Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-131/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi istifadədə olan yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, Ucar rayonunun Gəraybəyli kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,09 ha torpaq sahəsinə gedən yolun açılması və cavabdehlər tərəfindən quraşdırılmış qapının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Hilal Xəlilov) İddiaçı iddia ərizəsi təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Dövlət Xəzinədarlıq Agentliyinin (kod:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********000003944, SWİFT: BİKCTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 115 (bir yüz on beş) manat 49 (qörx doqquz) qəpik Kadastr və Yerquruluşu Layihə- Tətqiqat Mərkəzi MMC-nin (kod:200071, VÖEN (bank): **********, müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, müxbir hesab: AZ223AİİB********************) xeyrinə tutlması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyаsiyа şikаyəti verərək, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Unvan Reyestri Xifmətinin tabeçiliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tətqiqat Mərkəzi” MMC-nin mütəxəssisləri qanunsuz mütəxəssis rəyi vermişlər. Hansı ki, onun mülkiyyətində olan 0,09 ha torpaq sahəsinə gedən yol 1973-cü ildən mövcuddur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin yolu zəbt ediblər. Həmin gediş-gəliş yolunun zəbt olunmasını qonşular bilirlər və əgər qanuni ekspertiza təyin edilsə təsdiq olunacaq. Çünki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Unva Reyestri Xifmətinin tabeçiliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tətqiqat Mərkəzi” MMC-nin mütəxəssislərinin verdiyi rəylərin qanunsuz olmasına dair məhkəmə qətnamələri var. Obyektiv keçirilən ekspertizalar zamanı həmin rəylərin qanunsuz olması sübut olunub. Belə olan təqdirdə 1973-cü ildən ailəsinə məxsus olan 0,09 ha torpaq sahəsinə gedən həmin gediş-gəliş yolu cavabdehlər tərəfindən zəbt edilib. Ona görə də şikayət təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Ucar rayonu, Gəraybəyli kəndində yerləşən, iddiaçının mülkiyyətində olan torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. İddiaçının xüsusi mülkiyyətində olan 0,09 ha torpaq sahəsi şərq tərəfdən metal darvaza qoyularaq bağlanmışdır. İşin bu halı iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “X1” xx xxxxxx 2021-ci il tarixli 52 saylı ekspert rəyindən görünür. Ekspert rəyi ilə müəyyən edilir ki, Ucar rayonu, Gəraybəyli kəndində yerləşən, iddiaçının mülkiyyətində olan torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. İddiaçının xüsusi mülkiyyətində olan 0,09 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutlmuşdur. Nəzərdə tutulan gediş-gəliş yolu şərq tərəfdən cavabdehlər tərəfindən metal darvaza qoyularaq bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan göründüyü kimi İddiaçı Ucar rayonu Gəraybəyli kəndində xüsusi mülkiyyətində 0,09 ha torpaq sahəsi var. Həmin xüsusi mülkiyyətdə olan 0,09 ha torpaq sahəsinə gedişgəliş yolu cavbadehlər tərəfindən dəmir darvaza ilə bağlanmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)- 382/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Aliş qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-382/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Aliş qızının xüsusi mülkiyyətində olan 0,09 ha torpaq sahəsinə gedən yol cavabdehlər tərəfindən açılsın və cavabdehlər tərəfindən quraşdırılmış dəmir qapı sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “X2” MMC-nin Kapital Bank ASC Sahil filialındakı- Kod 2012018, VÖEN (bank) **********, müxbir hesаb AZ37NABZ ********************, SWİFT AİİBAZ2X, VÖEN **********, AZ64ab400900C**********208 saylı hesаbа ödənilsin. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyinin (kod:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********000003944, SWİFT: BİKCTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 115 (bir yüz on beş) manat 49 (qörx doqquz) qəpik Kadastr və Yerquruluşu Layihə-Tətqiqat Mərkəzi MMC-nin (kod:200071, VÖEN (bank): **********, müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, müxbir hesab: AZ223AİİB********************) xeyrinə tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-131/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-131/2021
11.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver