Məhkəmə qərarları › İş №2(107)-1278/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1278/2024

04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1278/2024 04.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və s. tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edildi, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və s. tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi ərizəsinin təmin edilməsi barədə Balakən Rayon Məhkəməsinın 27 sentyabr 2024-cü il tarixli, 2(019)-225/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi-vəkili vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksinin, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh2 məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinin, Toyota RAV-4 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1/2 hissədə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişində cavabdehlər arasında razılaşdırılmamış, X3 adına olan Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.9156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair açıq qalmış əmlaklara payın müəyyən edilməsi, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması, Balakən rayonu Şərif kəndində yerləşən 0,6553 ha kənd təssərrüfatlı torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.0208 ha torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.1908 ha torpaq sahəsinə və AD seriyalı 680122 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 14 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmış 2019cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi, payı müəyyən edilmiş əmlakların həmin hissəsinə borcun yönəldilməsi və bu əmlakların açıq hərracdan satılması, Cavabdeh1 adına qeydiyyata alınan Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m. əmlak kompleksinə, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair əmlaklara payı müəyyən edilməklə borcun məbləğində tam yönəldilməsi və həmin əmlakların hərrac vasitəsilə satılması haqqında qətnamə çıxararılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən xx.xx.2024cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 1106/2024 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(019)-225/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayəti və prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizə vermişdir. Balakən Rayon Məhkəməsinın 27 sentyabr 2024-cü il tarixli, 2(019)-225/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 225/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün xx.xx.2024-cü il tarixindən bu günədək yenidən apellyasiya şikayətini məhkəməyə daxil etdiyi müddətin buraxılmamış hesab edilməsi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-225/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinın 11 oktyabr 2024-cü il tarixli, 2(019)-225/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinın 27 sentyabr 2024-cü il tarixli, 2(019)-225/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi-vəkili məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti vermə müddətini buraxmamış, vaxtında apellyasiya şikayəti vermiş, lakin orderində texniki səhv olaraq Şəki Apellyasiya Məhkəməsi əvəzinə Balakən Rayon Məhkəməsi göstərildiyindən onun apellyasiya şikayəti mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-225/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessul müddətin buraxılmamasının formal əsaslara görə müəyyən edilməməsi, işin yuxarı məhkəmədə baxılmasına və hüquqların pozulduğu təqdirdə onların bərpa edilməsinə maneələr yarada bilərdi ki, bu da formal əsaslara görə mülki proses tərəfinin hüquqlarının pozulmasına gətirib çıxarardı. Heç bir halda formal əsaslara görə mülki proses tərəfinin yuxarı məhkəmə instansiyasına çatım və bu instansiyada apardığı işə ədalətli baxmaq və səmərəli müdafiə vasitələri ilə hüququnu bərpa etmək imkanından məhrum etməməlidir. Əks hal tərəfin ədalətli və səmərəli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinın 27 sentyabr 2024cü il tarixli, 2(019)-225/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinın 27 sentyabr 2024-cü il tarixli, 2(019)-225/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinın 27 sentyabr 2024-cü il tarixli, 2(019)-225/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar