Məhkəmə qərarları › İş №2(107)-1269/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1269/2021

30.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1269/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsinin, paylarına uyğun 1/9 (0.3044 ha) hissədə olmaqla, “X1” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 6 nömrə altında olan torpaq sahəsi İddiaçı1, 7 nömrə altında olan torpaq sahəsi İddiaçı4, 8 nömrə altında olan torpaq sahəsi İddiaçı3 və 9 nömrə altında olan torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılması və onlara verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarışa əsasən birgə mülkiyyətlərindəki 2.74 ha torpaq sahəsinin tərkibində hər birinin 1/9 hissədə olan payının sərhədlərinin hüdudlarını müəyyən edərək naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.03.2021-ci il tarixdə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim etmiş və X4 22.01.2001-ci il tarixdə vəfat etdiyindən yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“na dair iddia tələbi irəli sürərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarışa əsasən birgə mülkiyyətlərindəki 2.74 ha torpaq sahəsinin tərkibində hər birinin 1/9 hissədə olan payının sərhədlərinin hüdudlarını müəyyən edərək naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı Qərarı ilə onlara və daha 5 nəfər ailə üzvünə (cəmi 9 nəfər) 2.74 ha. həyətyanı torpaq sahəsi verilmiş və "Torpağın mülkiyyətə verilməsinə dair" JN-167G nömrli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Qəbələ rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(025)- 869\2018 nömrəli Qətnaməsindən görünür ki, JN-167G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə verilmiş 2.74 ha. torpaq sahəsi 9 nəfər mülkiyyətçi arasında bərabər hissələrə bölünərək hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir, Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməni onlar ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə təqdim edərək Hüquqların Dövlət qeydiyytaı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93 saylı Çıxarış almışlar. Daha sonra DƏDRX idarəsinə müraciət edərək paylarının naturada bölünərək sərhədlərin müəyyən edilməsini xahiş etmişlər. DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşları əraziyə gəlsə də cavabdehlərin etirazı olduğundan texniki inventarlaşdırma işlərinin aprılması mümkün olmamışdır. Bu,səbəbdən sonuncu plan-ölçü işlərinin aparılmasını dayandırmış və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün bizə 28.09.2020-ci il tarixli imtina məktubu vermişdir. Bu səbəbdən ayrılması mübahisə predmetinə çevrilmiş torpaq sahəsindəki paylarının sərhəd hüdudlarının müəyyən edilməsi və hərbirinin payının məcburi qaydada naturada ayrılması və tanıdılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı4 iddia ərizəsini müdafiə edərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. Mübahisəli ərazidən o 1992-ci ildə torpaq sahəsi alıb, 1994-cü ildə isə həmin ərazidə fərdi yaşayış evi inşa edib. Həmin dövrdə ardarda torpaq islahatlarında iştirak edib. İddiaçılar əsassız olaraq həmin ərazidən pay istəyir. Onlar sənədləri saxtalaşdırıblar. İddiaçıların qeyd etdiyi 23 sot torpağın ona aidiyyatı yoxdur. Onun evi sahəsi 2 ha 50 sot olan torpaq sahəsində yerləşir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, iddiaçı X2 və qeyrilərinin iddia tələbinin təmin edilməsi barədə 31.03.2021-ci il tarixdə Qəbələ rayon məhkəməsi tərəfindən çıxarılmış 2(025)-75/2021 saylı qətnaməni onlar qəbul etmirlər və ləğv olunmasını istəyirlər. Bildirirlər ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nın 05.02.1999-cu il tarixli 03 saylı qərarına əsasən verilmiş JN-167 3 sayl '"Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüqüq sahiblərindən bir qrupu yəni iddiaçıların adı islahat aparılan zaman saxtakarlıq yolu ilə bir təsərrüfat kimi siyahıya salınmaqla 2,74 ha torpaq sahəsinə birgə mülkiyyətin payçıları kimi daxil olmağa 'nail olmuşlar". Həmin ərazinin bir hissəsini 1992-ci il tarixdə almaqla 1994-cü ildə həmin ərazidə fərdi yaşayış evi tikmişlər. Torpaq islahatına hazırki ailə üzvüləri ilə islahata iddiaçıların saxtakarlıq edərək göstərdikləri ərazidə yəni onun və ailə üzvülərinin yaşadığı onun həyətində yox, ata həyətində aparilmışdır və JN-167 saylı şəhadətnamə verilmişdir. Onlara 2,50 ha torpaq sahəsi verilmiş və hazırda Nic qəsəbə İƏD-nın təsərrüfat başına üçot kitabında ailənin adına cəmi 2,50 ha torpaq sahəsi qeydə alınmış, həmin sahənin 1,00 ha əkin sahəsi kimi 1,50 ha isə həyətyanı torpaq sahəsi kimi qeydə alınmaqla bu torpaq sahəsində 1994-cü il tarixdə fərdi yaşayış evi inşa edilmişdir. Bu faktı Qəbələ rayon Nic qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 12.04.2021-ci il tarixli 410 saylı arayışı ilə də təsdiq olunur. Nic qəsəbə bələdiyyəsinin 05.04.2021-ci il tarixli 4b saylı arayışında göstərilir ki, Cavabdeh5 ( ilkin təqdim olunan iddiada cavabdeh) ailə başçısı olmaqla 9 nəfər ailə üzvüləri ilə birlikdə torpaq islahatına getmişlər və onların mülkiyyətinə 4 ha bağaltı torpaq, 5,99 ha əkinaltı torpaq verilmişdir. Onların ailə üzvülərinin istifadəsində 3,05 ha bələdiyyə torpağı vardır. Nic bələdiyyəsinə islahatından sonra təqdim edilmiş xəritədə onların atababa yurdu JN-167 F saylı şəhadətnamədə göstərilən 1,02 ha torpaq sahəsində yerləşir. 24.02.1974-cü il tarixdə tərtib olunmuş Ayrılma aktından görünür ki, o, yəni Cavabdeh1 qeyd olunan 24.02.1974-cü ildə atası Alcanov Məhəmməddən ayrılmışdır. Qeyd olunan faktlar məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırılsa da qətnamə qəbul edilərkən nəzərə alınmamış və iddiaçıların saxtakarlıq yolu ilə məhkəməyə təqdim etdikləri sənədlər əsasında mülkiyyət hüquqlarını kobud şəkildə pozan qətnamə qəbul edilmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(025)- 1165/2019 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 hər birinin 1/9 hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? İşdə olan “X3” MMC-nin 29.01.2021-ci il tarixli, 33 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, JN-167G saylı 2.74 ha “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi - **********93; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 23.09.2020) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən torpaq sahəsi hər biri 0.3044 ha olmaqla 9 (doqquz) bərabər hissəyə bölünməklə 1/9 hissədə payların hüdudları dəqiqləşdirilmişdir. Rəyə plan-sxem, ortofotoplan və baxış aktı əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2,74 ha torpaq sahəsindən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş AZ-İ № 900199 saylı ölüm haqqında arayışdan görünür ki, Cavabdeh5 22.01.2001-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-869/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, JN-167G nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə verilmiş 2.74 ha. torpaq sahəsindən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3 və 221.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmiş 2.74 ha torpaq sahəsindən onların hər birinin payı 1/9 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. İddiaçılar Qəbələ rayonu Nic qəsəbəsində yerləşən həmin torpaq sahəsinin naturada bölünməsini tələb etmişdir. Tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası keçirilib müvafiq rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçıların paylarının ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçılar etiraz etməmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etməmişdir. Məhkəmənin qənaətinə görə “X3” MMC tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçılara düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 23.09.2020) əsasən Cavabdeh4, Cavabdeh1yyə oğlu, Cavabdeh5, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2.74 ha torpaq sahəsi, paylarına uyğun 1/9 (0.3044 ha) hissədə olmaqla, “X1” MMC tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş - 6 nömrə altında olan torpaq sahəsi İddiaçı1, 7 nömrə altında olan torpaq sahəsi İddiaçı4, 8 nömrə altında olan torpaq sahəsi İddiaçı3 və 9 nömrə altında olan torpaq sahəsi İddiaçı2 verilməklə) naturada ayrılmalı və onlara verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)- 75/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar