Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1292/2020 22.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) ilkin iddia təmin edilmiş, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Daşlıca kəndində yerləşən, 0.43 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş 57x35.7x69.1x11.8, 7.3,19.7 olçülərdə olan hissənin İddiaçı verilməklə) naturada ayrılması və onlara verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* nömrəli DƏDR-dən çıxarışda olan 0.224992 ha torpaq sahəsinin və RX seriyalı, ******* nömrəli DƏDR-dən çıxarışda olan 0.43 ha torpaq sahəsinin hər birinin ½ hissəyə naturada bölünməklə sərhədlərin müəyyən edilməsi və daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin torpaq sahələrinə dair ona düşən paya uyğun çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda olan 0.224992 ha torpaq sahəsinin naturada bölünməsindən imtina etdiyini bildirmiş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli DƏDR-dən çıxarışda olan 0.43 ha torpaq sahəsinin hər birinin ½ hissəyə naturada bölünməklə sərhədlərin müəyyən edilməsi və daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin torpaq sahələrinə dair ona düşən paya uyğun çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 20000 manat pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, torpaq islahatları aparılan zaman cavabdehlə onun birgə ümumi paylı mülkiyyətlərinə 0.43 ha həyətyanı və 0.224992 ha. kənd təsərufatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair hərbirinin payı ½ hissədə müəyyən edilmiş və müvafiq olaraq ******* nömrəli və ******* nömrəli Daşınmaz Əmlakanın Dövlət Reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlardan görünür ki, hərbirinin payı ½ hissədədir. Çıxarışların hər ikisini xx.xx.2019-cu il tarixdə əldə etmişlər. Çıxarışları aldıqdan sonra ona düşən payı ayırmaq qərarına qəlmişdir. Cavabdeh onunla razılaşmır hərbirinin torpaq payının naturada bölünərək sərhədlərinin müəyyən edilməsinə etiraz etmişdir. Torpaq sahələrinin naturada bölünməsinə dair aralarında mübahisə yrandığına görə, həmin torpaqların könüllü, hər ıkı tərəfin razılığ ilə bölünməsi mümkünsüz olmuşdur. Ona görə də bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinin 2(025)- 790/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı X4 xx xxxxxx 1997-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə qərarı ilə verilmiş 0,43 ha həyətyanı torpaq sahəsinin və X4 xx xxxxx 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə qərarı ilə verilmiş 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/2 hissə olmaqla payların müəyyən olunması barədə iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı həmin torpaq sahələrinin 1/2 hissə olmaqla naturada bölünməsi, torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarışların verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah məhkəmə qətnaməsi ilə xx xxxxx 2004-cü ildə pozulmasına baxmayaraq, nikah münasibətlərinin faktiki olaraq xx xxxxx 1996-cı ildə pozulması iş üzrə mübahisəsiz haldır. Torpaq sahələrinin 1997 və 2002-ci illərdə mülkiyyətə verilməsinədən cavabdeh İddiaçı məlumatı olmasına baxmayaraq, o xx xxxxx 1996-cı ildə evdən çıxıb gedərək bir daha geri qayıtmamış, həmin torpaq sahələrinin saxlanmasında, aqrotexniki qulluq edilməsində, torpaq sahələrinin yararlı halda saxlanmasında və torpaq rüsumlarının, əmlak vergilərinin ödənilməsində iştirak etməmişdir. Torpaq sahələri yanaşı olduğundan, hər iki sahənin yararsız hala düşə biləcəyini nəzərə alaraq zərurət qarşısında qalaraq bütün torpaq sahəsinin ətrafına hasarı öz vəsaiti hesabına çəkdirmiş, torpaq sahəsinə aqrotexniki qulluq göstərərək orada fındıq ağacları yetişdirmiş, torpaq sahələrinin suvarılmasına və qulluq göstərilməsinə müvafiq maddi vəsait xərcləmişdir. Bu vəsaitlər zərurət qarşısında qalaraq tərəfindən ödənildiyindən hesaab edir ki, digər payçı tərəfindən ödənilməlidir.Tərəfındən indiyə kimi sərf olunmuş vəsaitin miqdarı təxminən 20.000 manat təşkil edir ki, bu məbləğ cavabdeh İddiaçı tərəfindən ödənilməlidir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, qarşlıqlı iddia tələbi absurddur, bu tələb heçbir hüquqi normaya uyğun gəlmir, iddiaçının heçbir hüququ onun tərəfindən pozulmamışdır. Cavabdeh 20 min manat pul tələbi barədə iddiasını onunla əsaslandırmışdır ki, 1997-ci ildən ,yəni torpaqların mülkiyyətə verilməsindən sonra o- İddiaçı (1) torpaq sahələrinin saxlanılmasında, (2) aqrotexniki qulluq edilməsində, 3)torpaq rüsumlarının, əmlak vergilərinin ödənilməsində, (4)fındıq ağaclarının əkilməsində və (5) bağın ətrafına hasar şəkilməsində iştirak etməmişdir. 1,2,4). Ümumi mülkiyyətdə olan onun payının saxlanılmasını o, Təbrizdən xahiş etməmişdir. Əksinə bütün müddət ərzində o öz torpaq payından istifadə edə bilməmişdir. Təbriz hər vasitə ilə mülkiyyətində olan torpaq sahəsinə sahiblik etməyinə maneəçilik törətmişdir. Ona məxsus torpaq sahəsini zəbt etmiş, həmin sahələrdən özbaşına istifadə edərək götürdüyü gəlirləri, bəhərləri onunla bölüşməkdən imtina etmişdir. 0.43 ha. həyətyanı torpaq sahəsi birgə mülkiyyətlərinə verilməmişdən əvvəl də orada fındıq ağacları (topaları) olmuşdur. Hər topadan illik ən azı 10 kiloqram təmizlənmiş məhsul götürərək orta hesabla 3 manat sataraq hər topadan 30 manat pul qazanmışdır. Onun payına düşən 1/2 hissə sahədə 25 topa fındıq kolu yerləşir ki, bu da illik 750 manat gəlir verir. Təbriz 21 il ərzində 15 min manat onun payına düşən hətəyanı torpaq sahəsindən gəlir əldə etmişdir. Bu gəliri onunla bölüşdürməkdən imtina etmişdir. Bundan başqa, onun payına düşən kəndtəsərrüfatı təyinatlı torpaq sahəsini də istismar etmişdir. Həmin sahədən yonca otunu illik ən azı 250 bağlama əldə etmişdir. Hər bağlamanın bazar dəyəri 3 manatdır. Beləliklə bir ildə 750 manat, 21 il ərzində isə həmin sahədən də 15 min manat gəlir əldə etmişdir. Bu qayda ilə ona məxsus torpaq sahələrindən Təbriz 30000 manat dəyərində gəlirvəldə etmişdir. Təbriz bu gəlirlərin hamısını mənimsəmişdir. Ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. 5)Sahənin hasara alınması barədə. Sahələrdən heç birinin kənarları hasara alınmamışdır. Fındıq bağının bir hissəsi təbii kollarla əhatə olunmuş, bir hissəsi dəmir torla bağlanmış, bir hissəsi isə qonşunun hasarı hesabına əhatə olunmuşdur. Sahənin kənarlarının hasarla Təbriz tərəfindən bağlanması haqqında qeydləri yalandır. Bütün bu qeyd olunanlara baxmayaraq o, Təbrizə qarşı ona məxsus torpaq sahəsindən götürdüyü gəlirin qaytarılması haqqında iddia qaldırmamışdır. Halbuki, onun torpaq sahəsindən Təbrizin əsassız əldə etdiyi gəlirlərin ona qaytarılması barədə iddia tələbi ,olduğu halda, həmin iddianın təmin edilməsi daha prespektivli görünür. Təbrizin hazırkı qarşılıqlı iddia tələbi isə prespektivsiz qanunun maddi hüquq normaları ilə əsaslandırılmamış tələbdir. 3) Vergilər və rüsumlar barədə: MM-n 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hərbir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanılması və qorunması xərclərini çəkilməsində öz payına uyğun surətdə işirak etməlidir. Fındıq topalarının və əkin sahəsinin saxlanılması üçün heç bir xüsusi xərclər tələb olunmur. Bundan başqa, Təbriz onun əmlakının saxlanılma, vergi və rüsum xərclərini çəkmək üçün onun razılığını almamışdır. Aydındır ki, o hər zaman əmlakından istifadə etmək istəmişdir, Təbriz isə müqavimət göstərmişdir.Ona görə də razılıq almaq istədiyi halda, o, əmlakından istifadə etmək istədiyini düşünərək bu barədə ona müraciət etməmişdir. Qarşılıqlı iddiada qoyulmuş məsələni məhkəmə həll edərkən onların ümumi paylı mülkiyyətlərində olan əmlakdan istifadə nəticəsində əldə edilmiş faydanın Təbriz tərəfindən mənimsənilməsi və bölüşdürülməməsi, əgər torpaq vergisi üçün müəyyən xərclər çəkilmişsə həmin xərclərin çəkilməsi üçün onun razılığının olmaması əsas meyyar kimi nəzərə alınmalıdır. Odur İddiaçı ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6 ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа ilkin iddia üzrə cavabdeh və qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X3 qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 9 saylı X9 nümayəndəsi X1 izahatında bildirdi ki, bəhs olunan torpaq sahəsinin naturada bölünməsi mümkündür. Onlar tərəflərin razılığı ilə bölgü planı tərtib edərək təqdim edirlər. Yol, torpaq xəritələrinin hazırlanması Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifələrinə aiddir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur və ləğv edilməlidir. İş üzrə bir-birinə zidd olan iki ekspert rəyləri olmasına, həmçinin bu rəylərin kifayət qədər aydın və tam olmadığına baxmayaraq, birinci instansiya məhkəməsi mübahisənin tam və hərtərəfli araşdırılıb obyektiv nəticəyə gəlmək üçün ekspert rəyləri arasındakı ziddiyətləri aradan qaldırmaq məqsədi ilə iş üzrə təkrar ekspertiza keçirilməsi təşəbbüsü göstərməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməmkdə də haqlı olmamışdır. Cavabdeh tərəfindən torpaq sahəsinə qulluq etmək üçün mane yaradılmamasına və iddiaçının bu işləri görməkdə maneəsiz imkanı olmasına baxmayaraq ayrılmış torpaq sahələrinin saxlanmasında, torpaq xərclərinin ödənilməsində, həmin sahədə aqrotexniki işlərin aparılmasında, ağacların əkilməsində və onlara qulluq edilməsində, torpaq sahələrinin sərhədlərinin hasarlanmasında, bağ sahəsinə qulluq edilməsində İddiaçı iştirak etməmiş, olmamış, onun payına düşən çəkilmiş xərcləri ödəməmişdir. Cavabdeh tərəfindən bu işlər torpaq sahəsinin yararsız hala düşməməsi məqsədilə zərurət qarşısında qalaraq həyata keçirilmiş və torpaq sahələrindən heç bir qazanc əldə edilməmişdir. Kənd təsərrüfatı təyinatı üçün ayrılmış 0,22 ha torpaq sahəsində ümumiyyətlə heç bir iş görülməmiş və bu işlərin görülməsi müəyyən vəsait təlb edir ki, məhz bu səbəbdən də iddiaçı iddianın bu torpaq sahəsinə dair hissəsindən imtina etmişdir. İddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü torpaq sahələrindən qazanc əldə edilməsi kimi xüsusatlar əsası olmayan uydurmadır. İddiaçı bu xüsüsüatları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi “pul tələbi" barədə qarşılıqlı iddianı rədd edərkən, bu iddianın əsaslarını təsdiq edən sübutların Cavabdeh tərəfindən təqdim olunmamasına əsaslanmışdır. Nədənsə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əsaslarını sübut edə biləcək və bununlada həmin iş üzrə obyektiv qərar qəbul edilməsinə səbəb ola bilən aqrotexniki ekspertiza təyin edilməsinə təşəbbüs göstərməmişdir. Beləliklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsinin ləğv olunaraq iddiaçının iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X3 lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)- 766/2019 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı X11 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********85; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Daşlıca kəndində yerləşən 0.43 ha torpaq sahəsindən İddiaçı və X2 hər birinin½hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12698 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 xx xxxx 2019-cu il tarixli **********43 saylı məktubuna əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Qəbələ rayonu, Daşlıca kəndində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsindən İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Qəbələ rayonu, Daşlıca kəndində yerləşən tədqiq olunan ünvanda yerləşən, kənd təsərrüfatı təyinatlı 0,224992 ha torpaq sahəsindən İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylarına düşən sahənin 0,1125 ha təşkil etdiyi müəyyən olunur. Lakin, ayrı-ayrı şəxslərə ayrılmış pay torpaqlarının bölünməsi (ayrılması) xüsusi bilik tələb etməyib, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat tərəfindən aparıla bilər ki, göstərilən fakt son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Beləliklə məhkəmə tərəfindən sözügedən qərardad ilə ekspert qarşısında qoyulmuş sual tam olaraq cavablandırılmamış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Qəbələ rayonu, Daşlıca kəndində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsindən İddiaçı Xanbla qızının və Cavabdeh hər birinin ½ hissədə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkünsüz hesab edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-766/2019 nömrəli qərardadı ilə iş üzrə həmin hissədə təkrar tikinti-texniki ekspertizası keçirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 23411 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı X11 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********85; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Daşlıca kəndində yerləşən 0.43 ha torpaq sahəsindən iddiaçının və cavabehin payına naturada bölünməsi mümkündür. Lakin hansı qaydada bölünməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair koordinantlar təqdim edildikdən sonra müəyyən edilə bilər. İşdə olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 9 saylı X11 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********06; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Daşlıca kəndində yerləşən 0.224992 ha torpaq sahəsindən İddiaçı və X2 hər birinin½ hissədə payları müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı X11 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********85; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Daşlıca kəndində yerləşən 0.43 ha torpaq sahəsindən İddiaçı və X2 hər birinin½ hissədə payları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.3, 220.1, 220.2, 220.3 və 221.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X2 ümumi paylı mülkiyyətinə verilmiş 0.224992 ha torpaq sahəsindən onların hər birinin paynın 1/2 hissədə, Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X2 ümumi paylı mülkiyyətinə verilmiş 0.43 ha torpaq sahəsindən hər birinin paynın 1/2 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. X1 rayonu Daşlıca kəndində yerləşən 0.224992 ha torpaq sahəsinin naturada bölünməsi tələbindən imtina etmiş, 0.43 ha torpaq sahəsinin isə naturada bölünməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə torpaq sahəsi ilə bağlı çəkdiyi xərcləri iddiaçıdan tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası keçirilib müvafiq rəy alınmış, məhkəmə iclasında mütəxəssis dinlənilmiş və torpaq sahəsinin təklif olunan qaydada ayrılmasına ilkin iddia üzrə iddiaçı etiraz etməmişdir. Cavabdeh isə ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Buna görə də iddia verilən zaman ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Daşlıca kəndində yerləşən, 0.43 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş 57x35.7x69.1x11.8, 7.3,19.7 ölçülərdə olan hissənin İddiaçı verilməklə) naturada ayrılmalı və onlara verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) keçirilməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə İddiaçı 20000 manat pulun tutularaq Cavabdeh ödənilməsini iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyrindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Cavabdeh iş üzrə təkrar mühəndis texniki ekspertizasının və aqrotexniki ekspertiza təyin edilməsi barədə apelyasiya şikayətində göstərdiyi xahişi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1292/2020 nömrəli qərardadı ilə təmin edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1292/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1292/2020
22.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver