Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1256/2022 19.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülk iş üzrə (Açar sözlər: icraya dönüş) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülk iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilməsi barədə Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-cu il tarixli 2(039)-801/2020 saylı qərardadından iddiaçı mərhum İddiaçı vərəsəsi X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Cavabdeh2 nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsini nəzərə alaraq icraya dönüş edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-cu il tarixli 2(039)-801/2020 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili X1 icraya dönüş barədə ərizəsi təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı xx.xx.2014-cü il tarixli Cavabdeh2 adına verilmiş çıxarışın statusunun Yevlax Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsindən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. İddiaçı mərhum İddiaçı vərəsəsi X3 nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Yevlax Rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli 2(039)-801/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-cu il tarixli 2(039)- 801/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı xx.xx.2014-cü il tarixli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsi ilə daşınmaz əmlakın Dövlət reyestrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinin Cavabdeh2 adına aparılmış qeydin ləğv edilməsi (xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 19 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində) qət edilmişdir. Cavabdeh2 məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2(039)- 801/2020 saylı qərardadı ilə məhkəmənin 12 iyun 2018-ci il tarixli 2(039)-1496/2018 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 8 iyun 2020-ci il tarixli 2(039)-801/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair 2(039)-801/2020 saylı mülki işin icraatına (İddiaçı xx.xx.2019-cu ildə ölməsi səbəbindən) xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.3-cü bəndinə əsasən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə, Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq, hakim qətnamənin icrasının dönüşü məsələsini həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə 11.3-cü bənddə Azərbaycan Respublikası MPM-nin 235.3-cü maddəsinə müvafiq olaraq hakim qətnamənin icrasının dönüşü məsələsini həll edə bilər” sözləri ‘‘məhkəmə bunun üçün zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir” sözləri ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-cu il tarixli 2(039)-801/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-cu il tarixli 2(039)-801/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı mərhum İddiaçı vərəsəsi X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2021-cu il tarixli 2(039)-801/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1256/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1256/2022
19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver