Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-13/2020 20.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, iddiaçıların vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahələrində payların naturada ayrılmaqla bölünməsi, torpaq sahələrinə dair mülkiyyət hüququnu tanıyan sənədlərin hazırlanması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)- 177/2018 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahələrində payların naturada ayrılmaqla bölünməsi, torpaq sahələrinə dair mülkiyyət hüququnu tanıyan sənədlərin hazırlanması barədə iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin verdiyi xx xxxx 2006-cı il tarixli JN–119 F və JN–119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ləğv edilməsi, Oğuz rayonu Xalxal kəndində yerləşən, xx xxxx 2006-cı il tarixli JN–119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar və xx xxxx 2006-cı il tarixli JN–119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar torpaq sahələrinin paylı mülkiyyətçilər arasında bölünməsi, xx xxxx 2006-cı il tarixli JN–119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,14332 hektar torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması, xx xxxx 2006-cı il tarixli JN–119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,2166 hektar torpaq sahəsinin inşa etdikləri evin yerləşdiyi, faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsi, həmin torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində iddiaçılar məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə tədim edərək xx xxxx 2006-cı il tarixli JN–119 F və JN–119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ləğv edilməsini tələb etmədiklərini bildirmiş, Oğuz rayonu Xalxal kəndində yerləşən, xx xxxx 2006-cı il tarixli JN–119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar və xx xxxx 2006-cı il tarixli JN–119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar torpaq sahələrinin paylı mülkiyyətçilər arasında bölünməsi, xx xxxx 2006-cı il tarixli JN –119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,14332 hektar torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması, xx xxxx 2006-cı il tarixli JN– 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,2166 hektar torpaq sahəsinin inşa etdikləri evin yerləşdiyi, faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsi, həmin torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı1 hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verməklə göstərmişdir ki, Oğuz rayon Aqrar islahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 59 saylı qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin verdiyi xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Oğuz rayonu Xalxal kəndində yerləşən 0,43 hektar, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Oğuz rayonu Xalxal kəndində yerləşən 0,65 hektar həyətyanı torpaq sahələri onun, hazırki iş üzrə digər iddiaçı olan oğlu İddiaçı2, hazırki iş üzrə cavabdehlər - qardaşı Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh3, həmçinin anası Şərifova Gövhər Cabbar qzının paylı mülkiyyətinə verilmişdir. Anası Şərifova Gövhər Cabbar qzı xx xxxxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. O və digər iddiaçı əvvəllər cavabdehlərlə bir ailənin üzvləri kimi birlikdə, JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş evdə yaşamışlar. Sonralar o və digər iddiaçı həmin edən çıxaraq JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar həyətyanı torpaq sahəsində ev inşa edərək həmin evdə yaşamağa başlamışlar. JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar həyətyanı torpaq sahəsindən hazırda o və digər iddiaçı istifadə edirlər. O və digər iddiaçı hazırda paylı mülkiyyətdə olan torpaq sahələrindən öz paylarının naturada ayrılmasını istəyirlər. Lakin həmin məsələ ilə bağlı cavabdehlərlə öz aralarında ümumi razılığa gələ bilmirlər. O, mərhum anası Şərifova Gövhər Cabbar qzının birinci növbədə vərəsəsi olsa da, ondan miras qalan torpaq sahələrindən pay tələb etmir. Hazırki vəziyyətdə o və digər iddiaçı Oğuz rayonu Xalxal kəndində yerləşən, xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar və xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar torpaq sahələrinin paylı mülkiyyətçilər arasında bölünməsi, xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,14332 hektar torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,2166 hektar torpaq sahəsinin inşa etdikləri evin yerləşdiyi, faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsi, həmin torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı2 da hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçıların vəkili X4 da iddiaçıların izahatlarında qeyd etdikləri xüsusatlar nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 iddiaçıların hazırki iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən, paylı mülkiyyətdə olan 0,43 hektar torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi mümkün deyildir. Belə ki, həmin torpaq sahəsi mülkiyyətçilər arasında bölünərsə, iddiaçıların payına düşən torpaq sahəsinə və cavabdehlərin payına düşən torpaq sahəsinə ayrı-ayrılıqda gediş-gəliş yolu müəyyən edilməsi qeyri-mümkündür. O və ailə üzvləri xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən, paylı mülkiyyətdə olan 0,63 hektar torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsinə etiraz etmirlər. Lakin iddiaçıların xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,2166 hektar torpaq sahəsinin inşa etdikləri evin yerləşdiyi, faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsinə razı deyillər. Belə ki, həmin torpaq sahəsinin iddiaçıların ev inşa etdikləri hissəsində o özü çoxillik əkmələr yetişdirərək bağ salmışdır. xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar torpaq sahəsinin iddiaçıların tələb etdiyi qaydada naturada bölünməsi paylı mülkiyyətin mülkiyyətçiləri kimi onun və ailə üzvlərinin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş ürə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da hazırki iddia tələbini qəbul etmədiklərini bildirmişlər və Cavabdeh1 izahatının məzmununa uyğun izahatlar verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iş ürə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir və verdiyi izahatında göstərmişdir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən, mübahisə predmetinə aid olan 0,43 hektar və 0,65 hektar həyətyanı torpaq sahələrinə baxış keçirilərək həmin əmlakların texniki müayinəsi aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan, xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi mümkün deyildir. Belə ki, qeyd olunan torpaq sahəsi mülkiyyətçilər arasında bölünərsə, iddiaçıların payına düşən torpaq sahəsinə və cavabdehlərin payına düşən torpaq sahəsinə ayrıayrılıqda gediş-gəliş yolu müəyyən edilməlidir. Həmin torpaq sahəsinə isə yalnız bir yerdən gediş-gəliş yolu mövcuddur. Mübahisə predmetinə aid olan 0,43 hektar həyətyanı torpaq sahəsində tərəflərin payının naturada bölünərək ayrılması qeyd olunan həyətyanı torpaq sahəsinin təsərrüfat təyinatının itirilməsi ilə nəticələnə bilər. Mübahisə predmetinə aid olan, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar həyətyanı torpaq sahəsində isə sənəddə göstərilən torpaq sahəsinin koordinatları ilə iddiaçıların və cavabdehlərin faktiki istifadəsində olan, naturada ölçülmüş torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Torpaq sahələri arasında konfiqurasiya uyğunsuzluğu vardır. Mübahisə predmetinə aid olan, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin paylı mülkiyyətçiləri arasında yalnız faktiki istifadədə olan koordinatlar üzrə bölünməsi mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırkı işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulduğundan iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, iddiaçlar iddia ərizəsində xx xxxx 2006-cı il tarixli JN- 119 F və JN-119 H (KOD 40508018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilən 0,43 ha və 0,65 ha həyətyanı torpaq sahələrinin paylı mülkiyyətçilər arasında bölünməsi, xx xxxx 2006-cı il tarixli JN-119 F (KOD 40508018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onlara düşən 0,14332 hektar torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması, xx xxxx 2006-cı il tarixli JN-119 H (KOD 40508018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onlara düşən 0,2166 hektar torpaq sahəsinin inşa etdikləri evin yerləşdiyi, faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsi, həmin torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı X11 rayon şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş sahələrinin yerləşmə sxemindən, həmçinin torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası və ölçülərinə dair sənədinə istinad etmişdir. Həmin sənəddən görünür ki, xx xxxx 2006-cı il tarixli JN-119 H (KOD 40508018) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,65 ha həyətyanı torpaq sahəsinin koordinatları iddiaçıların və cavabdehlərin faktiki istifadəsində olan, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Torpaq sahələri arasında konfiqurasiya uyğunsuzluğu vardır. Onlar birinci instansiya məhkəməsində mütəxəssisin rəyinə münasibət bildirərək qeyd etmişlər ki, həmin rəy həqiqətləri əks etdirmir. Ona görə də, iş üzrə müvafiq ekspertiza təyin edilməlidir. Mübahisəli məsələlərin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən iş üzrə qanuni və obyektiv qərarın çıxarılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmalı, ekspertiza zamanı qoyulan sualla bağlı əlavə məsələlərin aydınlaşdırılması ekspertə həvalə edilməli, ekspertiza tərəflərin iştirakı ilə keçirilməli idi. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, işə birtərəfli yanaşmış, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmamış, həqiqəti müəyyən etməyən və ədalətsiz qətnamə çıxarmışdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və iddiaçıların vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,43 hektar həyətyanı torpaq sahəsi Oğuz rayon Aqrar islahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 59 saylı qərarına əsasən hazırki iş üzrə iddiaçıların, cavabdehlərin və Şərifova Gövhər Cabbar qzının paylı mülkiyyətinə verilmişdir. İşdə olan xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,65 hektar həyətyanı torpaq sahəsi Oğuz rayon Aqrar islahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 59 saylı qərarına əsasən hazırki iş üzrə iddiaçıların, cavabdehlərin və Şərifova Gövhər Cabbar qzının paylı mülkiyyətinə verilmişdir. İşdə olan xx xxxxxx 2010-cu il tarixdə verilmiş 44 / 12 nömrəli ölüm haqqında akt qeydinə dair arayışdan müəyyən edilir ki, Şərifova Gövhər Cabbar qzı xx xxxxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 rayon Şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş torpaq sahələrinin yerləşmə sxemindən, həmçinin torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası və ölçülərinə dair sənəddən müəyyən edilir ki, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar həyətyanı torpaq sahəsinin koordinatları iddiaçıların və cavabdehlərin faktiki istifadəsində olan, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Torpaq sahələri arasında konfiqurasiya uyğunsuzluğu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan, xx xxxx 2006-cı il tarixli JN – 119 F və JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə göstərilən 0,43 hektar və 0,65 hektar həyətyanı torpaq sahələri hazırki iş üzrə iddiaçılar və cavabdehlər də daxil olmaqla 6 nəfərin paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin mülkiyyətçilərindən biri - Şərifova Gövhər Cabbar qzı xx xxxxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçılar xx xxxx 2006-cı il tarixli JN – 119 F və JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə göstərilən 0,43 hektar və 0,65 hektar həyətyanı torpaq sahələrinin paylı mülkiyyətçilər arasında bölünməsi, xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,14332 hektar torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə onlara düşən 0,2166 hektar torpaq sahəsinin inşa etdikləri evin yerləşdiyi, faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsi, həmin torpaq sahəsinə öz adlarına mülkiyyət hüququnu tanıyan sənədin hazırlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbini qəbul etmirlər və mübahisə predmetinə aid olan torpaq sahələrinin iddiaçıların tələb etdiyi qaydada naturada bölünməsinin mülkiyyətçi kimi onların hüquqlarının pozulması ilə nəticələnəcəyini bildirirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmetinə aid olan, xx xxxx 2006-cı il tarixli JN – 119 F (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin paylı mülkiyyətçiləri arasında naturada bölünməsi mümkün deyildir. Belə ki, qeyd olunan torpaq sahəsi mülkiyyətçilər arasında bölünərsə, iddiaçıların payına düşən torpaq sahəsinə və cavabdehlərin payına düşən torpaq sahəsinə ayrı-ayrılıqda gediş-gəliş yolu müəyyən edilməlidir. Həmin torpaq sahəsinə isə yalnız bir yerdən gediş-gəliş yolu mövcuddur. Həmin torpaq sahəsinin ayrı-ayrı hissələrə bölünməsi üçün tələb olunan şərtlər ödənilmir və torpaq sahəsinin təsərrüfat təyinatı payın naturada ayrılmasına yol vermir. Mübahisə predmetinə aid olan 0,43 hektar həyətyanı torpaq sahəsində tərəflərin payının naturada bölünərək ayrılması qeyd olunan həyətyanı torpaq sahəsinin təsərrüfat təyinatının itirilməsi ilə nəticələnə bilər və torpaq sahəsinin naturada bölünərək ayrılması ümumi mülkiyyətdə olan həmin torpaq sahəsinə tənasübsüz zərər vurmadan mümkün deyildir. Mübahisə predmetinə aid olan, xx xxxx 2006-cı il tarixli JN – 119 H (KOD 40508018) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə tərəflərin naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı mütəxəssisin rəyi və iş materialları ilə həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə naturada olan koordinatları arasında konfiqurasiya uyğunsuzluğu olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıların naturada istifadə etdikləri torpaq sahəsinin bir hissəsi qanuni əsaslarla digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. İddiaçılar mübahisə predmetinə aid olan torpaq sahələrində payların naturada ayrılmaqla bölünməsini tələb etdiklərinə, hazırki vəziyyətdə isə 0,65 hektar həyətyanı torpaq sahəsinin naturada koordinatları həmin torpaq sahəsinin sənəd üzrə koordinatlarına uyğun gəlmədiyinə, habelə torpaq sahəsinin iddiaçıların tələb etdiyi qaydada bölünməsi cavabdehlərlə yanaşı qonşu torpaq sahələrinin mülkiyyətçiləri olan digər şəxslərin də qanunla qorunan hüquq və mənafelərinə toxuna biləcəyinə görə məhkəmə hesab edir ki, mübahisə predmetinə aid olan 0,65 hektar həyətyanı torpaq sahəsinin də tərəflərin paylarına uyğun olaraq naturada bölünərək ayrılması mümkün deyildir. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlmişdir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Zərurət yarandığından Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən xx xxxx 2006cı il tarixli JN–119 F (KOD 40508018) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,43 hektar və xx xxxx 2006-cı il tarixli JN–119 H (KOD 40508018) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,65 hektar torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən evlərin yerləşdiyi hissə nəzərə alınmaqla tərəflərin faktiki istifadələrində olan hissədən naturada ayrılmaqla verilməsinin mümkünlüyü məsələlərinə aydınlıq gətirilməsi məqsədi ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Xalxal inzibati ərazi dairəsi üzrə Nümayəndəsi X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri X3 və X1 iştirakları ilə xx xxxx 2020-ci ildə saat, 14:00-da Oğuz rayon Xalxal kəndindəki mübahisələndirlən əraziyə yerli baxış keçirmişdir. Məhkəmə kollegiyasının, tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən, mübahisə edilən JN-119 F saylı (kod 40508018) şəhadətnamədə göstərilən 0.43 hektar həyətyanı torpaq sahəsində həmin şəhadətmədə ölçüləri göstərilmiş, köhnədən inşa edilmiş ev müəyyən edildi ki, həmin evdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayır. Daha sonra mübahisə edilən JN-119H saylı (kod 40508018) şəhadətnamədə göstərilən 0.65 hektar torpaq sahəsinə baxış keçirilərkən orada yeni inşa edilmiş kürsüsüz 1 mərtəbəli ev müəyyən edildi ki, həmin evdə hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi (mütəxəssisi) qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazinin koordinantlarını GPS sistemli ölçmə aparatı vasitəsilə götürmüşdür. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tаrixli, 2(107)- 13/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 189 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanan JN-119F (KOD 40508018) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.43 ha torpaq sahəsinin Oğuz rayonu Xalxal kəndində yerləşən, faktiki coğrafi yerləşmə mövqeyi üzrə 0.6357 hektar, eləcədə JN-119H (KOD 40508018) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.65 ha torpaq sahəsinin faktiki coğrafi yerləşmə mövqeyi üzrə 0.6210 ha təşkil edir. Bu şəhadətnamələrdə qeyd edilən ərazilərin sahəsi ilə naturadakı faktiki sahələri ilə üst-üstə düşməməsi və konfiqurasiya (coğrafi yerləşmə) fərqliliyinin olması səbəbindən iddiaçıların nəzərdə tutulan JN-119F saylı şəhadətnamə üzrə 0.1432 ha və JN-119H saylı şəhadətnamə üzrə 0.2166 ha torpaq sahəsini naturada bölmək mümkün olmamışdır. Qeyd: Hər iki şəhadətnamə üzrə torpaq sahəsinin kompleks yerquruluşu sənədləri və ərazinin faktiki coğrafi koordinatları nəzərə alınmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlandıqdan sonra faktiki torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünməsi mümkün olacaqdır. (Aparılmış tədqiqatın dəyəri 300 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(054)-177/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. (“xxxxxxxxxxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-13/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-13/2020
20.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver