Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1363/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qalusari (Dinçari) Alyona Arşaviriyə və Cavabdeh2 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsindən payların müəyyən edilməsi, birgə mülkiyyət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh2yin iştirakları ilə, Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh2y tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Qalusari (Dinçari) Alyona Arşaviriyə və Cavabdeh2 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli 04 saylı qərarı ilə birgə mülkiyyətlərinə verilmiş İN-582 saylı Dövlət aktı ilə adlarına rəsmiləşdirilmiş 0,86 ha və İN-582 F saylı şəhadətnamə ilə adlarına rəsmiləşdirilmiş 1,45 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zamanı Qəbələ rayon AİKnın 25.02 1999-cu il tarixli 04 saylı qərarı ilə dörd nəfər ailə üzvlərinə 2,31 ha torpaq sahəsi birgə mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin 0,86 ha İN-582 saylı kodu 40600068 olan “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı,1,45 ha isə İN-582F saylı kodu 40600068 olan dörd nəfər ailə üzvlərinin adına rəsmiləşdirilmişdir. Hazırda müəyyən səbəblərə görə həmin birgə mülkiyyətinə verilmiş torpaq sahələrində ona düşən payının adına tam mülkiyyətçi kimi dövlət qeydiyyatına alınmasını və adına çıxarışın verilməsini istəyir. Ancaq cavabdehlərlə razılığa gələ bilməmişdir. Payçının mərhum anası X1 19.11.1999-cu il tarixdə ölmüşdür. Qeyd olunan səbəbə görə, məhkəmədən kənar birgə mülkiyyətimizə verilmiş 1.45+0,86=2,31 ha torpaq sahəsi üzərində payın müəyyən edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsi ilə (hakim E. İsayev) iddia təmin edilmiş, Qəbələ rayon AİK-nın 25.02.1999-cu il tarixli, 04 saylı qərarı ilə JN-582F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1.45 ha torpaq sahəsindən İddiaçı payı ¼ hissədə və Qəbələ rayon AİK-nın 25.02.1999- cu il tarixli, 04 saylı qərarı ilə JN-582 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0.86 ha torpaq sahəsindən İddiaçı payının ¼ hissədə müəyyən olunması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayon AİK-in 25.02.1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən verilmiş JN-582F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.45 ha torpaq sahəsi üzərində; JN- 582 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 0.86 ha torpaq sahəsi üzərində Cavabdeh2, X2, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X2 19.11.1999-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.11.1999-cu il tarixdə 42 № ilə qeyd edilmişdir. İddiaçı, X3 və Cavabdeh2 payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişdirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 25.02.1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən verilmiş JN-582F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.45 ha torpaq sahəsi üzərində; JN- 582 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 0.86 ha torpaq sahəsi üzərində İddiaçı cavabdehlərlə birgə mülkiyyətçi olduğundan JN-582F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi olaraq ¼ hissədə və JN-582 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»da mülkiyyətçi olaraq ¼ hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci, 213.2-ci, 213.3-cü, 213.5-ci, 220.1-ci, 220.2-ci, 223.2-ci, 223.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2002-ci ildə apelyator oğluna 0.96 ha torpaq sahəsi alıb vermişdir, bundan başqa oğlunun hal-hazırda yaşadığı 0.60 ha topraq sahəsi də onun anasının adına olan torpaq sahəsidir və iddiaçı orada da yaşayır. İddiaçı onun birinci ailəsindən olan oğludur, onun ikinci ailəsindən də başqa oğlu vardır və onun adına ümumiyyətlə, torpaq sahəsi verilməyib və apelyator öz yaşadığı yerdən iddiaçıya torpaq sahəsi vermişdir. Belə olan halda İddiaçı onların yaşadığı həyətdən pay almağı dava-dalaşa səbəb olacaqdır. Odur ki, o, Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, apellyasiya şikayətində göstərilir ki, apelyator ona torpaq sahəsi alıb vermişdir, lakin həmin torpaq sahəsini o özü almışdır. Həmçinin iddiaçı apellyasiya şikayətində qeyd edilən onun nənəsinin torpaq sahəsində yaşamağı fikrinə münasibət bildirərək qeyd etmişdir ki, nənəsinin qayğısına qaldığı üçün nənəsi həmin torpaq sahəsini ona vermişdir, oğullarına deyil. Odur ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsinin dəyişdirilmədən sağlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2y apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh2y mübahisələndirir. Apelyator Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)- 386/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsini apelyator Cavabdeh2yin apellyasiya şikayətinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsi apelyator Cavabdeh2yin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in 25.02.1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən verilmiş JN-582F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.45 ha torpaq sahəsi üzərində; JN- 582 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 0.86 ha torpaq sahəsi üzərində Cavabdeh2, X2, X3 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X2 19.11.1999-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.11.1999-cu il tarixdə 42 № ilə qeyd edilmişdir. İddiaçı və X3 və Cavabdeh2 payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İddiaçı cavabdehlərlə birgə mülkiyyətindən pay almağı dava-dalaşa səbəb olacağı barədə apelyatorun dəlili əsassızdır. Çünki bu dəlil apelyatorun şəxsi mülahizəsinə əsaslanır. Eyni zamanda bu baş vermiş olsa belə şikayətin təmin, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan əlavə apelyator şikayətində qeyd etmişdir ki, 2002-ci ildə oğluna 0.96 ha torpaq sahəsi alıb vermişdir. Kollegiya qeyd edir ki, şikayətin həmin dəlili də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, atanın oğluna torpaq sahəsi alması ailə hüquq münasibətlərindən irəli gələn məsələdir. Yəni iddiaçının subyektiv hüuquna daxildir. İddiaçının hal-hazırda yaşadığı 0.60 ha topraq sahəsinin anasının adına olan torpaq sahəsi olması barədə dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçının həmin torpaqda yaşaması hazırkı mübahisənin predmetinə daxil deyildir. Onunla bağlı hər hansı bir iddia tələbi movcud deyildir. İkinci arvadından olan oğlunun adına ümumiyyətlə torpaq sahəsinin verilməməsi barədə dəlilinə münasibət bildirən kollegiya qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahələri Qəbələ rayon AİK-in 25.02.1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən verilmişdir. Həmin qərar mübahisələndirilməmiş və qüvvədədir. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsi apelyator Cavabdeh2yin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2y tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2021-ci il tаrixli, 2(025)-386/2021 saylı qətnaməsi apelyator Cavabdeh2yin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1363/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1363/2021
08.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver