Məhkəmə qərarları › İş №2(107)-1330/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1330/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1330/2024 19.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın dəyəri tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, müddətin ötürülməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın dəyəri tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(019)-770/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayon Qazma kəndində, Cavabdeh məxsus torpaqda tikilmiş və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş, 90000 (doxsan min) manat qiyməti olan fərdi yaşayış evinin dəyərinin yarısının, yəni 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(019)-770/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində Cavabdeh məxsus torpaqda tikilmiş və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş, 90000 (doxsan min) manat qiyməti olan fərdi yaşayış evinin dəyərinin yarısının, yəni 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması, ödənilmiş 225 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı apellyasiya şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 aprel 2024-cü il tarixli 2(107)- 469/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın dəyəri tələbinə dair iddiası ilə bağlı 2(107)-469/2024 nömrəli mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 27 fevral 2024-cü il tarixli qərardadının apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən imzalandığından ləğv edilməsi, işin apellyasiya baxışından çıxarılması və apellyasiya qeyri-mümkün hesab edilməklə Balakən Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)-770/2023 nömrəli qərardadı ilə İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-770/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı nümayəndəsi-vəkili Şərifov X2 Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(019)-770/2023 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(019)-770/2023 saylı qərardadı ilə ərizəsi təmin olunmamış, İddiaçı tərəfindən nümayəndəsi-vəkili vasitəsilə verilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(019)-770/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Məhkəmə apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğu məsələsini həll etməmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən nümayəndəsi və vəkili Vəkil2 vasitəsilə şikayət verilmişdir. Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(019)-770/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kağız daşıyıcıda və elektron məhkəmə informasiya sistemində olan iş materiallarından müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli, 2(019)-770/2023 saylı qərardadı 2 oktyabr 2024-cü ildə hakimin gücləndirilmiş elektron imzası ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Həmin vaxt İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabineti mövcud olmuş, iddiaçı və onun nümayəndəsi-vəkili qərardadı elektron kabinet vasitəsilə almışdır. Qərardad 2 oktyabr 2024-cü ildə iddiaçının elektron kabinetinə yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qərardaddan şikayət vermə müddəti həmin tarixdən başlamış və 14 oktyabr 2024-cü ildə başa çatmışdır. Hazırki şikayət isə 19 oktyabr 2024-cü ildə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, iddiaçı hazırki şikayətin 19 oktyabr 2024-cü ildə verməklə qanunla müəyyən edilmiş 10 günlük müddəti 5 gün ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.8-ci maddəsinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(019)-770/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Balakən Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(019)-770/2023 saylı qərardadından İddiaçı tərəfindən nümayəndəsi və vəkili Vəkil2 vasitəsilə verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar