Məhkəmə qərarları › İş №2(107)-1215/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1215/2020

04.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1215/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, X6katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə, DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, və Cavabdeh3 qarşı reyestr nömrəsi **********88 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülkiiş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-169/2020nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********88 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən- Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlunun payına münasibətdə 0.8116 ha torpaq sahəsinə dair hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-169/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********88 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlunun payına münasibətdə 0.8116 ha torpaq sahəsinə dair hissəsində ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-169/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Balakən rayonu Püştətala kəndində yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmkəndliləridir. Cavabdeh2 və onun ailə üzvlərinə Balakən rayon X4 xx.xx.2002-ci il tarixli, 06 nömrəli qərarı ilə 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 1.29 ha pay torpaq sahəsinə JN 2xx xxx 40111018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı verilmişdir. Cavabdehlərə verilmiş torpaq sahəsi iki ərazidən ayrılmışdır. Cavabdehlər çöldə yerləşən 12116.59 kvm torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. İddiaçının torpaq sahəsinə ehtiyacı olduğuna görə həmin əmlakı almaq qərarına gəlmişdir. İddiaçı xx xxxxx 2004-cü ildə şahidlərin iştirakı ilə Balakən rayon Püştətala Bələdiyyəsində akt tərtib edilərək, cavabdehlərə məxsus olan 12116.59 kvm kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manata almışdır. Cavabdehlər pulu aldıqdan sonra torpaq sahələrini iddiaçıya təhvil vermişlər. Onlar bildirmişlər ki, özlərinin sənədləri qaydasında olduqdan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə iddiaçı cavabdehlərlə razılaşmışdır. Eyni zamanda cavabdehlər iltizam verərək gələcəkdə torpaq sahəsi ilə bağlı heç bir tələbləri və şikayətləri olmayacağını qeyd etmişlər. Bundan sonra iddiaçı da həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Hazırda da həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. İddiaçı tərəfindən cavabdehlər tərəfindən xx xxxxx 2004cü ildə ona satılan torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər tərəfindən Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbləri pozularaq üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçının aldığı torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Buna görə də 2018-ci ildə 12116.59 kvm torpaq sahəsinə dair cavabdehlərlə iddiaçı arasında bağlanmış xx xxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsiin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılması tələbi ilə iddiaçı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan xəbərdar olan Cavabdeh2 12116.59 kvm torpaq sahəsinə dair reyestr nömrəsi **********88 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1109/2018 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlu və Ovçiyev Mikayıl Hicran oğlunun arasında cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısının bağlanmış hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)- 2498/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli,2(019)-1109/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Ovçiyev Mehman Hicran oğluna və Ovçiyev Mikayıl Hicran oğluna qarşı cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun İddiaçı qarşı torpağa sahiblik hüququnun bərpası, torpaqdan çıxarılma tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı, Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu Püştətala kəndində yerləşən 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin sahənin istifadəyə yararlı şəkildə cavabdehlərə təhvil verilməsi, apellyasiya şikayətinin xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2522/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)- 2498/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)- 1109/2018 saylı qətnaməsinin qismən-İddiaçı ilə cavabdeh Ovçiyev Mikayıl Hicran oğlunun arasında Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Ovçiyev Mikayıl Hicran oğlunun payına düşən 0,40 ha hissəsinin alqı-satqısının bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(102)-7482/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.8116 ha hissəsinin cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu ilə İddiaçı arasında alqı-satqısı bağlanmış hesab edildiyindən və Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlunun torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən reyestr nömrəsi **********88 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.8116 ha torpaq sahəsinə dair hissəsi ləğv edilməlidir. Hazırda cavabdehlər torpaq sahəsini satmaq istəyirlər. Bunun qarşısının alınması üçün iddiaçı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisi məhkəmədə işin mübahisələndirilməsi barədə məktub olmadığından torpağın özgəninkiləşdirilməsinin müvəqqəti dayandırılmasının mümkün olmadığını bildirirlər. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Balakən Rayon Məhkəməsi 2(019)-169/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsini maddi və prosessual hüquq normalarını pozaraq çıxarmışdır. İddiaçı tərəfindən mübahisələndirilən Daşınmaz əmlakın reystr nömrəsi ********* N8 olan çıxarışdan məlum olur ki. orda qeyd olunan 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iimumi mülkiyyət hüququnda üç nəfər şəxsə X1 Ovçiyev Meınan Hicran oğluna və 1-ci dərəcəli əlil Ovçiyev Mikayıl Hicran oöluna məxsus olduğu qeyd edilmişdir.Balakən Rayon Məhkəməsi qeyd edilən qətnaməni çıxararkən ciddi bir mübahisə olduğu halda ümumu mülkiyyətdə olan 1.210 ha torpağın üç nəfər şəxs arasında payların bərabər bölünməsinə dair Mülki Məcəllənin qaydalarına əməl etməmişdir. Balakən Rayon Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2127/2019 nömrəli xx xxxx 2019-eu il tarixli qətnaməsinə əsaslanmışdır. Həmin qətnaməyə görə 1-ci qrup əlil olan, Ovçiyev Mikayıl Hicran oğlunun 0.40 ha torpağına minasibətdə hissəsində Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv etmişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da həmin qətnaməni çıxararkən işdə olan xx xxxxx 2004cü il tarixdə guya Püştətala bələdiyyəsində tərtib edilən (əslində isə həmin akt 2017-ci ildə Püştətala bələdiyyəsinin sədri olan iş üzrə iddiaçı X2 tərəfindən qanuna zidd olaraq saxtakarlıqla tərtib edilərək bələdiyənin möhürünü vuraraq rəsmiləşdirilmişdir)aAktda 1-ci dərəcəli əlil Ovçiyev Mikayıl Hicran oğlunun adına qeyd olunan 0.40 ha torpaq sahəsini əsas götürmüşdür. Qeyd edilən torpaq sahəsi cavabdehlər tərəfindən kəskin etiraza səbəb olduğu üçün ümumi mülkiyyətdə olan 1.210 ha torpaq sahəsi üzrə paylar mülki qanunvericiliyin tələblərinnə əsasən müəyyənləşdirilməli idi. Onu da bildirməyi lazım bilir ki, xx xxxxx 2004cü il tarixli Aktda 1-ci qrup əlil Ovçiyev Mikayıl Hicran oğlunun adı imzalar siyahısında yoxdur, o ilk əvvəldən öz pay torpağını satmaqdan imtina edib. Mülki Məcəllənin 220-ci maddəsində qeyd olunur: Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onların arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılınası üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd edilən maddi hüquq norması deməyə imkan verir ki, ümumi mülkiyyətin mülkıyyət- çiləri razılıq əsasında paylarını bölə bilərlər, razılıq olmadıqda isə məhkəmə qaydaşında payların bölgüsü həyata keçirilə bilər. Amma iş materiallarında mübahisə obyekti olan 1.210 ha torpaq sahəsinin ümumi mülkiyyətçilər arasında paylara bölünməsinə dair və ya payların məhkəmə qaydasında bölünməsi haqda heç bir sənəd yoxdur. Püştətala bələdiyyəsinin sədri İddiaçı tərəfindən 2017-ci ildə saxtakarlıqla arxa tarixə xx xxxxx 2004-cü il tarixə tərtib etdiyi Aktda qeyd edilən ölçülərlə payların müəyyən edilməsi qanunauyğun deyil və qəbul edilə bilməz. Odur ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 169/2020nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apelyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-169/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş JN 02xx xxx 40111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından aydın olur ki, Balakən rayon X4 xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı əsasında Cavabdeh2, Ovçiyev Mehman Hicran oğluna və Ovçiyev Mikayıl Hicran oğluna 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********88 olan Çıxarışın surətindən görünür ki, Balakən rayonu Püştətala kəndində 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 70 №li reyestr kitabının 73 №li vərəqində Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1109/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlu və Ovçiyev Mikayıl Hicran oğlunun arasında cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)-2498/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli,2(019)-1109/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Ovçiyev Mehman Hicran oğluna və Ovçiyev Mikayıl Hicran oğluna qarşı cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun İddiaçı qarşı torpağa sahiblik hüququnun bərpası, torpaqdan çıxarılma tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı, Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu Püştətala kəndində yerləşən 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin sahənin istifadəyə yararlı şəkildə cavabdehlərə təhvil verilməsi, apellyasiya şikayətinin xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)- 2522/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)-2498/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1109/2018 saylı qətnaməsi qismən- İddiaçı ilə cavabdeh Ovçiyev Mikayıl Hicran oğlunun arasında Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Ovçiyev Mikayıl Hicran oğlunun payına düşən 0,40 ha hissəsinin alqısatqısının bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 7482/2019 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxarkən ilk növbədə iddiaçının sözügedən məsələ ilə bağlı, iddia qaldırmaq və ya apelyasiya şikayəti vermək üçün subyektiv hüquqlarının olub-olmaması məsələsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, subyektiv hüquq mövcud olmadığı halda tələbin araşdırılmasından söhbət gedə bilməz. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda mülki işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş gerçək vəziyyəti ilə müəyyən edildi ki, JN 02xx xxx 40111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon X4 xx.xx.2002-ci il tarixli, 06 nömrəli qərarı ilə Cavabdeh2, Ovçiyev Mehman Hicran oğluna və Ovçiyev Mikayıl Hicran oğluna kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********88 olan Çıxarışla Balakən rayonu Püştətala kəndində 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 70 №li reyestr kitabının 73 №li vərəqində Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu özlərinə məxsus 12116.59 kvm kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manata İddiaçı satmışlar. Alqı-satqıya dair xx xxxxx 2004-cü il tarixdə Balakən rayonu Püştətala Bələdiyyəsində akt tərtib olunmuşdur. Pul cavabdehlərə verilmiş, onlar isə torpaq sahəsini və torpağa mülkiyyətə dair Dövlət aktını iddiaçı tərəfə vermiş və razılaşmışlar ki, gələcəkdə alqı-satqınını notariat qaydasında təsdiq etdirsinlər. Buna görə də 2018-ci ildə 12116.59 kvm torpaq sahəsinə dair cavabdehlərlə iddiaçı arasında bağlanmış xx xxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsiin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılması tələbi ilə iddiaçı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan xəbərdar olan Cavabdeh2 12116.59 kvm torpaq sahəsinə dair reyestr nömrəsi **********88 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1109/2018 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlu və Ovçiyev Mikayıl Hicran oğlunun arasında cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)- 2498/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1109/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Ovçiyev Mehman Hicran oğluna və Ovçiyev Mikayıl Hicran oğluna qarşı cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun İddiaçı qarşı torpağa sahiblik hüququnun bərpası, torpaqdan çıxarılma tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı, Cavabdeh2, Ovçiyev Mehman Hicran oğlunun və Ovçiyev Mikayıl Hicran oğlunun ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu Püştətala kəndində yerləşən 1.210 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin sahənin istifadəyə yararlı şəkildə cavabdehlərə təhvil verilməsi, apellyasiya şikayətinin xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019- cu il tarixli, 2(102)- 2522/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(107)-2498/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1109/2018 saylı qətnaməsinin qismən-İddiaçı ilə cavabdeh Ovçiyev Mikayıl Hicran oğlunun arasında Balakən rayonu Püştətala kəndində yerləşən, JN -02xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Ovçiyev Mikayıl Hicran oğlunun payına düşən 0,40 ha hissəsinin alqı-satqısının bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2127/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Ovçiyev Mehman Hicran oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 7482/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istina edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3apelyasiya şikayətində qeyd etdiyi dəlillər qətnamənin ləğv olunması üçün əsas deyil. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-169/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar