Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1273/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyixxxxməruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğluxxxxŞükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh-nin nümayəndəsi X14, Üçüncü şəxs X19 iştirakıları ilə, İddiaçı Cavabdeh-yə qarşı səhmdarlarının ümumi yığıncağının qərarının ləğvi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X31 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-90/2020 nömrəli qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia tələbinin təmin edilməsi, “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2009-cu il tarixli, 1 saylı protokolu əsasında qəbul ediliş qərarının ləğv edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh-yəxxxxmübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 qarşı – “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli, 1 saylı qərarının ləğv edilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi, əmlak payının alınıb verilməsixxxxəvvəlki iş yeri “xxxxxxxxxxx” ASX-də 40 kv.metr olan dəmirçi sexinin özünə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 70-ci illərin əvvəllərindən başlayaraq sabiq Ağsu rayon Məişət xidməti idarəsində dəmirçi kimi fəaliyyətə başlamışdır. Müxtəlif vaxtlarda işlədiyi idarənin adı “Cavabdeh Xidməti Kombinatı”, “Cavabdeh Xidməti müəssisəsi”xxxx“X44 Xidməti İcarə Müəssisəsi” adlandırılmışdır. Respublikada həyata keçirilən özəlləşdirmə proqramı ilə əlaqədar iş yeri olan 40 kvadrat metrdən ibarət dəmirçi sexini özəlləşdirib üzərində xüsusi mülkiyyət hüququ əldə etmək istəmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, eləcədə digər əlaqədar təşkilatlara da müraciət etmişdir.Lakin 1996-cı ilin axırlarında “X44 Xidməti İcarə Müəssisəsi”nin rəhbərliyi ona Səhmdar Cəmiyyəti təsis etdirmək istədiklərinixxxxişçilərdən kim istəyirsə əmlak payı çeklərindən səhm qoymaqla Səhmdar Cəmiyyətin üzvü ola biləcəyini, ayrı-ayrı sexləri özəlləşdirməyə ehtiyac olmadığınıxxxxhər kəs öz əvvəlki iş yerindən istifadə etməklə fəaliyyət göstərə biləcəyini bildirmişlər. Həm də əgər gələcəkdə əmlak satılarsa, yenə də özlərinə satıla biləcəyini də qeyd etmişlər.Həmin vaxtda Məişət Xidməti Müəssisəsinin direktoru Bəsti Tahirova olmuş, lakin 1996-cı ilin axırlarında Cavabdeh təsis edilmişxxxxonun sədri vəzifəsinə Nurəddin Fətullayev seçilmişdir.Səhmdar Cəmiyyət təsis edilərkən 2 ədəd əmlak çekixxxxpul vermişdir. Dəmirçixxxxqaynaqçı kimi fəaliyyət göstərdiyindən işlədiyi sex cəmiyyətin mənafeyinə xeyli mənfəət vermişdir.Lakin “xxxxxxxxxxx” ASC yaradıldıqdan sonra demək olar ki, yalnız onun rəhbərinin şəxsi mənafeyinəxxxxməqsədinə xidmət etmişdir.Belə ki, Cəmiyyətin illik hesabatıxxxxmühasibat balansı həmişə səhmdarlardan gizli saxlanılmışxxxxsəhmdarların tanış olması üçün dərc edilməmişdir.Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsinin tələbləri pozulmuşxxxxnəticədə divident almaq hüququndan məhrum olmuşdur. Cavabdeh X33 səhmdarı olsa da, onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106.1.3-106.1.9cu maddəsində göstərilən hüquqları pozulmuşdur. Bu da Səhmdar Cəmiyyətin təsisçi tərəfindən təkbaşına idarə edilməsi ilə əlaqədar olmuşdur. “xxxxxxxxxxx” ASC-nə məxsus olan məişət xidməti binalarının sökülüb yerində yeni xidmət obyekti tikintisinə icazə verilməsinə dair Ağsu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2008-ci il tarixli 194 saylı Sərəncam verilmişdir, təqdim edilən müraciətxxxxsənədlər nəzərə alınaraq “xxxxxxxxxxx” ASC-nin Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsinin cənub hissəsində mövcud olan xidmət obyektləri istifadəyə yararsız olduğu üçün sökülüb yerində 306 kvadrat metr sahəsi olan məişət xidməti obyektinin tikintisinə icazə verilmişdirxxxxicrası müvafiq olaraq Səhmdar Cəmiyyətin təsisçisinəxxxxAğsu rayon İcra Hakimiyyəti Başçısının MemarlıqxxxxTikinti şöbəsinə tapşırılmışdır. “xxxxxxxxxxx” ASC-nin rəhbərliyi isə sərəncamın tələblərini icra etmək əvəzinə “xxxxxxxxxxx” X33 səhmdarlarının ümumi yığıncağı adından “xxxxxxxxxxx” ASC-nin balansında olan ünvan 1 saylı ünvanda yerləşən məişət xidməti sexlərininxxxxtorpağının bir hissəsinin səhmdar olmayan sexlərə satılmasına dair xx.xx.2009-cu il tarixli 1 saylı qərar çıxarmışdır.Həmin qərarın mahiyyətindən aydın olur ki, səhmdarların sayı 11 nəfər olduğu halda guya iclasda 4 nəfər iştirak etmiş, iclasın sədri Səhmdar Cəmiyyətin təsisçisi N.Fətullayev, katibi onun həyat yoldaşı Bəsti Tahirova olmuşdur.İclasda isə A.BabayevxxxxF.Məmmədov iştirak etmişdir.İclasda iştirak edən Fuad Məmmədov ümumiyyətlə səhmdar deyilxxxxonun Səhmdar Cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Həmin qərar qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin həm 99.3-cü maddəsinin, həm də həmin Məcəllənin 107- 1.4-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd edilən maddələrin mahiyyətinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına 45 gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlaraxxxxya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməli idi. Bir səhmdar kimi bu barədə ona heç bir yazılıxxxxşifahi məlumat verilməmişdir. Nəticədə həmin qərar əsasında 107-1.4-cü maddələrinin tələbləri pozulmuşdur.Belə ki, Mülki Məcəllənin 99.3-cü maddəsinin mahiyyətinə görə X33 xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilirxxxxbu barədə məlumat açıqlanmalıdır. Həm də əqd bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.4-cü maddəsinin tələblərinə əməl edilməli idi.Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Məişət Xidməti sexləri, o cümlədən, işlədiyi 40 m2 sahəsi olan dəmirçi sexi də daxil olmaqla məişət xidməti sexləri, tikinti sahəsi 246 m2 olan obyektixxxxtorpaq sahəsi 0.0515 ha torpaq sahəsi Səhmdar Cəmiyyətin üzvü olmayan, lakin Səhmdarı olduğu«xxxxxxxxxxx» ASC-də mühasib işləyən Keçdiməz kənd sakini X2. Sahib Eynalov isə onun uzun müddət işlədiyi dəmirçi sexini başqa şəxslərə icarəyə vermişdir. Göründüyü kimi səhmdar olduğu halda bütün hüquqları pozulmuşdur. İşlədiyi sex özünə də satılaxxxxya icarəyə verilə bilərdi. Həmin sex «xxxxxxxxxxx» ASC-nin balansında olsada,öz şəxsi vəsaiti ilə tikdirmişdir.Səhmdar olduğu halda bütün hüquqları pozulmuş, ona çatası əmlak payından məhrum edilmişxxxxiş yerini itirmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsi üçün aidiyyəti orqanlaraxxxxtəşkilatlara, o cümlədən Azərbaycan Respublikasının Əmlak Məsəllələri dövlət Komitəsinə, Ağsu rayon İcra Hakimiyyətinə, «xxxxxxxxxxx» ASC-nəxxxxAğsu rayon Prokurorluğuna rəsmi ərizələrlə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona aidiyyəti üzrə məhkəməyə müraciət edə bilmək hüquqları izah edilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-332/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə İddiaçı iddiadan imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-332/2011 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəsi rədd edilmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət ilə məhkəməyə müraciət etmişxxxxAğsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-332/2011 nömrəli qərardadı ilə şikayət rədd edilmişxxxxmülki iş baxılması baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2734/2019 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-332/2011 nömrəli qərardadının tam, xx.xx.2019-cu il tarixli, 2(016)-332/2011 nömrəli qərardadının şikayətin təmin edilməməsi hissəsində qismən ləğv edilməsi, İddiaçı tərəfindən Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-332/2011 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsixxxxişin sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Ağsu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-332/2011 nömrəli qərardadı ilə Ağsu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-332/2011 saylı qərardadı ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. İddiaçı iddianın azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, işə yalnız “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli, 1 saylı qərarının ləğv edilməsi hissəsində baxılaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X32 məhkəmə iclasında iddiaçının iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 1996-cı ildə iddiaçı işlətdiyi dəmirçi sexini özəlləşdirib mülkiyyət hüququ əldə etmək istəmiş, lakin rəhbərlik ayrı-ayrı sexləri özəlləşdirməyə ehtiyac olmadığını, əmlak payı çeklərini səhm qoymaqla səhmdar cəmiyyət yaradılması barədə ona bildirmişlər. İddiaçı da savadsız olduğundan buna razılaşmış, 2009-cu ilə kimi belə işləmişlər. Həmin ildə keçirilmiş yığıncağın qərarı ilə 196 kv.metr sahə Sahib Eynalova satılmışdır ki, dəmirçi sexi də həmin kvadratın içində olmuşdur. Lakin göstərilən yığıncaqdan İddiaçı xəbəri olmamışdır. Bu barədə məlumatı olduqdan sonra məhkəməyə müraciət etmiş, lakin savadsızlığından istifadə edilərək işə xitam verilmişdir. Buna görə də, iddiaçının tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh-nin nümayəndəsi X23 məhkəmə iclasında iddianıqəbul edərək izahatında göstərdi ki, hazırda Cavabdeh-nin sədridir. ASC-nin əvvəlki rəhbərliyi tərəfindən qanunsuz, kağız üzərində guya xx.xx.2009-cu il tarixdə səhmdarların ümumi yığıncağı keçirilmişxxxxASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən məişət xidməti sexlərinin satılması haqqında qərar qəbul edilmişdir. Halbuki, həmin səhmdarların ümumi yığıncağı barədə səhmdarlardan heç birinin məlumatı olmamış, bu barədə heç bir elan, bildiriş verilməmişdir.Bundan əlavə, səhmdarların ümumi yığıncağının protokolundan da görünür ki, guya həmin iclasda 4 nəfər səhmdar iştirak etmişdir. Halbuki, heç bir iclas olmamış, protokola da ər-arvad olaraq, N.FətullayevxxxxB.Tahirova imza etmişlər. İclasda iştirak edildiyi qeyd edilmiş digər iki nəfərdən biri F.Məmmədov ümumiyyətlə səhmdar olmamışdır. A.Babayev isə həmin iclasda iştirak etmədiyini bildirmişdir. Bütün bunlar xx.xx.2009-cu il tarixdə həqiqətən də səhmdarların ümumi yığıncağının keçirilmədiyini, həmin tarixli qərarınxxxxyığıncağın protokolunun qanunsuz olduğunu sübut edir.Göstərilən qanunsuz qərar nəticəsində Cavabdeh-nin səhmdarlarının, o cümlədən, səhmdar kimi İddiaçı hüquqları pozulmuş, iddiaçı 50 ildən çox müddətdə çalışdığı, istifadə etdiyi dəmirçi sexindən məhrum olmuşdur. Qeyd edilənlərə nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçının iddia ərizəsinə etiraz edirxxxxiddia ərizəsinin rədd edilməsini tələb edir. Belə ki, “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli, 01 saylı qərarı qəbul edilməmişdən əvvəl iddiaçı, həmçinin digər səhmdarlar yığıncağın vaxtıxxxxyeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Həmçinin cəmiyyətin balansında H.Əliyev küçəsi 81xxxxM.Ə.Rəsulzadə küçəsi 4a saylı ünvanda yerləşən obyektlərin satılması barədə ümumi yığıncaqda bütün səhmdarların iştirak etməsi üçün “Ağsu” qəzetində elan verilmişdir. İddiaçı 1998-ci ildən həmin dəmirçi sexində işləməmişdir. 2011-ci ildə isə bu barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Vicdanlı alıcı olmaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq alqı-satqı edib həmin sahəni almışdır. Qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən pozulmasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxs X31 аpellyаsiyа şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: İddiaçı X31 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsindən narazıdır. Elə hesab edir ki, qətnamə maddixxxxprosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 iddia ərizəsinə etiraz edibxxxxiddia ərizəsinin rədd edilməsini tələb etmişxxxxməhkəmə iclasında göstərmişdir ki, “xxxxxxxxxxx” ASC səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli, 01 saylı qərarı qəbul edilməmişdən əvvəl iddiaçı, həmçinin, digər səhmdarlar yığıncağın vaxtıxxxxyeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Həmçinin cəmiyyətin balansında H.Əliyev küçəsi 81və M.Ə.Rəsulzadə küçəsi 4a saylı ünvanda yerləşən obyektlərin satılması barədə ümumi yığıncaqda bütün səhmdarların iştirak etməsi üçün “Ağsu” qəzetində elan verilmişdir. İddiaçı 1998-ci ildən həmin dəmirçi sexində işləməmişdir. 2011-ci ildə isə bu barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Vicdanlı alıcı olmaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq alqı-satqı edib həmin sahəni almışdır. Qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən pozulmasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə onun iddia ərizəsinə etirazımıxxxxiddia müddətinin tətbiq olunmasına dair ərizəsini nəzərə almadan göstərdiklərimin əksinə qətnamə qəbul etmişdir. Halbuki, İddiaçı cavabdeh “xxxxxxxxxxx” ASC-yə qarş “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2009-cu i tarixli, 01 saylı qərarının ləğv eidlməsi, əmlak payı olan səhmdar kimi pozulmjs hüquqlarının bərpa edilməsi, əmlak payının alınıb verilməsixxxxəvvəlki iş yerinin özüm „qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağsu Rayon ''Məhkəməsinin 2(016)-332/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qərardadı ilə •iddiadan imtina qəbul edilərək, iş iizrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-332/2011 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə ərizəsi rədd edilmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət ilə məhkəməyə müraciət etmişxxxxAğsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(016)- 332/2011 nömrəli qərardadı ilə şikayət rədd edilmişxxxxmülki iş baxılması baxılması üçtin Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il arixli, 2( 107)-2734/2019 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Ağsu Rayon Həhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(016)-332/2011 nömrəli qərardadmın tam, xx xxx 2019-cu il tarixli, 2(016)-332/2011 nömrəli qərardadının şikayətin təmin edilməməsi hissəsində qismən ləğv edilməsi, İddiaçı tərəfindən Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 2(016)-332/2011 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsixxxxişin sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Ağsu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-332/2011 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-332/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qərardadı ləğv edilmişdir. Belə ki, “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2009-cu il tarixli, 01 saylı qərarı qəbul edilməmişdən öncə iddiaçı, həmçinin digər iddiaçılar yığıncağın vaxtıxxxxyeri barədə lazımi qaydada xəbərdar edilmişdirlər.Həmçinin “ünvan 2 ünvanda yerləşən obyektlərin satılması haqqında ümumi yığıncaqda bütün səhimdarların iştirak etməsi üçün “Ağsu” qəzetində elan vermişdir. İddiaçı 1998-ci ildən mübahisələndirdiyi dəmirçi sexində işləməmişdir. Lakin 2011-ci ildə ayılıb bu barədə məhkəməyə ərizə vermişdir. Mən burda vicdanlı alıcıyamxxxxqanunvericiliyin tələblərinə müvafiq olaraq alq-satqı edib həmin sahəni almışam. Digər tərəfdən iddiaçı 2011-ci ildə iş üzrə icraata xitam verildiyini bildiyi andan 2019-cu il tarixə kimi , “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2009-cu il tarixli, 01 saylı qərarını mübahisələndirməmişdir. Göründüyü kimi, iddia ərizəsi əsassızdırxxxxrədd olunmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-90/2020 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh-yə qarşı səhmdarlarının ümumi yığıncağının qərarının ləgv edilməsi barədə iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsinixxxxiş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi X25 apellyasiya şikayətinin təmin edilməməsinixxxxiş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X31 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-90/2020 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh-yə qarşı səhmdarlarının ümumi yığıncağının qərarının ləgv edilməsi barədə iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olanxxxxəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddixxxxprosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, üçüncü şəxs X31 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-90/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiyaxxxxapelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinəxxxxbirinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş ateriallarından görnür ki, İddiaçı “xxxxxxxxxxx” ASC-nin 173 ədəd (0,4678 faiz) səhminin sahibidir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2008-ci il tarixli, 114 saylı sərəncamın surətindən görünür ki, təqdim edilən müraciətixxxxsənədləri nəzərə alınaraq “xxxxxxxxxxx” ASC-in Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinin cənub hissəsində mövcud olan xidmət obyektləri istifadəyə yararsız olduğu üçün sökülüb yerində 306 kv metr sahəsi olan məişət xidməti obyekti tikintisinə icazə verilməsi, “xxxxxxxxxxx” ASC-yə Memarlıqxxxxtikinti şöbəsi ilə müqavilə bağlayıb tikiləcək obyektin layihə-smeta sənədlərinin hazırlanmasınınxxxxinşaat işlərinin mövcud normalara uyğun aparılmasınının təmin edilməsixxxxAğsu Rayon İcra Hakimiyyətinin Memarlıqxxxxtikinti şöbəsinə torpaq sahəsininxxxxtikiləcək obyekti naturaya köçürüb, tikintiquraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmasına nəzarət etməsinə dair sərəncam verilmişdir. İş materiallarında olan qəzet səhifəsinin elanlar bölməsində “xxxxxxxxxxx” Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə verilmiş elanla xx.xx.2006-cı il tarixdə (yəni, xx.xx.2009-cu il tarixdə deyil), saat 10:00 Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi, cəmiyyətin balansında olan H.Əliyev küçəsi 81axxxxM.Ə.Rəsulzadə küçəsi 4a ünvanında yerləşən obyektlərin satılmasının iclasın gündəliyinin məsələsi olmaqla bütün səhmdarların iştirakının vacib olması qeyd edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxx” ASC-in səhmdarlarının ümumi yığıncağının “xxxxxxxxxxx” ASC-in balansında olan Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 4 saylı ünvanda yerləşən məişət xidmət sexlərinxxxxtorpaq sahəsindən satılması haqqında xx.xx.2009-cu il tarixli 01 nömrəli protokolun surətindən görünür ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 4 saylı ünvanda yerləşənxxxxASC-yə məxsus məişət xidmət sexləri, tikinti sahəsi 246 kv metr olan obyektixxxxtorpaq sahəsi 0.0515 ha olan müvafiq olaraq X20xxxxX3 cəmiyyətxxxxonun üzvləri icazə verir, həmin binanınxxxxtorpağı alıcı ilə razılaşdırılmış qiymətə satılmasının qərara alınması barədə təklif irəli sürülmüşxxxxAğsu DNK-da qeyri-yaşayış binasınınxxxxtorpaq sahəsinin alqı-satqı müqaviləsinə imza etməyi X12 tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(016)- 02/2014 saylı qətnaməsindən görünür ki, X8 cavabdehlər “xxxxxxxxxxx” ASC-in sədri X15, X20 qarşı torpağın naturada bölünməsinə; X9, Alı Baba oğlu X4, Ağsu rayon dövlət notariat kontoruna, maraqlı şəxslər X20, X24 qarşı səhmdarların pozulmuş qanuni hüquqlarınınxxxxmənafelərinin bərpa edilməsinə, “xxxxxxxxxxx” ASC-ə məxsus daşınmaz əmlakın alqı-satqısına dair Ağsu rayon dövlət notariat kontorunda xx xxxxxxx 2009-cu ildə bağlanmışxxxx4ə/01-156 sayla qeyd edilmiş AN-1 seriyalı ******* saylı müqaviləsinin ləğv edilməsinəxxxxalqı-satqı obyekti olan həmin daşınmaz əmlakın “xxxxxxxxxxx” ASC-nə qaytarılmasına; X21xxxxBəsti X1, X13, “X34” MMCyəxxxxAzərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinə qarşı səhmlərin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin Ağsu rayon dövlət notariat kontorunda xx.xx.2009-cu ildə təsdiq olunmuşxxxx4ə/01-156 sayla reyestrlə qeydə alınmış “xxxxxxxxxxx” ASC-ə məxsus 0,1825 ha torpaq sahəsindən 0,0475 ha torpaq sahəsini X20, 0,0515 ha torpaq sahəsinixxxxhəmin torpaq sahəsində yerləşən ümumi sahəsi 189,1 kv metr olan birmərtəbəli qeyri-yaşayış binasını (avtotəmir sexlərini) X3 dair Nurəddin Nuru oğlu X5xxxxX29 arasında bağlanmış müqavilənin ləğv edilməsixxxxalqı-satqı obyekti olan daşınmaz əmlakın “xxxxxxxxxxx” ASC-yə qaytarılması barədə iddia tələbi rədd edilmiş, “xxxxxxxxxxx” ASC-in Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 81 sylı ünvanda yerləşənxxxxona 0,0515 ha torpaq sahəsinəxxxxhəmin torpaq sahəsində yerləşən ümumi sahəsi 189,1 kv metr olan birmərtəbəli qeyri-yaşayış binasına (avtotəmir sexlərinə) X21 mülkiyyət hüququ tanınmış, Səhmlərin alqı-satqısına dair xx.xx.2009-cu ildə bağlanmış 0055 saylı müqavilə etibarsız hesab edilmişxxxxtərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarması, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdəxxxxya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərinin pulla ödənilməsi qət edilmişdir. İşdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(106)-1025/2014 saylı qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(016)- 02/2014 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, “xxxxxxxxxxx” ASC-nin Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 81 saylı ünvanda yerləşənxxxxona məxsus 0.0515 ha torpaq sahəsinəxxxxhəmin torpaq sahəsində yerləşən ümumi sahəsi 189.1 kv.m olan 1 mərtəbəli, qeyri-yaşayış binasına (avtotəmir sexlərinə) Sahib Eynalovun mülkiyyət hüququnun tanınmasıxxxxsəhmlərin alqı-satqısına dair xx.xx.2009-cu ildə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində ləğv edilmiş, iddiaçı Bəsti Fətullayevaxxxxqarşılıqlı iddiaçı Sahib Eynalovun cavabdehlər Nurəddin Fətullayevə, Əlşiraz Qurbanova, “X34” MMC-yəxxxxAzərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinə qarşı səhmlərin alqısatqısına dair xx.xx.2009-cu il tarixli 055 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-1444/2015 saylı qərarı ilə verilmiş kassasiya şikayətləri təmin edilməyərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(106)-1025/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1556/2016 saylı qətnaməsi ilə iddiaçı X21 cavabdeh İddiaçı qarşı xidmət obyektinin boşaldılması, xidmət binasından çıxarılmasınaxxxxmaddi ziyanın tutulmasına dair tddta tələbi qismən təmin edilməklə cavabdeh Əli Baba oğlu X6 paylı mülkiyyətində olan Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 4 saylı ünvanda yerləşən 189.1 kv m ümumi sahəsi olan qeyri-yaşayış binasının 23.0 kv metr olan xidməti otağından çıxarılması qət edilmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollgiyasının 2(107)-1230/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1556/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8435/2017 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollgiyasının 2(107)-1230/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)- 194/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X28xxxxüçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-746/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X24xxxx“xxxxxxxxxxx” ASC-yə qarşı “xxxxxxxxxxx” ASC-nin ərazisində yerləşən 40 kv.m ölçüdə dəmirçi sexixxxxqarşısındakı 60 kv.m torpaq sahəsindən ibarət daşınmaz əmlak üzərində sahiblik, istifadəxxxxsərəncam vermək hüquqlarının tanınması, naturada ayrılması tələblərinəxxxxX16 zərər əvəzi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollgiyasının 2(107)-167/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(016)-746/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 04 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarədar X28 ona məxsus olan Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən xidmət sexindən 23 kv m yeri elektrosuvarşik (elektrik qaynaqçısı) işlətmək üçün icarəçi İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi, 6 ay müddətinə icarəyə vermiş, icarə haqqı kimi hər kv m sahə üçün 2.30 manat müəyyən edilmişdir. İcarə müqaviləsi hər iki tərəf arasında imza edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində xüsusi mülkiyyətində olan 189.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasıxxxx0.0515 ha torpaq sahəsi X21 adına, 0.0475 ha torpaq sahəsi X17 adına, 403.8 kv m ümumi sahəsi olan qeyri-yaşayış binalarıxxxx0.0835 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə “xxxxxxxxxxx” ASC adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kiabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələbxxxxetirazlarını əsaslandıran hallarınxxxxişi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunuxxxxya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədəxxxxbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılıxxxxmaddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səsxxxxvideo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olanxxxxonlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalıxxxxqiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, “xxxxxxxxxxx” ASC-nin səhmdarların ümumi yığıncağının çağırılması barədə, o cümlədən iclasın vaxtıxxxxyeri barədə, həmçinin gündəlikdə duran məsələlər barədə məlumat verilməklə, habelə səhmdarlara bu barədə yazılı bildiriş göndərilməklə cəmiyyətin səhmdarlarına məlumat verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 107-3.1-ci maddəsinə əsasən, səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özüxxxxya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Göstərilən Məcəllənin 107-5.2-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Qeyd edilən Məcəllənin 107-5.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında səhmlərin sahibləri iştirak etmədiklərindən, yetərsay oladığından, ümumi yığıncaq səlahiyyətli olmamışdır. Odur ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıxxxxonlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərininxxxxetirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanlarını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməzxxxxəsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyixxxxya bilməli olduğu gündən başlanır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müdəti iddiaçı tərəfindən ötürülmədiyindən, üçüncü şəxsin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, üçüncü şəxsin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Digər tərəfdən, iddiaçı qeyd edilən səhmlərin sahibi olduğundan, bu münasibətlərə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçininxxxxya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslıxxxxreallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinəxxxxapelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərininxxxxetirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarınınxxxxqərarların tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-cixxxx9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyixxxxfaktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəflixxxxtаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cüxxxx217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanunixxxxəsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallaraxxxxtərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunuxxxxiddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddixxxxprosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindənxxxxqətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunixxxxəsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа dəyişdirilməsixxxxya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn üçüncü şəxs X19 apelyasiya şikayəti təmin olunmamalı, AğsuRayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-90/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanunixxxxəsaslı olanxxxxmahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasənxxxxAzərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403xxxx405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxs X35 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-90/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslərxxxxmaraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1273/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1273/2020
17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver