Məhkəmə qərarları › İş №2(107)-1301/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1301/2021

16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1301/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)-1031/2020 saylı qərardadından qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs X8 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailəsinə məxsus Zaqatala rayonunun Göyəm kəndində yerləşən 1.51 ha torpaq sahəsinin 0.66 ha hissəsinin onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)-1031/2020 saylı qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilmiş və hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Sumaylı kəndində yerləşən 0,7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyularaq, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardaddan qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs X8 şikayət vermişdir. X8 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə, Zaqatala rayon 2 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X6 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbirinə dair ərizə ilə müraciət edərək iddianın təmini tədbiri olaraq Cavabdeh2, Cavabdeh3 və X4 mülkiyyətində olan Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0.7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçının iddianın təmini tədbirinə dair ərizəsi təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 2(033)1031/2020 saylı qərardadına əsasən torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağa qoyulmasına dair qərardad qəbul edilmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)155/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cindarova Möminət Səadəddin qızının iddiası rədd edilmişdir. Lakin torpaq sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaya dair qərardada məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(033)-1031/2020 nömrəli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra X2 Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadından şikayət vermişdir. Qəbul edilmiş qərardad hüquqlarına toxunan X8 şikayətini onunla əsaslandırmışdır ki, 29 sentyabr 2020-ci il tarixdə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında Zaqatala rayonu, Sumaylı kəndində yerləşən 0.7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı qəbul edilərkən torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olub-olmamasını araşdırmamış, əsassız qərar qəbul edərək, mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan əmlakın üzərinə həbs qoymuşdur. Hesab edir ki, üzərinə həbs qoyulan əmlakın üzərində onun mülkiyyət hüququ vardır. Hazırda həmin əmlakın üzərinə həbs qoyulması ilə bağlı qəbul edilmiş qərardad onun mülkiyyət hüququnu pozur. Ona görə də, qeyd olunan qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ilə, X5 Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)- 1031/2020 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd etməyi lazım bilir ki, şikayət verən şəxs əslində Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadını mübahisələndirmiş, ancaq birinci instansiya məhkəməsi şikayət verən şəxsə bu səhvi aradan qaldırmağa kömək etməmiş, təkrar olaraq Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)-1031/2020 saylı qərardadından verilmiş şikayətə baxaraq qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-cü ma Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 31.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adına qeydiyyata alınmışdır. 29 sentyabr tarixli, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus Zaqatala rayon Sumaylı kəndində yerləşən torpaq sahəsi X1. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, qəbul edilmiş qərardad hüquqlarına toxunan X2 Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)-1031/2020 saylı qərardadı ilə onun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Kollegiya qeyd edir ki, 29 sentyabr tarixli, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus Zaqatala rayon Sumaylı kəndində yerləşən torpaq sahəsi X1, həmin əmlak üzərində X5 gözlənilən mülkiyyət hüququ vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış olmasa da, X5 əmlaka sahibliyi notarial qaydada təsdiq olunduğu üçün həmin əmlak üzərində sahiblik, istifadə vardır və ona məxsus əmlak üzərinə həbs qoyulması onun gələcək mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. X5 Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 qərardadından vermiş olduğu şikayətə baxılması üçün mülki iş Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar