Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1319/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-526/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarını onun istifadəsində olan «Qarasov» adlanan ərazidə əmlak payı kimi verilmiş tütün qurutma talvarının altında yerləşən 42 kv.m torpaq sahəsnin Şəki rayonu Baş Göynük kənd sakini X1 pay kimi verilməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, həmin tarixdə iddia ərizəsinin icraata qəbulundan imtina olunması haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə iddiaçıya göndərilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-526/2020 saylı iddia ərizəsinin icraata qəbulundan imtina olunması haqqında qərardadından narazı qalmış və həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, B.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati- İqtisadi Kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə mübahisələndirilən (Zaqatala rayon X3 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı) qərarı inzibati akt hesab edilərkən həmin qərarın 11 bəndədən ibarət olmaqla Zaqatala rayonunun 20 təsərrüfat subyekti ilə yanaşı 2 saylı fındıqçılıq təsərrüfatında da aparılmış torpaq islahatında qismən dəyişiklər edilməsi haqqında olmasım nəzərə almamışdır. İddiaçıların mübahisələndirdiyi inzibati aktda nə B.Xəlilovaya və M.Xəlilova torpaq sahəsinin ayrılmasın barədə nə də G.Musayevaın və A.Musayevin hüquqlarının pozulması ilə bağlı heç bir bənd və müddəa mövcud deyildir. Həmin qərar bütövlükdə “Torpaq islahatı haqqında “Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən əvvəl və sonra bu təsərrüfatlarında aparılmış islahatlar zamanı buraxılmış nöqsanlar və bununla bağlı görüləcək ümumi təşkilati məsələlərdən bəhs edir. Məhkəmə nəzərə almamışdır ki, “inzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsində inzibati akt, inzibati orqan tərəfindən hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında formalaşmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, islahat zamanı buraxılmış səhvlərin aradan qaldırılmasına dair müvafiq X3 qərarları inzibati akt deyildir. Bu səbəbdən bu qərarlardakı səhflərin aradan qaldmlması üçün yerli məhkəmələrə müraciət edilməlidir. Məhz buna görədə tərəfindən yerli rayon məhkəməsinə müraciət edilib. Ona görə də şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-526/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(046)-526/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə maraqlı şəxs Cavabdeh2 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-526/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.1-ci maddəsinə əsаsən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə ( ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin plenum qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı Şəki rayon X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarını onun istifadəsində olan «Qarasov» adlanan ərazidə əmlak payı kimi verilmiş tütün qurutma talvarının altında yerləşən 42 kv.m torpaq sahəsnin Şəki rayonu Baş Göynük kənd sakini X1 pay kimi verilməsi hissəsində ləğv edilməsini xahiş etsə də, hazırkı tələbə dair iddia ərizəsinə Şəki Rayon Məhkəməsində deyil, Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 526/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-526/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1319/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1319/2020
18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver