Məhkəmə qərarları › İş №2(107)-1347/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1347/2021

31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1347/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili-Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala şəhəri F.Əmirov küçəsi ev 42-də yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34,68 kv.m. yaşayış, 27,94 kv.m. yardımçı və 62,62 kv.m. ümumi sahədən ibarət 2 nömrəli mənzilin dəyəri olan 45000 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(033)-28/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(107)-1687/2020 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti təmin edilməməşi, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(033)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(107)-1687/2020 saylı qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 19 aprel 2021-ci il tarixli, 1495/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(107)-1687/2020 saylı qətnaməsi ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər mübahisə ilə bağlı barışığa gəlməyə təşəbbüs göstərmiş və bununla bağlı birgə məhkəmə kollegiyasına müraciət etmişlər. Tərəflər aşağıdakı şərtlərlə barışa gəldiklərini ərz edirlər:

1. “İddiaçı” və “Cavabdeh” aralarında olan razılşamaya əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107-1347/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;

2. Razılaşmaya əsasən “İddiaçı” Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(033)-844/2018 nömrəli qətnaməsinə əsasən “Cavabdeh”ə ödəməli olduğu 32700 (otuz iki min yeddi yüz) ABŞ dolları məbləğində puldan “Cavabdeh”in imtina etməsi müqabilində 8.000 (səkkiz min) manat nəğd (saziş bağlanan zaman), 2000 (iki min) manat 2021-ci ilin dekabr ayınadək, 2000 (iki) manatı isə 2022-ci ilin fevral ayınadək ödəməklə ümumilikdə 12.000 (on iki min) manat pulu “Cavabdeh”ə ödəməyi öz öhdəsinə götürür, həmçinin hazırki tələbindən imtina edir.

3. “Cavabdeh” “İddiaçı” tərəfindən 8.000 (səkkiz min) manat nəğd (saziş bağlanan zaman), 2000 (iki min) manat 2021-ci ilin dekabr ayınadək, 2000 (iki) manatı isə 2022-ci ilin fevral ayınadək ödəməklə ümumilikdə 12.000 (on iki min) manat pul ödəyəcəyini və hazırki tələbindən imtina etdiyini nəzərə alaraq, Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(033)-844/2018 nömrəli qətnaməsinə əsasən “İddiaçı” tərəfindən ona ödənilməli olan 32700 (otuz iki min yeddi yüz) ABŞ dolları məbləğində puldan imtina edir.

4. “İddiaçı”-ya və “Cavabdeh”-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 20-ci fəslinə daxil olan 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası barışıq sazişini nəzərdən keçirərək belə qənaətə gəlir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(033)-28/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Hazırkı mərhələdə tərəflər barışıq sazişi ilə bağlı izahat verərək sazişlərinin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş edirlər. Məhkəmə kollegiyasının qənətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. “İddiaçı” və “Cavabdeh” aralarında olan razılşamaya əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107-1347/2021 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;

2. Razılaşmaya əsasən “İddiaçı” Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(033)-844/2018 nömrəli qətnaməsinə əsasən “Cavabdeh”ə ödəməli olduğu 32700 (otuz iki min yeddi yüz) ABŞ dolları məbləğində puldan “Cavabdeh”in imtina etməsi müqabilində 8.000 (səkkiz min) manat nəğd (saziş bağlanan zaman), 2000 (iki min) manat 2021-ci ilin dekabr ayınadək, 2000 (iki) manatı isə 2022-ci ilin fevral ayınadək ödəməklə ümumilikdə 12.000 (on iki min) manat pulu “Cavabdeh”ə ödəməyi öz öhdəsinə götürür, həmçinin hazırki tələbindən imtina edir.

3. “Cavabdeh” “İddiaçı” tərəfindən 8.000 (səkkiz min) manat nəğd (saziş bağlanan zaman), 2000 (iki min) manat 2021-ci ilin dekabr ayınadək, 2000 (iki) manatı isə 2022-ci ilin fevral ayınadək ödəməklə ümumilikdə 12.000 (on iki min) manat pul ödəyəcəyini və hazırki tələbindən imtina etdiyini nəzərə alaraq, Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(033)-844/2018 nömrəli qətnaməsinə əsasən “İddiaçı” tərəfindən ona ödənilməli olan 32700 (otuz iki min yeddi yüz) ABŞ dolları məbləğində puldan imtina edir.

4. “İddiaçı”-ya və “Cavabdeh”-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(033)-28/2020 saylı qətnaməsi ləğv edilərək icraata xitam verisin. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar