Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1272/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subrogasiya tələbinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçıxxxxxxxxxxxxxxxx ASC tərəfindən verilmişapelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 1410 (min dörd yüz on) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitindən 100 (yüz) manatı Cavabdeh1, 20 (iyirmi) manatı İddiaçıxxxxxxxxxxxxxxxx ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçıxxxxxxxxxxxxxxxx ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobi vurulan ziyanın əvəzində 1590 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 1620,40 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi və Cavabdeh2 mülkiyyətində olan “VAZ 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Dərnəgül yolunda hərəkət edən “Mercedes Benz” markalı, ** HX *** markalı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 etibarnaməsi mövcud deyildir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarəetmə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Nərimanov RPİ-nin DYPB-nin TYP 121407 saylı xx.xx.2017-ci tarixli inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 1590 manat ziyan dəymişdir. PAT ********* saylı sığorta müqaviləsinə və 043767 saylı sığorta aktına əsasən İddiaçıxxxxxxxxxxxxxxxx 1590 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçıxxxxxxxxxxxxxxxx ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddiaya etiraz edərək, izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verən gün o da avtomaşında olmuşdur. Lakin qan təzyiqi qalxdığı üçün oğlu Teymur onu xəstəxanaya aparmışdır. Onların qeyd edilən işlə bağlı təqsirləri olmadığından iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərdi ki, hadisə baş verən vaxt anası da avtomaşında olmuşdur. Onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparmışdır. Avtomobil anasına məxsusdur və qeyd etdiyi kimi avtomaşında olmuşdur. Heç bir təqsiri olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-61/2020 saylı qətnaməsindən narazı qalan İddiaçıxxxxxxxxxxxxxxxx ASC apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini, İddiaçıxxxxxxxxxxxxxxxx ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında borcun qaytarılması” tələbinə dair 1590 (min beş yüz doxsan) manat məbləğində ziyan iddiasını və 30 manat ödənilmiş dövlət rusumunun tam təmin edilməsini, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rusumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-61/2020 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddiaçının tələbinin tam təmin edilməklə yeni qətnamə qəbul edilməsini qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçıxxxxxxxxxxxxxxxx ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-61/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan, 043767 saylı, xx.xx.2017-ci il tarixli sığorta aktının surətindən görünür ki, Lətif Qasımova məxsus və İddiaçıxxxxxxxxxxxxxxxxndə sığortalanmış “VAZ-21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş zərərlə bağlı icbari sığorta ilə zərərçəkən X6 ödənilməli olan sığorta ödənişi 1590 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan Nərimanov RPİ DYPŞ-nin xx.xx.2017-ci il tarixli, TYP seriyalı, 121407 saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi avtomaşınla manevr qaydasını pozaraq “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Cavabdeh1 yol hərəkət qaydasını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibari xətanı törətmişdir. Eyni tarixli İnzibati tənbeh vermə haqqında Qərarla Cavabdeh1 AR İXM-nin 332.1 və 327.2-ci maddələrinə əsasən 60 manat cərimə edilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, “Mercedes Ateko” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin qiyməti 1590 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 7395 saylı ödəniş tapşırığına əlavədən görünür ki, 1590 manat məbləğində pul vəsaiti X4 hesabına köçürülmüşdür. İşin materiallarında olan AC seriyalı, 117287 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarından görünür ki, X8 ona məxsus “VAZ 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı səlahiyyətlərin verilməsi barədə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 11 ay 30 gün müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Etibarnamədə həmçinin etibarnamə üzrə səlahiyyətin başqa şəxsə verilə bilməsi qeyd olunmuşdur. Həmin etibarnamə X3 adından onun nümayəndəsi X7 tərəfindən imzalanmışdır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31312 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materialında olan xx.xx.2017-ci il tarixli qüsur aktına əsasən 1997-ci il buraxılışlı “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1410 manat müəyyən olunur.O cümlədən, dəyişilməli hissələrin qiyməti 750,00 manat, təmir-bərpa işlərinin qiyməti 660 manat. İş materiallarında olan Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində verdiyi izahatının surətindən görünür ki, verilmiş suala cavab olaraq Cavabdeh1 hadisə zamanı idarə etdiyi avtomobildə tək olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin iddiasının əsası kimi istinad etdiyi “VAZ 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işə əlavə edilmiş materiallar ilə sübut olunur. Bununla da, “VAZ 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan İddiaçıxxxxxxxxxxxxxxxx ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçıxxxxxxxxxxxxxxxx” ASC-yə keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verərkən Cavabdeh2 etibarnamə əsasında sahibliyində olan “Vaz 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən onu istismar etməyə hüququ olmadan idarə etməsi ilə baş verdiyindən, bununla da İddiaçıxxxxxxxxxxxxxxxx ASC-nin Cavabdeh1 qarşı subroqasiya hüququ yarandığından, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh1 üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, “Vaz 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 etibarnamə əsasında sahibliyində olmuş olsa da, Cavabdeh1 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Göründüyü kimi, Cavabdeh2 etibarnamə əsasında sahibliyində olan “Vaz 21061” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən qanuni əsas olmadan idarə edilmiş və həmin avtomobilin Cavabdeh2 etibarnamə əsasında sahibliyindən hüquqa zidd götürülmüş olması barəsində heç bir dəlil irəli sürülməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu idarə etmiş olan Cavabdeh1 daşımalı, Cavabdeh2 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Mercedes Benz” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 1590,00 manat məbləğində deyil, 1410 manat müəyyən olunmuşdur. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh1 1410 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr və həmin nəticələrə gəlməsinin əsasları ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticədə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçıxxxxxxxxxxxxxxxx tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçıxxxxxxxxxxxxxxxx ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(016)-61/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçıxxxxxxxxxxxxxxxx ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(016)-61/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1272/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1272/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver