Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1309/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 Alekseyeviç və X4rşı “2500 manat mənəvi ziyan və 46 manat ödənilmiş dövlət rüsumu tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qətnaməsindən İddiaçı “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə” həmin məhkəmənin 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Alekseyeviç və X4rşı “2500 manat mənəvi ziyan və 46 manat ödənilmiş dövlət rüsumu tələbinə dair” iddiası əsassız olduğundan rədd edilməsi və iddiaçının ödədiyi 46 (qırx altı) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı məhkəməyə prossesual müddətin bərpasına dair ərizə ilə müraciət edərək Qax Rayon Məhkəməsinin 2(024)-100/2022 saylı mülki iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzürlü hesab edilərək ərizəsinə əlavə edilmiş apellyasiya şikayəti ilə birlikdə apellyasiya icraatında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 12 avqust 2022-ci il tarixli, 2(024)- 100/2022 saylı qərardadı ilə ərizə təmin edilməyərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Alekseyeviç və X4rşı “2500 manat mənəvi ziyan və 46 manat ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(024)-100/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməmiş və ərizə icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı Qax Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadından şikаyət verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(024)-100/2022 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Həmin qətnaməni iyun ayında almış və bir ay müddətində apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə əsassız olaraq apellyasiya şikayəti vermə müddətini buraxdığını qeyd edib ərizəni rədd etmişdir. Hesab edir ki, məhkəmənin bu movqeyi tam əsassızdır. Göstərdiklərini nəzərə alaraq Qax Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayəti veruilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ərizəsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, işdə olan sifarişli poçt qəbzindən görünür ki, Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qətnaməsinin surəti İddiaçı yaşadığı Qax rayonu Qaxbaş kəndinə göndərilmiş və İddiaçı 31 mart 2022-ci il tarixdə şəxsən imza etdirilməklə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci mаddəsinə görə, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, MPM-in 133.1-ci maddəsində məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülkiprosessual hüquqlardan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, cinayət mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Eyni hüquqi mövqeyi paylaşan Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа mədudiyyət yаrаtsın”. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Qeyd olunduğu kimi Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(024)- 100/2022 saylı qətnaməsinin surəti qətnaməsinin surəti poçt vasitəsi ilə İddiaçı yaşadığı Qax rayonu Qaxbaş kəndinə göndərilmiş və 31 mart 2022-ci il tarixdə şəxsən özünə imza etdirilməklə təqdim edilmişdir. Bundan başqa, 14 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı da iddiaçı məhkəmə iclasında iştirak etmiş, onun iştirakı ilə qətnamənin nəticə hissəsi elan edilmiş, çıxarış təqdim edilsə də çıxarışı almaqdan imtina etmişdir. İddiaçı Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qətnaməsindən qətnaməni aldığı gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, buna riayət etməmiş, yalnız 28 iyul 2022-ci tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş və apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Alekseyeviç və X4rşı “2500 manat mənəvi ziyan və 46 manat ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qətnaməsindən iddiaçı X3 apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməməli və ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Qax Rayon Məhkəməsi 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və İddiaçı həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də İddiaçı Qax Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayəti verilə bilən qərardadları göstərilmişdir.. Həmin maddədə sadalanan qərardadlar siyahısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(024)-100/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1309/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1309/2022
01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver