Məhkəmə qərarları › İş №2(107)-1298/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1298/2025

01.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1298/2025 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İntiqam oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması tələbinə dair ilk, cavabdeh1 cavabdeh İddiaçı İntiqam oğluna qarşı qonşu hasarın qanunsuz çəkilmiş hissəsinin sökülməsi və əmlaka vurulmuş ziyanın aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması, tikilinin sökülməsi, dəymiş ziyanın ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İntiqam oğlunun, İddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehlər cavabdeh1 və cavabdeh2 iştirakları, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı İntiqam oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) cavabdeh1 və cavabdeh2 qarşı “mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması” tələbinə dair dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) cavabdeh1 İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı İntiqam oğluna qarşı “qonşu hasarın qanunsuz çəkilmiş hissəsinin sökülməsi və əmlaka vurulmuş ziyanın aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiasi ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İntiqam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi:

1. İddiaçı İddiaçı İntiqam oğlu cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən ona məxsus hasarda qanunsuz tikilmiş tikintilərin onların hesabına sökülməsi, onun hasarından cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulması və cavabdehlərin qanunazidd hərəkətlərinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı cavabdeh1 cavabdeh İddiaçı İntiqam oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və onun həyətinə daxil olan hissələrinin öz hesabına sökülməsi və əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı İddiaçı İntiqam oğlu ötən məhkəmə iclasında iddianın dəyişidrilməsi barədə ərizə təqdim edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz ona

4. İlk iddia tələbini onunla əsaslandırılmışdır ki, məxsus hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsi, hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsi və ona məxsus olan hasardan cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı/cavabdeh İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildir və izahat verərək göstərmişdir ki, cavabdehlər onun əmisi oğlanlarıdır. Babaları vaxtı ilə həyətyanı torpaq sahəsini böl r k 0,6 hektar hissəsini atasına, çox hissəsini isə əmisi Musaya vermişdir. Hazırda cavabdehlərlə qonşuluqda yaşayır. Mərhum nənələri Narxanım Mahmudova torpaq sahəsinin 0,5 hektarını Afiq , 0,20 hektarını isə Nicata bağışlamışdır. Ailələrinin bütün üzvləri də 0,6 hektar torpaq sahəsini ona bağışlamışlar. Sənədləri müvafiq orqana vermiş və adına çıxarış alacaqdır. Həm Nicatla, həm də Afiqlə aralarında hasar vardır. Afiqlə aralarında olan 30 metr məsafə daş hasarla hörülmüş və bunun bütün xərcini o çəkmişdir. Aranı daş hasarla bağlayarkən Afiqə təklif etmişdir ki, qonşu kimi müəyyən xərclərə ortaq olsun. Lakin Afiq “özün bilərsən, get hasarı özün çək” - deyərək heç bir köməklik göstərməmişdir. Buna baxmayaraq, Afiq hasar hazır oluqdan sonra onun icazəsi olmadan tikdiyi ayaqyolunu və anbarı onun hasarına birləşdirmiş, özünə məxsus qaz turbasını onun hasarına vuraraq hasarını zədələmişdir. Bundan başqa, Afiq evinin qabağına artırdığı artırmanın üstünün dəmirini onun hasarının üstündə olan dəmirə birləşdirmişdir ki, bu da yağıntılı havalarda yağış və qar suyunun hasarın üzərinə axması ilə nəticələnir ki, bu da gələcəkdə hasarın uçmasına səbəb olacaqdır. Digər cavabdeh olan Nicatla aralarında onun tərəfindən alt hissəsini mişar daşı ilə hör r k aranı dəmirlə bağlamışdır. Nicat bu işlərin aparılmasına ona heç bir maddi köməklik göstərməmişdir. Buna baxmayaraq, Nicat da hasarın 4 metr hissəsini açaraq ona məxsus olan dəmirləri götürmüş, yerində daşdan hasar çəkərək qoğal sexi tikmişdir. Dəmirləri də ona qaytarmamışdır. Bir hissədə isə hin tikərək onun hasarına birləşdirmişdir. Qoğal sexi evindən təxminən 8 metr məsafədə yerləşir. Günün əksər vaxtı adətən də axşamlar sex fəaliyyət göstərir. Gecədən səhərə qədər iki pəncərəsindən daxil olan tüstü və səs-küy, maqnitafon və televizor səsi onların rahatçılığını pozur. Səhərə kimi yatmaq olmur. Onun müraciətinə əsasən ekologiya idarəsi gələrək qoğal sexinin fəaliyyətini dayandırmışdır. Qida təhlükəsizliyi təşkilatına da müraciət etmişdir. Hər iki cavabdehlə aralarında olan daş və dəmir hasarlar tək onun vəsaiti hesabına inşa olunmuşdur. Buna baxmayaraq, cavabdehlər onunla razılaşmadan və ondan icazə almadan mülkiyyəti hesab olunan hasarlardan özlərininki kimi istifadə edirlər. Bunu da o, həm mülkiyətinə müdaxilə, həm də rahatlığını və istirahət hüququnun pozulması kimi qiymətləndirir. Bundan başqa, cavabdeh cavabdeh1 evinə kameranın bucağını elə quraşdırmışdır ki, sanki kamera ilə yalnız onun evini və həyətini nəzarətdə saxlayır. Afiqin evinə kamera quraşdırmasına heç bir etirazı yoxdur. Lakin quraşdırdığı kameranın onun həyətini çəkməməsi üçün o, hasarını əlavə olaraq iki metr hündürlüyə qaldırmaq məcburiyyətində qalmışdır. Lakin Afiq kameranın çəkmə bucağını elə yerləşdirə bilər ki, yalnız öz həyətini və darvazasını çəksin. Cavabdeh cavabdeh1 evinə quraşdırdığı kameranın çəkmə bucağının dəyişdirilməsini də tələb edir. Qarşılıqlı iddia tələbinə münasibətdə bildirmək istəyir ki, onun tərəfindən tikilmiş hasar 1978-ci ildən mövcud olmuş və hər iki tərəfin sərhəd xətti valideynləri tərəfindən müəyyən olunmuşdur. Hasar əvvəl dəmir tor formasında, sonra bir hissəsi mişar daşı, bir hissəsi dəmir lövhəciklərdən ibarət olmuş və sonradan cavabdehlərin təkidi ilə o, həmin hasarı yenidən mişar daşı ilə tikmişdir. Bu barədə cavabdehlərlə aralarında şifahi razılaşma olmuşdur. Hasar tikiləndə Afiqin və ya başqa şəxsin əmlakın ziyan dəyməmişdir. Hasar 1978-ci ildən mövcud olmuş köhnə hasarın yerində tikilmişdir. Hasarın 4 metr olması isə ümumən həqiqəti əks etdirmir. Cavabdeh tərəfin onun həyətinə baxan hissədə quraşdırdığı kameraların həyətini, evinin qabağını tam izlədiyi üçün kameraların qarşısı dəmir lövhələrlə tutulmuşdur. Yəni həmin dəmir lövhələr hasar deyil, kameraların həyətinin içini, evinin qarşısını izləməsinin qarşısı alınması üçün quraşıdırılmış qoruyuculardır. Cavabdeh tərəf heç bir qonşuluq və qohumluq münasibətlərini gözləmədən hərəkət edir və o da məvbur olaraq 1978-ci ildən mövcud olan hasarın dibində ara məsafəsi gözləmədən tikilmiş yaşayış evinin, hasarına söykədilərək tikilmiş yardımçı tikililərin, hasar boyunca çəkilmiş qaz, işıq xətlərinin sökülməsi, həyətyanı torpaq sahəsini, evinin qarşı tərəfini, içini izləyən kameraların sökülməsi və hasarının bir hissəsində deşiklər açılaraq yararsız vəziyyətə salması nəticəsində ona dəymiş ziyanın cavabdehlərdən alınaraq ona verilməsini istəyir. İddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

6. Cavabdeh cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, iddiaçının hər hansı bir mülkiyyət hüququnu pozmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. Cavabdeh/iddiaçı cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərmişdir ki, İddiaçı İntiqam oğlu onun doğma əmisi oğludur. Qeyd olunan ümumi ərazi babalarına məxsus olmuşdur. Babası dünyasını dəyişəndən sonra isə mülkləri nənəsinin adına keçmişdir. Onun ərazisində olan tikililər hasar çəkilməmişdən də qabaq nənəsi sağ olarkən tikilmişdir. Ailə üzvləri buna şahiddirlər. Bölgü atası və əmisinə münasibətdə uzun illər öncə aparılsa da əmlak bölgüsü ilə bağlı hüquqi sənədlər 2019-cu ildə rəsmiləşdirilmişdir. Bölgü zamanı ilk öncə dəmir hasar olmuş və həmin hasar möhkəm dəmir sütunlara bağlı və yararlı vəziyyətdə olmuşdur. Torpaq sahəsi bölünməmişdən qabaq, hal-hazırda “qoğal sexi” deyilən tikili babası tərəfindən yayda besetka və təndir çörəyi bişirmək üçün öz zəhməti ilə tikilmişdir. Bölgü zamanı və ya bölgüdən sonra o və qardaşı Nicat tərəfindən həmin hissəyə hər hansı artırma və ya müdaxilə olmamışdır. O, sürücü işləyir və ailəsini çətinliklə dolandırır. Bu baxımdan hər hansı artıq xərcə gücüm çatmamışdır. Təqribən 2022-ci ildə Səbuhi həmin hasarı söküb daş hasarla əvəz etmək qərarına gəlmiş, həmin ərəfədə münasibətlərində hər hansı bir problem olmamışdır. Səbuhi daş hasarı tikəndə ona aid olan torpaq sahəsinə hasarı irəli çəkmiş və hasarın çıxıntılı sütunlarını ona aid hissədə tikmişdir. Ailə üzvləri və qonşular bu hala şahiddirlər. Bu baxımdan evlərinin arxasında olan tikili hasara yaxın məsafədə olmuşdur. Hasarın onun həyətinə tərəf olan hissəsini təmir etməmiş və o, təmir etmək istəyəndə aralarında narazıçılıq yaranmışdır. Məhkəməyə müraciət etməmişdən qabaq Səbuhi ilə aralarında mübahisə düşmüş və atasının yanında ağır söyüş söydüyünə görə dalaşmış və Səbuhi onun ayaq nahiyəsinə daşla zərər vurmuşdur. Məsələ ilə əlaqədar Səbuhi ondan polisə şikayət etmiş, amma nəticədə Səbuhinin məsuliyyəti ona münasibətdə daha ciddi olduğundan ərizəsini geri çəkmiş, onunla barışmaq və bu məsləyə son qoymaq istədiyini bildirmişdir. O da qohumluq münasibətləri pozulmasın deyə şikayətçi olmamışdır. Daha sonra isə məhkəməyə müraciət etdiyindən və ona qarşı əsassız iddia tələbindən xəbərdar olmuşdur. Səbuhinin iddia tələbi tam əsassızdır, o və qardaşı heç bir qanun pozuntusu etməmiş və qarşı tərəfin hər hansı bir mülkiyyət hüququnu da pozmamışlar. Əksinə Səbuhi hasarı onun ərazisində çəkməklə tikinti normalarına riayət etməmiş və nəticədə özü qanunu pozmuşdur. Bundan başqa, Səbuhi özü ustaları ilə birlikdə onun çöl darvazasının üstünü, həyətinin qabağını qanunsuz olaraq dağıtmış və nəticədə əmlakına külli miqdarda zərər vurmuşdur. Darvazının tikinti normalarını pozmasına səbəb olan hallara dair qeyd edir ki, qonşu hasar sərhəd ərazidə tikilməli olmasına baxmayaraq, Səbuhi sərhəd ərazidən çıxaraq onun həyətyanı ərazisinə daxil olmuş və darvazanın sütunları da onun həyətinin içinə girmişdir. Qoğal sexi həmin darvaza olmamışdan öncə mövcud olmuş və Səbuhi darvazanı onun həyətinə daxil olaraq tikməklə qanunsuzluq etmişdir. Səbuhinin onun ərazisinə daxil olmaqla qanunsuz olaraq tikdiyi qonşu hasarın hündürlüyü 4 metrdir. Onun öz həyətində quraşdırdığı kamera yalnız öz ərazisini çəkir və Səbuhinin hər hansı hüquqlarını pozmur. Amma Səbuhinin hasarı 4 metr hündürlükdə tikməsi onu və ailəsini gün üzünə həsrət qoymuş və həyətində olan ağacların da gün işığı almasına maneə yaradır. Ümumiyyətlə qonşu hasarın o hündürlükdə olması tikinti normalarına ziddir və qanunsuzdur. Qonşu hasarın onun ərazisinə daxil olmaqla tikilməsi, evi ilə hasar arasında məsafənin qısa olması evin otaqlarına gün işığı düşməsinə maneə yaradır, həmçinin yağışlı və qarlı havada ora yağan yağıntılar zamanı suyun axmaması evinə ciddi zərər vurur. Həmçinin hasarın bu cür tikilməsi tikinti üzrə mövcud qanunvericiliyin tələblərini də kobud şəkildə pozmuş olur. Səbuhinin əlində heç bir məhkəmə qərarı və ya hüquqi əsası olmadan, həmçinin, heç bir subyektiv hüquqa malik olmadan həyətinə daxil olaraq, darvazısının yuxarı hissəsini dağıtmış və həyətində olan tikilini məhv edərək əmlakına zərər vurmuşdur. Hər ikisinin ərazisinin ön hissəsində olan müəyyən sahə artırılmış sahədir. Ona aid olan həyətyanı hissədə hər hansı kiçik dekorativ işlər görməsi onun mülkiyyət hüququnu pozmur. Amma Səbuhi heç bir əsas olmadan və heç bir kompensassiya ödəmədən qanunsuz olaraq həyətinə daxil olmaqla və əmlakını qəsdən məhv etməklə ona külli miqdarda ziyan vurması mülkiyyət hüququnu kobud şəkildə pozmaqla törədilmiş cinayət əməlidir. Hazırda Səbuhinin onun ərazisinə daxil olmaqla qanunsuz hasar çəkməsi və əmlakını qəsdən məhv etməsi mülkiyyət toxunulmazlığını və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və ona külli miqdarda zərər vurmuşdur. Mülki iş üzrə məhkəmə tərəfindən əldə olunmuş hər iki ekspert rəyində Səbuhinin hər hansı mülkiyyət hüququnun pozulmadığı bir daha sübuta yetirilmiş olur. Həmçinin, birinci ekspert rəyində sərhəd müəyyən olunmamışdır. Onun həyətində olan bütün tikililər hasar çəkilməmişdən qabaq mövcud olmuş və həmin tikililərə hər hansı artırılma olmamışdır. Əmlak bölgüsündə sərhəd hissə müəyyən olunan zaman ərazidə mövcud olmuş hazırki tikililər nəzərə alınmışdır. Hər bir halda əmlak baba yurdu dağıtmaq üçün bölünməzdi. Bundan başqa əgər ərazidə qanunsuz tikili olsa idi, daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmazdı. Onun isə həm evə, həm də mənzilə dair çıxarışı mövcuddur. Bununla belə həmin hasarın ona aid həyətə daxil olmaqla qanunsuz tikilməsi və əmlakının qəsdən məhv edilməsi onun hüquqlarını kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qarşılıqlı iddia tələbinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

8. Cavabdeh/iddiaçı cavabdeh1 vəkili/nümayəndəsi vəkil1 cavabdeh/iddiaçı cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddiaçı İddiaçı İntiqam oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı cavabdehlər tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz ona məxsus hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsi, hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsi və ona məxsus olan hasardan cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulmasına dair iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı İntiqam oğluna aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və iddiaçı cavabdeh1 həyətinə daxil olan hissələrinin öz hesabına sökülməsi, iddiaçı cavabdeh1 əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarılması, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı cavabdeh1 vəkili/nümayəndəsi vəkil1 aid edilməsi, iddiaçı/cavabdeh İddiaçı İntiqam oğlundan ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - 1401555071, müxbir hesab - AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-1700326621, hesab AZ34CRTE00000000000002088501) ödənilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

11. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

12. İddiaçının iddiasının əsasını cavabdehlər tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz ona məxsus hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsi, hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsi və ona məxsus olan hasardan cavabdehlər tərəfindən istifadəyə qadağanın qoyulması təşkil edir.

13. Göründüyü kimi, iddiaçı iddia tələbində hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsini tələb etsə də həmin hallar iddiaçının heç bir konstitusion hüququnu pozmur. Bundan başqa iddiaçı tələbində hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsini də tələb etsə də bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının hasarına dəymiş ziyanın nədən ibarət olması müəyyən olunmur. Bu hal isə hazırki tələb üzrə dəymiş ziyanın sübut edilməsi üçün yetərli deyildir.

14. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edilməsi, eyni zamanda talvar tikilisinin isə iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin və mübahisə predmeti olan talvar tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunsa da sözügedən tikililər maraqlı tərəfin qanunla qorunan hüquqlarını pozmursa və ya pozması halında həmin pozuntuları sözügedən tikililərin sökülmədən aradan qaldırılması mümkünsə, sırf Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması əsası ilə adıçəkilən tikililərin sökülməsi qanuni sayıla bilməz. Belə ki, iddiaçı iddia ərizəsində və eyni zamanda məhkəmə iclasında verdiyi izahatında cavabdehlərə məxsus qoğal sexinin fəaliyyəti zamanı müxtəlif qoxuların, musiqi səslərinin gəldiyini və nəticədə onun hüquqlarının pozulduğunu bildirmiş, məhkəmə iclas zamanı isə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müvafiq orqanlara müraciət olunaraq sözügedən qoğal sexinin fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi iddiaçı pozulmuş hüquqlarını qoğal sexinin sökülməsi ilə deyil, fəaliyyətinin dayandırılmasına nail olmaqla bərpa etmişdir.

15. Eyni zamanda məhkəmə mübahisəli fərdi yaşayış evlərinə yerli baxış zamanı müəyyən etmişdir ki, iddiaçı və cavabdehlərə məxsus evin ön hissəsinin hasarının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla faktiki olaraq tərəflərin istifadəsindədir. Yerli baxış zamanı o da müəyyən edilmişdir ki, tərəflərin fərdi yaşayış evlərinin qarşısında yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində çəkilmiş hasar eyni formada və dizaynda, hətta eyni rəngdədir. Göründüyü kimi sözügedən hasarın kimin hansı dərəcədə hüquqlarını pozması anlaşılan olmamaqla, müəyyən edilmir.

16. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır.

17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

18. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

19. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

20. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

21. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh1 evinə yaxın hasarın cavabdeh İddiaçı tərəfindən 4 metr hündürlükdə tikməsi onun evinə, həyətinə və ağaclarına günəş şüaları düşməyə qoymur. Belə olan halda cavabdeh İddiaçı iddiaçı cavabdeh1 öz torpaq sahəsi üzərində istifadə hüququnu məhdudlaşdırır.

22. Belə ki, yuxarıda qeyd edildiyi kimi qarşılıqlı iddia üzrə iddiaçının pozulmuş hüquqlarının (evinə günəş işığının düşməməsi) bərpası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun inşa edilməyən hasarın sökülmədən aradan qaldırılması mümkün deyildir.

23. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və iddiaçı cavabdeh1 həyətinə daxil olan hissələri öz hesabına sökülməli, iddiaçı cavabdeh1 əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarılmalıdır.

24. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə iddia və qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı İntiqam oğluna, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu isə iddiaçı cavabdeh1 vəkili/nümayəndəsi vəkil1 aid edilməldir.

25. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın ümumi dəyəri olan 200 manat ekspertiza xərci iddia təmin edilmədiyindən iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.1, 157.2, 157.4, 157.5. 157.6, 157.7, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88, 106.1, 107, 119.1, 124.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən narazı qalan iddiaçı İddiaçı İntiqam oğlu apellyasiya şikayəti vermişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

29. Belə ki, iş üzrə sübut olunur ki, tərəflər arasında sərhəd divarını iddiaçı İddiaçı öz vəsaiti hesabına çəkmişdir. Belə olan halda həmin divar iddiaçının mülkiyyəti sayılır. Mülkiyyət hüququ qanunla qorunun və toxunulmazdır (Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi) .

30. İş üzrə ##.##.2024-cü il tarixli ekspertiza rəyindən göründüyü kimi, faktiki olaraq cavabdehlərin istifadəsində olan qeyri yaşayış tikilisi (qoğal sexi) iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə sərhədd hasarının üzərində yerləşdiyi, mübahisə predmeti olan talvar və sanitar qovşaq tikililərinin isə iddiaçıya məxsus talvar tikilisi ilə eyni dam altında olmaqla ##.##.2018-ci il tarixli, 407-1918/242 invertar nömrəli "Texniki Pasport” sənədində "zəbt olunmuş sahə" kimi qeyd olunan hissədə yerləşdiyi müəyyən olunur. Mübahisə predmeti olan qeyri yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabadehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edildiyini, talvar tikilisinin isə iddiaçı və cavabadehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müyafiq bəndinin tələblərinin, mübahisə predmeti olan talvar tikilisinin inşası zamani isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin müvafiq bəndinin tələbini pozulduğu müəyyən olunur. Yuxarıda qeyd edilən rəydən göründüyü kimi cavabdehlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmuşdurlar. Bu tikilərdən sanitar qovşağın tikintisi davam edir. Sanitar qovşaqlarda divarın nəm çəkməsi halları, pis qoxunun, iyin əmələ gəlməsi halları mövcuddur.

31. Cavabdeh tərəfindən iddiaçının həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehin hesabına sökülməsi məsələsinə gəldikdə qeyd edir ki, belə bir halın mövcudluğu iddiaçının şəxsi həyatına müdaxilə kimi qiymətləndirilməlidir. Qanunla heç kimə icazə verilmir ki, onun icazəsi olmadan onun haqqında məlumat toplansın və ya onun şəxsi həyatı foto, video vasitələrlə qeydə alınsın.

32. Məhkəmə yerli baxış etmişdirsə həmin kameraya diqqət etməli və baxış protokolunda müvafiq qeydləri aparmalı idi. Lakin nə qətnaməsində, nə də yerli baxış zamanı buna münasibət bildirməmişdir. İş üzrə sübut olunur ki, cavabdeh həmin kamera görüntüləri ilə iddiaçının həyətində balıq saxlamasını, təmizləməsini müşahidə edərək həmin görüntüləri təqdim etməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. Belə görüntülərin olması sübut edir ki, cavabdeh iddiaçının şəxsi və ailə həyatını qanunsuz pozur.

33. İlkin iddia tələbində hasar boyu çəkilmiş qaz, işıq xətlərinin götürülməsi tələb edilmişdir. Həmin hissəyədə məhkəmə münasibət bildirməmişdir. İşıq və qaz xətlərinin çəkilməsi, divardan nə qədər məsafədə yerləşməsi qanuna tənzilmlənir. Bu formada, yəni işıq xətti ilə qaz xəttinin tam yaxın məsafədə (bəzi hissələrdə bitişik olması) gələcəkdə qəza hallarının yaranmasına, hətta bədəbxt hadisələrin baş verməsi ilə nəticələnə bilər. Buna görə də mövcud qanunvericilik onların bir birində tam, kifayət qədər aralı olmasını tələb edir.

34. Ekspert rəyi hasarın hündürlüyünü müəyyən edib. Məhkəmə 4 metr hündürlüyü hardan əldə etdiyi məlum deyildir. İşdə olan ekspert rəyindəki foto şəkillərdən göründüyü kimi ilkin iddiaçının həyətində olan ağaclar cavan ağac olmaqla yanaşı hamısının boyu divardan hündürdür. Rəydək ifoto şəkillərdən göründüyü kimi cavabdehin həyətində divar boyu və ya ona yaxın məsafədə əkilmiş ağaclar yoxdur.

35. İş materiallarından göründüyü kimi, cavabdeh cavabdeh1 özünə məxsus evi mübahisəli hasardan təxminən 40 sm aralıqda tikib. Həmin hissədə balaca pəncərə qoyulub. Hər iki evin qabağı cənub-şərqə tərəf tikilib. Günəş hər iki evin təxminən sol yan tərəfindən qabağa yaxın hissədən çıxıb, sağ hissədə batır. Yəni il boyu həyətə və evin qabağına gün şüaları düşür. Necə olur ki, hansı əsasla məhkəmə belə qənayətə gəlmişdir ki, hasarın 4 metr hündürlükdə tikməsi onun evinə, həyətinə və ağaclarına günəş şüaları düşməyə qoymur. Buna görə də bir daha təsdiq edilir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir və düzgün olmayan qətnamə qəbul etmişdir.

36. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini icraata götürməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi iddiaya etiraz verilmə müddətində, yəni 20 gün müddətində verilməlidir. Sonradan verilməsi o zaman mümkündür ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun. İş materiallarından göründüyü kimi ilkin iddia tələbi 2023-cü ilin dekabr ayında məhkəməyə daxil olub. Tərəflərin iştirakı ilə ekspertiza təyin edilmişdir. İlk ekspert rəyi 2024-cü ilin avqust ayında alınmışdır. 2025-ci ilin yanvar ayında cavabdeh tərəfin vəkili işə qoşulmuşdur. Həmin ilin may ayında qarşılıqlı iddia ərizəsi verilmişdir. Məhkəmə əsaslandırma etmədən qarşılıqlı iddia tələbini icrata götürməklə prosessual pozuntuya yol vermişdir.

37. İş üzrə göründüyü kimi ortalıqda mübahisəli 30 metr uzunluğunda hasar var. Qətnamə qət edilib tikilmiş hasarın tikinti normalarına cavab verməyən və onun həyətinə daxil olan hissələrinin sökülməsi barədə. Ekspert rəyi ilə məlum olur ki, hasar tam sərhəddə tikilib. Biri digərinin ərazisinə keçməyib. Belə olan halda mübahisəli hasar tikinti normalarına cavab vermədikdə belə sökülə bilməz. Çünki tələb üzrə həm tikinti normalarına cavab verməməli, həm də digərinin həyətinə daxil olmalıdır. Yəni iki fakt birlikdə baş verməlidir.

38. Qətnamədə təmin olunan digər hissə əmlakın qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarmasıdır. Bu hissə üzrə iş materiallarında bir dənə də olsun araşdırma yoxdur. Zərər nədən ibarətdir ?. Zərərin miqdarı nə qədərdir ?. Zərər kimin qəsdi və ya ehtiyatsızlığı üzündən törədilmişdir ?. Bu məsələr araşdırlmadan, aydınlıq gətirilmədən məhkəmə iddia tələbini təmin etmək xətrinə qərar çıxarmışdır.

39. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 41.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İntiqam oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İntiqam oğlunun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.3-ci maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.

47.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

48. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

49. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

52. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

53. Ona görə də apellyator İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-*/**** saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş, cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və iddiaçı cavabdeh1 həyətinə daxil olan hissələrinin öz hesabına sökülməsi, iddiaçı cavabdeh1 əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarılmasına dair hissələrdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, həmin hissələrdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

55. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

57. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər iddiaçının əmisi oğlanlarıdır. Babaları vaxtı ilə həyətyanı torpaq sahəsini böl r k 0,6 hektar hissəsini iddiaçının atasına, bir hissəsini isə cavabdehlərin atası Musaya vermişdir. Hazırda iddiaçı cavabdehlərlə qonşuluqda yaşayır. Mərhum nənələri Narxanım Mahmudova torpaq sahəsinin 0,5 hektarını Afiq , 0,20 hektarını isə Nicata bağışlamışdır. İddiaçı ilə cavabdehlərin aralarında daş hasar çəkilmişdir. Həmçinin cavabdehlərin həyətində hasara bitişik yardımçı tikililər tikilmiş və həyətdə kamera quraşdırılmışdır.

58. İş materiallarında olan ## ####### 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Mican kəndi ünvanında ümumi sahəsi 101,4 kv.metr olan fərdi yaşayış evi Mahmudov İntiqam Məhi oğlunun tam mülkiyyətində, 0,08 hektar həyətyanı torpaq sahəsi isə Mahmudov İntiqam Məhi oğlu, X4, Həmidova Samirə İntiqam qızı, Mahmudov Tural İntiqam oğlu və İddiaçı İntiqam oğlunun ümumi birgə mülkiyyətindədir.

59. İş materiallarında olan “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin surətindən görünür ki, Mahmudov İntiqam Məhi oğlu, X4, Həmidova Samirə İntiqam qızı və Mahmudov Tural İntiqam oğlu İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən ümumi sahəsi 101,4 kv.metr fərdi yaşayış evini tam mülkiyyət üzrə, ümumi sahəsi 0,08 hektarhəyətyanı torpaq sahəsini birgə mülkiyyət üzrə İddiaçı İntiqam oğlunun mülkiyyətinə vermişlər.

60. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) ƏMDK yanında DƏDRX-nin * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, ## ####### 2018-ci il tarixli 407-1918/242 inventar nömrəli “Texniki Pasport” sənədinə əsasən iddiaçı Mahmudov İntiqam Məhi oğlunun mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Belə ki, mübahisə predmeti olan və faktiki olaraq cavabdehlərin istifadəsində olan qeyri-yaşayış tikilisi (qoğal sexi) iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyi, mübahisə predmeti olan talvar və sanitar qovşaq tikililərinin isə iddiaçıya məxsus talvar tikilisi ilə eyni dam altında olmaqla ## ####### 2018-ci il tarixli 407-1918/242 inventar nömrəli “Texniki Pasport” sənədində “zəbt olunmuş sahə” kimi qeyd olunan hissədə yerləşdiyi müəyyən olunur. -Qərardadın 2-ci sualı üzrə: Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından tərəflərin bir-birilərinin torpaq sahələrini zəbt edib-etməsinin müəyyən edilməsi mümkün olmamışdır. -Qərardadın 3-cü sualı üzrə: Mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edildiyini, talvar tikilisinin isə iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndinin tələblərinin, mübahisə predmeti olan talvar tikilisinin inşası zamanı isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin müvafiq bəndinin tələbinin pozulduğu müəyyən olunur. -Qərardadın 4-cü sualı üzrə: Qərardadda ekspert qarşısında qoyulmuş dördüncü sualın cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı. Qərardadın 5-ci sualı üzrə: Mübahisə predmeti olan qeyri-yaşayış tikilisi və sanitar qovşaq tikilisi ilə sərhəd hasarı arasında faktiki olaraq ara məsafəsi mövcud deyil. 61.İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli *-**-**/*-**/****/**** nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Baxış zamanı təqdim olunan tikilinin (qərardadın sualında qoğaıl sexi olaraq qeyd olunan) sahəsinin 21 m2 , önündəki talvarın sahəsinin isə 33 m2 , iddiaçının torpaq sahəsi istiqamətində divarın hündürlüyünün 2,2 metr olduğu müəyyən olundu. Tiklinin hündürlüyü 2,2 metr olduğunu nəzərə alaraq, həmin tikili ilə tikilinin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə əsasən 0,66 metr nəzərdə tutulur. Odur ki. baxış zamanı təqdim olunmuş tiklinin (qərardadın sualında qoğaıl sexi olaraq qeyd olunan) 0,66 metr enində hissəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. -Qərardadın 2-ci sualı üzrə: Baxış zamanı cavabdehlər cavabdeh1 və cavabdeh2 inşa etdikləri fərdi yaşayış evinin qarşısındakı sağ tərəfdən hasara bitişik olan divar olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

62. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli 3-16-16/2-10/4035, **/****/**** nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualını cavablandırmaq mümkün olmadı. -Qərardadın 2-ci sualı üzrə: Tərəflərin faktiki istifadəsində olan torpaq sahələrinin sərhədində yerləşən hasarın 30,5 metr uzunluğunda, 20 santimetr qalınlığında mişarlanmış əhəng daşından inşa olunduğu müəyyən olundu. Hasarın 20 metr hissəsinin hündürlüyünün 2,4 metr, 10,5 metr hissəsinin hündürlüyünün isə 2,6 metr olduğunu nəzərə alaraq həmin hasarın bütövlükdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olundu. 63.Məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı əsasında verilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı İddiaçı İntiqam oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş İddiaçı İntiqam oğlu və cavabdeh1 istifadəsində olan torpaq sahələrinin arasında qalan tikintialtı sahəsi 8.5 kv.m olan mübahisələndirilən daş hasarın 5,6 kv.m hissəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************-***** saylı çıxarışla İddiaçı İntiqam oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, 1,3 kv.m hissəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************-***** saylı çıxarışla cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisələndirilən qarşılıqlı iddianın təmin olunmuş hissələrinə münasibətdə qeyd edir ki, iddiaçı İddiaçı İntiqam oğlunun cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə öz mülkiyyətində olan torpaq sahəsinin sərhəddində yerləşən hasarı 2022-ci ildə sökərək daş hasarla əvəz etməsi məhkəmə kollegiyasının müəyyən etdiyi işin faktiki halıdır. İddiaçının iddia ərizəsi, apellyasiya şikayətinin dəlilləri və işin hallarından görünür ki, İddiaçı İntiqam oğlunun iki torpaq sahəsi arasında barı çəkməsindən qarşılıqlı iddia üzrə iddiaçı X2 məlumatlı olması və buna hər hansı etirazının olmaması iş üzrə öz təsdiqini tapmışdır.

65. Belə ki, cavabdeh1 birinci instansiya məhkəməsinə vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı İntiqam oğlu onun doğma əmisi oğludur. Qeyd olunan ümumi ərazi babalarına məxsus olmuşdur. Babası dünyasını dəyişəndən sonra isə mülkləri nənəsinin adına keçmişdir. Onun ərazisində olan tikililər hasar çəkilməmişdən də qabaq nənəsi sağ olarkən tikilmişdir. Ailə üzvləri buna şahiddirlər. Bölgü atası və əmisinə münasibətdə uzun illər öncə aparılsa da əmlak bölgüsü ilə bağlı hüquqi sənədlər 2019-cu ildə rəsmiləşdirilmişdir. Bölgü zamanı ilk öncə dəmir hasar olmuş və həmin hasar möhkəm dəmir sütunlara bağlı və yararlı vəziyyətdə olmuşdur. Torpaq sahəsi bölünməmişdən qabaq, hal-hazırda “qoğal sexi” deyilən tikili babası tərəfindən yayda besetka və təndir çörəyi bişirmək üçün öz zəhməti ilə tikilmişdir. Bölgü zamanı və ya bölgüdən sonra o və qardaşı Nicat tərəfindən həmin hissəyə hər hansı artırma və ya müdaxilə olmamışdır. Təqribən 2022-ci ildə Səbuhi həmin hasarı söküb daş hasarla əvəz etmək qərarına gəlmiş, həmin ərəfədə münasibətlərində hər hansı bir problem olmamışdır. Səbuhi daş hasarı tikəndə ona aid olan torpaq sahəsinə hasarı irəli çəkmiş və hasarın çıxıntılı sütunlarını ona aid hissədə tikmişdir. Ailə üzvləri və qonşular bu hala şahiddirlər. Bu baxımdan evlərinin arxasında olan tikili hasara yaxın məsafədə olmuşdur. Hasarın onun həyətinə tərəf olan hissəsini təmir etməmiş və o, təmir etmək istəyəndə aralarında narazıçılıq yaranmışdır.

66. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, həmin hasarın sökülməsindən ibarət iddia tələbi təmin edilməməlidir. Ona görə ki, İddiaçı İntiqam oğlunun öz vəsaiti hesabına mübahisəli hasarın tikilməsi, Mahmudov Afiq Musa oğlunun isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq cavabdeh (qarşılıqlı iddia üzrə) tərəfindən inşa edilmiş tikililərin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən iddiaçı tərəfindən hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi qanunvericiliyin hüquqdan sui-istifadə ilə bağlı normalarına istinad etməməklə hazırki iddianı təmin etməkdə yanlış nəticəyə gəlmişdir.

67. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

68. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

69. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

70. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qarşlıqlı iddianın təmin edilmiş əmlakın qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin əvəzinin ödənilməsi hissəsində apellyasiya şikayətinin dəlilləri ilə razılaşraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin olunsada, həmin ziyanın cavabdehin hansı hərəkətləri nəticəsində vurulması, ümumiyyətlə dəymiş ziyanın konkret olaraq nədən ibraət olması barədə hər hansı sübut təqdim olunmamışdır.

71. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin faktiki olaraq cavabdehlərin istifadəsində olan qeyri yaşayış tikilisi (qoğal sexi) iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə sərhədd hasarının üzərində yerləşdiyi, mübahisə predmeti olan talvar və sanitar qovşaq tikililərinin isə iddiaçıya məxsus talvar tikilisi ilə eyni dam altında olmaqla ##.##.2018-ci il tarixli, 407-1918/242 invertar nömrəli "Texniki Pasport” sənədində "zəbt olunmuş sahə" kimi qeyd olunan hissədə yerləşdiyinin müəyyən olunması, mübahisə predmeti olan qeyri yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabadehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edildiyini, talvar tikilisinin isə iddiaçı və cavabadehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşaedildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69- cu maddəsinin müyafiq bəndinin tələblərinin, mübahisə predmeti olan talvar tikilisinin inşası zamani isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72ci maddəsinin müvafiq bəndinin tələbini pozulduğunun müəyyən olunmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan sübutlardan və tərəflərin izahatları ilə müəyyən olunur ki, sözügedən tikililər illər öncə iddiaçı və cavabdehlərin babası tərəfindən tikilmiş, cavabdehlərin isə ötən illər ərzində hər hansı etirazı olmamışdır.

73. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbində hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsini tələb etsə də həmin hallar iddiaçının heç bir konstitusion hüququnu pozmur. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edilməsi, eyni zamanda talvar tikilisinin isə iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin və mübahisə predmeti olan talvar tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunsa da sözügedən tikililər maraqlı tərəfin qanunla qorunan hüquqlarını pozmursa və ya pozması halında həmin pozuntuları sözügedən tikililərin sökülmədən aradan qaldırılması mümkünsə, sırf Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması əsası ilə adıçəkilən tikililərin sökülməsi qanuni sayıla bilməz.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən iddiaçının həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehin hesabına sökülməsinə aid dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yaşayış evlərinə yerli baxış keçirilmiş, eyni zamanda iddiaçı tərəfindən quraşdırılan kameraların sonuncunun həyətinə istiqamətlənməklə, onun konstitusion hüququnun pozulmasına dair məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır.

75. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir.

76. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən qarşılıqlı iddia tələbinə münasibətdə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

77. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

78. Beləliklə kollegiya hesab edir ki, iddiaçı İddiaçı İntiqam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilmiş cavabdeh İddiaçı İntiqam oğlu tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və iddiaçı cavabdeh1 həyətinə daxil olan hissələrinin öz hesabına sökülməsi və iddiaçı cavabdeh1 əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı İntiqam oğlutərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarılması hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddiaçı cavabdeh1 cavabdeh İddiaçı İntiqam oğluna qarşı qonşu hasarın qanunsuz çəkilmiş hissəsinin sökülməsi və əmlaka vurulmuş ziyanın aradan qaldırılması tələbi barədə qarşılıqlı iddiası rədd edilməli, qətnamə iddiaçı İddiaçı İntiqam oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 79.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı İntiqam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı İntiqam oğluna qarşı qonşu hasarın qanunsuz çəkilmiş hissəsinin sökülməsi və əmlaka vurulmuş ziyanın aradan qaldırılması tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə iddiaçı İddiaçı İntiqam oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar