Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1228/2020 10.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X11 oğlunun iclak katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bədirxan qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər İcra Hakimiyyəti) qarşı “azyaşlı uşaqlara verilən müavinətin onların saxlandığı ünvana yönəldilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-235/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı nəvələri xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 atalarının ölümü ilə bağlı onlara ödənilən müavinətin uşaqların yaşadığı yerə, yəni onlara ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-235/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Bədirxan qızına qarşı azyaşlı uşaqlara verilən müavinətin onların saxlandığı ünvana yönəldilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-235/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-235/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddanın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Məmmədov Fərhad Möhübbət oğlu, həmçinin Cavabdeh Bədirxan qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər İcra Hakimiyyəti işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, Apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Doğum haqqında şəhadətnamələrlə müəyyən olunur ki, cavabdeh iddiaçıların keçmiş gəlinidir. İddiaçıların oğlu X10 ilə cavabdehin birgə nikahından 4 (dörd) uşaq dünyaya gəlmişdir. İddiaçıların oğlu X10 xx.xx.2018-ci ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1161/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Bədirxan qızına qarşı nəvələri Samirə, Səxavət, Mirvəli və Güləlinin onların himayəsinə verilməsi barədə tələbləri təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2522/2019 saylı iş üzrə çıxartdığı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)1161/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yevlax rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 8İ- 1709 reyestr nömrəli ərizənin məzmunundan görünür ki, Cavabdeh Bədirxan qızı azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə yaşamadığından onların üzərində ata nənəsi İddiaçı1 qəyyum təyin edilməsinə etirazının olmadığını bildirmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli, 55 nömrəli Sərəncamının surətindən müəyyən edilir ki, nənəsi İddiaçı1 xx.xx.2020-ci il tarixli, 8İ-1709 reyestr nömrəli ərizənin məzmunundan görünür ki, Cavabdeh Bədirxan qızı azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıların oğlu X1 Leyla Bədirxan qızı ilə ailə qurmuş, onların birgə nikahından dörd uşaq- xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. X10 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bundan sonra azyaşlı uşaqlar ata tərəfdən nənə-babasının himayəsində yaşamışlar. Uşaqların anası Cavabdeh Bədirxan qızı uşaqlarla birlikdə yaşamadığından İddiaçı1 (nənənin) həmin uşaqların üzərində qəyyum təyin edilməsinə etiraz etməmiş, Yevlax şəhər İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli, 55 nömrəli Sərəncamı ilə də sonuncu həmin uşaqlar üzərində qəyyum təyin edilmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçılar atanın ölümü ilə bağlı uşaqlara ödənilən müavinətin uşaqların yaşadığı yerə, yəni onlara ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh heç də iddiaya cavab verməli şəxs olmamaqla yanaşı, ümumiyyətlə işə mülki mühakimə icraatında baxılmalı deyildir. Belə ki, atanın ölümü ilə bağlı uşaqlara ödənilən müavinət aidiyyəti orqan tərəfindən ödənildiyindən, qaldırılmış məsələnin həlli ilə bağlı ilk növbədə aidiyyəti üzrə inzibati orqana müraciət olunmalı, müraciət müsbət həll olunmadığı təqdirdə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatf’nın 36.1.4-cü maddəsinə görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir., İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə, Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-235/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk növbədə inzibati orqan olan DSMF-nin rayon şöbəsinə, mürciəti müsbət həll olunmadığı təqdirdə həmin mübahisənin həlli üçün aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdr Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-235/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1n və İddiaçı2 Cavabdeh Bədirxan qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər İcra Hakimiyyəti) qarşı “azyaşlı uşaqlara verilən müavinətin onların saxlandığı ünvana yönəldilməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1228/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1228/2020
10.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver