Məhkəmə qərarları › İş №2(107)-1242/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1242/2021

09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1242/2021 09.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1-nin direktoru Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “torpaq sahəsinin təmizlənərək, abadlasdırılaraq əkin ücün yararlı vəziyyətə gətirilməsi, çəkilən xərclərin və itirilmiş gəlirlərin cavabdeh şəxslərdən alınması” tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinin qismən təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(075)-582 nömrəli qərardadından cavabdeh Cavabdeh1-nin direktoru Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 manat, eləcə də 2000 manat icarə haqqı ilə birgə cəmi 52000 manat pulun Cavabdeh1-dən və onun direktoru Cavabdeh2 alınıb ona verilməsi, 66 ton arpa məhsulun 1 kq 0,35 qəpikdən hesablamaqla 23100 manat dəyərinin 50 faizi olan 11550 manat pulun və əkin xərci olan 2000 manat pulun müştərək qaydada Cavabdeh2, X2 və Cavabdeh4 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı bildirmişdir ki, o, Cavabdeh1-nin direktoru Cavabdeh2 ilə aralarında olan razılaşmaya əssən həmin MMC-nin mülkiyyətində olan 24.5 ha torpaq sahəsin kolkosdan, daşdan yarğanlardan təmizləməklə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirmişdir. Bunun üçün isə həmin əraziyə xeyli pul vəsaiti qoymuş və qardaşları ilə bərabər çoxlu əziyyət çəkmişdir. Buna görə də o, məhkəməyə iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, iddia ərizəsi üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etmək üçün Cavabdeh1-nə məxsus 24,5 hektar torpaq sahəsinin özgəniləşdirilməsinə və ya həmin torpaq sahəsi ilə əlaqədar hər hansı bir müqavilə və ya əqdin bağlanmasının qarşısını alınması üçün həmin torpaq sahəsinin üzərinə, eləcə də qeyd olunan torpaq sahəsinə əkilmiş arpa məhsulunun üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 da iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1-nin nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, hesab edir iddia ərizəsi əsassızdır. Buna görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 28 aprel 2021-ci il tarixli 2(075)- 582 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırki mülki işə baxılıb, iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* və RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış üzrə Cavabdeh1-nə məxsus ümumilikdə 24,5 hektar torpaq sahəsinin özgəniləşdirilməsi və həmin torpaq sahələri barəsində müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi və qeyd olunan torpaq sahəsinə əkilmiş arpa və ya buğda biçilib götürüldükdən sonra toplanmış həmin məhsulun üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmçinin qərardadda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsində əkilmiş arpa və ya buğdaya həmin məhsullar yetişdirilənədək müvafiq aqrotexniki qulluğun göstərilməsinin heç bir halda məhdudlaşdırıla bilməz. Cavabdeh1-nin direktoru Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(075)-582/2021 saylı iddianın təmini tədbiri haqqında qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(075)-582/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1-nin direktoru Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “torpaq sahəsinin təmizlənərək, abadlasdırılaraq əkin ücün yararlı vəziyyətə gətirilməsi, çəkilən xərclərin və itirilmiş gəlirlərin cavabdeh şəxslərdən alınması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(075)-582/2021 nömrəli iddianın təmin edilməsi tədbiri haqqında qərardadından Cavabdeh1-nin direktoru Cavabdeh2 verdiyi şikayət təmin olunmamış və onun şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(075)- 582/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh1-nin direktoru Cavabdeh2, X2 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(075)-582/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin məcəllənin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddianın təmin edilməsində məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər tətbiq edilərək mübahisə həll edilənədək mövcud vəziyyət qorunub saxlanılmağa çalışılır. Göründüyü kimi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsi ilə həll edilməsini xahiş etdyi tədbirlər iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasına hər hansı bir maneəçilik yarada biləcək hal deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsində əkilmiş arpa və ya buğdaya həmin məhsullar yetişdirilənədək müvafiq aqrotexniki qulluğun göstərilməsi isə heç bir halda məhdudlaşdırıla bilməz və sahibi tərəfindən ona müvafiq qulluq göstərilməsi qadağan olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(075)-582 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1-nin direktoru Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(075)-582 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar