Məhkəmə qərarları › İş №2(107)-1349/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1349/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1349/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı2 və cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsinin sədri X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı cavabdeh Şəki rayon Orta Zəyzid kəndində mülkiyyətlərində olan fermanın ətrafında yerləşən, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı cavabdeh Şəki rayon Orta Zəyzid kəndində mülkiyyətlərində olan fermanın ətrafında yerləşən, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaları təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumu onların özlərinə aid edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Orta Zəyzid kəndində yerləşən ferma binasının arxasında və önündə yerləşən torpaq sahələrinin onlara satılması (və ya icarəyə verilməsi) öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 sonradan məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Şəki rayon Orta Zəyzid kəndində mülkiyyətlərində olan fermanın ətrafında yerləşən, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 sonradan məhkəməyə təqdim etdikləri iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırmışdır ki, Şəki rayon Orta Zəyzid kəndində yerləşən ferma binası onun mərhum X2nun adına qeydə alınmışdır. Həmin ərazidə 30 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 3 hektarı fermaya aiddir. X2 2004-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra vərəsəsi kimi dörd uşağı və anası qalmışdır. O və anası olan hazırki iş üzrə digər İddiaçı1 vərəsələri olduqları mərhum X3 mülkiyyətində olan və Şəki rayon Orta Zəyzid kəndində yerləşən həmin fermanın ətrafındakı, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair onlarla icarə müqaviləsinin bağlanmasını cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsindən xahiş etsələr də, cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsi həmin torpaq sahəsini onların məlumatları olmadan başqa bir şəxsə satmışdır. Halbuki, onlar 30 ilə yaxın müddətdir ki, fermanın ətrafında olan həmin torpaq sahəsindən istifadə edirlər. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddiaları əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsininiclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsiişə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsinin sədri X15 izahatında göstərmişdir ki, sözügedən ərazi vaxtilə Lenin adına kolxozunun “Camışçılıq” fermasının ərazisi olmuş və aqrar islahat dövründə mərhum X5 ilə yanaşı onlarla Orta Zəyzid kənd sakinlərinə də əmlak payı düşmüşdür. Həmin yerdə 5 bina vardır. Həmin binalardan 3-cü tövlə 2-si isə yardımçı binalardır. Həmin əmlak 30-dan artıq vətəndaşın arasında əmlak payı kimi bölünmüşdür. Sonda 5 nəfər həmin fermanı əldə etmişlər. Həmin ərazidə olan beş binadan biri iddiaçılarda, dördü isə başqa şəxslərin istifadəsindədir. Beş binanın cəmi 5 hektar torpaq sahəsi vardır. Həmin fermanın ətrafında 50 hektar deyil, 30 hektar torpaq sahəsi vardır ki, həmin 30 hektar torpaq sahəsi də aqrar islahat zamanı vətəndaşlara pay torpaq sahəsi kimi verilmişdir. Ümumiyyətlə, həmin ərazidə Bələdiyyənin mülkiyyətində 1 hektar torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi də iddiaçıların istifadəsindədir. X1 məxsus əmlakın yerləşdiyi “Camışçılıq” ferması adlanan ərazidə X13 əkinə yararlı icarə məqsədli torpaq sahəsi yoxdur. Göstərilənlərə əsasən iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraqmübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Regional Ədliyyə İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Lakin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Regional Ədliyyə İdarəsi xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işəmüstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, bələdiyyə sədri fermanın ətrafında olan 30 ha torpaq sahəsinin islahat aparılan zaman pay torpaq sahəsi kimi vətəndaşlara verildiyini və bununla bağlı dövlət aktı tərtib edildiyini bildirmişdir. Məhkəmə isə bələdiyyənin sədrini etirazı ilə qətnaməsini əsaslandırmış və sübut olmadığı üçün iddianı təmin etməmişdir. Halbuki bələdiyyənin istinad etdiyi dövlət aktlarında yerləşən torpaq sahəsinin koordinatları kəndin başqa sahəsində yerləşir. Lakin bələdiyyə həmin şəxsləri hansı səbəbdənsə orada yerləşdirmişdir. Eyni zamanda, güman etsək ki, şəxslər dövlət aktında göstərilən sahədən istifadə edirlər, belə olan halda, torpaq islahatı aparılan zaman adambaşına düşən pay torpaq sahəsindən çox torpaq sahəsindən istifadə edirlər. Elə şəxslər var ki, ümumiyyətlə heç bir sənədi yoxdur. Bələdiyyə göz yumur. Onların məqsədi icarə haqqı ödəyərək torpaq sahəsindən təyinatı üzrə istifadə etməkdir. İkincisi, bələdiyyə də bilir ki, onlar kənd təsərrüfatı ilə məşğul olur. Bu gün kənd təsərrüfatının inkişafı ölkəmizdə olan prioritet istiqamətlərdəndir. Cənab Prezidentimizdə bu sahəyə həmişə diqqət göstərir. Buna baxmayaraq bələdiyyə kənd təsərrüfatının inkişafına süni maneə yardır. Düz 3 ildir ki, kənd sakini olaraq bələdiyyədən icarəyə torpaq sahəsi ala bilmirlər. Lakin, Ağdam rayonundan gələn şəxslər kənddə onlardan çox torpaq sahəsindən istifadə edirlər. Necə və hansı qaydada? Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsini ləğv edib və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsinin sədri X15 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 580 nömrəli məktubda göstərilmişdir ki, sözügedən ərazi vaxtılə Lenin adına kolxozunun “Camışçılıq” fermasının ərazisi olmuş və aqrar islahat dövründə mərhum X5 ilə yanaşı onlarla Orta Zəyzid kənd sakinlərinə də əmlak payı düşmüşdür. Odur ki, həmin ərazi aqrar islahat zamanı bölgüyə salınmamış və ümumi istifadə üçün nəzərdə tutulan torpaqlar kimi X13 balansına daxil edilmişdir. Belə ki həmin ərazidən bütün əmlak sahibləri bərabər hüquqlu olaraq istifadə etmək hüququna malikdirlər. Ferma binasının önündəki və arxasındakı sahələrə gəldikdə isə tövlənin arxasındakı torpaq sahələri aqrar islahat komissiyası tərəfindən 5-6 metr enində yol buraxılaraq kənd sakinlərinə pay torpaq sahəsi kimi paylanmışdır ki, həmin torpaqların X14 aidiyyatı yoxdur. Tövlənin önündə olan ərazi isə bələdiyyənin ümumi istifadədə olan torpaqları kateqoriyasına aid olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinə əsasən həmin ərazilər icarə və alqı-satqı predmeti ola bilməz. Həmin torpaqlardan və ərazidən ferma ərazisində əmlak payı olan digər əmlak sahiblərinin də istifadə etmək hüquqları vardır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 626 nömrəli məktubdan görünür ki, X1 məxsus əmlakın yerləşdiyi “Camışçılıq” ferması adlanan ərazidə X13 əkinə yararlı icarə məqsədli torpaq sahəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Torpaq İslahatları haqqında Qanunun 7-ci maddəsinin 1-ci bəndinə, 7-ci maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 5-ci bəndinə, Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 390.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Torpaq İslahatları haqqında Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Bələdiyyənin ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqları, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları aiddir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 5-ci bəndinə əsasən bələdiyyə ehtiyat fondu torpaqları-yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqlarıdır. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar və qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayon Orta Zəyzid kəndində yerləşən ferma binasının onların vərəsəsi olduqları X3 adına qeydə alındığını, həmin ərazidə 30 hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 3 hektarının fermaya aid olduğunu, onların vərəsələri olduqları mərhum X3 mülkiyyətində olan və cavabdeh Şəki rayon Orta Zəyzid kəndində yerləşən həmin fermanın ətrafındakı, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair onlarla icarə müqaviləsinin bağlanmasını cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsindən xahiş etdiklərini, lakin cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsi həmin torpaq sahəsini onların məlumatları olmadan başqa bir şəxsə satdığını əsas göstərərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və Şəki rayon Orta Zəyzid kəndində mülkiyyətlərində olan fermanın ətrafında yerləşən, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsinin sədri X15 isə X1 məxsus əmlakın yerləşdiyi “Camışçılıq” ferması adlanan ərazidə yerləşən fermanın ətrafında 50 hektar deyil, 30 hektar torpaq sahəsinin olduğunu, həmin 30 hektar torpaq sahəsinin vətəndaşlara pay torpaq sahəsi kimi verildiyini, ümumiyyətlə, həmin ərazidə Şəki rayon Orta Zəyzid kənd Bələdiyyəsinin mülkiyyətində 1 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin də iddiaçıların istifadəsində olduğunu, həmin ərazidə X13 əkinə yararlı icarə məqsədli torpaq sahəsinin olmadığını əsas göstərərək iddianı qəbul etmir. İş materiallarından da görünür ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayon Orta Zəyzid kəndində mərhum X3 mülkiyyətlərində olan fermanın ətrafında yerləşən, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsələr də, onlar mərhum X3 mülkiyyətində olduğunu bildirdikləri fermaya, həmçinin həmin fermanın ətrafında yerləşən və bələdiyyə mülkiyyətində olduğunu bildirdikləri 50 hektar torpaq sahəsinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişlər. Yəni, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin ərazidə Cavabdeh mülkiyyətində 50 hektar torpaq sahəsinin olduğunu bildirsələr də, Cavabdeh sədri bələdiyyənin həmin ərazidə 50 hektat torpaq sahəsinin olmadığını bildirmiş və bunun əksini sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qanunvericliyin yuxarıda sadalanan tələblərindən də göründüyü kimi fiziki və hüquqi şəxslər azad surətdə iradələrinə uyğun şəkildə müqavilə bağlaya bilərlər. Qanunvericlikdə təsbit olunmuş istisnalar xaric heç bir şəxs iradəsinə zidd olaraq başqası ilə müqavilə bağlamasına məcbur edilə bilməz, bu mövzuda onun üzərinə öhdəliklər qoyula bilməz. Hazırki iddia tələbində göstərilən öhdəliyin cavabdehin üzərinə qoyulmasının mümkünlüyü ilə bağlı qanunvericlikdə nəzərdə tutulmuş hər hansı bir istisna hal olmadığını, eyni zamanda iddiaçıların torpaq sahəsinin onllara icarəyə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddialarının haqlı olmasını məhkəmədə sübut edə bilməmələrini nəzərə alaraq məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı cavabdeh Şəki rayon Orta Zəyzid kəndində mülkiyyətlərində olan fermanın ətrafında yerləşən, bələdiyyə mülkiyyətində olan 50 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-242/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar