Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1360/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-521/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 0.47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (beş milyon) manat pulun 26 noyabr 2003-cü ildən hazırki vaxtadək infılyasiyası nəzərə almaqla Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışında iddia ərizəsinə əlavə verərək iddiaçının 0,47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə 5.000.000 manat məbləğində pul vəsaitinin cari dəyərinin (ekvivalenti) infilyasiya nəzərə alınmaqla 2022-ci ilin iyul ayına hesablanmış 3664.68 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Balakən rayonunun Tülü kəndində yaşayır. Cavabdeh həmkəndlisidir. X6 cavabdehin anasıdır. X3, X10 və Cavabdeh Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.47 ha pay torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinə JN 647 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdeh və onun ailə üzvlərinə verilmiş 0.47 ha torpaq sahəsi ona məxsus olan torpaq sahəsinə yaxın ərazidə yerləşir. X6 onlara verilmiş 0.47 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir.26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək X3, X10 və Cavabdeh məxsus olan 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə ******* (beş milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 647 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını ona təhvil vermişlər. Onlar bildirmişlər ki, bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə razılaşmışdır. Bundan sonra o, həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşılaşdırmışdır. Lakin həmin torpaq sahəsinin alqısatqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. Həmin vaxt X11 ölkə xaricində olduğuna görə alqısatqını rəsmiləşdirə bilməmişlər. X6 ölmüşdür. Bundan sonra dəfələrlə cavabdehə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, o notariat kontoruna gəlməmişdir. 2022-ci ilin mart ayında Cavabdeh ona müraciət edərək özlərinə məxsus olan torpaq sahəsini geri tələb etdiyini bildirmişdir. Hazırda torpaq sahəsində əkin işləri aparmağına mane olur və onun torpaqdan çıxarılmağını tələb edir.Bundan sonra cavabdehlə aralarında mübahisə olmuşdur. Beləliklə 26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək X3, X10 və Cavabdeh məxsus olan 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (beş milyon) manata X6 ona satdığına, hazırda Mesed Bayramova öldüyünə,Cavabdeh onun vərəsəsi olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, alqı-satqı müqaviləsi məhkəmə üçün etibarlı hesab olunmadığına görə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan cavabdeh 0.47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (beş milyon) manat pulu 26 noyabr 2003-cü ildən hazırki vaxtadək pulun infilyasiyasını nəzərə almaqla ona ödəməlidir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-521/2022 saylı qətnaməsi ilə (H.Səlimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun (mirasdan aldığı paya uyğun) alınıb İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, 57 manat dövlət rüsumu xərcinin 15,39 manatın Cavabdeh alınıb İddiaçı verilməsi, dövlət rüsumu xərcinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, 100 manat ekspertiza xərcinin 73 manatının İddiaçı, 27 manatının Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, hesab AZ34CTRE**********0002088501;X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh Balakən rayonunun Tülü kəndində yaşayırlar. Cavabdeh mərhum anası X6 26 noyabr 2003-cü ildə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə özünün və uşaqları- X7 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada - notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmadan, 26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək o vaxtkı məzənnə ilə ******* (beş milyon) AZM-ə İddiaçı satmışdır.2022-ci ilin mart ayında Cavabdeh İddiaçı müraciət edərək torpaq sahəsini geri tələb etmiş və almışdır. İddiaçı hazırda Mesed Bayramova öldüyünə, Cavabdeh onun vərəsəsi olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, alqısatqı müqaviləsinin etibarlı hesab olunmadığına əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd etmişdir ki, qanunverici əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasını müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələbinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı 26 noyabr 2003-cü ildə verdiyi ******* AZM-ı infilyasiya nəzərə alınmaqla tələb etməkdə haqlı deyildir. Çünki bu halda cavabdehin də keçən müddət ərzində torpaq sahəsindən götürülmüş gəliri tələb etmək hüququ olmalıdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi ******* AZM-in infilyasiya nəzərə alınmadan dəyəri-1000 manata aid hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, eyni zamanda İddiaçı ******* AZM-i Cavabdeh deyil, onun mərhum anası X3 verdiyinə görə Cavabdeh anasının mirasından aldığı pay həcmində iddiaçı qarşısında məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, Cavabdeh 1000 manatı mirasdan aldığı paya uyğun olaraq İddiaçı ödəməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 1306.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddiaçı 2003-cü il tarixdə imzalanmış etibarsız aktın nəticələrindən irəli gələn tələb hüququnu müddətin keçməsi səbəbindən itirmişdir. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, nəticədə sadalanan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya mülki qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, əsasız varlanma nəticəsində iddiaçıya dəymiş ziyanın vurulmasında cavabdehin hər hansı təqsiri yoxdur. Bu səbəbli qeyd olunan pul vəsaiti iddiaçıdan tutula bilməz. Birinci instansiya məhkəmə tərəfindən mübahisəyə Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinin tələbləri düzgün tətbiq olunmamış, mülki qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsaslar mövcud olmadığı halda tərəflər arasında öhdəlik münasibətlərinin olması qənaətinə gəlinmişdir. İddiaçı iddia tələbinin həcmini məhkəmə baxışında dəyişməsinə, cavabdehin öz müdafiəsini təşkil edilməsinə şərait yaradılmamasına baxmayaraq məhkəmə iddianın dəyişdirilməsini məhkəmə baxışında icraata qəbul etmiş, işi mahiyyəti üzrə həll edərək 53-cü maddənin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, nəticədə sadalanan prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın irəli sürülməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətin başa çatmasını nəzərə almamış, bunun əksi işin faktiki halları ilə təkzib olunmuşdur. Məhkəmə cavabdehin təqsirinin olması qənaətinə gəlmiş olsa da, bu halməhkəmə tərəfindən sübut olunmamışdır. Məhkəmə cavabdehin təqsiri nəticəsində pul vəsaitinin ödənilməsi nəticəsinə gəlsə də bu işin hallarına uyğun olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli,e- 2(019)-521/2022 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəf qətnamənin ləğv edilməsini tələb edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya qətnamənin apelyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-521/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh Balakən rayonunun Tülü kəndində yaşayırlar. Cavabdeh mərhum anası X6 26 noyabr 2003-cü ildə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə özünün və uşaqları- X7 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada - notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmadan, 26 noyabr 2003-cü ildə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək o vaxtkı məzənnə ilə ******* (beş milyon) AZN-ə İddiaçı satmışdır.2022-ci ilin mart ayında Cavabdeh İddiaçı müraciət edərək torpaq sahəsini geri tələb etmiş və almışdır. İddiaçı hazırda Mesed Bayramova öldüyünə, Cavabdeh onun vərəsəsi olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, alqısatqı müqaviləsinin etibarlı hesab olunmadığına əsaslanaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 2003-cü il tarixdə imzalanmış etibarsız aktın nəticələrindən irəli gələn tələb hüququnu müddətin keçməsi səbəbindən itirmişdir. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, nəticədə sadalanan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya mülki qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, əsasız varlanma nəticəsində iddiaçıya dəymiş ziyanın vurulmasında cavabdehin hər hansı təqsiri yoxdur. Bu səbəbli qeyd olunan pul vəsaiti iddiaçıdan tutula bilməz. Birinci instansiya məhkəmə tərəfindən mübahisəyə Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinin tələbləri düzgün tətbiq olunmamış, mülki qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsaslar mövcud olmadığı halda tərəflər arasında öhdəlik münasibətlərinin olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Kollegiyanın qənaətinə görə ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti, etibarlı müqavilə olub-olmaması ilə bağlı dəyərləndirmə aparılmaldır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 noyabr 2003-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, X2, İddiaçı və X8 həmin aktı tərtib etmişlər ki, X1 adına olan 647 nömrəli Dövlət Aktına əsasən 0.47 ha pay torpaq sahəsini birdəfəlik olaraq ******* manata Tülü kənd sakini İddiaçı satılmışdır. Sözügedən müqavilə ilkin müqavilə kimi qiymətləndirilməlidir. Kollegiyanın qənaətinə görə hazırki müqavilə ilkin müqavilənin tələblərinə daha uyğundur. Mülki Məcəllənin 402.1-cimaddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Ona görə qanunverici belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. İlkin müqavilələrin reyestrdə qeydə alınmasına nə qanuni və nə də məntiqi zərurət qalmır. Mülkiyyətdə olmayan, dövlət reyestrində qeydiyyatı olmayan əmlakla bağlı ilkin müqavilənin qeydiyyatına dövlət nəzarət etməli deyil və bunu öz üzərinə götürmür. Analoji hallarda tərəflər razılaşırlar ki, həmin əmlakın sənədləşmələrini həyata keçirdikdən sonra əmlakın alqı-satqısını həyata keçirəcəklər (əsas müqaviləni bağlayacaqlar). Məhz bundan sonra, əsas müqavilənin bağlanmasından sonra onun dövlət reyestrində qeydiyyata alınmasına zərurət yaranır. Lakin, əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qədər onun barəsində hər-hansı müqavilə bağlanmasını qanunverici istina etmir. Mülki Məcəlləyə daxil edilmiş ilkin müqavilə institutu məhz belə müqavilələrdəndir. İlkin müqavilə təşkilati müqavilədir, əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilənin bağlanmasını təşkil etməkdir. llkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Lakin ilkin müqaviləyə elə şərtlər salınmalıdır ki, tərəflərin öhdəliklərinin qarşılıqlı olaraq icra edilməsi təmin edilmiş olsun. Bu zaman gələcəkdə bağlanacaq əsas müqavilə üçün təhlükə yaranmasın, həmin müqavilənin bağlanmasını labüd etsin. İlkin müqaviləyə salınmalı olan şərtlərin hamısı əsas müqavilənin bağlanmasının təminatı rolunu oynamalıdır. Məs: əmlakın dəyəri, əsas müqavilənin nə vaxt bağlanacağı, həmin vaxta qədər hansı tərəfin hansı hərəkətləri etməli olması və.s. Əmlakın dəyəri kimi nəzərdə tutulmuş məbləğin bir hissəsinin ödənilməsi və ya digər hərəkətlərin edilməsi, ilkin müqaviləyə daxil edilməsi qanunsuz deyil, əksinə tərəfləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qarşılıqlı təminatlandırır. Lakin görülən işin, xidmətin, əmlakın dəyərinin hamısının ilkin müqavilə üzrə ödənilməsi artıq həmin müqavilənin nizamlama dairəsindən kənara çıxır, əsas müqaviləni bağlamağı risk altına alır, qarşı tərəfdən asılı vəziyyətə salır. Əsas müqavilə bağlanmasının təminatı üçün tərəflərin qarşılıqlı təminatı olmalıdır. İlkin müqavilə ilə əmlakın dəyərini alan satıcı, əmlakın özəlləşdirilməsi ilə bağlı sənədləşmələr aparacağına, bir neçə ildən sonra əmlakı alıcıya satacağına dair vədlər təminatsız qalacaq, öhdəliyin icrası təhlükə altına alınacaq. Kollegiyanın qənaətinə görə ilk növbədə öhdəliyin kimin tərəfindən pozulması məsələsi həll edilməlidir. Nəzərə alınmalıdır ki, ilkin müqavilə üzrə öhdəliklərin icrası tərəflərin vicdanlı olmasından başqa heçnə ilə təminatlandırılmamışdır. İlkin müqaviləni nizama salan normalarda tərəfin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hansı hüquqi nəticələrin baş verməsi göstərilməmişdir. Ona görə bir daha qeyd olunur ki, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (MM-nin 402.3.maddəsi). İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, müqavilə şərtlərini cavabdeh tərəf pozmuşdur. Belə ki, 26 noyabr 2003-cü il tarixdə tərtib edilmiş akt əsasında X2, İddiaçı və X4 adına olan 647 nömrəli Dövlət Aktına əsasən 0.47 ha pay torpaq sahəsini ******* manata Tülü kənd sakini İddiaçı satmışdır. Lakin həmin torpaq sahəsi satıldığı məqamda İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamış və tərəflərin arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi imzalanmamışdır. Daha sonra X6 vəfat etmiş və İddiaçı torpaq sahəsinin pulunu ödəyərək almasına baxmayaraq həmin torpaq sahəsinin sonradan onun adına notarial qaydada rəsmiləşdirilməsindən cavabdeh imtina etmişdir. Kollegiya qeyd edir ki, mübahisəyə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış ilkin müqavilənin etibarlı müqavilə olub-olmaması aydınlaşdırılmalı, bundan sonra tələbin qanuni əsası tapılmalı və ona uyğun olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. İlkin müqavilənin etibarlı müqavilə kimi qəbul edilməməsi yenə də pul tələbini istisna etmir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ******* AZM-i Cavabdeh deyil, onun mərhum anası X3 verdiyinə görə Cavabdeh anasının mirasından aldığı pay həcmində iddiaçı qarşısında məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, Cavabdeh 1000 manatı mirasdan aldığı paya uyğun olaraq İddiaçı ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası şikayətin iddiaçı tərəfindən kəsici müddətin ötürülməsi ilə bağlı dəlilini əsassız sayır. Belə ki, hazırki iş üzrə tələb dəymiş maddi zərərin ödənilməsi ilə bağlı olduğu üçün kəsici müddətin tətbiq edilməsi yol verilməzdir. İş materialları ilə görünür ki, İddiaçı 0.47 ha torpaq sahəsi üçün ödədiyi o vaxtki məzənnə ilə ******* (beş milyon) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həcmini məhkəmə baxışında dəyişməsinə, cavabdehin öz müdafiəsini təşkil edilməsinə şərait yaradılmamasına baxmayaraq məhkəmə iddianın dəyişdirilməsini məhkəmə baxışında icraata qəbul etmiş, işi mahiyyəti üzrə həll edərək 53-cü maddənin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə olan iddia ərizəsinə əlavədən görünür ki, ərizə əsaslıdır və bu səbəbdən kollegiya hesab edir ki, birinci instnasiya məhkəməsi sözügedən ərizəni icraata qəbul etməkdə haqqlı olmuşdur. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-521/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-521/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1360/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1360/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver