Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1236/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(037)-850/2022 saylı qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsi ilə X1 xx.xx.2008-ci il təvəllüdlü X11, 25 mart 2008-ci il təvəllüdlü X7 və 01 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı X2 ödənilməmiş 3100 manat məbləğində aliment borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı X3 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X11, 25 mart 2008-ci il tarixdə anadan olmuş X7 və 01 iyun 2010-cu il tarixdə anadan olmuş X8 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş və ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı X5 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, cavabdeh ilə 23 iyun 2007-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X11, 25 mart 2008-ci il tarixdə X7 və 01 iyun 2010-cu il tarixdə X8 adlı üç övladları doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(037)-370/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X11, 25 mart 2008-ci il təvəllüdlü X7 və 01 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh ilə boşandıqdan sonra bir neçə dəfə dalaşıb ayrılsaq da bir yerdə yaşamışıq və birgə təsərrüfat idarə etmişlər. Ona məxsus 20 başdan çox ana qoyun birgə təsərrüfata daxil edilmiş və hazırdahəmin təsərrüfat gəlir gətirir. Həmin qoyunlar və quzular cavabdehdə qalmışdır. Birgə təsərrüfat idarə etdikləri vaxtlarda da cavabdeh yaranan borcları müxtəlif bəhanələrlə sildirməmiş, əsassız borc məbləği yaranmışdır. Hazırda rəsmi iş yeri vardır və 600 manat aylıq maaşının 270 manatı alimentə tutulur. Aylıq əmək haqqının qalan 330 manatını işə gedib-gəlmək üçün yol xərcləri və digər xərclərin qarşılanması üçün xərclənir. Ailəsində davamlı münaqişlər baş verdiyi üçün qardaşının evində yaşamağa məcbur olmuşdur. Ona görə də onun 3100 manat məbləğində aliment borcu yaranmışdır və həmin borcu ödəməyə hazırda da maddi imkanı yoxdur. Cavabdehin isə uşaqları saxlamaq üçün normal maddi imkanı vardır. Cavabdeh xırda buynuzlu heyvanlar almış və fərdi təsərrüfat idarə edir, normal gəlirə malikdir. Ona görə də o, ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, özü heç yerdə işləmir. Maddi imkanı ağır olduğundan üç uşağın maddi ehtiyaclarının qarşılanmasında əziyyət çəkir. İddiaçının rəsmi iş yeri vardır, normal aylıq gəlir əldə etsə də İsmayıllı rayon Məhkəməsinin 2(037)-370/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş aliment borcunu ödəməmiş, nəticədə 3100 manat məbləğində borcu yaranmışdır. Uşaqların hər üçünün fiziki imkanları məhduddur. Övladı İsmayıl kəllə-beyin travması, beyin silkələnməsi diaqnozundan əziyyət çəkir və uşağın uzun müddətli müalicəyə ehtiyacı vardır. Cavabdeh təyin olunmuş alimenti ödəməməklə yanaşı uşaqların müalicə xərclərinin qarşılanması üçün heç bir köməklik etmir, əksinə onlara qarşı zorakı hərəkətlər edir. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üzərinə düşür. İddiaçının qeyd etdiyi xırdabuynuzlu heyvanları əmisi qızı Ziyafət Cəllətovanın verdiyi 300 manat pul ilə Məhəmməd Şirəliyev adlı şəxsdən almışdır. Uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı yüksək deyildir, əksinə həmin məbləğ hazırki şəraitdə üç uşağı saxlamaq, onların maddi ehtiyaclarını təmin etmək üçün azlıq edir. İddiaçı isə həmin aliment məbləğini də ödəmədiyindən xeyli miqdarda aliment borcu yaranmışdır. Alimentin miqdarı müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Hesab edir ki, iddiaçının aliment borcu üzrə yaranmış borc məbləğini ödəməkdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, iddiaçı onun oğludur. Tərəflər ailə qurduqdan sonra iddiaçının atası onlara 99 baş iri və xırda buynuzlu mal-qara vermişdir. Alıvərdi fərdi təsərrüfatında hər zaman işləmiş qazanc əldə etmişdir. Cavabdehin təsərrüfatındakı hazırki heyvanlar onların birgə əmlakıdır. Cavabdeh birgə təsərrüfatdan xeyli miqdarda gəlir əldə etsə də gəlirin iddiaçıya çatan hissəsini vermədiyindən iddiaçının xeyli miqdarda aliment borcu yaranmışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının bacısı X6 şahid Ayna Əhmədovanın ifadəsinə uyğun ifadə vermişdir
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, cavabdeh Məryəm Hüseynova onun əmisi qızıdır. 2017-ci ildə cavabdehin olduqca ağır maddi vəziyyətdə yaşadığını gördüyündən ona kömək etmək məqsədi ilə İsmayıllı rayonu Topçu kəndində yaşayan Məhəmməd Şirəliyevdən 3000 manatlıq xırda buynuzlu heyvanlar alaraq Məryəmə vermişdir. Məryəm həmin pulun 1500 manatını qaytarsa da qalan 1500 manat hissəsini hələ də qaytara bilməmişdir. Məryəmin qoyunları üçün tikilən tövlənin xərclərini də o qarşılamışdır. Ona görə də həmin heyvanlar iddiaçı ilə cavabdehin birgə təsərrüfatı deyil.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin anası X10 şahid Ziyafət Cəllətovanın ifadəsinə uyğun ifadə verdi.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsi ilə X1 xx.xx.2008-ci il təvəllüdlü X11, 25 mart 2008-ci il təvəllüdlü X7 və 01 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş Saidə, Fatimə və İsmayıl adlı uşaqlar əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı özünün maddi imkanının olmadığını, cavabdehin isə xeyli xırda buynuzlu heyvanlar saxlamaqla normal gəlir əldə etdiyini bildirərək təyin olunmuş və ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsini xahiş edir. Cavabdeh iddiaçının normal aylıq gəlirə malik olduğunu qeyd edərək, uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin hazırki vəziyyətdə üç uşağın saxlanması üçün azlıq etdiyini, iddiaçının isə həmin aliment məbləğini də ödəmədiyini və onun 3100 manat aliment borcu yarandığını bildirərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edir.
10. Göründüyü kimi qanunvericilik iddiaçının yuxarıda qeyd etdiyi xüsusatları aliment öhdəliyindən azad olunması əsası kimi müəyyən etməmişdir.
11. İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddiaçı həmin vaxtdan sonra özünün maddi vəziyyətində də hər hansı dəyişiklik olması, həmçinin yaranmış aliment borcunun hər-hansı üzürlü səbəblərə görə əmələ gəlməsi barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, həmin vaxtdan sonra uşaqların yaşının artması ilə bağlı onların maddi ehtiyacları, eyni zamanda Azərbaycan Respublikasında yaşayış minimumu da artmışdır. İddiaçının cavabdehə ödəməli olduğu, hər ay hər uşaq üçün 90 (doxsan) manat - cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment hazırki şəraitdə üç uşağın saxlanması üçün ödənilməsi mümkün olan məbləğdir, yaranmış aliment borcunun silinməsinə heç bir əsas yoxdur.
12. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2008-ci il təvəllüdlü X11, 25 mart 2008-ci il təvəllüdlü X7 və 01 iyun 2010-cu il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş və ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsi barədə iddia tələbi təmin edilməməlidir.
13. İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(037)-850/2022 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddiaçı X2 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. iş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-302/2010 saylı, 17 dekabr 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, X1 xx.xx.2008- ci il təvəllüdlü X11, 25 mart 2008-ci il təvəllüdlü X7 və 01 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
16. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin 147879/2021-45-1 nömrəli, 17 may 2022-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçının cavabdehə 3100 manat ödənilməmiş aliment borcu qalmışdır.
17. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh ilə 23 iyun 2007-ci ildə rəsmi nikahla ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci ildə Səidə, xx.xx.2008-ci ildə ildə Fatimə adlı əkiz uşaqlar və xx.xx.2010-cu ildə İsmayıl adlı üç övladları doğulmuşdur. İsmayıllı rayon məhkəməsinin 10 iyul 2009-cu il tarixli 2(037)-91 saylı qətnaməsi ilə cavabdehlə nikah pozulmuşdur. Lakin məhkəmə prosesindən sonra barışaraq bir müddət yenidən birlikdə yaşamışlar. Bu münvalla onlar rəsmən boşansalar da və dəfələrlə dalaşıb ayrılsalar da əksər vaxtlar bir ailə kimi yaşamış, birgə təsərrüfat idarə etmiş, gəlirləri ümumi ailənin mənafeyinə xərclənmişdir. Birgə yaşadıqları vaxtlarda, yəni tələbkarla birgə təsərrüfat idarə etdikləri zamanlarda ödənilməyən aliment məbləğləri yığılaraq İsmayıllı rayon İcra və Probasiya şöbəsində 3100 manat borc kimi qeydə alınmışdır. Lakin cavabdeh aliment borcundan imtina edəcəyi barədə söz verərək onu inandırmış, lakin borcları müxtəlif bəhanələrlə və yalan vədlərlə sildirməmiş və əsassız borc məbləği yaranmışdır. Bundan əlavə şəxsən onun özünə məxsus olan 20 başdan çox ana qoyun birgə yaşadıqları dövrdə ailənin ümumi birgə gəlirlərinə daxil edilmiş, hazırda həmin qoyunlar və ondan törəyən sonrakı quzular cavabdehdə qalmış və ona əlavə gəlir gətirir. Sonuncu dəfə cavabdehin ona qarşı hörmətsizliklərinə görə yalnız əyin paltarıyla evdən çıxmağa məcbur olmuş, ona öz evinə gəlməyə və əmlakından istifadəsinə icazə verilmir, polisə əsassız şikayətlər etməklə ona şər-böhtan atır. Bu səbəbdən o cavabdehə qarşı 2022-ci ilin əvvəlində cavabdehin ona məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması, evə məcburi köçürülmə və fərdi yaşayış evinə dair istifadə hüququna maneçilik törədilməsinə qadağa qoyulması tələbi ilə iddia qaldırmışdır. İddia təmin olunmuşdur. Lakin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
19. Məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə aliment qət edildikdən sonra cavabdehlə barışıb bir ailə kimi birgə təsərrüfat idarə etdiyimiz dövrlərdə işsiz olduğum vaxtlarda həyətyanı təsərrüfatda olan qoyunların bəslənməsi ilə məşğul olmuş, əldə edilən bütün gəlirlər ailənin ümumi mənafeyinə xərclənmişdir. Hazırda həm əmlakından, həm də evindən olmuş, digər qardaşına məxsus evdə yaşamaqla hazırda fəhlə kimi işlədiyi iş yeri bağlanmışdır və işsizdir. Bakı şəhərində gözətçi işinə düzəlmək üçün sənədlərini təqdim etmişdir. İşi düzəlsə 520 manat əməmk haqqı alasıdır. Onun da 270 manatını hər ay alimentə ödəməli, qalan 250 manatla isə həm kirayə pulunu, həm də yemək pulunu təmin etməlidir. Başqa xərcləri demir. Cavabdeh isə ona qəsd etmək, onu incitmək və qisasçılıq hissi ilə aliment borcuna görə müxtəlif orqanlara dayanmadan şikayət ərizələri yazır. Hansı ki, həmin borcun bəlkə də on qatını ondan mənimsəmişdir.
20. Məhkəmədə şahid qismində dindirilən anası Ayna Əhmədova və bacısı Əliyeva Səlimə ifadələrində onunla cavabdehin arasında olan rəsmi nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahdan doğulmuş uşaqların cavabdehin yanında qalmaqla onların maddi təminatı üçün aliment qət edilməsinə baxmayaraq onların barışaraq uzun müddət bir yerdə ər-arvad kimi yaşamaqlarını, birgə təsərrüfat idarə etməklərini, onun tərəfindən bütün qazancının ümumi ailənin, o cümlədən uşaqların maddi təminatı üçün xərcləndiyini qeyd etsələr də məhkəmə bu epizodlara əhəmiyyət verməmiş, bu fikrlər qətnamədə öz əksini tapmamışdır.
21. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(037)- 850/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı X3 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(037)- 850/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 18-19cu bəndlərində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasına göstərilən bəndlərin məzmununda iddia etdiyi halları sübut edəcək heç bir sübut və ya dəlil təqdim etməmişdir. Həmin hallar iş materialları ilə də təsdiq olunmur.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-ci bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, apellyatorun bu qətnamənin 26-cı bəndində göstərilmiş MPM-nin 273-cü maddəsində nəzərdə tutulmuş qaydada protokola qeydlər verməklə göstərdiklərini təsdiq etmək imkanı olmasına baxmayaraq, o bunu etməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, bu qətnamənin 11-ci bəndində göstərilmiş əsaslarla iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(037)-850/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(037)-850/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov