Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1367/2022 21.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair mülki iş üzrə (iddia müddəti) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh ilə 1986-cı ildə birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan ev tikdirmək məqsədi ilə alınmış 0,08 həyətyanı torpaq sahəsinin yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 25 iyul 2022-ci il tarixli, 2(025)- 916/2022 nömrəli qərardadına əsasən iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə poçt vasitəsilə şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadının ləğv edilməsini və “birgə nikah dövründə alınan 0,8 ha torpaq sahəsinin yarı bölünməsinə dair iddiasına baxılmasını təmin edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1096/2022 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. xx.xx.2022-ci ildə Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(025)- 916/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət məhkəməyə elektron sistem vasitəsi ilə daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən şikayət İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən elektron qaydada şikayət verilmiş, eyni zamanda məhkəməyə elektron qaydada ərizə təqdim edərək, eyni zamanda buraxılmış müddətin bərpa edilməsini xahiş edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin 25 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işin materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə elektron qaydada şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа və buraxılmış müddətin bərpa edilməsi üçün hüquqi əsaslı səbəblər olmadığına görə, Qəbələ rayon Məhkəməsinin iddiaçının şikayətinin təmin edilməsi barədə 21 oktyabr 2022-ci tarixli iş №2(025)-916/2022 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(025)-916/2022 nömrəli qərardadını xx.xx.2022-ci il tarixdə qəbul etsə də, şikayəti birinci dəfə kağız vasitəsilə xx.xx.2022-ci il tarixdə vermişdir. Lakin xx.xx.2022-ci il tarixdə verilən apellyasiya şikayəti elektron qaydada verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmış və bu səbəbdən ikinci dəfə apellyasiya şikayəti verilən zaman müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 133.1 və 360-cı maddələrinə, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə 25 iyul 2022-ci il tarixli, 2(025)-916/2022 saylı qərardad qəbul etmişdir. İddiaçı 16 avqust 2022-ci il tarixdə poçt vasitəsilə Qəbələ Rayon Məhkəməsinə şikayət göndərərək, həmin qərardadın ləğv edilməsini, iddianın maiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsi iddiaçının şikayətini təmin etməmişdir və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi səbəbindən, Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(107)-1096/2022 saylı qərardadı ilə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. Hazırkı iş izrə, iddiaçı Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(025)-916/2022 saylı qərardadından verdiyi apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsi iddiaçının şikayətinin təmin edilməsi barədə 21 oktyabr 2022-ci tarixli iş №2(025)-916/2022 saylı qərardad qəbul etmişdir və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, şikayət tam əsasızdır və ləğv edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəl qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, işdən görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh ilə 1986-cı ildə birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan ev tikdirmək məqsədi ilə alınmış 0,08 həyətyanı torpaq sahəsinin yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(025)-916/2022 nömrəli qərardadına əsasən iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. İşdən görünür ki, iddiaçı Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(025)-916/2022 nömrəli qərardadını xx.xx.2022-ci il tarixdə qəbul etmiş və ilk dəfə şikayəti kağız daşıyıcı vasitəsilə xx.xx.2022ci il tarixdə vermişdir. Məhkəmənin xx.xx.2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1096/2022 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. Bundan sonra iddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)- 1096/2022 nömrəli qərardadında qeyd olunan nöqsanları aradan qaldıraraq yenidən şikayət vermiş, lakin Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətin keçməsi səbəbindən şikayət geri qaytarılmışdır. Daha sonra İddiaçı buraxılmış müddətin bərpası ilə yenidın müraciət etməklə şikayət vermiş, sonuncu dəfə müddət bərpa edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(025)-916/2022 nömrəli qərardadını xx.xx.2022-ci il tarixdə qəbul etsə də, şikayəti ilk dəfə kağız vasitəsilə xx.xx.2022-ci il tarixdə vermişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Öyrənilən mülki işin təhlilindən görünür ki, İddiaçı sözügedən məhkəmə qərardadından ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəsə də, sonda elektron kabinetdən istifadə ilə yaranmış çətinliklərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə tam riayət edə bilməmiş, texniki səbəblərdən vaxt itkisinə yol vermiş, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətində göstərilən əsaslara görə onun tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən buraxılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə şikayəti təmin etməkdə haqlı olmuşdur. Kollegiya sonda qeyd edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair vəsatəti təmin etməkdə haqlı olsa da, xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətin qanunvericiliyin tələblərinə riayət edilməsinə qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayətlərə nəzər saldıqda görünür ki, iddiaçı (apellyator) şikayətdə “dövlət rüsumundan azaddır” qeydi etmiş, lakin buna dair hər hansı sənədi şikayətinə əlavə etməmişdir. Kollegiya bildirir ki, X3 Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuuşdur. MPM-in 108.1.6-cı maddəsinin tələbinə görə iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, lakin həmin məhkəmənin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadından verilmiş şikayət Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun (dövlət rüsumunun ödənilib-ödənilməməsi) müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci tarixli, 2(025)-916/2022 nömrəli qərardadından verilmiş şikayət Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun (dövlət rüsumunun ödənilib-ödənilməməsi) müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1367/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1367/2022
21.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver