Məhkəmə qərarları › İş №2(107)-125/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-125/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-125/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və s. tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlaklardan payların müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və s. tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsimə əsasən Cavabdeh1 897943 ABŞ dolları borcun və 11350 Ukrayna qrivnası məbləğində məhkəmə rüsumu İddiaçı xeyrinə tutulmalı, Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borcun həmin mənzilə yönəldilməsi və həmin mənzilin 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılması və hissəvi icra edilməli, məhkəmə qərarına əsasən yerdə qalan borcun 1.323 024 manat təşkil etməlidir. İddiaçı həmin qiyabi qətnamə ilə müəyyən olunmuş borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Azərbaycan Respublikasında yerləşən iddia ərizəsində göstərilən əmlaklara yönəldilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı nümayəndəsi-vəkili vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksinin, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh2 məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinin, Toyota RAV-4 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1/2 hissədə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ukrayna Respublikası vətəndaşı, Kiyev şəhəri, Çervonoarmiyska küçəsi, ev 102, mənzil 109 ünvanında qeydiyyatda olan İddiaçı haqqında Ukrayna dövləti adından çıxarılmış Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli iş № 752/29764/21 saylı qiyabi qətnaməsi qəbul edilmişdir. Ukrayna dövləti adından 13 sentyabr 2022-ci il tarixdə İddiaçı iddiası üzrə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsi qiyabi qərar çıxararaq, onun iddiasını təmin etmişdir. Həmin qərara əsasən İddiaçı Cavabdeh1 qarşı “borc müqaviləsi üzrə borcun tutulması” ilə əlaqədar iddiası təmin edilərək, Cavabdeh1 İddiaçı Mikolayoviçin xeyrinə borc müqaviləsi üzrə 897.943 (səkkiz yüz doxsan yeddi min doqquz yüz qırx üç) ABŞ dolları 84 sent məbləğində borc və 11.350 (on bir min üç yüz əlli) qrivna 00 qəpik məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır. Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borc həmin mənzilə yönəldilmiş və həmin mənzil 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılmış və hissəvi icra edilmişdir. Məhkəmə qərarına əsasən yerdə qalan borc 1.323 024 manat təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Mykolayeviç 20 mart 2014-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh1 650.000 ABŞ dolları məbləğində borc vermiş, sonuncu isə 20 mart 2015-ci il tarixinədək borc götürülmüş vəsaitin məbləğinin 1,5 % məbləğində vəsaitdən istifadəyə görə aylıq ödənişlə ona qaytarmağı öhdəsinə götürüb və bu barədə borc qəbzi yazıb. Lakin yuxarıda göstərilən müddətədək cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, borcunu qaytarmamış və buna görə də iddiaçı bu iddia ilə borcun, o cümlədən vəsaitdən istifadəyə görə faizlərin, habelə illk üç faizin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamış və müvafiq olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli order verilmişdir. Eyni zamanda Kiyev şəhəri notariat kontorunun xüsusi notariusu tərəfindən təstiq edilmiş etibarnaməyə əsasən İddiaçı səlahiyyətli nümayəndəsidir. Cavabdeh1 Azərbaycan Respublikası vətəndaşıdır, Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri Azərbaycan Respublikası olduğundan və onun əmlakları Azərbaycan Respublikası ərazisində yerləşdiyi üçün Ukrayna Respublikası ərazisində məcburi icra hərəkətlərini həyata keçirmək mümkün olmamışdır. Hal-hazırda Ukrayna dövləti adından çıxarılmış qiyabi qərarın tanıtdırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunmuşdur. İşə Ali Məhkəmənin hakimi Elşənə Vəliyevanın icraatında 10 yanvar 2023-cü il tarixdə baxılacaqdır. Hesab edirlər ki, borc Cavabdeh1 aid edildiyindən və borcun gələcəkdə onun əmlakdakı payına düşən hissəyə yönəldiləcəyi halda onun ikinci cavabdehlə əmlaklarının birgə nikahda əldə olunması səbəbilə onların daşınar və daşınmaz əmlaklara payları məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət olunması zəruriyyəti yaranmışdır. Ukrayna Respublikası, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsi tərəfindən 13 sentyabr 2022- ci il tarixdə çıxarılmış hazırki qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə müvafiq sorğu verilmişdir. Sorğuya cavabdan məlum olmuşdur ki, Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyriyaşayış binası, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri yaşayış binası, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçməklə hazırda mülkiyyətindədir. Digər Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 adına Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsi onun adına qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. Bundan başqa Cavabdeh2 adına Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinin məktubuna əsasən “Toyota RAV-4” markalı 08-BJ878 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir.

4. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişində cavabdehlər arasında razılaşdırılmamış, X3 adına olan Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.9156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair açıq qalmış əmlaklara payın müəyyən edilməsi, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması, Balakən rayonu Şərif kəndində yerləşən 0,6553 ha kənd təssərrüfatlı torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.0208 ha torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.1908 ha torpaq sahəsinə və AD seriyalı 680122 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 14 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmış 2019cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi, payı müəyyən edilmiş əmlakların həmin hissəsinə borcun yönəldilməsi və bu əmlakların açıq hərracdan satılması, Cavabdeh1 adına qeydiyyata alınan Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m. əmlak kompleksinə, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair əmlaklara payı müəyyən edilməklə borcun məbləğində tam yönəldilməsi və həmin əmlakların hərrac vasitəsilə satılması haqqında qətnamə çıxararılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsində irəli sürdüyü tələblərin əsası kimi Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 897943 ABŞ dolları borcun və 11350 Ukrayna qrivnası məbləğində məhkəmə rüsumunun İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilməsini, Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borcun həmin mənzilə yönəldilməsi və həmin mənzilin 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılması və hissəvi icra edilməsi, məhkəmə qərarına əsasən yerdə qalan borcun 1.323 024 manat təşkil etsməsini göstərir.

6. Bu xüsusda məhkəmə bildirir ki, qanunvericiliyin tələbinə əsasən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası üzrə hər hansı iddia tələbinin irəli sürülməsi üçün həmin qətnamə Azərbaycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadı ilə İddiaçı vəkili Nümayəndə1 borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır.

7. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh1 nümayəndəsi vəkil Lukyançuk A.V. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayəti təmin edilmiş, Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı ilə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və Cavabdeh1 nümayəndəsi-vəkili X1 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış və işin apellyasiya baxışı təyin edilmişdir.

8. İddiaçı Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə Kiyev Apellyasiya Məhkəməsinin hər hansı qərarı məhkəməyə təqdim edilməmiş, həmçinin həmin məhkəmə aktının Azərbaycan Respublikasında tanınması və məcburi icraya yönəldilməsi barədə hər hansı məhkəmə qərarı və ya digər hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsindən və iş materiallarından, həmçinin iddiaçının nümayəndəsi-vəkilinin məhkəməyə verdiyi izahatdan görünür ki, həmin iş üzrə hələ Kiyev Apellyasaiya Məhkəmənin qərarı qəbul edilməmişdir.

9. Ona görə də, hazırki halda İddiaçı və onun nümayəndəsivəkilinin Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırki iddia hüquq və vəzifələr yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir.

10. Məhkəmə hazırki işdə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 ərizəsinə hüquqi qiymət verərək, hesab deir ki, bu ərizə əsassızdır və hazırki işdə iddia müddəti tətbiq edilə bilməz.

11. İş materiallarından və iddia ərizəsindən görünür ki, hazırki iddiada İddiaçılə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə yaranmış tələb irəli sürülməmiş, yəni həmin cavabdehə ondan həmin borc müqaviləsi üzrə hansısa məbləğin alınıb iddiaçıya ödənilməsi tələbi yönəldilməmişdir. Qeyd edildiyi kimi, İddiaçılə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə cavabdehdən müəyyən olunmuş məbləğin iddiaçının xeyrinə alınması məsələsi Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin predmeti olmuşdur. İiddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi üzrə hüquqi münasibətlərdən yaranmış məhkəmə mübahisəsi Ukrayna Respublikası Kiyev Apellysiya Məhkəməsinin icraatında olan işlə əlaqədar baxılır və iş üzrə iddia müddətinin tətbiq olunub-olunmaması məsələsi həmin məhkəmə tərəfindən həll oluna bilər. Hazırki iddia tələbi isə tərəflər arasında yaranmış borc müqaviləsinin predmetinə aid deyildir. Ona görə də borc müqaviləsinə aid iddia müddətinin həmin borc müqaviləsinin predmetinə aid olmayan tələblə bağlı hazırki işdə tətbiq ediliməklə bu əsasla hazırki iddianın rədd edilməsi əsassızdır və qanunun tələblərinə uyğun deyilldir.

12. Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia rədd olunmuş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrinin maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və kompüter çıxarışı Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi 12 avqust 1996-cı il tarixdə verilmiş Vİ-JQ 314862 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 31 yanvar 2008-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarial qaydada təsdiq olunmuş 12 mart 2008-ci il tarixlli torpaq alqı-satqı müqaviləsi 11 iyul 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 10 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 10 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Balakən Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2016-cı il tarixli 84 №-li sərəncamından çıxarış JN:225 Kod 40100048 nömrəli Torpağa Mülkiyyət Hüququna X7 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindəni çıxarış Cavabdeh1lə, nümayəndəsi vasitəsilə Cavabdeh2 arasında mediasiyada barışıq sazişi AD 680122 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Cavabdeh1 nümayəndəsi vəkil Lukyançuk A.V-nin Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayəti Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadı

15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Kiyev şəhəri Dnepr rayon Məhkəməsi qiyabi qərarı qanuni qüvvəsini aldıqdan sonra İddiaçı Azərbaycan Respublikası Ali məhkəməsinə ərizə ilə müraciət edərək xarici dövlətin çıxartmış olduğu qanuni qüvvəsini almış qərarını tanıtdırmaq və icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə baxışınadək Cavabdeh1 Ukrayna dövlətində Kiyev Apellyasiya Məhkəməsinə qiyabi qərarın ləğv edilməsi üçün apellyasiya şikayəti verdiyindən müvəqqəti olaraq Ali Məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılması onun tərəfindən xahiş edilmişdir. Balakən rayon Məhkəməsində də eyniliyi ilə Kiyev Apellyasiya Məhkəməsində tərəflər arasında məhkəmə çəkişmələrinin aparılması və mülki iş üzrə Cavabdeh1 apellyasiya şikayəti üzrə Kiyev Apellyasiya Məhkəməsində “kredit müqaviləsi borcun qaytarılması” tələbinə dair üzrə mülki işin qiyabi qərarına 19 iyun 2024-cü il tarixdə saat 10:40-da baxılacağı və tələbin dəqiqləşdirilməsinə baxmayaraq bu iddiaların hazırda cavabdehin apellyasiya şikayəti üzrə Kiyev Apellyasiya Məhkəməsində araşdırılan “kredit müqaviləsi borcun qaytarılması” üzrə mülki işlə əlaqəli olmasını və o tələbin təmin olunmasının nəticəsindən asılı olduğu səbəbi ilə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulduğu kimi Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmaması səbəbindən iş üzrə icraat dayandırılması barədə verdiyi vəsatəti Balakən rayon Məhkəməsi təmin etməmişdir.

17. Ona görə də, Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)– 225/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kolelgiyasına ərizə göndərərək Ukrayna Respublikasında hərbi vəziyyətin uzadılması səbəbindən ölkədən çıxışının mümkün olmadığı əsası ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, hazırki işin əvvəlki iclasında iddiaçının eyni əsaslarla verdiyi ərizəsinə əsasən 2 ay müddətə təxirə alındığını nəzərə almaqla, məhkəmə baxışının növbəti dəfə təxirə alınmasına zərurət olmadığını hesab edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 224-cü maddəsinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda… 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda… 458.1-ci maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər. 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 468.1-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir. 468.2-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. İddiaçı Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən Cavabdeh1 897943 ABŞ dolları borcun və 11350 Ukrayna qrivnası məbləğində məhkəmə rüsumu İddiaçı xeyrinə tutulmalı, Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borcun həmin mənzilə yönəldilməsi və həmin mənzilin 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılması və hissəvi icra edilməli, məhkəmə qərarına əsasən yerdə qalan borcun 1.323 024 manat təşkil etməlidir. İddiaçı həmin qətnamə ilə müəyyən olunmuş borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Azərbaycan Respublikasında yerləşən iddia ərizəsində göstərilən əmlaklara yönəldilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir Azərbaycan Respublikası MPM-nin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Həmin Məcəllənin 468.1-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir. Həmin Məcəllənin 468.2-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir. Birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsində irəli sürdüyü tələblərin əsası kimi Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 897943 ABŞ dolları borcun və 11350 Ukrayna qrivnası məbləğində məhkəmə rüsumunun İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilməsini, Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borcun həmin mənzilə yönəldilməsi və həmin mənzilin 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılması və hissəvi icra edilməsi, məhkəmə qərarına əsasən yerdə qalan borcun 1.323 024 manat təşkil etməsini göstərir. Qanunvericiliyin tələbinə əsasən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası üzrə hər hansı iddia tələbinin irəli sürülməsi üçün həmin qətnamə Azərbaycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadı ilə İddiaçı vəkili Nümayəndə1 borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh1 nümayəndəsi vəkil Lukyançuk A.V. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayəti təmin edilmiş, Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı ilə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və Cavabdeh1 nümayəndəsi-vəkili X1 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış və işin apellyasiya baxışı təyin edilmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçının istinad etdiyi Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi Kiyev Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi həmin hala əsaslanmaqla iddianı rədd etmişdir.

27. İddiaçı apellyasiya şikayətində həmin qətnamə ləğv edilməsinə baxmayaraq işin Kiyev Apellyasiya Məhkəməsinin icraatında olmasına əsaslanmaqla hazırki icraatın dayandırılmalı olmasını iddia edir. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 254.1.5-ci maddəsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həmin hallar mövcud deyildir. İş apellyasiya icraatında olarkən iddiaçı həmin əsasla icraatın dayandırılması barədə kollegiyaya vəsatət də vermişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi Kiyev Apellyasiya Məhkəməsinin qətnaməsindən çıxarışdan görünür ki, Kiyev Apellyasiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun məcburi ödənilməsinə dair iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilmişdir. Ona görə də hazırki halda İddiaçı və onun nümayəndəsi-vəkilinin Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırki iddia hüquq və vəzifələr yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə digər Cavabdeh2 ümumiyyətlə iddiaçı ilə bağlı hər hansı borc müqaviləsinin subyekti olmamış, İddiaçı qarşısında nə mülkiyyət, sahiblik və istifadə hüquqlarının müdafiəsindən irəli gələn, nə müqavilə münasibətlərindən irəli gələn, nə əsassız varlanmadan irəli gələn, nə də mülki-hüquq pozuntulardan (deliktlərdən) irəli gələn öhdəliklərlə bağlı yaranmış hər hansı öhdəlik dışımır və iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir Bunda başqa məhkəmə onu da bildirir ki, iddiaçının əmlaklar üzrə tutmanın cavabdehlərin qeyd edilən əmlaklar üzrə ayrılmış payına yönəldilməsi və əmlakların açıq hərracda satılmaqla borcun ödənilməsi icra icraatı qaydasında və ya ipoteka münasibətləri üzrə qanunvericiliklə tənzimlənən məsələdir. Lakin iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 borc tələbi və ya digər əmlak tələbi ilə bağlı Ukrayna Respublikası məhkəmələrinin hər hansı qətnaməsi və ya qərarı Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir.

28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar