Məhkəmə qərarları › İş №2(107)-1245/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1245/2025

06.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1245/2025 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 3900 manat pulun və ödənilmiş 59 manat dövlət rüsumunun, cavabdeh Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində 368.75 manat məbləğində dəymiş maddi zərərin bank krediti üzrə faiz və komissiya xərclərini və həmçinin dövlət rüsumu olan 30 manat dövlət rüsumunun və 2000 manat mənəvi zərərin və 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh uzun müddətdir ki, tanıyır və onunla dostluq münasibəti olmuşdur. Bu səbəbdən də, aralarında dostluq münasibətləri çərçivəsində borc alıb-vermə məsələləri olmuşdur. Cavabdeh pulu olmadığından ortaq dostundan onun vasitəilə pul götürmüş və həmin pulu vaxtında ödəyə bilməmişdir. Həmin dövrdə cavabdeh əlavə olaraq ondan özü üçün 250 manat və 400 manat məbləğində borc pul götürmüşdür. ## #### 2024-cü ildə cavabdehin digər şəxsə olan 3400 manat borcunu ödəməyi barədə razılaşmışlar. Cavabdehin isə ona olan 650 manat borcunu və cavabdehin digər şəxsə olan borcuna görə ödədiyi 3400 manat pulu geri qaytaracaq. Bundan sonra cavabdehin digər şəxsə olan 3400 manat borcunu ödəmişdir. Bundan sonra Sədrəddin ilə arasında 4050 manat (250 manat + 400 manat + 3400 manat) borc münasibətləri yaranmışdır. Həmin ilin yay aylarında ümumilikdə ona olan 4050 manat borcunu ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Cavbdeh # ######## 2024-cü ildə 4050 manat ümumi borcundan 250 manat ödəmiş və ona 3800 manat borcu qalmışdır. Cavabdeh 2025-ci ilin Fevral ayının sonuna qədər ona olan 3800 manat borcu tam ödəyəcəyini bildirsə də, bu öhdəliyini də yerinə yetirməmişdir. Bundan sonra cavabdeh ilə aralarında olan razılığa əsasən, yəni ## ###### 2025-ci il tarixdə telefonla danışıq zamanı, ona olan 3800 manat borcunu ## #### 2025-ci il tarixdə tam ödəyəcəyini bildirmişdir. Cavabdeh ilə arasında olan danışıqlar mobil telefon vasitəsi ilə qeydə alınmışdır. Həmin danışıqlarda da cavabdeh ona olan borcunu etiraf etmişdir. Belə ki, bu danışıqlardan sonra cavabdeh özünün avtomobilinin təmiri üçün əlavə 250 manat borc istəmiş, sonuncu danışığa və dostluq münasibətlərinə görə cavabdehə yenidən 250 manat borc vermişdir. Cavabdeh həmin borcdan 150 manat qaytarsa da, 100 manat pulu da ona qaytarmamiş,nəticədə cavabdehin cəmi 3900 manat borcu qalmışdır. Cavabdeh yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırır. Dələlərlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini mübahisəsiz həll edilməsini təklif etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirmiş, lakin bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir.Sonradan məlum olmuşdur ki, cavabdehin borcunu qaytarmamasına səbəb onlayn qumar oyunlarında külli miqdarda pul uduzması səbəb olmuşdur. Bundan sonra aralarında müxtəlif danışıqlar olmuş, cavabdehin borcunu qaytarması üçün onun qardaşı ilə danışıqlar aparmış, lakin cavabdehin qardaşı əvvəlcə ona borcu aylıq 100 manat olaraq qaytaracağını bildisdə də, sonradan cavabdehin özü və qardaşı müxtəlif formalarda şantaj və təhdid edərək borcu qaytarmayacaqlarını bildirmişlər.Bununla yanaşı cavabdehin davranışı təkcə mülki-borc münasibətlərini pozmaqla qalmayıb, həmçinin qanunda xüsusi məsuliyyət nəzərdə tutulan ağır psixoloji təzyiq və təhqir formalarına da istifadə etmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan özündə 3900 manat pulu saxlayır. Həmin pul vəsaitinin cavabdehdə olması Whatsapp yazışmaları və cavabdehin borcu etiraf etməsinə dair səs yazısı olan CD disklə tam sübuta yetir.

3. Bundan başqa cavabdehin borc öhdəliyini icra etməməsi nəticəsində uzun müddət maddi çətinlik içərisində yaşamış və gündəlik ehtiyaclarını təmin etməkdə ciddi problemlərlə qarşılaşmışdır. Bu səbəbdən gündəlik istifadə üçün nəzərdə tutulmuş məişət, texniki və şəxsi elektronika məhsullarını əldə etmək məqsədilə ##.##.2023-cü il tarixində Kapital Bank ASC ilə BUMM*******B*** nömrəli krediti xətti müqaviləsi üzərə 1,569.13 manat məbləğində kredit xəttindən istifadə etməyə məcburiyyətində qalmışdır. Həmin kredit müqaviləsinə əsasən, illik 27% nominal faizlə (29.26% faktiki illik faizlə) ümumilikdə 1,569.13 (bir min beş yüz altmış doqquz manat on üç qəpik) əsas borc məbləğində kredit vəsaiti ayrılmış və bu vəsaitlə məişət və şəxsi istifadə üçün nəzərdə tutulmuş məhsullarını əldə etmişdir. Kreditin alınması və qaytarılması prosesi zamanı ümumilikdə 1,937.88 manat ödəməlidir. Məhsulun dəyəri xaric olmaqla 368.75 manat məbləğində faiz və komissiya ödənişləri etməyə məcburdur. (bu məbləğlər 14.10 AZN, 131.84 AZN və 222.81 AZN). Bu məhsullar və onların üzrə hesablanmış komissiya məbləğləri və tarixləri aşağıdakılardır: ##.##.2025-ci tarixində 60 AZN-lik məhsul alışı üzrə 14.10 AZN komissiya, ##.##.2025-ci tarixində 561 AZN-lik məhsul alışı üzrə 131.84 AZN komissiya, ##.##.2025-ci tarixində 948.13 AZN-lik məhsul alışı üzrə 222.81 AZN komissiya hesablanmışdır. Kapital Bank ASC ilə 21,07.2023-cü il tarixində bağlanmış kredit xətti müqaviləsi əsasında ona kredit xətti ayrılmışdır. Həmin kredit xətti üzərə ##.##.2025 və ##.##.2025 tarixlərində məhsulları almaq məqsədilə istifadə etmişdir. Bu əlavə maliyyə yükü, yəni bank faizləri və komissiyalar, bilavasitə cavabdehin ona qarşı törətdiyi hüquqazidd hərəkətin yəni borcun qaytarılmaması ilə bağlı yaranmışdır. Əgər cavabdeh ona olan borcunu vaxtında qaytarsaydı, kredit götürmək və onun faizlərini ödəmək zərurəti ilə üzləşməzdi. Yuxarıda göstərilən faktlara və hüquqi əsaslara istinadən, cavabdeh tərəfindən ona vuruan 368.75 manat maddi zərərin bank krediti üzrə faiz və komissiya xərclərinin əvəziin ödənilməsi üçün müvafiq qərarın qəbul edilməsi qanunauyğundur və ədalətlidir.

4. Eləcə də məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh hüquqlarını kobudcasına pozmuş, nüfuzuna, əqidəsinə, şəxsi toxunulmazlığına və həyat təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlər etmişdir. Onun barəsində məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh telefon danışığı zamanı kobud, nalayiq və alçaldıcı ifadələr işlətmiş, şəxsi ləyaqətinə, insan kimi heysiyyətinə ağır şəkildə toxunmuşdur. Sözügedən danışıq zamanı istifadə olunan sözlər sadəcə etikadan kənar olmayıb, həm də mənəvi cəhətdən təhqir xarakteri daşıyıb və psixoloji durumuna ciddi mənfi təsir göstərmişdir. Təhqiramiz davranış şəxsiyyətinə və sosial mövqeyinə xələl gətirən, eyni zamanda ictimai münasibətlərdə mənfi təəssürat yaradan hallardandır. Cavabdeh bunu bilərəkdən etmiş və bu yolla mənəvi zərbə vurmağa çalışmışdır. Bu hüquqlarının pozulması deyil, həm də qanunun və cəmiyyətin etik normalarına zidd bir davranışdır. Cavabdeh barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymaqla guya faizlə pul verən şəxs kimi təqdim etmişdir. Bu yalan məlumatlar ictimai nüfuzunu alçaldır, cəmiyyət arasında ona qarşı mənfi rəy formalaşdırır və şəxsi nüfuzuna ciddi zərər vurur. Həmçinin bu yalan və təhqiramiz məlumatlar nəticəsində şəhər ictimaiyyəti arasında mənəvi əzab çəkir və bu halların şəxsi həyat və fəaliyyətinə mənfi təsiri olmuşdur. Cavabdeh sonra özü etiraf edir ki, faizə pul verməmiş onun faiz borcunu ödəmişdir. Sonraki danışıqlar zamanı bu mövzu barəsində şikayət edəcəyini özünə dəfələrlə bildirmiş və qanun qarşısında qorxuduqu üçün üzr istəmişdir. Buna baxmayaraq, bu birmənalı olaraq qəbul olunmazdır. Çünki cavabdehin səsləndirdiyi üzr ifadəsi onun neçə aydır çəkdirdiyi psixoloji sarıntı əvəz etmir.Sədrəddin özü hədə qorxu, qeyri etik təhdid ifadələrlə hədə daşımış, psixoloji təzyiq göstərmişdir. Belə hədələmə şəklindəki psixoloji zorakılıq həyat təhlükəsizliyinin real təhlükə altında olduğunu sübut edir. Cavabdeh davamlı olaraq onlayn kazino oyunları oynayaraq borcunu artırmış, bu yolla da ona qarşı məsuliyyətə sayğı göstərməmiş, borc ödəmə niyyətini itirmişdir. Bu hallar borc əlaqələrinin pozulması ilə yanaşı, onun məsuliyyətsizliyini göstərir. Sədrəddin Nuhuzadə tərəfindən uzun müddətdir ona qarşı davamlı psixoloji təzyiq və mənəvi zorakılıq həyata keçirilir. Onun bu davranışları nəticəsində artıq nəinki normal həyatını yaşaya bilmir, hətta özünü öldürmək istəyir. Sədrəddin ona dəfələrlə aşağılayıcı sözlər deyib, təhqir edib, borcunu ödəmədiyi halda üstünə qışqırıb, əsəb və sinir sistemimə təsir edən davranışlar sərgiləyib. Bu təzyiqlər nəticəsində artıq gündəlik həyatını yaşaya bilmir, gecələr yata bilmir, depressiya əlamətləri ilə üz-üzə qalmışdır. Cavabdehin şantaj, stres və əzabverici hərəkətləri nəticəsində ona 2000 mənəvi ziyan dəymişdir.

5. Cavabdeh Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı borca pul aldıqdan sonra ona məlum olmuşdur ki, İddiaçı borc adı altında ona verdiyi pulu faizə vermişdir. İddiaçı olan borcunun əsas hissəsini ödəmişdir. İddiaçı iddiası əsassızdır və rədd edilməlidir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddiaların təmin edilməsini xahiş etmişdir.

7. Iş üzrə cavabdeh Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı İddiaçı ilə dostluq münasibətləri olmuşdur. İddiaçı borca pul almış, borcunu hissə-hissə qaytarmışdır. Hazırda İddiaçı 456.07 manat borcu qalmışdır. Bundan başqa iddiaçının ona qarşı qaldırdığı maddı və mənəvi ziyan tələbini tam əssasız hesab edir. Buna görə də iddianı qəbul etdiyi həddə təmin edilməsini xahiş edir.

8. Göyçay Rayon Məhkəməsinin (hakim Ibrahim Fəttahov) ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 456.07 manat pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 3900 manat borc pul verdiyini, cavabdehin həmin pulu qaytarmadığını, borcu qaytarmadığı üçün mənəvi sıxıntılar keçirdiyini, buna görə ona 2000 manat mənəvi ziyan dəydiyini, eləcə də pul vəsaitini cavabdehə verdiyi üçün bankdan kredit götürdüyünü, həmin kredit borcunu qaytara bilmədiyini və buna görə də ona maddi ziyan dəydiyini iddia edir. Məhkəmədən cavabdeh Cavabdeh 3900 manat borcun, 2000 manat mənəvi ziyanın və 368.70 manat zərərin bank krediti üzrə faiz və komissiya xərclərinin tutularaq ona verilməsini xahiş edir.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh 6353 manat borc pul verilmiş, cavabdeh Cavabdeh qeyd edilən borcdan 5896.93 manatını iddiaçı İddiaçı qaytarmışdır. Qalıq borc 456.07 manat təşkil edir.

11. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, iddiaçı İddiaçı məxsus 456.07 manat pul vəsaiti cavabdeh Cavabdeh qanunsuz sahibliyində qalmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

12. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı İddiaçı tərəfindən iddianın əsasını təşkil edən 3900 manat borc pulun cavabdeh Cavabdeh verdiyinə dair heç bir sübut məhkəmə təqdim edilməmişdir.

13. Məhkəmə qeyd etymişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xxxx ASC-yə aid kart hesabları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh kart hesabına ##.##.2023-cü il tarixdə 1833 manat, ##.##.2024- cü il tarixdə 877 manat, ##.##.2024-cü il tarixdə 340 manat, ##.##.2024-cü il tarixdə 1340 manat, ##.##.2024-cü il taridə 1900 manat və 63 manat olmaqla cəmi 6353 manat pul göndərmişdir.

14. Həmçinin cavabdeh Cavabdeh kart hesabından iddiaçı İddiaçı 53915******** nömrəli kart hesabına, ##.##.2023-cü il tarixdə 250 manat, həmin tarixdə 32 manat və 15 manat, ##.##.2023-cü il tarixdə 600 manat, ##.##.2023-cü il tarixdə 45 manat, ##.##.2023cü il tarixdə 640 manat, ##.##.2023-cü il tarixdə 280 manat, ##.##.2023-cü il tarixdə 190 manat, ##.##.2024-cü il tarixdə 25 manat, ##.##.2024-cü il tarixdə 42 manat, ##.##.2024-cü il tarixdə 8.10 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 700 manat, ##.##.2024-cü il tarixdə 499.83 manat, ##.##.2024-cü il tarixdə 200 manat olmaqla cəmi 3546.93 manat pul ödəmişdir.

15. Bundan başqa iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında aparılmış Vvhatsapp yazışmalarına vizual baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə 850 manat, ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 800 manat manat olmaqla cəmi 1850 manat pulun iddiaçı İddiaçı göndərməsi, İddiaçı qeyd edilən pul vəsaitlərini qəbul etdiyini bildirmişdir

16. Eləcə də iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında aparılmış danışıqları (səs yazmalarla) müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 500 manat pul göndərdiyini bildirmiş, iddiaçı İddiaçı qeyd edilən pulu qəbul etdiyini bildirmişdir.

17. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia pul tələbinə dair hissədə qismən təmin edilməli, 456.07 manat pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

18. Məhkəmə iddia tələbinin mənəvi ziyana dair hissədə qeyd etmişdir ki, iddiaçı İddiaçı mənəvi sarsıntı keçirməyini nədə ifadə olunduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, iddia tələbini bu hissədə ümumi mülahizələrdən ibarət olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulmasına dair hissədə təmin edilməməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı bankdan götürdüyü kredit borcuna görə hesablanmış 368.75 manat məbləğində faiz borcunu ona vurulmuş maddi ziyan hesab edərək həmin məbləğin cavabdeh Cavabdeh tutulmasını tələb etsə də bu tələbin əsaslı olduğuna dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi zərərin tutulmasına dair hissədə də təmin edilməməlidir.

20. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş hər üç iddia üzrə 129 manat dövlət rüsumun, iddia tələbi təmin edilən hissəsinə (456.07 manat) nisbətdə 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 442, 739.1, 739.2, 740-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı, "Qavazov Bolqarıstana qarşı” və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

23. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən onun iddia tələbinə dair heç bir hüquqi əsaslandırma aparılmamışdır. Həmin tələb üzrə şablon cümlələrdə istifadə edilməklə qərar yazılmışdır. Halbuki həmin tələbi ilə də bağlı kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir.

24. Aralarında yazılı qaydada borc müqaviləsi olmasa da, mübahisə predmeti olan borcun ## #### 2024-cü ildə cavabdeh tərəfindən alınması. Belə ki, ## #### 2024-cü ildə onlar razılaşmışlar ki, o, cavabdehin digər şəxsə olan 3400 manat faiz borcunu ödəyəcəkdir, cavabdeh isə yay aylarında həm ona olan 650 manat borcunu, həm də həmin şəxsin borcuna görə onun ödədiyi 3400 manat pulu ona geri qaytaracaq. Bundan sonra o, cavabdehin digər şəxsə olan 3400 manat borcunu ödəmişdir. Nəticədə, cavabdeh Sədrəddin ilə aralarında ümumilikdə 4050 manat (650 manat + 3400 manat) məbləğində borc münasibətləri yaranmışdır. Cavabdeh həmin ilin yay aylarında bu borcu tam ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Cavabdeh yalnız # ####### 2024-cü il tarixində ümumi 4050 manat borcundan 250 manat ödəmiş və nəticədə ona qarşı 3800 manat borcu qalmışdır. Əlavə olaraq bildirir ki, whatsapp mobil tətbiqi üzərində yazışmalarda ona olan 3800 manat borc məbləğini həmdə Fevral ayının sonuna qədər həmin məbləği ona ödəyəcəyini əks etdirən yazışma qeydləri mövcuddur və o, Göyçay Rayon Məhkəməsinə ##.##.2025-ci ildə borc tələbinə dair iddia ərizəsini təqdim edəndə həmin whatsapp mobil tətbiqi üzərində aparlan yazışmanın ekran görüntüsünü təqdim etmişdir. Cavabdeh 2025-ci ilin fevral ayının sonuna qədər ona olan 3800 manat borcu tam ödəyəcəyini vəd etsə də, bu öhdəliyini də yerinə yetirməmişdir. O, uzunmüddətli dostluq münasibətlərini və həmin dövrdə Sədrəddinin maddi vəziyyətinin zəif olmasını nəzərə alaraq, ondan pulu təcili ödəməsini israrla tələb etməmişdir. Daha sonra, ## ###### 2025ci il tarixdə aralarında baş tutan telefon danışığı zamanı cavabdeh ona olan 3800 manat borcunu ## #### 2025-ci il tarixdə tam ödəyəcəyini bildirmişdir. Onunla cavabdeh arasında baş tutan bu telefon danışıqları mobil telefon vasitəsilə qeydə alınmışdır. Həmin səs yazılarında cavabdeh ona olan borcunu açıq şəkildə etiraf etmişdir. Həmin telfon danışıqlarınımən CD disk formasında Göyçay Rayon Məhkəməsinə ##.##.2025 – ci ildə iddia ərizəsini təqdim edən zaman təqdim etmişdir.

25. Cavabdehin bu hərəkətləri əsassız varlanma olmaqla, onun pullarını qanunsuz olaraq özündə saxlayır. Lakin məhkəmə həmin fakta və hala hüquqi qiymət vermir. Bundan başqa məhkəmə iclas protokolunda cavabdeh ondan aldığı pulları etiraf edir, lakin qaytarmasını etiraf etmir. Buna baxmayaraq məhkəmə özü hüquqi qiymət verir ki, cavabdeh pulları ona qaytarmışdır.

26. Mənəvi zərərin ödənilməsi tələbinin əsassız rədd edilməsinə dair hüquqi əsaslandırma. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçı İddiaçı mənəvi sarsıntı keçirməsini sübut edən heç bir dəlil təqdim etməmiş, və bu hissədə iddia tələbi “ümumi mülahizələrdən ibarət olmuşdur.” Bu qənaət iş materiallarına uyğun deyil, faktiki halları tam əks etdirmir və Mülki Prosessual Məcəllənin bir sıra maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bundan başqa qətnamədə maddi zərər ilə bağlı, yəni maddi normaların 3-cü qrafasında qeyd etdiyi normalara toxunulmamış, ümumiyyətlə həmin normalara hüquqi qiymət verilməmişdir. Halbuki, məhkəmə qətnaməsi çıxarılarkən iddia edilən tələbin hər birnə uyğun düzgün maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Lakin Göyçay rayon məhkəməsi isə səthi baxdığı kimi normaları da, səthi olaraq qeyd etmiş, ümumiyyətlə protokollar necə səthi yazılıbsa qətnamədə elə formada səthi və yanlış yazılmışdır.

27. Hesab edir ki, hazırki iddia ilə bağlı məhkəmə tərəfindən tam araşdırma aparılmayıb. Pulun həqiqətəndə ondan ## #### 2024-cü ildə cavabdeh tərəfindən alınmasına dair bir neçə sübut olsa da, məhkəmə qanunsuz olaraq cavabdehin təqdim etdiyi və keçmişə aid sübutlara qiymət verir. Belə ki, o, məhkəməyə aşağıdakı sübutları təqdimetmişdir. 1 Cavabdehin ona qarşı təhqir, böhtan və psixoloji təzyiq xarakterli danışıqlarının səs yazıları-bu materiallarda cavabdeh açıq şəkildə onun şərəf və ləyaqətimi alçaldan, təhqiredici ifadələr işlətmiş, həmçinin psixoloji manipulyasiya və təhdid hallarına yol vermişdir. Həmin səs yazıları iş materiallarına əlavə olunmuşdur və mənəvi zərərin obyektiv əsaslarını sübut edir. ##.##.2025-ci il tarixdə mənəvi zərərin ödənilməsi tələbi ilə müraciət edərkən, Polşa Respublikasında yaşadığı üçün depressiya və əsəb pozuntusu ilə bağlı tibbi resepti, yəni sakitləşdirici və depressiya əleyhinə dərmanların adlarını göstərən sənədləri məhkəməyə təqdim etmişdir. Bu, mənəvi sarsıntının fizioloji və tibbi təsirini sübut edən rəsmi tibbi sənəddir. ##.##.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə cavabdehin onu “sələmçi”, “faiz verən” kimi təqdim etməklə nüfuzunu və ictimai imicini zədələməsi barədə yazılı şəkildə məlumat vermiş və bu faktların iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Bu da mənəvi zərərin məhz təhqir və böhtanla bağlı olduğunu təsdiqləyir.

28. Düşünür ki, məhkəmə sübutları düzgün araşdırmamışdır. Onun dəfələrlə məhkəmə iclasına vidoe sistemlə qoşulmağına heç bir hüquqi qiymət verməmişdir. Qanunsuz olaraq qətnamədə onun iştrak etmədiyi qeyd edilir. Məhkəmə onun elektron qaydada yazdığı ərizələri nəzərə almayaraq, qanunsuz təsirlərlə onun ilkin iddiasını imzalayan qardaşına basqılar etmiş və məcbur edərək məhkəmədə iştrakını tələb etmişdir. Halbuki, bu fakt özü belə qanunsuzdur. Bundan əlavə, qeyd etmək istəyir ki, onun məhkəməyə təqdim etdiyi sübutlar cavabdeh Cavabdeh öz səs yazısı ilə özünü təkzib etməsindən ibarətdir. Həmin səs yazısında cavabdeh ona qarşı səsləndirdiyi böhtan xarakterli “faizlə pul vermək”, “sələmçiliklə məşğul olmaq” və “qeyri qanuni sahibkarlıq fəaliyyəti aparmaq” kimi əsassız ittihamları öz etirafı ilə təkzib edir.

29. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair *(***)-****/**** saylı mülki iş Göyçay Rayon Məhkəməsinin icraatında olan digər iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair *(***)-****/**** saylı mülki işə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilmişdir. Qeyd edir ki, qərardaddan narazıdır. Qərardad tamamilə əsasızdır. Hesab edir ki, işin birləşdirilməsi qərəzlidir. Qeyd edir ki, həmin tələbləri arasında heç bir bağlılıq yoxdur. Tamamilə ayrı-ayrı tələblərdir. O, özü yaxşı bilir ki, verdiyi iddia tələbinin həmin iddia tələbinə bağlılığı olsaydı o, zatən MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə iddia qaldırardı.

30. Məhkəmə təqdim etdiyi səs yazılarını, ərizələri və tibbi sənədləri araşdırmadan və qiymətləndirmədən, nəticə etibarilə iddianı “ümumi mülahizə” kimi qiymətləndirmişdir. Bu, MPM-in 14.1 və 14.2-ci maddələrinin tələblərinin pozulmasıdır. Eyni zamanda MPM-in 77 və 78-ci maddələrinə əsasən, hər bir tərəf öz tələblərinin sübutlarını təqdim etməli və məhkəmə bu sübutları qiymətləndirməlidir. Onun tərəfindən bu sübutlar təqdim olunsa da, məhkəmə onları araşdırmamış, hüquqi dəyər verməmiş və qətnamədə onlara istinad etməmişdir

31. 3900 manat borc tələbinə dair iddianın sübut və predmeti Məhkəmə qətnaməsində cavabdeh Cavabdeh məhkəməyə təqdim etdiyi “xxxx” ASC-yə aid kart hesabları və çıxarışlar əsasında Göyçay Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 456,07 manat borc məbləği tamamilə əsassız və qərəzlidir. Onun tərəfindən təqdim olunmuş ərizələr, vəsatətlər, bəyanatlar, eləcə də CD diskdə olan səs yazıları və WhatsApp mobil tətbiqi üzərindən aparılmış yazışmalara dair ekran görüntüləri məhkəmə tərəfindən nəzərə alınmamış, bu da araşdırmanın obyektiv və tam aparılmadığını açıq şəkildə göstərir. Məhkəmə onun təqdim etdiyi sübutlara baxmadan, əsassız qərar qəbul etmişdir. Qətnamədə qeyd olunan “iddiaçı İddiaçı cavabdeh Cavabdeh 6353 manat borc pul verməsi” ifadəsinin nəyə əsasən müəyyən edildiyini bu günədək aydınlaşdıra bilməmişdir. Halbuki, cavabdehin təqdim etdiyi bank çıxarışında yalnız ##.##.2023 – ##.##.2024 tarixləri arası əməliyyatlar göstərilmişdir. O, isə ərizəsində qeyd etmişdir ki, onların arasında dostluq münasibətləri mövcud olmuş, bu səbəbdən dəfələrlə qarşılıqlı pul alıb-vermə halları olmuşdur. Bundan əlavə, ##.##.2024 tarixində 110 manat, ##.##.2024 tarixində 60 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 150 manat və digər tarixlərdə onun tərəfindən cavabdeh Cavabdeh göndərilmiş pul vəsaitləri, həmçinin nəğd şəkildə verilmiş məbləğlər, həmçinin cavabdehin ona göndərdiyi pul vəsatələri barədə məhkəmə heç bir araşdırma aparmamış, bunları nəzərə almamışdır. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı İddiaçı tərəfindən iddianın əsasını təşkil edən 3900 manat borc pulun cavabdeh Cavabdeh verdiyinə dair heç bir sübut məhkəmə təqdim edilməmişdir. Əsas məsələ ondadır ki, iddianın və borc münasibətinin sübutları aşağıdakı konkret faktlarla təsdiqlənir: 1)##.##.2025-ci il tarixli WhatsApp yazışmaları, 2) ##.##.2025- ci il tarixdə baş tutan telefon danışığı (CD diskdə olan səs yazısı), burada cavabdeh ona olan 3800 manat borcunu ##.##.2025-ci il tarixdə tam ödəyəcəyini bildirmişdir, 3) ##.##.2025-ci il tarixli WhatsApp yazışmasında cavabdeh borcu hissə-hissə qaytarmaq təklifi vermişdir, 4) ##.##.2025-ci il tarixli yazışmalarda isə cavabdeh, məhkəməyə müraciət etdiyi üçün təklifin qəbul edilmədiyini görüb, lakin yenə iyun ayına qədər gözləməyi təklif etmişdir, 5) Bundan əlavə, ##.##.2025-ci il tarixli telefon danışığında cavabdeh 2025-ci ilin iyul ayının 10-da 1000–1800 manat arasıməbləği ödəyəcəyini, qalan hissəni isə qardaşıNuhzadə Mahir Arzu oğlunun vasitəsilə hissə-hissə, maksimum 2 ay müddətində tam şəkildə qaytaracağını açıq şəkildə bildirmişdir. 6) Idda ərizəsində bəhs etdiyi 250 azn avtomobilin təmiri üçün əlavə pul alması faktı ##.##.2025 ci il whatsapp yazışmalarında öz əksini tapır və həmin 250 azndan 150 azn geri qaytarmışdı lakin 100 mamat qalaraq ana borc məbləğini yəni 3800 manatın üzərinə gələrək 3900 manat olduğunu faktını birdaha whatsapp ekran görüntüsü ilə təqdim edir. Əlavə olaraq bir daha bildirəm ki, +*** ** *** ** **, +*** ** *** ** ** nömrələri Cavabdeh məxsusdur əlavə sübut kimi ehtiyac olduğunu halda onun mobil telefonuna baxış keçirərək Sədrəddin orda yüzlərlə öz səsini görmək olar. Göstərilən səs yazıları, yazışmalar və digər elektron sübutlar borc münasibətinin mövcudluğunu və cavabdehin borcu etiraf etdiyini tam şəkildə sübuta yetirir və bu materiallar məhkəmə tərəfindən dəyərləndirilməli idi.

32. Göyçay Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli mülki işi üzrə məhkəmə iclaslarının gedişi və təxirə salınmalar haqqında Göyçay Rayon Məhkəməsi *(***)-****/**** nömrəli iş üzrə keçirilmiş məhkəmə iclaslarına baxdıqda, aşağıdakı ardıcıllıq müəyyən edilir:

1. ##.##.2025, saat 09:50-Hazırlıq iclası(iclas növbəti tarixə təyin edildi) 2. ##.##.2025, saat 10:00-Hazırlıq iclası(iclas növbəti tarixə təyin edildi) 3. ##.##.2025, saat 10:40-Hazırlıq iclası(iclas növbəti tarixə təyin edildi) 4. ##.##.2025, saat 14:30-Ərizəyə baxış (məhkəmə aktı çıxarıldı) 5. ##.##.2025, saat 09:30-Hazırlıq iclası(məhkəmə baxışı təyin edildi) 6. ##.##.2025, saat 14:30-Baxış iclası(iclas növbəti tarixə təyin edildi) 7. ##.##.2025, saat 10:30-Baxış iclası(yekun məhkəmə aktı çıxarıldı) Göründüyü kimi, iş üzrə iclas 4 dəfə təxirə salınmışdır. Əsaslandırılmamış təxirə salınmalar. Bunlardan üçü – ##.##.2025, ##.##.2025 və ##.##.2025 tarixli hazırlıq iclasları – təxirə salındığı zaman hər hansı əsas göstərilmədən və bu barədə qərardad qəbul edilmədən növbəti tarixlərə təyin edilmişdir. Bu hallar Mülki Prosessual Məcəllənin 188.1-ci maddəsinin tələblərinə ziddir, çünki həmin maddəyə əsasən işin təxirə salınması yalnız qabaqcadan nəzərdə tutulmayan müstəsna hallarda və əsaslandırılmış qərardadla mümkündür. Əsasız 4-cü təxirə salınma 4-cü təxirə salınma isə ##.##.2025-ci il tarixində, saat 14:30-da keçirilən baxış iclasında baş vermişdir. Həmin iclasda qəbul edilən qərardadda göstərilir ki, işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 188, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə iclası ## ####### 2025-ci il tarixə, saat 10:30-a təxirə salınsın. Lakin qeyd etmək istəyir ki, bu təxirə salınmanın əsl səbəbi göstərilən maddələrə əsaslanmamış, faktiki olaraq 2(046)- ****/**** nömrəli mülki işin *(***)- ****/**** nömrəli işlə birləşdirilməsini gözləmək olmuşdur. Bu hal birbaşa şəkildə Göyçay Rayon Məhkəməsinin hakimi Ibrahim Fəttahovun köməkçisi Sabir adlı şəxs tərəfindən ona ##.##.2025-ci il tarixdə, saat 14:37-də, onun istifadəsində olan +***** *** ** ** nömrəli mobil telefondan onun istifadədə olan +***** *** ** ** nömrəsinə zəng edilərək, hakim Gülnaz Qurbanovanın icraatında olan *(***)-****/**** nömrəli mülki işin onların işə (2(046)- 1469/2025) birləşdiriləcəyi və bundan sonra işlərə birlikdə baxılacağı bildirilmişdir. Bu fakt sübut edir ki, ##.##.2025-ci il tarixli iclasın təxirə salınmasının əsası prosessual deyil, texniki və təşkilati xarakter daşıyır. ##.##.2025-ci il tarixli bu qərardad əsassız və hüquqa zidd olmuşdur, çünki o, ##.##.2025- ci il tarixində məhkəməyə rəsmi ərizə ilə müraciət etmiş, məhkəmədən ya iclasın onun iştirakı olmadan baxılmasını və qətnamənin qəbul edilməsini, ya da video konfransla iştirakının təmin edilməsini xahiş etmişdir. Bu halda, məhkəmə onun ərizəsini nəzərə almadan, onun iştirak etməməyini səbəb göstərərək iclası təxirə salmış, Beləliklə, həm Mülki Prosessual Məcəllənin 188.1.1 və 188.3-cü maddələrini pozmuşdur.

33. Cavabdeh Cavabdeh mobil telefon danışığında özünü hərbi qulluqçu kimi təqdim etmişdir. Onun bu statusdan istifadə etməklə onun şərəf və ləyaqətinə zərər vurmaq məqsədi güddüyü üçün Bu səbəbdən, Cavabdeh həqiqətən hərbi qulluqçu olub-olmaması, yəni hal-hazırda və ya əvvəllər hərbi xidmət keçib-keçməməsi, rütbə və vəzifəsi barədə məlumatın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilməsini xahiş etmişdir. Lakin vəsatəti ilə bağlı heç bir qərar, sorğu, təmin olması və yaxud qətnamədə öz əksini tapmamışdır. Məhkəmə müstəqil qərar qəbul etmək əvəzinə, iddia tələblərini birləşdirməklə onun məhkəməyə müraciət etmək hüququmu qəsdən məhdudlaşdırmışdır.

34. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməmiş və ona elan olunduğu gün rəsmi qaydada çıxarış təqdim edilməmişdir. Nəinki qətnamədən çıxarış verilməmiş, hətta Göyçay Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin mövcud olmasına baxmayaraq, qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiqlənərək sistemdə yerləşdirilməli olduğu halda, buna əməl edilməmişdir. Bütün bunlar məhkəmənin qərəzli şəkildə qətnamə çıxarması kimi qiymətləndirilməlidir. Bundan başqa, müraciəti əsasında *(***)-****/**** saylı (##.##.2025-ci il) və *(***)-****/**** saylı (##.##.2025-ci il) işlər üzrə məhkəmə protokolları ona göndərilmişdir. *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli məhkəmə iclasında qərardad qəbul edilmiş, həmin qərardadda şikayət verilməsi hüququnun nəzərdə tutulmadığı qeyd edilsə də, məhkəmə protokolunun sonunda qərardaddan şikayət hüququnun tərəflərə izah edildiyi göstərilmişdir. Bundan əlavə, protokoldan görünür ki, hakim iclas zalına daxil olmuş, işi araşdırmış və qərarı elan etməsinə cəmi 2 dəqiqə (15:15dən 15:17-yə qədər) vaxt sərf etmişdir. Bu isə göstərir ki, hakim işə formal şəkildə, demək olar, “bir göz qırpımında” baxmışdır. *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli məhkəmə protokolunda isə tələbinin mahiyyəti yalnız “borc tələbi” kimi qeyd edilmişdir. Həmçinin, məhkəmədən işə videokonfrans sistemi vasitəsilə qoşulmağını xahiş etməyinə baxmayaraq, bu barədə protokolda hər hansı münasibət bildirilməmişdir. Bundan başqa, protokolun sonunda məhkəmə iclasının video yazısı ilə tanış olmaq hüququnun izah edilmədiyi də aydın görünür.

35. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı iştrakının təmin etmədən, qarşılıqlı münasibətləri araşdırmadan iş üzrə səhv nəticəyə gəlmişdir. Dəfələrlə müraciət edib məhkəmə iclasına video əlaqə sistemi vasitəsi ilə qoşulmaq şəraiti yaradılmamışdır.

36. Onun mənəvi zərərin ödənilməsi ilə bağlı *(***)-****/**** nömrəli iddia ərizəsi ##.##.2025-ci ildə icraata götürülmüş, aşağıdakı məhkəmə iclasları keçirilmişdir: ##.##.2025, saat 11:30-Hazırlıq iclası keçirildi (iclas növbəti tarixə təyin edildi) ##.##.2025, saat 11:00- Hazırlıq iclası keçirildi (iclas növbəti tarixə təyin edildi) ##.##.2025, saat 10:00- Hazırlıq iclası keçirildi və əsassız olaraq *(***)-****/**** nömrəli işə birləşdirildi. Sonradan: yəni *(***)-****/**** nömrəli mülki iş 2(046)-1469/2025 -li mülki işə birləşəndən sonra ##.##.2025, saat 09:30-Hazırlıq iclası keçirildi (məhkəmə baxışı təyin edildi) ##.##.2025, saat 14:30-Baxış iclası keçirildi (iclas növbəti tarixə təyin edildi) ##.##.2025, saat 10:30- Baxış iclası keçirildi, yekun qətnamə qəbul olundu və mənəvi zərərin ödənilməsi ilə bağlı iddiası əsassız olaraq rədd edilmişdir. Halbuki, əgər iddiası sübuta yetərli hesab olunmurdusa, ##.##.2025-ci ildə icraata götürülməməli, yaxud ilkin mərhələdə rədd edilməli idi. Məhkəmənin bu qədər iclas keçirib, sübutları qəbul edib, lakin yekunda “sübut yoxdur” deməsi məhkəmə fəaliyyətində qərəzlilik və qeyri-obyektivlik əlamətidir.

37. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, cavabdeh Cavabdeh 3900 manat pulun və ödənilmiş 59 manat dövlət rüsumunun, cavabdeh Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində 368.75 manat məbləğində dəymiş maddi zərərin bank krediti üzrə faiz və komissiya xərclərini və həmçinin dövlət rüsumu olan 30 manat dövlət rüsumunun və 2000 manat mənəvi zərərin və 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Iddiaçı İddiaçı məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi müraciətində məhkəmə baxış iclasının 2 həftə müddətinə təxirə salınmasını, cavabdeh Cavabdeh isə məhkəmə kollegiyasına göndərdiyi teleqramında iclasda işi ilə əlaqədar iştirak edə bilməyəcəyindən bu işlə əlaqədar sentyabr ayı üçün çağırılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Konstitusiyasının; 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

42. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli Qanunu ilə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmiş Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi, artıq qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə (sadə yazılı forma) yanaşı, onun elektron və ya digər müasir texniki vasitələrlə bağlanması imkanları müəyyən edilmişdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

43. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarı 1.1. Şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. 1.2. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

49. Iddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam nəzərə almamışdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 3900 manat borc pul verdiyini, cavabdehin həmin pulu qaytarmadığını, borcunu tələb etdikdə cavabdehin onu telefon danışığı zamanı kobud, nalayiq və alçaldıcı ifadələrlə təhqir etdiyini, mənəvi sarsıntı keçirtdiyini əsas gətirərək cavabdehin ona mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaiti ödəməli olduğunu, həmçinin, cavabdehin borc öhdəliyini icra etməməsi nəticəsində gündəlik istifadə üçün nəzərdə tutulmuş məişət, texniki və şəxsi elektronika məhsullarını kreditlə əldə edərək, əsas məbləğdən əlavə 368.75 manat məbləğində faiz və komissiya ödənişləri etməyə məcbur qaldığını, qeyd edilən səbəblərdən hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etdiyini göstərmiş, cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinin borca münasibətdə təmin etdiyi 456.07 manat və 30 manat dövlət rüsumu istisna olmaqla iddia tələbi qalan hissədə qəbul edilməmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır.

54. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh Sədrəddin ilə aralarında ümumilikdə 4050 manat (650 manat + 3400 manat) məbləğində borc münasibətlərinin yaranması, cavabdeh həmin ilin yay aylarında bu borcu tam ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməməsi, cavabdehin yalnız # ####### 2024-cü il tarixində ümumi 4050 manat borcundan 250 manatı ödəməsi, nəticədə ona qarşı 3800 manat borcunun qalması, ## ###### 2025-ci il tarixdə aralarında baş tutan telefon danışığı zamanı cavabdehin ona olan 3800 manat borcunu ## #### 2025-ci il tarixdə tam ödəyəcəyini bildirməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilməklə iş materiallarına əlavə edilmiş diskllərdən, oradakı səs yazılarından tərəflər arasında ## ###### 2025-ci il tarixdə telefon danışığının baş tutması, cavabdehin iddiaçıya olan 3800 manat borcunu məhz ## #### 2025-ci il tarixdə tam ödəyəcəyini bildirməsi halı müəyyən edilməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi yalnız bir diskdə cavabdehin iddiaçıya pul vəsaitini ödəməsi ilə bağlı 2024-cü ilin fevral ayına aid tərəflərin iki səs yazısının olması müəyyən edilmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinə bank çıxarışlarını da təqdim etməklə iddiaçıya olan borcunu tam şəkildə ödədiyini göstərmişdir. Hansı ki, həmin bank çıxarışlarından cavabdeh tərəfindən iddiaçıya edilmiş sonuncu ödənişin, yəni 200 manat pul ödənişinin 2024-cü ilin aprel ayında həyata keçirilməsi müəyyən edilmişdir. Cavabdehin səs yazısında 3800 manat ödənişin məhz 2025-ci ilin mart ayında həyata keçiriləcəyi ilə bağlı heç bir fikrin ifadə edilməməsi, iddiaçı tərəfindən buna dair əlavə bir sübutun təqdim edilməməsi, Bank çıxarışlarından tərəflər arasında pul ödənişlərinin ## ######## 2023-cü il tarixdə başlamaqla 2024-cü ilin aprel ayında başa çatması diqqətə alınaraq, məhkəmə kollegiyası cavabdehin səs yazısındakı 3800 manat ödənişin məhz 2024-cü ilin mart ayının 25-də həyata keçirilməli olmasını qəbul edir.

55. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının təqdim etdiyi səs yazıları səsləndirilərkən cavabdeh “mart ayının 25-i topa pulunu verəcəm 3800. Başqa söhbət eləməginən” səslərinin ona aid olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin borc etirafına dair həmin sübutu qiymətləndirməmiş, cavabdehin iddiaçıya olan borcun ödənilməsinə dair təqdim etdiyi ödənişlərdən 2024-cü ilin mart ayının 28-də həyata keçirilmiş 20 manatın, 2024-cü ilin aprel ayının 08-də həyata keçirilmiş 200 manatın, cavabdehin mart ayının 25-də qaytaracağını öhdəsinə götürdüyü 3800 manatdan sonraya təsadüf etdiyini diqqətə almamaqla, yalnız cavabdehin etirafı həddində borc tələbini təmin etməklə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərini nəzərə almamışdır.

56. Beləliklə kollegiya qeyd edir ki, iş materiallarından cavabdehin 3800 manat pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyindən sonra sonuncu tərəfindən həmin məbləğdən cəmi 220 manatı iddiaçıya qaytarılmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən borc tələbi cavabdehin etiraf etdiyi 456.07 manat həddində təmin edilmişdir. Bundan əlavə iddiaçının özü də həm iddia ərizəsində, həm də apellyasiya şikayətində cavabdeh tərəfindən aldığı borcdan ona ## ######## 2024-cü il tarixdə 250 mantın, 2025-ci ilin martından sonra isə 150 manatın qaytarılmasını etiraf etmişdir.

57. Kollegiya qeyd edir ki, cavabdehin etiraf etdiyi və birinci instansiya məhkəməsinin təmin etdiyi 456.07 manat, işdə olan sənədlərlə 2024-cü ilin mart ayının 28-də 20 manat, 2024-cü ilin aprel ayının 08-də 200 manat olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi müəyyən edilmiş cəmi 220 manat, cavabdeh tərəfindən sonrakı tarixlərdə ödənilməsi etiraf edilmiş 250 manat və 150 manat olmaqla cəmi 400 manat məbləğlər cavabdeh tərəfindən etiraf edilmiş 3800 manatdan çıxıldıqda yerdə qalan vəsaitin 2723,93 manat təşkil etməsi, həmin vəsaitin iddiaçıya qaytarılmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilməməsi diqqətə alınaraq, 2723,93 manat borca dair hissədə də iddianın rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin qətnaməsindəki nəticə işin hallarına uyğun olmamışdır.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ##.##.2024 tarixində 110 manat, ##.##.2024 tarixində 60 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 150 manat və digər tarixlərdə onun tərəfimdən cavabdeh Cavabdeh göndərilmiş pul vəsaitləri, həmçinin nəğd şəkildə verilmiş məbləğləri, həmçinin cavabdehin ona göndərdiyi pul vəsatələri barədə məhkəmənin heç bir araşdırma aparmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə sübutlar təqdim edilməməklə yanaşı, iddiaçının borca dair iddia tələbində həmin məbləğlərə istinad edilməmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay Rayon Məhkəməsinin onun iddia tələbləri üzrə mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardadının əsasız və qərəzli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.

60. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.

61. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

62. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçının hər üç iddia tələbi üzrə cavabdeh eyni şəxsdir və hər üç iddia tələbi üzrə işlər bir-biri ilə əlaqəlidirlər. Belə ki, iddia tələblərinin mahiyyətlərindən də iddiaçının mənəvi və maddi zərərin ödənilməsinə dair iddia tələblərlərinin cavabdehin onun qarşısındakı pul öhdəliyini icra etməməsinə dair ilkin iddia tələbindən qaynaqlandığı müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmədən işə videokonfrans sistemi vasitəsilə qoşulmağını xahiş etməyinə baxmayaraq, bu barədə protokolda hər hansı münasibət bildirilməməsi, dəfələrlə müraciət edib məhkəmə iclasına video əlaqə sistemi vasitəsi ilə qoşulmaq şəraitinin yaradılması, onun dəfələrlə məhkəmə iclasına vidoe sistemlə qoşulmağına heç bir hüquqi qiymət verilməməsi, qanunsuz olaraq qətnamədə onun iştrak etmədiyinin qeyd edilməsi, məhkəmənin onun elektron qaydada yazdığı ərizələri nəzərə almayaraq, qanunsuz təsirlərlə onun ilkin iddiasını imzalayan qardaşına basqılar etməsi, məhkəmədə iştrakını tələb etməsi, protokolun sonunda məhkəmə iclasının video yazısı ilə tanış olmaq hüququnun izah edilmədiyinin aydın görünməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları öyrənilərkən iddiaçının ## ####### 2025-ci il tarixdə və ## ####### 2025-ci il tarixdən sonra keçirilən məhkəmə iclaslarından əvvəl iki dəfə, yəni cəmi üç dəfə birinci instansiya məhkəməsinə göndərdiyi vəsatətlərində məhkəmənin onun iştirakını vacib hesab edəcəyi təqdirdə iclasa videokonfrans əlaqəsi vasitəsi ilə qoşulmasının təmin edilməsini xahiş etmiş, həmçinin həmin vəsatətlərində və bundan öncəki digər bütün vəsatətlərində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Yəni iddiaçı üç vəsatətində məhkəmə iclasına videokonfrans əlaqəsi vasitəsi ilə qoşulması məsələsini məhkəmənin mülahizəsinə buraxmış, birinci instansiya məhkəməsi isə iddiaçının məhkəmə iclaslarına videokonfrans əlaqəsi vasitəsi ilə qoşulmasına zərurət duymamışdır. Həmçinin iş materiallarında olan ## ### 2025-ci il tarixli etibarnamədən müəyyən edildiyi kimi iddiaçı İddiaçı onu məhkəmədə təmsil etməsi ilə bağlı qardaşı Nümayəndə ## ### 2043-cü ilədək etibarnamə vermiş, həmin etibarnəmənin qüvvədən salınmasına dair ərizə isə iddiaçı tərəfindən ## ####### 2025-ci il tarixdə Qəbələ regional “ASAN” xidmət mərkəzində notariat ofisinə təqdim edilmişdir. Yəni məhkəmənin iddiaçının nümayəndəsi olaraq Nümayəndə ## ### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək məhkəmə iclasına dəvət etməsində heç bir qanunsuzluq halına yol verilməmişdir.

64. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktının qəbul edildiyi ## ####### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə məhkəmə iclas protokolları ilə tanış olmaq və ona qeydlər verək hüququnu izah etmişdir.

65. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 272.4-1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. Işdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.

66. Beləliklə məhkəmə iclaslarının video-audio yazısı məhkəmə iclasının protokoluna əlavə olunduğundan məhkəmə iclas protokolları ilə tanış olmaq ona əlavə edilən video-audio yazı ilə tanışlığı da ehtiva edir.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclaslarının əsaslandırılmamış təxirə salınmalarına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarına dair protokolları öyrənilərkən hər bir məhkəmə iclasının səbəbləri qeyd edilməklə təxirə salınması, əsassız təxirə salınma hallarına yol verilməməsi müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilməsini xahiş etməsi, lakin vəsatəti ilə bağlı heç bir qərar, sorğu, təmin olması və yaxud qətnamədə öz əksini tapmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsində vəsatətlərlə bağlı məsələnin məhkəmə qətnaməsinin məzmununda əksini tapmalı olması kimi bir məcburiyyət nəzərdə tutulmamışdır. Həmçinin iş materiallarından iddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilməsi zərurəti müəyyən edilməmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin elan edilmiş nəticə hissəsinin yazılı formada tərtib edilməməsi, elan olunduğu gün ona rəsmi qaydada təqdim edilməməsi, qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumatın həmin gün hakimin elektron imzası ilə təsdiqlənərək sistemdə yerləşdirilməsinə əməl edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 214.4-cü maddəsinə əsasən qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir. Işdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir.

70. Həmin Məcəllənin 216.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

71. Kollegiya qeyd edir ki, iş materialları öyrənilərkən birinci instansiya məhkəməsinin qətnamənin qəbul edildiyi tarixdə qətnamənin elan edilmiş nəticə hissəsi, yəni iddianın qismən təmin edilməsi barədə nəticənin hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirildiyi müəyyən edilmişdir.

72. Həmçinin MPM-nin 214.4-cü maddəsinin tələbindən də müəyyən edildiyi kimi qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış işdə iştirak edən şəxslərin tələbi ilə elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir. Lakin iddiaçı qətnamədən çıxarışın elan olunduğu gün məhkəmədə olmamış, həmçinin çıxarışın təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən ## ####### 2025-ci il tarixdə məhkəməyə hər hansı bir müraciət ünvanlanmamışdır.

73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin ona qarşı təhqir xarakterli səs yazılarında onun ləyaqətini alçaltması, təhqiredici ifadələr işlətməsi, bunun mənəvi zərərin vurulmasını sübut etməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının birinci intansiya məhkəməsinə təqdim etdiyi disklərdəki təhqiramiz ifadələrin işlədildiyi səs yazılarının ona aid olması məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh tərəfindən inkar edildiyindən, məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və həmin qərardadın icrası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş ## #### 2026-cı il tarixli */*** nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.

74. Iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli */*** nömrəli ekspertiza rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BINGO” markalı və 01 ədəd “Verbatim” markalı DVD-R disklərdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

75. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BINGO” markalı və 01 ədəd “Verbatim” markalı DVD-R disklərdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorların səsi və nitqi eyni şəxsə məxsus olub - Cavabdeh məxsusdur.

76. Həmin rəyin məzmunundan görünür ki, «K2» kimi işarə olunmuş diktor tərəfindən iddiaçıya qarşı təhqiramiz ifadələr işlədilmişdir.

77. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirtməyinin nədə ifadə olunduğuna dair məhkəməyə heç bir sübutun təqdim etməməsi, nəticədə iddianın həmin hissədə bütünlükdə rədd edilməli olması nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

78. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarına əsasən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

79. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

80. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il ## #### və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il ## #### tarixli Qərarları).

81. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-fonoskopik ekspertizasının ## #### 2026-cı il tarixli */*** nömrəli ekpsert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının ## #### 2026-cı il tarixli */*** nömrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

82. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 2.2.1-ci bəndinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

83. Həmin Qərarın 2.2.5-ci bəndinə əsasən şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir.

84. Həmin Qərarın 2.2.6-cı bəndinə əsasən bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır.

85. Həmin Qərarın 2.2.8-ci bəndinə əsasən şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır.

86. Həmin Qərarın 4.4-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər.

87. Həmin Qərarın 5.1-ci bəndinə əsasən mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

88. Həmin Qərarın 5.2-ci bəndinə əsasən mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).

89. Həmin Qərarın 5.4-cü bəndinə əsasən mənəvi zərərə görə kompensasiyahüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

90. Həmin Qərarın 5.5-ci bəndinə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.

91. Həmin Qərarın 5.9-cu bəndinə əsasən mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

92. Həmin Qərarın 6.2-ci bəndinə əsasən şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.

93. Həmin Qərarın 7.1-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.

94. Həmin Qərarın 7.4-cü bəndinə əsasən təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

95. Kollegiya qeyd edir ki, yayılma halının mövcudluğu müəyyən edilməsə də cavabdeh birbaşa danışıqda iddiaçıya qarşı nalayiq ifadələr işlətdiyindən cavabdehin hərəkəti nəticəsində iddiaçının ləyaqətinin alçaldılması sübuta yetirilmişdir. Bu baxımdan iddiaçı, ləyaqətinin alçaldılması nəticəsində cavabdehdən mənəvi zərərin tutulmasını tələb etməkdə haqlıdır. Lakin işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası mənəvi zərərin məbləğinin iddia ərizəsində tələb edilən miqdarda deyil, 500 manat həddində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.

96. Şərh edilənlər diqqətə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilmiş 2723,93 manat pul, 500 manat mənəvi zərər və həmin məbləğlərə mütənasib olan 32,24 manat dövlət rüsumuna dair hissələrdə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab verməməklə, həmin hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, həmin hissələrdə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamaqla, birinci instansiya məhkəməsi qeyd edilən hissələrdə iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmişdir.

97. Məhkəmə kollegiyası iddianın rədd edilmiş 2723,93 manat pul, 500 manat mənəvi zərər və həmin məbləğlərə mütənasib olan 32,24 manat dövlət rüsumuna dair hissələrdə birinci instansiya məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmasa da, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilmiş digər hissələrində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas təşkil etmirlər.

98. Odur ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş 2723,93 manat pul, 500 manat mənəvi zərər və 32,24 manat dövlət rüsumu hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi 2723,93 manat pul, 500 manat mənəvi zərər və 32,24 manat dövlət rüsumu hissələrində də təmin edilərək, cavabdeh Cavabdeh 2723,93 manat pul, 500 manat mənəvi zərər və 32,24 manat dövlət rüsumu alınaraq, iddiaçı İddiaçı verilməli, qətnamə iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

99. Iddianın qismən təmin edilməsi nəzərə alınaraq ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 200 manatı cavabdeh Cavabdeh, 100 manatı isə iddiaçı İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22) keçirilməlidir.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş 2723,93 manat pul, 500 manat mənəvi zərər və 32,24 manat dövlət rüsumu hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Iddia tələbi 2723,93 manat pul, 500 manat mənəvi zərər və 32,24 manat dövlət rüsumu hissələrində də təmin edilərək, cavabdeh Cavabdeh 2723,93 manat pul, 500 manat mənəvi zərər və 32,24 manat dövlət rüsumu alınaraq, iddiaçı İddiaçı verilsin. Qətnamə iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 200 manatı cavabdeh Cavabdeh, 100 manatı isə iddiaçı İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar