Məhkəmə qərarları › İş №2(107)-1228/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1228/2021

04.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1228/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən tərəflərə məxsus 0,07 ha torpaq sahəsinin İddiaçı 8/9 hissədə, Cavabdeh 1/9 hissədə paylarının sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlar çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi qaydada natura şəkilində bölünməsi, İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m (415- 78=337) cavabdehin istifadəsində qaldığı üçün 21 900 (iyirmi bir min doqquz yüz) manatın (6500x3.37 sot) kompensasiya olaraq və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın İddiaçı və 300 manatın Cavabdeh tutularaq “X8” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin həmin ünvanda yerləşən cavabdehə məxsus icazəsiz tikilmiş “B” tikilisinin altında yerləşən torpaq sahəsi və həmin evin qarşısından ön divardan küçəyə çıxış yolu üçün eni 2 metr olmaqla, uzunluğu giriş-çıxış darvazasına qədər olan hissəsi cavabdehin mülkiyyətinə verilməsi, mülkiyyətində olan torpaq sahəsinin qalan hissəsinin küçəyə qədər təcrid edilməsi üçün 2,2 metr hündürlüyündə mişar daşından hasar çəkilməsi və əsas küçəyə çıxış üçün küçənin digər darvazasına üyğun giriş-çıxış darvazasının quraşdırılması cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02.03.2020-ci il tarixdə İddiaçı iddia tələbinini dəqiqləşdiirlməsi ilə bağlı ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 417,5 kvm hissəsi cavabdehin sərəncamında qaldığı üçün 417,5 kvm x 8.000 manat = cəmi 33.000 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05.03.2020-ci il tarixdə olan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinini dəqiqləşdiirlməsi ilə bağlı ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 340,0 kvm hissəsi cavabdehin sərəncamında qaldığı üçün 340,0 kvm x 8.000 manat = cəmi 27.200 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.02.2021-ci il tarixdə olan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinini dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətində olan 8/9 hissəsinin natura şəklində aşağıdakı qaydada bölünməsi: Hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi barədə; mülkiyyətində olan torpağın 415 kvm hissəsi cavabdehin sərəncamında qaldığı üçün 415 kvm x 8.000 manat= 33.200 manat kompensasiya olaraq və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlər X5 və Cavabdeh qarşı “mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması” barədə iddia tələbi Qəbələ rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(025)- 69/2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)-1852/2019 saylı qətnaməsi ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.10.2019-cu il tarixli, 2(102)- 6568/2019 saylı qərarı ilə dəyişdirilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyət hüqüqları pozulmaqda davam etdiyinə görə yenidən məhkəməyə müraciət edir. Hazırda o, eyni predmet barəsində başqa əsasla məhkəməyə müraciət edir. Yaşayış sahəsinə tam, torpaq sahəsinin 8/9 hissəsi onun mülkiyyətindədir. Torpaq sahəsinin 1/9 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Eyni zamanda məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 0,07 ha torpaq sahəsində iki ev mövcuddur, texniki pasportda göstərilən sənəd üzrə 0,07 ha, faktiki sahə 0,1226 ha, tikinti altı sahə, 008272 ha və digər sahələr 0,114328 ha- dır. Torpaq sahəsində yerləşən A-literli yaşayış evi qanuni əsaslarla onun mülkiyyətindədir. Bliterli icazəsiz tikili isə cavabdehə məxsus olmaqla, tərəflər müvafiq olaraq ayn-aynlıqda həmin evlərdə yaşayırlar. Bununla yanaşı sübut mənbəyinin əsasını təşkil edən ekspert rəyinə əsasən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,07 ha-dır. Həyətyanı torpaq sahəsinin ona məxsus 8/9 hissəsinin, X3 məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün deyildir. Buna əsas kimi 1/9 hissə üzrə X2 payına düşən torpaq sahəsinin “B” tikilisinin tikinti altı sahəsindən az olduğu müəyyən edilmişdir. Həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəndir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təqdim edilmiş ekspertiza rəyi ilə qismən razı olduğunu, torpaq sahəsinin qiymətinin düzgün hesablanmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. İddia tamamilə əsassızdır. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmayıb. İddiaçının əsas olaraq göstərdiyi ekspertiza rəyi ilə də razı deyil. Torpaq sahəsi bərabər paylarda bölünməlidir. Evin tinindən başlayaraq torpaq sahəsi bərabər paylarda bölünməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin Əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Qəbələ Bələdiyyəsinin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, İddiaçı adına Qəbələ bələdiyyəsinin qeydiyyat kitabının 1447-ci sırasında 0.05 ha həyətyanı torpaq sahəsi vardır və İddiaçı bugünki günə kimi torpaq və əmlak vergisini ödəmişdir. Zəbt olunmuş torpaq sahəsi haqqında hər hansı bir məlumatı yoxdur, əgər varsa, gələcəkdə tərəflər həmin zəbt edilmiş torpaq sahəsinin rəsmiləşdirilməsi üçün müraciət etmək hüquqları vardır. Hal-hazıradək Qəbələ rayon Bələdiyyəsinə müraciət olunmamışdır. Birinci instansiya məhkəməsinin 04 mart 2021-ci il tarixdə keçirilən baxış iclasında "xxxx" MMC-nin eksperti Şükür Hüseynov mütəxəssis qismində mülki işə cəlb olunmuşdur. "xxxx" MMC-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Qəbələ Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmiş və "xxxx" MMC və Qəbələ rayon Qəbələ Bələdiyyəsi bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 müraciəti əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş 21 fevral 2020-ci il tarixli, 152 saylı ekspertiza rəyindən göstərilmişdir ki: 1) ünvan 1 ünvanda yerləşən 0,7 ha həyətyanı torpaq sahəsində İddiaçı Nəsrəddin qızının mülkiyyətində olan 8/9 torpaq sahəsinin həmin ünvana dair texniki pasportda "B“ tikilisi kimi göstərilən tikilinin altında yerləşən torpaq sahəsi və həmin tikilinin qarşısından yol üçün 3,5 metr eni olmaqla küçəyə çıxışa qədər olan hissənin mülkiyyətdə olan torpağın digər hissəsindən ayırmasının, təcrid etmək, yəni natura şəklində bölünməsinin, bölünən hissənin sərhədi boyunca küçəyə qədər 2,2 metr hündürlükdə hasar çəkilməsinin və küçəyə ikinci giriş-çıxış darvazasının qoyulmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. 2) Bunun üçün “B” tikilisinin künc divarından başlayaraq tikilinin xaric divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərtilə diaqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarı çəkilməli, “B” tikilisinin sigər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməli, çəkilən hasarın son nöqtəsindən qonşu və küçə hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarları çəkilməli, küçə hasarı üzərində əiavə olaraq 3,5 metr enində keçid boşluğu açılmalı və boşluq üzərində darvaza quraşdırılmalıdır. Uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarların birləşmə nöqtəsi yarımdairə şəklində nəzərdə tutulur. Nəzərdə tutulmuş bölgü rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. 3) Həmin ünvanda yuxarıda qeyd olunan qaydada bölgü aparıldığı halda, bölünən mülkiyyətdə olan torpaqlar ayrı-ayrılıqda İddiaçı Nəsrəddin qızının sərəncamına düşən torpaq sahəsi 282,5 kv.metr, mərhum X2 ailə üzvlərinin sərəncamına düşən torpaq sahəsi 417.5 kv.m təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 təkrar müraciəti əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 mart 2020-ci il tarixli, 199 saylı ekspertiza rəyində göstərilmişdir ki: 1) ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı orpaq sahəsindən İddiaçı Nəsrəddin qızının 8/9 hissəsinə düşən sahənin 622,2 kv.m, mərhum X2 1/9 hissəsinə düşən sahənin isə 77,7 kv.m təşkil etdiyi müəyyən olunur. 21 fevral 2020-ci il tarixli, 152 nömrəli ekspert rəyində göstərilən qaydada natura şəklində bölgü aparıldığı halda, paylı mülkiyyətdə olan 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı Nəsrəddin qızının sərəncamına düşən sahənin 282,5 kv.m, X2 ailə üzvlərinin sərəncamına düşən sahənin isə 417,5 kv.m təşkil etdiyi və bununla da, İddiaçı Nəsrəddin qızının 8/9 payına düşən sahədən 340,0 kv.m az sahə, mərhum X2 1/9 hissəsinə düşən sahədən isə 340,0 kv.m çox sahə olduğu müəyyən edilir. 2) ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi 21 fevral 2020-ci il tarixli, 152 nömrəli ekspert rəyində göstərilən qaydada natura şəklində bölünərkən, İddiaçı Nəsrəddin qızının payına düşən sahənin 35,46 kv.m. hissəsi X2 ailəsinin evinin altına, 304.54 kv.m hissəsi isə həyətinə düşür və onların sərəncamında qalır. İş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün birinci instansiya məhkəməsinin 19.08.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən İddiaçı 8/9 hissədə və Cavabdeh 1/9 hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? "xxxx" MMC-nin 15.10.2020-ci il tarixli, 356 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un tələbinə görə İddiaçı 8/9 hissədə və Cavabdeh 1/9 hissədə paylarına uyğun ayrılması mümkün deyildir. Buna səbəb cavabdehin istifadəsində olan tikilinin alt hissəsində yerləşən torpaq sahəsinin onun payına düşən 0.0078 ha torpaq sahəsindən çox olması və həmin torpaq sahəsinə yol verildiyi halda paydan kənara çıxması eləcə də, mövcud bölgü aparıldıqda iddiaçının payına sahənin az olmasıdır. Qəbələ Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 2(025)-265/2020 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yazılı vəsatəti əsasında, həmçinin mülki iş üzrə mövcud mövcud ekspertiza rəyi arasında mövcud ziddiyyətə aydınlıq gətirilməsi məqsədilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən tərəflərə məxsus 0,07 ha həyətyanı torpaq sahəsinin Qəbələ rayon Bələdiyyəsinə məxsus zəbt olunmuş torpaq sahəsi nəzərə alınmaqla İddiaçı Nəsrəddin qızının 8/9 hissədə, Cavabdeh 1/9 hissədə paylarının aşağıda göstərilən qaydada natura şəkilində bölünməsi mümkündürmü? Hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlar çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi mümkündürmü?

2. Birinci sualda göstərilən qaydada paylar natura şəkilndə bölündüyü halda cavabdehə məxsus evin altında və həyətyanı sahəsində qalan mülkiyyətində olan torpaq sahəsi neçə kv.m təşkil edir?

3. Cavabdehin evinin altında və həyətyanı sahəsində qalan İddiaçı Nəsrəddin qızının mülkiyyətində olan torpaq sahəsinin dəyəri neçə manat təşkil edir?

4. Tərəflərə məxsus payların birinci sualda göstərilən qaydada natura şəkilində bölünməsi mümkün olduğu halda sərhədləri ayıran hasarın çəkilməsi üçün inşaat materiallarının dəyəri və usta xərci neçə manat təşkil edir? Azərbaycan Respublikası "xxxx" MMC-nin 01.02.2021-ci il tarixli 64 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi - **********27-10301, qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi - 01.04.2014-cü il) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən tərəflərə məxsus 0.07 ha torpaq sahəsinin Qəbələ rayon Bələdiyyəsinə məxsusu zəbt olunmuş torpaq sahəsi nəzərə alınmaqla İddiaçı 8/9 hissədə, Cavabdeh 1/9 hissədə paylarının aşağıda göstərilən qaydada natura şəklində bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89*- un tələblərinə uyğundur. Sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə diaqonal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21.0 metr ölçüdə sərhəd hasarları çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəklində inşa edilməsi mümkündür. Birinci sualda göstərilən qaydada paylar naturada bölündüyü halda cavabdehə məxsus evin altında 100 kv.m, həyətyanı sahəsində qalan mülkiyyətində olan torpaq sahəsi 315 kv.m təşkil edir Cavabdehin evinin altında və həyətyanı sahəsində qalan İddiaçıın mülkiyyətində olan 337 kv.(415-78=337) torpaq sahəsi vardır. Müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən sözü gedən 337 kv.m torpaq sahəsinin dəyəri 21900 (6500mx3.37 sot) manat təşkil edir. Tərəflərə məxsus payların birinci sualda göstərilən qaydada natura şəkilində bölünməsi üçün sərhədləri ayıran 2.2 m hündürlükdə, 52 m uzunluqda, təkqat bünövrəsi monalit-beton olan, mişar daşından hasarın çəkilməsinə sərf olunan vəsaitin məbləği (inşaat materialların dəyəri və usta əmək haqqı ilə birlikdə) 3500 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ətraflı araşdırma aparılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Qəbələ şəhəri. S.vurğun küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi 8/9 hissədə İddiaçı, 1/9 hissədə isə Cavabdeh məxsusdur. Yaşadıqları ərazi üzrə Qəbələ rayonunda torpaq sahəsinin 1 sotu 3000 manat olduğu halda ona məxus tikilinin altına düşən iddiaçıya məxsus torpaq sahəsinə görə kompensasiyanın məbləği iki qat, yəni 6500 manatdan hesablanmış və 21900 manat kompensasiya məbləğinin onun tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. Halbuki, ekspert rəyi hakim üçün mütləq deyil, tövsiyə xarakteri daşıyır. Ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək hüquqi qiymət verilməlidir. Ekspert qarşısında cavabdehin evinin altında və həyətyanı sahəsində qalan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dəyəri neçə manat təşkil edir? sualı qoyulmuş və ekspert 1 sotun dəyərini 6500 manatdan hesablamışdır. Halbuki, sözügedən ərazi üzrə torpaq sahəsinin dəyərinin həmin məbləğlə hesablanması ağlabatan deyil. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tаrixli, 2(025)-69/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X5, Cavabdeh qarşı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoyulması tələbinə dair iddiası təmin edilməmiş və aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz manat) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli 2(107)-1852/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 16 oktyabr 2019-cu il tarixli 2(102)-6568/2019 saylı qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********27- 10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı payı 8/9 hissədə, Cavabdeh payı 1/9 hissədə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı payı tam olaraq müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinin cizgi planına torpaq sahəsinin də cizgi planı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfiindən 02 aprel 2016-cı il tarixdə verilmiş AZ-İ № 792089 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 mart 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Qutqaşen rayon VVAQ şöbəsi tərəfiindən 20 iyun 1986-cı il tarixdə verilmiş İV-JQ № 261794 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında 20 iyun 1986-cı il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 28 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 220.1, 220.3, 220.4 və 220.6cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Mülki Məcəllə: Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq İddiaçı, 0,07 ha həyətyanı torpaq sahəsi isə 8/9 hissədə İddiaçı, 1/9 hissədə isə Cavabdeh məxsusdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı özünə məxsus olan hissədə torpağının real ayrılmasını tələb edə bilər. İş üzrə əldə edilmiş ilkin ekspertiza rəyində, cavabdehin istifadəsində olan tikilinin alt hissəsində yerləşən torpaq sahəsi onun payına düşən 0.0078 ha torpaq sahəsindən çox olduğundan mübahisə predmeti olan torpaq sahəsinin real bölünməsi mümkün olmadığı qeyd edilsə də, bu hal, hazırkı iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu zaman yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsinin gələcəkdə üçüncü şəxsə satılacağı təqdirdə də müəyyən çətinliklər yaradacağı da nəzərə alınmalıdır. Belə ki, ekspert rəyinə görə yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən cavabdehə məxsus evin altında qalan torpaq sahəsi 100 kv.m, həyətyanı sahəsində qalan mülkiyyətində olan torpaq sahəsi 315 kv.m təşkil etdiyi müəyyən olunur ki, Mülki Məcəllənin 220.4 maddəsinin tələblərinə müvafiq olaraq ayrılması mümkün olmayan sahənin dəyərinin ödənilməsi yolu ilə bölgü aparıması məqsədə müvafiqdir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı bunun mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Qəbələ şəhəri, S.Vurğun küçəsindən həmin küçədə yerləşən 9 nömrəli evin həyətyanı sahəsinə əsas giriş var, torpaq sahəsinin eyni tərəfində həmin küçəyə başqa giriş qapısı da mövcuddur. Həyətə daxil olarkən orada 2 ədəd fərdi yaşayış evi və əsas girişdən daxil olduqda həyətin sol tərəfində 2 ədəd yardımçı tikili mövcuddur. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, torpaq sahəsi bölünən zaman İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m (415-78=337) cavabdehin istifadəsində olan fərdi yaşayış evinin altında qalır. Bu halda Qəbələ şəhəri, S.Vurğun küçəsində yerləşən İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m cavabdehin istifadəsində qaldığı nəzərə alınmalı və həmin hissə cavabdehə verilməlidir. Həmçinin bu zaman cavabdehlərə 337 kv.m paylarından artıq düşür Bu səbəbdən cavabdehlərə artıq qalan sahənin dəyəri, iş üzrə tərəflər bu barədə başqa mötəbər sübut təqdim etmədiyindən hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla 21 900 (6500x3.37 sot) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********27-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 01.04.2014) RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən tərəflərə məxsus 0,07 ha torpaq sahəsinin İddiaçı 8/9 hissədə, Cavabdeh 1/9 hissədə paylarının sərhəd hasarını hündürlüyü 2,2 metr olmaqla, cavabdehə məxsus “B” tikilisinin künc divarından başlayaraq tikilinin xarici divarından 1,0 metr ara məsafəsi qoyulmaq şərti ilə dioqanal istiqamətdə birinci sərhəd hasarı, həmin hasarın son nöqtəsindən 10,5 metr ölçüdə ikinci sərhəd hasarının çəkilməsi, “B” tikilisinin digər künc divarından 1,0 metr ara məsafəsi qoyulmaqla sonuncu sərhəd hasarının son nöqtəsindən üçüncü sərhəd hasarı çəkilməklə, çəkilən divarın son nöqtəsindən qonşu və küçə qapısı hasarları istiqamətində 17,5 metr və 21,0 metr ölçüdə sərhəd hasarlar çəkilməsi, küçə hasarı üzərində əlavə olaraq 3,5 metr enində keçid boşluğu açılması və boşluq üzərində giriş-çıxış darvazası quraşdırılması, uzunluğu 17,5 metr və 21,0 metr olan sərhəd hasarlarının birləşmə nöqtəsi yarımdairə şəkilində inşa edilməsi qaydada natura şəkilində bölünməlidir, İddiaçı mülkiyyətində olan torpağın 337 kv.m (415-78=337) cavabdehin istifadəsində qaldığı üçün 21 900 (iyirmi bir min doqquz yüz) manat (6500x3.37 sot) kompensasiya olaraq və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Həmçinin Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı və 300 manat Cavabdeh tutularaq “X8” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin, iddianın təmin olunmuş hissəsində də, əsasən, torpaq sahəsinin qiyməti mübahisələndirilmişdir ki, cavabdeh və onun nümayəndəsi mübahisəli torpaq sahəsinin qiymətinin nə qədər olması barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(025)-8/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar