Məhkəmə qərarları › İş №2(107)-134/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-134/2025

08.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-134/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X21 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 25 may 2001-ci il tarixli vəsiyyətnamə ilə Balakən rayonu Şərif kəndində yaşayan X3 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X22 vəsiyyət etmişdir. İddiaçı həmin vəsiyyətnamənin mərhum X17 və şahidlər X12 və X13 tərəfindən imzalanmadığını, həmin imzaların başqa şəxslər tərəfindən icra olunduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 adından yazılmış 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsi onun cavabdeh X18 (bundan sonra-cavabdeh) qarşı “vəsiyyatnamənin etibarsız hesab edilməsi tələbi”nə dairdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X35 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X19 və İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar tərəfindən mülki işin materiallarına X17 tərəfindən 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamə əlavə edilmişdir. Vəsiyyatnaməyə əsasən X2 Ramazan Seyid oğluna vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamənin saxtalığına əsaslı şübhələri vardır. Bu səbəbdən də cavabdehlərə qarşı mövcud iddia irəli sürülür. İşin faktiki hallarına əsasən hesab edirlər ki, 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. a) Birincisi, 25 may 2006-ci il tarixdə vəsiyyətnamə yazıla bilməzdi, o baxımdan ki, X17 xx.xx.2002-ci ildə vəfat etmişdir. Digər tərəfdən isə 25 may 2006 ya 2001-ci il tarixli X17 tərəfindən qoyulmuş vəsiyyətnamə əlavə edilmişdir, vəsiyyətnamənin saxtalığına əsaslı şübhələri vardır. Belə ki, həmin vəsiyyətnamə notarial qaydada təsdiq edilməmişdir. Vəsiyyətnamədə olan möhür oxunmur. Həmin vəsiyyətnamədə olan mərhum X10 və şahidlər X6 və X7 imzalarının həmin şəxslərə məxsus olub-olmamasına əsaslı şübhələr vardır. İkincisi, X35 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 3 №-li 05 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunduğu kimi, Balakən rayon dövlət notariat kontoru tərəfindən 10 noyabr 2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu İddiaçı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa mərhum X8 qalmış miras əmlakı faktiki olaraq birinci növbə vərəsə X25 tərəfindən qəbul edilmiş, daha sonra isə onlar tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, qeyd olunan əmlaklara dair onun vərəsəlik və mülkiyyət hüququ tanınmalıdır. Bununla bağlı qeyd edir ki, əgər həqiqətən iddiaçının iddia etdiyi kimi miras əmlak X25 tərəfindən faktiki olaraq qəbul edilmiş olsaydı, onda həmin əmlaklar mərhum X16 ölümünə qədər 20 dekabr 2002-ci il tarixdən-08 fevral 2021-ci il tarixə kimi təxminən 19 il ərzində öz adına rəsmiləşdirə bilərdi. Lakin iş materiallarından məlum olur ki, X16 mirası qəbul etmək üçün kifayət qədər vaxtı olduğu halda qəbul etməmişdır. İşin faktiki hallarından belə məlum olur ki, miras qoyan X10 20 dekabr 2002-ci il tarixdə vəfatından sonra birinci növbə vərəsələrdən X25 anasından qalmış miras əmlakı nə qəbul etmiş, nə vəsiyyətnamə barədə məlumat vermiş, nə də ki onun qəbulundan imtina etmişdir. Bununla da mərhum X25 qanunvericiliyin tələblərinə uyğun olaraq susmuş vərəsə hesab edilir. Vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir. Üçüncüsü, vəsiyyətnamə yazılan zaman mərhum X17 yataq xəstəsi olmuşdur. Belə olan halda vəsiyyətnamə qoyması real deyil. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 25 may 2001-ci il tarixli vəsiyyətnamə ilə Balakən rayonu Şərif kəndində yaşayan X3 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X22 vəsiyyət etmişdir. İddiaçı həmin vəsiyyətnamənin mərhum X17 və şahidlər X12 və X13 tərəfindən imzalanmadığını, həmin imzaların başqa şəxslər tərəfindən icra olunduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş və keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-4/848-5/662 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “1. Şərif sakini X12 pasport XJQ N686602 xx.xx.1979” qrafasındakı imza - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamən sonundakı “2. Şərif sakini X4 pasport XVİJQ N579569 xx.xx.1981 qrafasındakı imza - X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “İmza” qrafasındakı imzanın X17 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş mülki işin 135-ci vərəqəsində olan Vəsiyyətnamənin tərtib olunma vaxtını müəyyən etmək mümkün olmadı.

5. Məhkəmə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/848-5/662 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin ekspertiza iddia ərizəsində alınması xahiş edilən və alınan X6 və X1 imza nümanələrinin tədqiqi əsasında keçirilmiş, ekspertiza tədqiqatı aparılarkən həmin imzalar bir-biri ilə müqayisə edilmiş, müasir tədqiqat metodları tətbiq edilməklə həmin imzaların bir-biri ilə uyğunluqları müəyyən edilmiş, bu uyğunluqların sabit və dəyərli olması və fərdi (təkrarolunmaz) məcmu təşkil etməsi göstərilməklə yekun nəticəyə gəlinmişdir.

6. Eyni zamanda məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2- 4/848-5/662 saylı rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilmişdir ki, tədqiq olunan imzanın X10 imza nümunələri ilə müqayisə edildikdə məlum oldu ki, adından tədqiqat aparılan şəxsin 1 ədəd imza nümunəsi təqdim edildiyindən, tədqiq olunan imza ilə nümunə arasında 20 il fərq olduğundan, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın X17 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.

7. Bu xüsusda həmçinin məhkəmə bildirir ki, iş üzrə iddiaçı tərəfindən X14 hər hansı əlavə sərbəst imza nümunəsi məhkəməyə və ekspertizaya təqdim edilməmişdir.

8. Həmin rəyin tədqiqat hissəsinin 3-cü bəndində isə göstərilir ki, tədqiqata təqdim edilmiş mülki işin 135-ci vərəqəsində olan vəsiyyətnamənin tərtib olunma vaxtını və həmin vəsiyyətnamənin kağızının tərtib edildiyi müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanması ekspert metodikası olmadığına görə qərarda göstərilən vəsiyyətnamənin tərtib edilmə vaxtı, vəsiyyətnamədə qeyd olunan tarix 25 may 2006-cı il yoxsa 25 may 2001-ci ildir? Həmin vəsiyyətnamənin tərtib edildiyi kağız nümunəsi neçənci ilə təsadıüf edir? sualları üzrə tədqiqat işi aparılmadı. Bu xüsusda məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 4/848-5/662 saylı rəyi kifayət qədər aydın, tam və əsaslıdır. Ona görə də, həmin rəyin mötəbər sayılmamasına dair heç bir tutarlı fakt və əsaslar yoxdur.

9. İş materiallarından görünür ki, işdəki sübutlarla X10 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş hallar və əsaslar mövcud deyildir. Belə ki, həmin vəsiyyətnamənin X17 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanması müəyyən olunmamışdır. İş üzrə keçirilən məhkəməxətşünaslıq ekspertizasının 02 iyul 2024-cü il tarixli 4/848-5/662 nömrəli rəyi ilə də 25 may 2001-ci il tarixli vəsiyyətnamədəki şahid imzalarının X12 və X5 tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin 25 may 2001-ci il tarixli vəsiyyətnamə yerli icra nümayəndəliyi tərəfindən notarial qaydada təsdiq olunmuş, reyestrə daxil edilmiş, dövlət rüsumu müvafiq qaydada ödənilmiş və həmin vəsiyyətnamədə notariat funksiyalarını həyata keçirən şəxsin imzası icra edilmişdir.

10. Məhkəmə həmin 25 may 2001-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq qeyd edir ki, həmin vəsiyyətnamə notarial qaydada təsdiq olunmuş və bu zaman həm vəsiyyətnamənin, həm də onun notarial qaydada təsdiqinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalarına və şərtlərinə əməl olunmuşdur. Ona görə də həmin vəsiyyətnamənin etibazsız hesab olunması üçün faktoloji hallar və hüquqi əsaslar müəyyən edilməmişdir.

11. Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia rədd olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsiş, iş üzrə 120 manat ekspertiza xərcinin İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X29 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 136194 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 135195 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 162764 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayonu Şərif kənd soveti tərəfindən 2 fevral 1958-ci il tarixdə verilmiş İ-İE seriyalı 044882 nömrəli evlənmək haqqında şəhadətnaməd Balakən rayonu Şərif kənd soveti tərəfindən 2 fevral 1984-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 333063 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə Balakən rayonu Şərif kənd icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 165305 nömrəli nikah haqqında şəhadətnamə Balakən rayonu Şərif kənd soveti tərəfindən verilmiş X-JQ seriyalı 410506 nömrəli doğum haqqında şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan xx.xx.2022-ci il tarixli Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********81 olan xx.xx.2022-ci il tarixli Çıxarış xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 25 may 2001-ci il tarixli vəsiyyətnamə məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/848-5/662 saylı rəyi

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birincisi, məhkəmənin qeyd etdiyi kimi mübahisələndirilən vəsiyyətnamədə vəsiyyət edən X10 imzası onun tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bu isə onu ehtiva edir ki, vəsiyyətnamənin məzmununu ifadə edən əqdi bağlayan şəxs tərəfindən imzalanması sübuta yetmir (ən azından imzalanmasına əsaslı şübhələr vardır). İkincisi, vəsiyyətnamə yazılan zaman mərhum X17 ağır xəstə olmuşdur. Belə olan halda vəsiyyətnamə qoyması real deyil. Üçüncüsü, 25 may 2006-ci il tarixdə vəsiyyətnamə yazıla bilməzdi, o baxımdan ki, X17 xx.xx.2002-ciildə vəfat etmişdir. Dördüncüsü, vəsiyyətnamədə olan möhür oxunmur. Belə olan halda vəsiyyətnamə qanunla müəyyən olunmuş qaydada təsdiq olunmasına əsaslı şübhələr yaradır.

15. Ona görə də, Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2(019)- 68/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.1 və 1179.2-ci maddələrinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180-ci maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1183.1-ci maddəsinə görə əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübəhənin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan etibarsızlığını iddia etdiyi sənədin etibarsız olmasını təsdiq edəcək halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki halda isə, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Ekspert rəyi ilə vəsiyyətqoyanın imzasının müəyyən edilə bilməməsi iddiaçının iddianı sübut edə bilməməsi anlamına gəlir. Əsaslı şübhələrə gəldikdə isə, əsaslı şübhələrdən biri olaraq təqdim edilmiş şahidlərin imzası yoxlanılmış və şübhənin əsassız olduğu müəyyən edilmişdir. Tərtibinin üzərindən 20 il keçmiş sənəddə mövcud olan möhrün üzərindəki yazının oxunmaması onun etibarlılığına əsaslı şübhə kimi nəzərdən keçirilə bilməz. Mülki Məcəllənin 1180 və 1183-cü maddələrinin tələbləri baxımından müəyyən edilir ki, yataq xəstəsi olan şəxsin vəsiyyətnamə verməsinə heç bir məhdudiyyət mövcud deyildir. Notariusa getməsi mümkün olmayan şəxsin, vəsiyyətnaməni özü yaza bilməyən şəxsin, hətta nitq-eşitmə və görmə qabiliyyətləri tam məhdud şəxslərin vəsiyyətnamə verməsi qaydaları qanunla müəyyən edilmişdir (bax bənd 18).

24. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X24 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2(019)-68/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar