Məhkəmə qərarları › İş №2(107)-1270/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1270/2020

16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1270/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X26 iclas katibliyi və İddiaçı (bundan sonra iddiaçı) iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağsu Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, X27 və Cavabdeh3 Ağabəhram qızı, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağsu Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, Ağsu rayonunun Gəgəli kənd sakini X4 4,57 ha və 0,26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu Rayon Aqrar İslahat Komissyasının xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarının cavabdehlər X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə ləğv edilməsi və həmin qərarla verilmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-229 A nömrəli 40900018 kodlu və torpağın mülkiyyətiə verilməsi dair JN-133 nömrəli 40900018 kodlu şəhadətnamələrin X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə etibarsız hesab edilməsi, Cavabdeh1 zəbt etdiyi atası Qaraoğlan Bəhramov dan miras qalmış 0,26 ha torpaq sahəsində çıxarılması və cavabdehlərdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiа tələbi təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(107)-1270/2020 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin Ağsu rayonunun Gəgəli kənd sakini X4 4,57 ha və 0,236ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu Rayon Aqrar İslahat Komissyasının xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarının cavabdehlər X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə ləğv edilməsi və həmin qərarla verilmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-229 A nömrəli 40900018 kodlu və torpağın mülkiyyətiə verilməsinə dair JN-133 nömrəli 40900018 kodlu şəhadətnamələrin X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qardaşıdır. Qardaşı Cavabdeh1la mərhum atası Qaraoğlan Bəhrəmov arasında 1998-ci ildən 2000-ci ilə kimi ailə münaqişələri olmuşdur. Dəfələrlə cavabdeh atasını, anasını döymüş, dəfələrlə qardaşı barəsində hüquq mühafizə orqanlarına şikayətlər olmuş və son nəticədə cavabdeh barəsində atasını döydüyünə görə cinayət işi açılaraq bir il altı ay müddətə həbs olunmuşdur. Buna baxmayaraq, atası həyətin cənub hissəsindən 0,12 sot torpaq sahəsi ayıraraq cavabdehə vermişdir ki, ayrı yaşasın. 2000-ci ildən 2016-cı ilə kimi, yəni atası rəhmətə gedənə kimi cavabdehlə atası arasında heç bir münasibət olmamışdır. Anası 2012-ci ildə vəfat etdikdən sonra atası tək yaşamış, həmin vaxtdan ölənə kimi ona qulluq etmişdir. Bunu qonşular da təsdiq edə bilər. Atası xx.xx.2016-cı ildə vəfat etmişdir. El adəti ilə onu dəfn etmiş, bütün yas xərclərini, qəbirüstünün düzəldilməsinin xərclərini özü çəkmişdir. Cavabdeh isə atasının dəfnində, yasında iştirak etməmiş, bu günə kimi atasının məzarını belə tanımır. Atası rəhmətə gedəndən indiyə kimi atasından miras qalmış evə və həyətə, digər pay torpağına faktiki olaraq sahiblik etmiş, evə, həyətə nəzarət etmiş, torpaqda əkin-biçinlə məşğul olmuşdur. X28 miras qalmış ümumi paylı mülkiyyətdə olan 4,57 ha və 0,26 ha torpaq sahələrini faktiki olaraq qəbul etməsi faktı məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Hazırda atası Qaraoğlan Bəhrəmovdan miras qalmış 4,57 ha və 0,26 ha torpaq sahələrini faktiki olaraq qəbul etməyinə baxmayaraq, Cavabdeh1 tərəfindən 0,26 ha torpaq sahəsi özbaşına zəbt olunmuşdur. Cavabdeh1 tərəfindən həmin torpaq sahəsindən istifadə etməyinə imkan verilmir, onu torpaq sahəsinə buraxmır. Ona bu barədə etiraz etdikdə dava-dalaş salır, münaqişə yaradır. Atasından miras qalmış torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən Cavabdeh1 qanunsuz zəbt etdiyi 0,26 ha torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan əlavə, atası Qaraoğlan Bəhrəmovdan miras qalmış 4,57 ha və 0,26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə qardaşlarının həyat yoldaşları olan X27 və Cavabdeh3 Ağabəhram qızı ailə üzvü olmadıqları halda adları yazılmışdır. Lakin şəhadətnamə verilən vaxtı X27 və Cavabdeh3 Ağabəhram qızı mərhum atasının ailə üzvü olmadığı halda, onların adları qanunsuz olaraq şəhadətnamələrdə qeyd edilmişdir. Hətta şəhadətnamədə Cavabdeh3 Ağabəhram qızının ata adı da səhv göstərilmişdir. Bütün bunlar şəhadətnamələr verilərkən qanunsuzluğa yol verildiyini, ailə üzvlərinin dəqiq araşdırılmadığını sübut edir. Valideynləri vəfat etdikdən sonra onlara məxsus əmlakı və təsərrüfatı qəbul etmiş və hazırda da idarə edir. Lakin qeyd olunan şəxslər X16 və Cavabdeh3 Ağabəhram qızının atası Qaraoğlan Bəhrəmovdan miras qalmış 4,57 ha və 0,26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə olduğuna görə miras əmlakdan daha az pay əldə edir. Bu da vərəsə kimi hüquqlarının pozulmasına səbəb olur. Odur ki, cavabdehlər Cavabdeh1, X27 və Cavabdeh3 Ağabəhram qızı, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və mübahisə premeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxs Ağsu Rayon İcra Hakimiyyətinə qarşı Ağsu rayonunun Gəgəli kənd sakini X4 4,57 ha və 0,26 ha torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu Rayon Aqrar İslahat Komissyasının xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarının cavabdehlər X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə ləğv edilməsi və həmin qərarla verilmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-229 A nömrəli 40900018 kodlu və torpağın mülkiyyətinə verilməsi dair JN-133 nömrəli 40900018 kodlu şəhadətnamələrin X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə etibarsız hesab edilməsi, Cavabdeh1 zəbt etdiyi atası Qaraoğlan Bəhramovdan miras qalmış 0,26 ha torpaq sahəsindən çıxarılması və cavabdehlərdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, məhkəmə qətnamə qəbul edərkən mübahisə predmetinin etibarlı olması məsələsini, yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, torpaq üzərində mülkiyyət hüququna dair dövlət aktının, bu barədə aqrar islahat komissiyasının qərarının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair” Əsasnamənin tələblərinə uyğun verilməsi məsələsini araşdırmaq əvəzinə, dövlət aktını və şəhadətnamənin özünü sübut növü kimi qəbul etmişdir. Yəni o iddia qaldıraraq tələb edir ki, “Torpaq islahatı haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair” Əsasnamə qəbul edilən zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh3 atasının təsərrüfatında olmamışlar. Gülşən 1998-ci ildə, Şəlalə isə 2009-cu ildə həmin təsərrüfatda qeydə alınmışlar. Bu da o deməkdir ki, qanun qəbul edildiyi günə kimi həmin sovxozun və kolxozun ərazisində yaşayan şəxslər torpaq payı ala bilərlər və və bu qanun qəbul edildiyi günə kimi vətəndaşın qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanun qəbul edilən zaman Gülşən və Şəlalə atasının təsərrüfatında qeydiyyatda olmamışlar və bu əsasdan həmin torpaq sahəsi onların qanuni istifadəsində olmamışdır. Ona görə də dövlət aktı və şəhadətnamədə bu şəxslərin adlarının qeydə olunması əsassızdır. Bundan əlavə, atasının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 229 A saylı 40900018 kodlu şəhadətnamədə topaq sahəsi 0,26 ha kimi göstərilsə də, faktiki olaraq torpaq sahəsi 0,42 hektardır. 0,16 ha artıq torpaq sahəsinə görə islahat vaxtı atasının torpaq payından 0,32 ha torpaq sahəsi çıxılmışdır. Ona görə də şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,42 ha olmalı idi. Bu baxımdan da həm yerli aqrar islahat komissiyasının qərarının xx xxxx 1998-ci il tarixli 08 saylı qararı, həm də torpağın mülkiyyətə verilməsinə dair JN-229 A saylı 40900018 kodlu şəhadətnamə düzgün verilməmişdir. Məsələnin digər tərəfi isə məhkəmənin iddia müddətilə bağlı iddanı rədd etməsidir ki, bu da əsaslı və qanuni deyil. Məhkəmə iddianı rədd edərkən düzgün olmayaraq 2000-ci ilin sentyabr ayına kimi qüvvədə olmuş Mülki Məcəllənin 73-cü madəsinə istinad etmişdir. Həm həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinin, həm də hazırda qüvvədə olan Mülki Məcələnin 377.1-ci maddəsinin tələbinə görə iddia müddəti vətəndaşın hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Atası vəfat edənə kimi bu barədə bilməmişdir. Həmin dövlət aktında və şəhadətnamədə onun adı olmadığından və xx xxxx 2016-cı ildə atası vəfat edənə kimi həmin sənədlər atasında olduğundan, o, Şəlalə və Gülşənin adlarının həmin sənədlərdə olmasını bilməmiş və bilməli də deyildir. Buna görə də bu mübahisəyə köhnə Mülki Məcəllənin 73cü maddəsinin müddəalarının tətbiq olunmasını düzgün hesab etmir. Onların mübahisəsinə bu gün qüvvədə olan mülki hüquq normaları tətbiq olunmalıdır. Belə olan halda isə o, bu müddəti ötürməmişdir. O, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ona görə də apelyasiya şikayəti təmin edilməli və Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə uyğun izahat verən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Ölüm haqqında şəhadətnamənin təkrar verilmiş surətindən görünür ki, X19 xx.xx.2012ci ildə Ağsu rayonunun Gəgəli kəndində, beyinə qansızma səbəbi ilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin may ayının 15-də 09 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 xx.xx.2016-cı ildə Ağsu rayonunun Gəgəli kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin avqust ayının 08-də 01 nömrə ilə qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN seriyalı 133 nömrəli 40900018 kodlu dövlət aktı ilə müəyyən olunur ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X6, X8, X7, X15 və X3 ümumi paylı mülkiyyətlərinə 4,57 ha torpaq sahəsi verilmiş və bu darədə dövlət akt qeydiyyatı kitabında xx.xx.1999-cu il tarixdə 8173 sayla qeydiyyata alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 229A nömrəli 40900018 kodlu şəhadətnamə ilə müəyyən olunur ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X6, X8, X11, X17 və X3 ümumi paylı mülkiyyətinə 0,26 ha torpaq verilmiş və bu darədə dövlət akt qeydiyyatı kitabında 138 nömrə ilə kitabda qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin surəti ilə müəyyən edilir ki, X9 ona məxsus olan yarı sökülmüş bir otaqlı, 1983-cü ildə tikilmiş, ümumi yaşayış sahəsi 20 kv m olan yaşayış evini, 0,42 ha həyətyanı torpaq sahəsini, 1,20 ha pay torpaq sahəsini, 2.5x3.5 ölçüdə su hovuzunu, çiy kərpicdən tikilmiş tövləni oğlu İddiaçı vəsiyyət etmiş, vəsiyyətnamə Ağsu rayonu, Gəgəli kənd icra nümayəndəsi tərəfindən təsdiq edilərək 01 nömrə ilə reyestrdə qeydə alınmışdır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 713 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2016-cı ildə vəfat etməklə onun dəfn və ehsan mərasimlərinin xərcini İddiaçı çəkmiş, atasının məzar daşını da öz vəsaiti hesabına qoydurmuşdur. Mərhum vəfat edən günə kimi öz evində tək yaşamış, ona oğlu İddiaçı ailəsi ilə birlikdə qulluq etmişdilər. 2000ci ildən sonra heç bir övladı onunla yaşamamış və heç biri ona xidmət göstərməmişdir. Övladlarından heç biri onun evinin pasport qeydiyyatında deyil. Hal-hazırda həmin evdə heç kim yaşamır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)-84/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı ailə üzvləri ilə birlikdə Ağsu rayonunun Gəgəli kəndində yaşamış mərhum X1 istifadəsində və sahibliyində olmuş yarı sökülmüş bir otaqlı, 1983-cü ildə tikilmiş, ümumi yaşayış sahəsi 20 kv m olan yaşayış evinə köçürülməsinə, evdə yaşayış, evin tərkib hissəsindən və həyətyanı sahədən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi rədd edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(016)-93/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməklə mərhum X2 miras qalmış ümumi paylı mülkiyyətdə olan 4,57 ha, 0,26 ha torpaq sahəsinin İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilməsi faktı müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)- 1200/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(016)- 93/2018 nömrəli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbinin qismən təmin edilməsi, ümumi paylı mülkiyyətdə olan 4,57 ha, 0,26 ha torpaq sahəsinin miras qoyan X5 payına münasibətdə miras qalmış torpaq sahəsinin üzərinə düşən miras payı hissəsinə İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin birinci instansiya məhkəməsinə ünvanladığı məktuba əlavə edilən sənədlərdən görünür ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən (tarix qeyd edilməmişdir) təsdiq edilmiş Ağsu rayonu, Gəgəli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X14, X20, Cavabdeh1, X27 və Cavabdeh3, 5 nəfərdən ibarət ailə üzvlərinin qanuni istifadəsində olan həyətyanı sahə 0,20 ha olmaqla, dövlət aktının nömrəsinin 133, xəritədə nömrəsinin 223 olması qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında iddiaçının valideynləri X12, X18, X13, X21 və X3 ümumi paylı mülkiyyətinə 4,57 ha pay torpaq sahəsi, 0,26 hektar isə həyətyanı torpaq sahəsi verilmiş və bu darədə onların adına dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə yazılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilmiş, ümumi paylı mülkiyyətdə olan 4,57 ha pay torpaq sahəsi və 0,26 ha həyətyanı torpaq sahəsinin miras qoyan X5 payına münasibətdə miras qalmış torpaq sahəsinin üzərinə düşən miras payı hissəsinə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 zəbt etdiyi atası Qaraoğlan Bəhramovdan miras qalmış 0,26 ha torpaq sahəsindən çıxarılması ilə bağlı qeyd etmişdir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Yəni iddiaçının dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilə bilməzdi. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X6, X8, X7, X15 və X3 ümumi paylı mülkiyyətlərinə 4,57 ha pay torpaq sahəsi, 0,26 ha isə həyətyanı torpaq sahəsi verilmişdir. Həm torpağa mülkiyyət hüququna dair JN seriyalı 133 nömrəli 40900018 kodlu dövlət aktı, həm də torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 229A nömrəli 40900018 kodlu şəhadətnamədə digər mülkiyyətçilərlə yanaşı, Cavabdeh1 adları qeyd olunmuş və bu darədə dövlət akt qeydiyyatı kitabında qeydə alınmışdır. Yəni Cavabdeh1 vəfat etmiş valideynləri ilə bərabər hüququlu mülkiyyətçi kimi qeydə alınmışdır. Bundan əlavə, Cavabdeh1 arvadı Gülşən Bəhrəmova da qeyd olunan mülkiyyət sənədlərinə əsasən digər şəxslərlə yanaşı bərabər hüquqlu mülkiyyətçidir və Gülşən Bəhrəmovanın adı qeyd olunmuş nə torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı, nə də torpağa mülkiyyət hüququna dair şəhadətnamə etibarsız hesab edilməmişdir. Əgər gələcəkdə iddiaçının 4,57 ha pay və 0,26 ha həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsinə dair Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarının X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissədə ləğv edilməsi torpağın mülkiyyətə verilməsinə dair JN-229A seriyalı 40900018 kodlu dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair JN-133 seriyalı 40900018 kodlu şəhadətnamənin X27 və Cavabdeh3 Ağabəhram qızına aid hissəsi etibarsız hesab edilmiş olsa belə, Cavabdeh1 mərhum valideynləri Qaroğlan Bəhrəmov və Xurşud Bəhrəmova ilə ümumi paylı mülkiyyətçi kimi qalacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (mad. 220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (200.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (mad. 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (mad. 220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (mad. 220.6). Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər (mad. 222.1). Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (mad. 222.2). Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin (mad. 222.3). Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir (mad. 223.1). Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər (mad. 223.2). Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (mad. 223.3). Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir (mad. 223.4). İşdən göründüyü kimi, valideynlərindən miras qalmış ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini qəbul etmiş iddiaçı həm dövlət aktı, həm torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı, həm də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən valideynlərinə aid torpaq sahəsindən digər mülkiyyətçi olan qardaşı Cavabdeh1 çıxarılmasnı tələb edir. Lakin o nəzərə almamışdır ki, paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının ayrılmasını tələb edə bilər. Əgər iddiaçı paylı mülkiyyətdə olan ümumi torpaq sahəsinin özünə aid hissəsinin bölünməsi və ya ondan payının ayrılması üsulu və şərtləri haqqında cavabdehlə razılığa gələ bilmədikdə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırki vəziyyətdə mübahisəli torpaq sahəsi beş nəfərin ümumi birgə mülkiyyətindədir və nəzəri cəhətdən hər bir müılkiyyətçiyə nə qədər torpaq sahəsinin düşməsi müəyyən olsa da, ancaq naturada kimin torpağının harada və hansı sərhədlər daxilində olması, habelə kimin digər mülkiyyətçinin toraq sahəsini zəbt edib-etməməsi, əgər zəbt etmişsə hansı ölçülər daxilində zəbt etməsi qeyri-müəyyəndir. Belə olan halda iddia tələbinin təmin edilməsi də mümkün deyil. Ona görə də yuxarıda şərh olunan maddi hüquq normalarının tələblərini yerinə yetirdikdən sonra hazırki iddia tələbi ilə çıxış etmək olar. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir və hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu səbəbdən də apelyasiya şikayətinin dəlilləri əsaslı deyil və formal mülahizələrə əsaslanır. MPM-in əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (mad. 385.2). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər birtərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar