassız varlanmışdır.

26. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evinin yararsız hala salındığını bildirsə də, sözügedən evin əvvəl, yəni Cavabdeh1 istifadəsində olduğu vaxt yararlı olubolmamasını təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işdən görünür ki, məhkəmə tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və baxış zamanı da Cavabdeh1 həyətyanı sahədə ağaclar əkdiyi və həmin ağacların məhv olunduğunu deməyə əsas verən heç bir hal aşkar edilməmişdir.

27. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(063)-626/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar