Məhkəmə qərarları › İş №2(107)-1303/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1303/2021

15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1303/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X2 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)-49/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dövlət Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsini, Cavabdeh4 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “ilkin iddia tələbinin rədd edilməsi, Azərbaycan Respublikası Məcəlləsinin 120-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı 239 manat pulun tutularaq Cavabdeh4 ödənilməsi haqqında, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinin tələblərinə əsasən İddiaçı 239 manat pulun tutularaq Cavabdeh4 oğluna ödənilməsi və dövlət rüsumunun İddiaçı aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)-49/2021 saylı qətnaməsi ilə illkin və qarşılıqlı iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/- 01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı”nın etibarsız hesab edilməsi haqqında” iddiası əsassız olduğundan rədd edilmiş, İddiaçı ödədiyi 10 manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia rədd edilməsi, cavabeh Xəyyam Paşayevin ödədiyi 20 manat dövlət rüsumunu özünə aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)-49/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə iddia tələbi 2011-ci ildə Qax Rayon Məhkəməsi tərəfindən baxılmış işin faktiki təkrarıdır. İddiaçı 2(024)-01/2011 saylı mülki işin icraatda olduğu zaman “Qax şəhərində yerləşən 89 saylı Mərkəzi Aptekin özəlləşdirilməsindəki iştiraklarının qanunsuz hesab edilməsi və bununla bağlı bütün hüquqi məsələlərin etibarsız hesab edilməsi” tələbini bir dəfə irəli sürmüşdür. Ona görə də, eyni məzmunlu tələbin bir neçə il sonra məhkəmələr tərəfindən təkrar mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməməli və ya iş üzrə icraata xitam verilməli idi. Odur ki, mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 oğlu iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)- 49/2021 saylı qətnaməsi ilk iddia tələbinə münasibətdə ləğv edilməli, iddia ərizəsi üzrə İddiaçı “Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası mövqeyini aşağıdakılarla əsaslandırır;

1. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsində 03 dekabr 2002ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata həmin hissədə xitam verməli olduğu halda həmin hissəyə münasibətdə də işə mahiyyəti üzrə baxmışdır. Belə ki, iddia ərizəsinin həmin hissəsi hüquqi nəticə yaratmayan tələbdir ki, bu tələbə də məhkəmədə baxılmalı deyildir.

2. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli, 2(024)- 01/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X6 Cavabdeh2 və X1 qarşı Qax şəhəri, 20 yanvar küçəsi, 2ünvanında yerləşən 89 saylı Mərkəzi Aptekin özəlləşdirilməsindəki iştiraklarının qanunsuz hesab edilməsi və bununla bağlı bütün hüquqi məsələlərinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin aptekin tam şəkildə onların mülkiyyətinə verilməsi barədə” tələbləri təmin edilməmiş, Cavabdeh2 və qeyrisinin qarşılıqlı iddiası təmin edilərək, “ünvan 1 ünvanda yerləşən 89 saylı Mərkəzi Aptek binasının birinci mərtəbəsində yerləşən 64.9 kv.m olan sahədən arakəsmələr quraşdırılmaqla həmin tikili üç hissəyə bölünərək İddiaçı və X7 hər birinə payına uyğun 16.2 kv.m sahə verilməsi, aptekin yerdə qalan hissəsinin Cavabdeh4 verilməsi, İddiaçı və A.İsayeva üçün ayrı-ayrılıqda sahəsi 16.2 kv.m olan tikililər yaradılması, yaradılmış həmin tikililərə küçədən giriş-çıxış üçün qapıların quraşdırılması.yaradılmış tikililərin arakəsmələr vasitəsi ilə iki hissəyə bölünməsi, sahəsi 16.2 kv.m olan tikililərin bir hissəsində, yəni 4 kv.m olan hissədə köməkçi təyinatlı tikili yaradılsın və yerdə qalan 12.2 kv.m olan sahədən quraşdırılmalı arakəsmələr üzərindən keçid üçün qapı açılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(102)-3951/18 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nə və 3cü şəxs Cavabdeh2 Yusif qızına qarşı hərrac protokolunun ləğv edilməsinə dair 31 yanvar 2020-ci il taixli, 2 (107)-120/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də Kollegiya hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Bu mənada, kollegiya hesab ki, Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Belə olan halda isə Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısının mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı”na əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində özəlləşmə sənədlərinin, /obyektlərin/siyahısının etibarsızlığına dair dəlillərini təqdim edə bilər. Bununla belə, hətta özəlləşmə sənədlərinin, /obyektlərin/siyahısının etibarsızlığı təsdiq olunsa belə, iddiaçının tələbi özəlləşmə sənədlərinin, /obyektlərin/siyahısının etibarsızlığına yox, məhz əsassız və qanunsuz keçirilmiş hərracın nəticələrinə yönəlməlidir. Çünki bu halda, özəlləşmə sənədlərinin, siyahının mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda, işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcllənin 261.0 və 261.0.1-ci maddəslərinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddia tələbinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, iş üzrə Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)-49/2021 saylı qətnaməsi ilk iddia tələbinə münasibətdə ləğv edilməli, iddia ərizəsi üzrə İddiaçı “Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərаrа аldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(024)-49/2021 saylı qətnaməsi ilk iddia tələbinə münasibətdə ləğv edilsin. İddiaçı “Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli 2/024/-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların -Əmlak Məsələləri Dovləi Xidməti 17 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qax, 89 saylı Mərkəzi Aptekin özəlləşmə sənədlərinin - 03 dekabr 2002-ci il tarixli 01 saylı Hərrac protokolunun və 03 dekabr 2002-ci il tarixli “Hərracda satılmış müəssisələrin /obyektlərin/siyahısı” nın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar