Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1323/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Səxavət oğlu və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- subroqasiya hüququ, vurulmuş zərərin əvəzinin ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən X3 ölümünə görə ödənilmiş 5000 manat, məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi, yəni Cavabdeh2 tərəfindən İddiaçı ASC-də 13.05.2016-ci il tarixdən 12.05.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AE 153891 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 etibarnamə olmadan 08.10.2016-cı il tarixdə saat 19:50 radələrində atası, Cavabdeh2 məxsus “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərindən üzü Ağdaş rayonu istiqamətində Zarağan kəndi ərazisində yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törədib Göyçay rayon sakini X3 idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurması nəticəsində sonuncu hadisə yerində ölmüşdür. Hadisə Qəbələ ŞP-nin İB-də cinayət işi başlanaraq araşdırma aparılmış, Cavabdeh1 AR CM-nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq işi məhkəməyə göndərilmiş, Qəbələ rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli 2(025)-04/2017 saylı hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2016-cı il tarixli qərarla Cavabdeh1 əməlində AR CM-nin 187-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusatla bağlı cinayət təqibi rədd edilmiş və bu barədə material ayrılmış, Cavabdeh1 08.10.2016-cı il tarixdə etibarnamə olmadan atası Cavabdeh2 məxsus avtomobili idarə etdiyi üçün onun barəsində AR İXM-nin 332.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC X3 ölümünə görə 5000 manatı zərərçəkmişin hüquqi varisi X4 ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin ölümünə görə sığorta həcmində, 5000 manat məbləğində ödəniş edildiyinə görə İddiaçı ASC-nin cavabdehlərdən həmin məbləği subroqasiya qaydada tələb etmək hüququ yaranır. Belə ki, Cavabdeh1 etibarnamə olmadan “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib hadisə törətdiyi üçün avtomobilin sahibi Cavabdeh2 da onunla birlikdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsi ilə (hakim A. Əliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi məbləğinin və 30,0 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı, 36-BB- 211 dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Ağdaş yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110-120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X1 hüquqi varisinə X2 dəymiş zərərin ümumi həcmi 5.000 manat müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul X1 hüquqi varisinə X2 ödənilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh2 sahibliyində olmuş avtomobili etibarnamə olmadan Cavabdeh1 vermiş və nəticədə Cavabdeh1 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən İddiaçı ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh2 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər Cavabdeh1 ilə birgə məsuliyyət daşımalıdır. Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Ağdaş yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110-120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü, 37-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 25.2-ci, 936.6-cı, 936.2-ci, 936.5-ci, 1096.1, 1097.1, 1108.1-ci, 1108.3-cü, 1114.1-ci maddələri, İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü, 25.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə baxışı zamanı hakim prosessual hüquq normalarını pozaraq, iddiaçının nümayəndəsinin işin dəqiq, obyektiv araşdırılması və müəyyən edilməsi üçün bütün lazımi sənədləri təqdim etməməsinə baxmayaraq, bu xahiş təmin edilməmiş, həmin sənədlər işə əlavə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-ci maddələrinə əasən, İddiaçı ASC-nin belə bir iddia ilə müraciət etmək hüququ yoxdur, belə ki, İddiaçı ASC-nin hüququnun müdafiəsi haqqında tələbi iddia müddəti keçdiyinə görə mümkün deyildir. İş materiallarından da görünür ki, öhdəlik 2016-2017-ci illərdə yaranıb, İddiaçı ASC isə məhkəməyə 2021-ci ildə müraciət edib, həmçinin tələbini əsaslandıran heç bir əsaslı dəlil və sübutu məhkəməyə təqdim edə bilməyib. Odur ki, məhkəmə iddia müddətini tətbiq edərək iddia müddətinin keçməsi səbəbi ilə iddiadan imtina edilməsi barədə qərar çıxarmalı idi. Odur ki, apelyatorlar Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsinin ləğv edilməsini, həm apellyasiya şikayətində qeyd etdikləri, həm də ayrıca təqdim etdikləri ərizə əsasında məhkəmənin iddia müddəti tətbiq edərək iddiaçının iddiasından imtina edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)- 467/2021 saylı qətnaməsinin ləğv edilməsini, həm apellyasiya şikayətində qeyd etdikləri, həm də ayrıca təqdim etdikləri ərizə əsasında məhkəmənin iddia müddəti tətbiq edərək iddiaçının iddiasından imtina edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır . Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu; İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia müddəti tətbiq edərək iddiaçının iddiasından imtina edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxışı iclası 26 aprel 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş, bu barədə işdə iştirak edən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında SMS xəbərdarlığı və məhkəmə bildirişi göndərilmişdir. Lakin, iş materiallarında olan Qəbələ rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli 2(025)- 04/2017 saylı hökmündən görünür ki, o, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Qəbələ Rayon Məhkəməsi Cavabdeh1 məhkəmə prosesində iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir çox qərarlarında oxşar məsələlərlə bağlı hüquqi mövqelər əks olunmuşdur. “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Bir sıra qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, həmin mövqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Məhkəmə Kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 08.10.2016cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı 36-BB- 211 dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Ağdaş yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110- 120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X1 hüquqi varisinə X2 dəymiş zərərin ümumi həcmi 5.000 manat müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul X1 hüquqi varisinə X2 ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı, apellyasiya şikayəti isə qətnamənin ləğv edilməsi hissəsində qismən əsaslıdır. Beləliklə ki, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Ağdaş yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110-120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyada X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin iddia tələbinə dair hissəsi əsassızdır. Hazırkı halda kollegiya hesab edir ki, tərəflər hər hansı bir müqavilə tərəfi olmadığından indiki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, əvvəla iddia müddəti müqavilə tələblərindən irəli gələn hallara şamil edilir ki, iddiaçı ilə cavabdehlər arasında belə bir müqavilə mövcud deyil. Hazırkı halda ümumi iddia müddətindən söhbət gedə bilər ki, bu da Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə görə on il təşkil edir. Kollegiyanın qənaətinə görə Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəfər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi qanunvericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd edilən hallar isə hazırkı işdə müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, izahatları dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi və 30,0 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1323/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1323/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver