Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1218/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “borc tələbinə dair” ilk, cavab Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair» qarşılıqlı iddiasına dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 263 (iki yüz altmış üç) manat məbləğində məhkəmə xərclərinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 41000 manat pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarına gəlməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı məhkəmə prosesində iştirakının zəruri olması barədə dəfələrlə məlumat verməsinə baxmayaraq İddiaçı heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclaslarının İddiaçı iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə İddiaçı iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İddiaçı Cavabdeh Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında ticarətlə məşğul olarkən tanımışdır. Onların işlətdikləri obyektlər bir-birinə yaxın məsafədə yerləşdiyindən qarşılıqlı şəkildə bir-birilərinə geyim əşyaları və ya pul vermiş və beləliklə aralarında etibarlı münasibətlər yaranmışdır. Daha sonra Cavabdeh daha çox gəlir əldə etmək, ticarətini genişlədirmək məqsədi ilə İddiaçı borc istəmiş, İddiaçı isə Cavabdeh işlərinin normal vəziyyətdə olmasını, aralarında olan yaxın münasibətləri nəzərə alaraq Cavabdeh borcu vaxtında qaytaracağını güman etdiyindən 22 noyabr 2019-cu ildə 30000 (otuz min) manat pul məbləğini yazılı razılaşma əsasında sonuncuya borc vermişdir. Həmin vaxt İddiaçı işçisi olan Şamil Şəmilov orada iştirak etmişdir. Bundan sonra İddiaçı yenidən 6700 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Cavabdeh aralarındakı razılaşmaya əsasən təxminən 5-6 ay müddətində öhdəliyini yerinə yetirməyi üzərinə götürmüşdür. İlk vaxtlar Cavabdeh İddiaçı 17 gün ərzində hər gün 170 manat olmaqla 2890 manat ödəməklə öhdəliyin kiçik bir hissəsini yerinə yetirmişdir. Cavabdeh borc aldığını 06 fevral 2020-ci il tarixdə yazaraq imzası ilə təsdiq etmiş və borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunmağa razı olduğunu bildirmişdir. Cavabdeh ayrı-ayrı zamanlarda hissə-hissə 940 manat pulu İddiaçı qaytarmışdır. Cavabdeh 11 sentyabr 2020-ci il tarixdə ümumi borcunun 32870 manat olduğunu və təxminən 6 ay ərzində ödənişi gecikdirdiyini yazılı şəkildə etiraf etmişdir. Sonralar isə dəfələrlə borcun Cavabdeh tələb edilməsinə baxmayaraq o müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin bağlanmasından təxminən bir ildən çox vaxt keçsə də, Cavabdeh borcunu hələ də ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğ kifayət qədər böyük olduğundan, həmçinin öhdəliyi uzun müddət gecikdirdiyindən və borcunu ödəmək niyyətinin olmadığından İddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borcun Cavabdeh alınmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən vəkilə etibarnamə alınması üçün ödənilmiş 21,50 manat, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 11 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat müqavilə haqqı olmaqla, cəmi 263 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. O, Cavabdeh 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 263 (iki yüz altmış üç) manat məbləğində məhkəmə xərclərinin alınaraq İddiaçı ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh borcu İddiaçı artıqlaması ilə qaytardığını bildirsə və əlavə olaraq ödədiyi 41000 manat məbləği tələb etsə də, həmin faktları heç bir mümkün sübutla təsdiq edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr bazarında geyim əşyalarının pərakəndə satışı ilə məşğul olur. İddiaçıla tanışlığı Şahid1 vasitəsi ilə 2019-cu ilin yaz-yay aylarında olmuşdur. İddiaçı 8-ci kilometr bazarının yaxınlığında Lotos ticarət mərkəzinin arxa hissəsində yerləşən 2 ədəd dükanda siqaret satışını həyata keçirmiş, Şahid1 da həmin mağazada satıcı işləmişdir. İşlədiyi yaxın çevrəsində hamı İddiaçı kiçik sahibkarlara sələmlə pul verən şəxs kimi tanımışdır. O, 2019-cu ilin iyul ayında sərmayə məqsədi ilə İddiaçı 20 gün müddətinə hər gün 120 manat sələm ödəməklə 1800 manat pul götürmüş və 20 gün müddətində 120 manat olmaqla, ümumilikdə 2400 manat məbləği geri qaytarmışdır. Həmin ilin avqust ayının əvvəlində o, İddiaçı 3000 manat pul götürmüş və hər gün 120 manat olmaqla, 30 gün ödəməklə, ümumilikdə 3600 manat pul geri qaytarmışdır. Beləliklə o, İddiaçı aldığı 1800 manat əsas borca 600 manat sələm ödəməklə 2400 manat, 3000 manat əsas borca 600 manat sələm ödəməklə 3600 manat pulu geri qaytarmış və hər iki borca görə 1200 manat sələm ödəmişdir. Pul vəsaitlərini götürərkən və geri qaytararkən onlar heç bir yazılı sənəd, akt, qəbz tərtib etməmişlər. 2019-cu ilin avqust ayının ortalarında İddiaçı ona 6000 manat dəyərində geyim əşyalarını vermiş, o həmin geyimlərin 3000 manat pulunu həmin anda ödəmiş və İddiaçı 3000 manat borcu qalmışdır. Həmin ilin sentyabr ayında İddiaçı 12000 manat borc almış, əvvəlki 3000 manat borcu da üzərinə hesablanmaqla 15000 manat borclu qalmış və 66 günə hər gün 300 manat ödəməklə, 67-ci gün isə 200 manat olmaqla, 5000 manat sələm ödəməklə, ümumilikdə 20000 manat pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Pulun alınması zamanı Şahid1 da iştirak etmiş və bununla bağlı İddiaçı tərəfindən yazılı sənəd tərtib olunmuşdur. O, 20000 manat borcdan 23 gün 300 manat, bir gün isə 200 manat ödəməklə 7100 manat pulu İddiaçı qaytarmış, 12900 manat borcu qalmışdır. İddiaçı onun pulun qalan hissəsini ödəməkdə çətinlik çəkdiyini görüb şantaja əl atmış, yüksək vəzifəli şəxsin yaxın qohumunun başqa bir qadınla olan şəkilini ona göstərərək həmin qadının bacısı olduğunu və borc verdiyi pulların da başqa şəxslərə məxsus olduğunu bildirmiş və mobil telefonun kamerasında çəkiliş aparmaqla 7100 manat pul verib, ümumi borcun 20000 manat olduğunu bildirməklə, üzərinə 12700 manat sələm gələrək ümumi borcun 32700 manat olduğunu qeyd etmişdir. Həmin vaxt Şahid1 da onlarla birlikdə olmuş və İddiaçı özünün qeydə aldığı videoçəkilişdə guya onun 2019-cu ilin dekabr ayında 32700 manat borc aldığını hədəqorxu və şantaj yolu ilə ona təsdiqlətmişdir. Bundan sonra o, hər gün 300 manat olmaqla, 183 gün ərzində ümumilikdə 54900 manat pulu bəzi hallarda özü, bəzən isə anası vasitəsi ilə İddiaçı ödəmişdir. O, hər gün ödədiyi vəsaiti 8-ci kilometr bazarında səyyar ticarət apardığı 4 köşkdən əldə etdiyi qazanc, digər sələmçilərdən götürdüyü borc və özünəməxsus avtomobilin satışından əldə etdiyi vəsait hesabına İddiaçı qaytarmışdır. O, yazılan 32700 manat borcu 109 gün müddətinə hər gün 300 manat olmaqla ödəməli olmuşdur. Sonuncu 109-cu gündə isə, yəni 2020-ci ilin aprel ayında pulun sonuncu hisəsini verərəkən İddiaçı bununla razılaşmayıb təkrar onu təhdid edərək əlavə 100 gün 300 manatdan pul ödəməli olduğunu bildirmiş və onun 32700 manat pulun ödənilməsini 3 aydan artıq müddətə hələ də başa çatdıra bilmədiyini bəhanə gətirmişdir. Ona görə də o, məcburiyyətdən İddiaçı təhdidi ilə müvafiq yazılı sənədlər tərtib etməklə hər günə 300 manat olan ödənişi daha 74 gün davam etdirmişdir. Yəni o hər gün 300 manat olmaqla ümumilikdə 183 gün İddiaçı pul ödəmişdir. Ödənişin 109-cu günündə İddiaçı əlavə olaraq 100 gün ödəniş tələb etdikdən sonra o ödənişi 74 gün davam etdirib 26 gün ödəniş etməkdən imtina etmişdir. Bu hadisədən sonra o, hər gün 300 manat olmaqla 26 gün ödəniş etmədiyinə görə İddiaçı onun koronovirusla əlaqədar borcu ödəməməsi ilə bağlı yazılı sənəd tərtib etmişdir. Pulların verilməsi və şantaj yolu ilə üzərinə sələm əlavə olunması ilə bağlı İddiaçı tərəfindən tərtib edilən bütün yazışma, videoyazı və sənədlər İddiaçı saxlanılır, həmin videoyazı əldə edilərsə mülki işin obyektiv araşdırılmasına zəmin yaratmış olar. Beləliklə İddiaçı ona ümumilikdə 29900 manat pul verdiyi halda, o həmin məbləğin qarşılığında sələmlə birlikdə 71000 manat pulu İddiaçı geri qaytarmış, yəni əlavə olaraq 41100 manat artıq ödəmişdir. O, əlavə olaraq ödədiyi 41000 manat pulun İddiaçı alınaraq ona ödənilməsini tələb edir, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahid3 bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. O, anası və qardaşı 8-ci kilometr bazarında qadın geyimlərinin satışı ilə məşğul olurlar. İddiaçı isə 8-ci kilometr bazarının yaxınlığında Lotos ticarət mərkəzinin arxa hissəsində yerləşən 2 ədəd dükanda siqaret satışını həyata keçirmişdir. Qardaşı İddiaçı borc götürməmişdən öncə özü İddiaçı 12000 manat borc pul almış və faizi ilə birlikdə 14000 manat pulu İddiaçı qaytarmışdır. Daha sonra qardaşı İddiaçı borc götürmüşdür. İddiaçı qardaşına yüksək faizlə borc pul verdiyinə görə qardaşı borcu ödəməkdə çətinlik çəkmiş, İddiaçı qardaşına borcu qaytarması üçün təyziq göstərmişdir. Ona görə də özünəməxsus 70 qr çəkidə qızılı sataraq əldə etdiyi pulu qardaşının borcunu ödəmək məqsədi ilə İddiaçı vermişdir. Şahid2 bildirmişdir ki, o, əvvəllər “Lotos” ticarət mərkəzində mühafizəçi işləmişdir. Hər gün Cavabdeh orada görür, Cavabdeh oraya gəlib-getməsinin səbəbini soruşduqda Cavabdeh pul vermək üçün gəldiyini ona bildirirdi. Cavabdeh borcu ödəməsi üçün təyziq olunurdu. Borc məbləği ilə bağlı onun heç bir məlumatı olmamış, yalnız İddiaçıla Cavabdeh arasında borcla bağlı mübahisənin olduğu ona məlum olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81, 88, 186, 386, 387-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324,1, 324.4, 324.6, 331, 334.1, 740.1, 740.2-ci maddələrinə istinad etmiş əlavə olaraq bildirmişdir ki, sadalanan maddi hüquq normalarından görünür ki, tərəflər arasında tərəflərin iradə ifadəsinə və işin hallarına uyğun yazılı əqd (müqavilə) bağlanmışdır. Borclu (cavabdeh) tərəfindən bu əqd mübahisələndirilməmişdir. İşin faktiki hallarından da görünür ki, cavabdeh bu borcun alınmasını, hər iki əqdin özü tərəfindən şəxsən yazılmasını və imzalanmasını şəxsən özü də təsdiq etmişdir. Lakin məhkəmə səhvən ortada yazılı əqdin olmamasını və ya etibarsız olmasını bəyan etmiş və hüququn tətbiqində səhv buraxmışdır. Bilindiyi kimi mülki qanunvericilik borc müqaviləsinin yazılı və ya şifahi bağlanmasını müəyyən edir. Yazılı bağlanma dedikdə isə həm sadə yazlı formada, həm də notariat yazılı forma nəzərdə tutula bilər. Lakin yazılı borc müqaviləsinin mütləq şəkildə notariat qaydada təsdqilənməli olması tələbi mülki qanunvericlikdə yoxdur. Belə ki, xüsusi qanunvericliklə bəzi əqd və müqavilələrin (daşınmaz əmlaklar, rəsmi qeydiyyata alman daşınar əmlaklar və s.) notariat qaydada bağlanması imperativ şəkildə müəyyən olunsa da yazılı borc müqavilənin mütləq notariat qaydada təsdiq edilməsi tələbi mövcud deyildir. Müvafiq təlimat isə yalnız tərəflərin könüllü razılığı ilə borc müqaviləsini yazılı bağlayacaqları halda pul məbləğinin notariusun depozut hesabı vasitəsilə ödənilməli olmasını müəyyən edir. Göründüyü kimi məhkəmə qanunu yanlış təfsir etmişdir. İşə baxılarkən cavabdeh tərəfindən iddiaçıya pulun qaytarılması və ya iddiaçı tərəfindən cavabdehə guya təzyiq, hədə-qorxu edilməsi barədə heç bir mötəbərə sübut tələb və təqdim edilməmiş, iddiaçının təqdim etdiyi sübutlar isə işə aidiyyatı olmayan və mümkün olmayan sübutlar olmuşdur. Belə ki, cavabdeh tərəfindən ödənişin edilməsi yalnız əqd ilə eyni formada və ya qanunla müəyyən edilən şəkildə sübut oluna bilərdi (bank köçürməsi, notariusun depozit hesabına ödəmə, borc alandan şəxsən qəbz alınması ilə ödəmə və s.). Bir şahid, həm də cavabdehə yaxın və işdə maraqlı olan şahidin 3 (doğma bacısının) ifadəsi ilə ödənişin edilməsini müəyəyn etmək olmaz. Eyni halı hədəqorxıı təsirlərinə də aid etmək olar. İş materiallaırna baxanda cavabdeh tərəfindən 2 ayrı tarixdə yazılı qəbz verilməsi sübut olunur, lakin hədə-qorxu təsirlərinin edilməsi heç bir şəkildə, hətta Bakı şəhəri Nizami rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı”nda da sübut olunmur. Bu isə MPM-in 80 və 81-ci maddələrinin pozulmasına dəlalət edir. İş materiallarından görünür ki, məhkəmə şahidə bildiriş göndərmiş, lakin o müəyyən səbəblərdən gəlməmişdir. Bu halda məhkəmənin tam hüququ var idi ki, məhkəmə həmin şahidi məcburi gətizdirsin. Lakin məhkəmə bu hüququndan istifadə etməməklə qalmamış, eyni zamanda həmin şahidin guya məhz iddiaçının şahidi olmasını və habelə məhz iddiaçı tərəfindən məhkəmədə onun iştirakının qəsdən təmin edilməməsi, guya şahidə qanunsuz təsir edərək onun məhkəməyə gəlməsinin qarşısını aldığımızı qeyd etmişdir. Halbuki, həmin şahid Gürcüstan vətəndaşıdır, onun Bakıda yaşayış yeri bizə məlum deyil və bir ilə yaxındır onunla heç bir əlaqəmiz olmamışdır. Bu barədə məhkəmə izahatımızda da bildirmişik. Məhkəmə isə öz prosessual hüququnu icra etməyərək, bunu əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. Göründüyü kimi məhkəmə işdə tərəflərin hüquqlarını “üzərinə götürməklə” onların adından mövqe bildirib. Bu mövqe xüsusilə cavabdehin iddia tələbini pulun alınması hissəsində qismən etiraf etməsinə baxmayaraq cavabdehə “köməklik göstərilməsində” və onun tələbi olmadan əqdin etibarsız sayılmasında özünü biruzə verir. Ona görə də, İsmayıllı rayon Məhkəməsinin 19.03.2021 -ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixdə açıq məhkəmə iclasında işə baxaraq heç bir düzgün araşdırma aparmadan İddiaçı müdafiə etmişdir. O, İddiaçı 2019-cu ilin dekabr ayında borc aldığı 32870 manat pulu hissə-hissə qaytarıb tam vermişdir. O da bilməmiş, 32870 manat əvəzinə 71000 manat pulu İddiaçı qaytarmışdır. Buna baxmayaraq İddiaçı İsmayıllı rayon Məhkəməsinə iddia ərizəsi verib ki, Cavabdeh ona 32870 manat pulu borcludur. Bu tamamilə yalandır, çünki anası ilə birlikdə hər ay ödəməklə cəmi 54900 manat ödəmişlər. 109 gün ərzində hər gün 300 manat pulu ödəməli olduğu halda 2020-ci ilin aprel ayında pulun sonuncu hissəsini verərkən, İddiaçı bununla razılaşmayıb təkrar onu təhqir edərək, əlavə 100 günə 300 manat pulu hər gün verməklə onu inam etdirərək, bildirdi ki, guya onlar ona borclu olduğu 32700 manat pulun ödənilməsini 3 aydan artıq müddətdə hələ də başa çatdıra bilmədiyini bəhanə gətirmişdir. Hansı ki, İddiaçı ona borc verdiyi pulun 32700 ödəməli olduğu halda ondan dolayı yollarla hədə-qorxu gələrək, 71000 manat pul almışdır. O, onu başa salanda ki, o, ondan 32700 borc verdiyi puldan əlavə 41000 artıq pul alıb, onun 41000 manat pulunu qaytarıb verməlidir, o, da bildirib ki, eybi yoxdur, o onun 41000 manatını qaytaracaq, elə bil ki, ondan 41000 manat borc almışdır. Onlar bununla razılaşıblar ki, o, ona 41000 manat borc verib. İddiaçı da söz verib ki, ondan aldığı 41000 manat borcu 3 aya qaytatıb verəcək özünə. İddiaçı bu sözü deyərək, onun xəbəri olmadan İsmayıllı rayon Məhkəməsinə ərizə verib ki, Cavabdeh ona 32700 manat pul borcludur. O da bunu eşidəndən sonra İsmayıllı rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verib ki, İddiaçı verdiyi iddia ərizəsi ləğv olunmalıdır, çünki onun ona verdiyi 32700 manatı tam ödəyib qurtarmışdır, o isə ona 41000 manat pul borcludur, o bir manat da olsa ona ödəməyib. O, ona bildirib ki, 41000 manatı ödəyə bilməsə eyni növlü əşyalar şəklində də ödəyə bilər. İddiaçı verdiyi sözə əməl etmək əvəzinə məhkəməyə şikayət verib ki, Rövşən onun 32700 manatını ödəsin hansı ki, bu pul çoxdan ödənilib qurtarıb. İddiaçı ona şər atmaqla özünə qanunsuz olaraq borc bilir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid1 izahat verərək, İddiaçı və Cavabdeh onlarla birlikdə alver etdiyi səbəbdən tanıdığını, 2019-cu ilin noyabr ayında Cavabdeh İddiaçı onun yanında 30000 manat borc pul aldığının şahidi olduğunu, sonradan Rövşənin borcunu qaytarmaması səbəbindən onlar arasında mübahisə yarandığını bildirdi. Hüquqi məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsi qismən - İddiaçı iddiasının rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Cavabdeh qarşı “borc tələbinə dair” ilk iddiası təmin edilməli, 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat borc və 263 (iki yüz altmış üç) manat məhkəmə xərci cavabdeh Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 06 fevral 2020-ci il tarixli yazılı qəbzin məzmunundan görünür ki, Cavabdeh qəbzdə İddiaçı 22 noyabr 2019-cu il tarixində aldığı 30000 (otuz min) manat borcu göstərilən tarixdən göstərilmiş qaydada 17 gün hər gün 170 manat olmaqla ödədiyini, yazılı qəbzin tarixinə qədər ödəmədiyini, borcu ödəməsə məsuliyyətə cəlb edilməyinə razı olduğunu, əlavə olaraq 6700 manat aldığını, bu yazını yazarkən tamamilə özündə olduğunu, heç bir təziq olmadığını və heç bir psixatrop maddədən istifadə etmədiyini qeyd etmişdir. İşdə olan 11 sentyabr 2020-ci il tarixli yazılı qəbzin məzmunundan görünür ki, qeyd edilən tarixdə Nuranə 2570 manat, Rövşən 30300 manat borc almış, Cavabdeh ümumi borcdan yekun 2570 manat və 30300 manat borcunun qaldığını, ödəyib bitirəcəyini, təxmini altı ay gecikdirdiyini qeyd etmiş və imzası ilə təsdiq etmişdir. İşdə olan 13 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış, aparılmış araşdırma zamanı Cavabdeh şəxsi məqsədləri üçün İddiaçı 1800, 3000, 6000, 12000, 7100 manat omaqla ümumilikdə 29900 manat pul vəsaiti borc götürdüyü, İddiaçı tərəfindən həmin vəsaitin sələmi ilə birlikdə 32.700 manat şəkilində hesablanaraq Cavabdeh həmin məbləğdə, yəni 32700 manat borcunun olduğunu təsdiq edən yazılı sənədin alındığı, Cavabdeh sələmi ilə hesablanmış 32700 manat borcunu 2400, 3600, 3000, 7100, 54900 manat olmaqla ümumilikdə 71000 manat İddiaçı ödədiyi tam olaraq sübuta yetirilsə də, cinayət işi başlamazdan əvvəl yoxlama gedişində cinayət hadisəsi müəyyən edilməmiş, Cavabdeh və İddiaçı arasında yaranmış münasibət mülki xarakterli olduğundan və toplanmış materialda cinayət tərkibi olmadığından Cavabdehərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 329.1, 329.2, 331.1, 739.1, 740.1 və 740.2-ci maddələrinə və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 48-1 və 160.1-ci bəndinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı 22 noyabr 2019-cu il tarixdə 30000 (otuz min) manat pul məbləğini Cavabdeh borc verdiyini bildirdiyi halda, borcun alınması ilə bağlı sonuncudan müəyyən müddət keçdikdən sonra, yəni 06 fevral 2020-ci il tarixdə 30000 manat pul məbləğinin və 11 sentyabr 2020-ci il tarixdə isə 30300 manat və əlavə olaraq 2570 manat məbləğin borc götürülməsi ilə bağlı yazılı sənəd almışdır. Tələb olunan borc predmetinin məbləği üç min manatdan çox olduğu halda, İddiaçı 30000 (otuz min) manat pul məbləğini Cavabdeh verməsi ilə bağlı yazılı müqavilə tərtib etməmiş, yalnız Cavabdeh aldığı sonuncunun xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş yazılı sənəd isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsində qeyd olunan yazılı əqdin formasına uyğun tərtib olunmamışdır. İddiaçı tərəfindən tələb edilən borc məbləği verilmiş olsa belə yazılı əqdin notarial formasına riayət edilməmiş, pul vəsaitini tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Cavabdeh məhkəmə prosesində həmin əlyazmaları İddiaçı hədə təsiri altında yazdığını bildirmişdir. Məhkəmə tərəfindən İddiaçı prosesdə iştirakı zəruri hesab edilməsinə baxmayaraq sonuncu məhkəmə prosesinə gəlmədiyindən və iddia tələbində qeyd etdiyi faktların əsaslı olduğunu sübut edə biləcək, tərəflər arasında yaranmış münasibətlərdə iştirak etmiş Şahid1 məhkəmə prosesində şahid qismində ifadə vermək üçün iştirakını təmin etmədiyindən Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmaların sonuncunun iradə ifadəsi ilə və ya hədə-qorxu təsiri altında tərtib olunmasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissəsində rədd edilməlidir. Hazırki iş üzrə iddia tələbi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat hissədə rədd edildiyindən, 263 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində də rədd edilməlidir. Məhkəmə 41000 manat pulun alınmasına dair qarşılıqlı iddia tələbinə münasibət bildirirək qeyd edir ki, Cavabdeh İddiaçı 41000 manat ödədiyini bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də 41000 manat pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ayrıayrı vaxtlarda, o cümlədən 22 noyabr 2019-cu ildə iş qurmaq üçün 6 ay ərzində hər gün 170 manat qaytarmaq şərtilə İddiaçı 30000 manat borc almışdır. O, İddiaçı aldığı borcların etirafı barədə 06 fevral 2020-ci ildə və 11 sentyabr 2020-ci ildə yazılı qeydlər etdiyi kağızları sonuncuya vermişdir. 22 noyabr 2019-cu ildə isə borc aldığını qeyd etdiyi yazılı kağızı İddiaçı vermişdir. İddiaçı Cavabdeh yazdığı həmin yazılı qəbzlərə istinad edərək sonuncudan 32870 manat borcu və 263 manat məbləğində məhkəmə xərclərini tələb edir. O, birinci instansiya məhkəməsinə sübut kimi 06 fevral 2020-ci ildə və 11 sentyabr 2020-ci ildə yazılmış borcların etirafı barədə kağızları (qəbz) təqdim etmişdir. 22 noyabr 2019-cu ildə yazılmış qəbzi itirdiyi üçün birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, apellyasiya baxışı zamanı həmin kağızı məhkəmə kollegiyasına təqdim etmiş və qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh yazdığı və hal-hazırda mübahisələndirmədiyi kağızı (qəbz) sübut kimi qəbul etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı ayrı-ayrı vaxtlarda cəmi 29900 manat borc pul aldığını, həmin puldan daha artıq – yəni 32700 manat borc alması və borcun etirafı barədə ayrı-ayrı vaxtlarda İddiaçı qəbz verməsi, sonuncunun təzyiqləri altında borc aldığı 29900 manat əvəzinə sonuncuya 71000 manat pul ödədiyini, lakin həmin pulları ödəmə barədə heç bir qəbz almadığını göstərmişdir. Cavabdeh İddiaçı 29900 manat borc alması və borc alması barədə qəbzləri yazıb İddiaçı verməsi işin mübahisəsiz halıdır. Yazılmış qəbzlərdə Cavabdeh İddiaçı 32870 manat borcu qaldığı qeyd edilmişdir. Cavabdeh İddiaçı 71000 manat, o cümlədən həmin pulun 41000 manatını artıq ödəməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı borcun Cavabdeh alınmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün onun tərəfindən vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 21,50 manatın, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 11 manatın, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat müqavilə haqqının, cəmi 263 manatın sərf edilməsi iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər:- tərəflər, onu şəxsən imzalamaqla;- mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən);- elektron imzadan istifadə etməklə;- şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını əsas götürərək hesab edir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, ona görə də onun tələbi təmin ediləndir.Çünki, Cavabdeh İddiaçı 29900 manat borc almasını verdiyi qarşılıqlı iddia ərizəsində yazılı şəkildə etiraf etmişdir. Bu hal iddiaçını həmin hissədə faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh İddiaçı 22 noyabr 2019-cu il tarixdə 30000 manat borc almasını və daha sonra əlavə olaraq 6700 manat borc almasını, ödənilməmiş qalan cəmi 32850 manat borcunun olmasını 06 fevral 2020-ci il tarixdə və 11 sentyabr 2020-ci il tarixdə yazdığı qəbzlərdə göstərmişdir. Onun iddiaçıdan 30000 manat borc almasını qeyd etdiyi 22 noyabr 2019-cu il tarixli qəbz iddiaçı tərəfindən itirildiyi üçün birinci instansiya məhkəməsinə təqdim edilməmiş, lakin apellyasiya məhkəməsində işə baxılarkən tapıldığından apellyasiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin sübutu qəbul etmişdir. Cavabdeh iddiaçıdan borc almasını yazılı əqdlə təsdiq etmişdir. Cavabdehin borcunu qaytarmasını təsdiq edən sübutlar mövcud deyildir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsini qət etməklə həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən həmin hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətlərinin qismən təmin edilməsinə, qətnamənin qismən ilk iddianın rədd olunması hissəsində ləğv olunmasına, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddianın təmin olunmasına, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsi qismən-ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Cavabdeh qarşı “borc tələbinə dair” ilk iddiası təmin edilməli, 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat borc və 263 (iki yüz altmış üç) manat məhkəmə xərci cavabdeh Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsi İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiasının rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Cavabdeh qarşı “borc tələbinə dair” ilk iddiası təmin edilsin. 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat borc və 263 (iki yüz altmış üç) manat məhkəmə xərci cavabdeh Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1218/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1218/2021
14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver