Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1378/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(051)-1028/2015 saylı qərardadından Cavabdeh3 ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1028/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Mingəçevir şəhəri, M.Müşfiq küçəsi, 8/2 saylı evin 1 mərtəbəli dörd otaqlı fərdi yaşayış evinə dair tərtib edilmiş, Hərrac təşkilatının X5 barədə xx.xx.2014-cü il tarixli 39/04-1 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilmişdir. Cavabdeh Texnikabank ASC vəsatətlə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1028/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2 (051)-1028/2015 saylı qərardadı ilə cavabdeh Texnikabank ASC-yə münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-1028/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-cı il tarixli, 2 (051)-1028/2015 saylı qərardadından narazı qalan cavabdeh Texnikabank ASC xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2022-cı il tarixli, 2(051)-1028/2015 saylı qərardadının ləğv edilməsini və qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1028/2025 saylı qərardadı əsassızdır. Belə ki, qətnamə 07 dekabr 2015-ci il tarixində qəbul edilməsinə baxmayaraq, Bank bu barədə məlumatı 17 saylı Yevlax Ərazi idarəsinin 26 aprel 2022-ci il tarixli məktubundan əldə etmişdir. Belə ki, LPO Cavabdeh3 ASC balansında olan əmlakların hüquqi vəziyyətinin müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, **********70 saylı cavabdan məlum olmuşdur ki, 27 oktyabr 2011-ci il tarixli, 013 saylı ipoteka müqaviləsi ilə Bank qarşısında ipoteka ilə yüklü edilmiş, Minngəçevir şəhəri, M.Müşfiq küçəsi 8/2 saylı fərdi yaşayış evi üzərində Bankın X5 barədə protokol əsasında qeydiyyata alınmış xx.xx.2015-ci il tarixli, ********** saylı mülkiyyət hüquqları Mingəçevir Şəhər Məhkəməsinin 2(051) 1028/2015 saylı qətnaməsi ilə ləğv edilmişdir və həmin fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüquqları tanınmışdır. Belə bir qətnamənin mövcudluğu barədə məlumat aldıqdan sonra Mingəçevir Şəhər məhkəməsinə 07 dekabr 2015-ci il tarixli, 2(051)- 1028/2015 saylı qətnamənin və iş üzrə baxılan sənədlərin Banka təqdim edilməsini xahiş etmişlər. Lakin məhkəmə xx.xx.2022-ci il tarixli, HŞ- 1280/2022 saylı məktubu ilə qətnamənin rəsmi qaydada verilməsindən imtina edilmişdir. Səbəb kimi isə Bankın nümayəndəsi X2 xx.xx.2015-ci il tarixində qəbzə imza atmaqla qətnaməni qəbul etməsi olmuşdur. Bankın keçmiş əməkdaşı olmuş X3 xx.xx.2015-ci il tarixində qətnaməni qəbul etsə də, onu Banka təqdim etməmişdir. Bank bu qətnamə barədə məlumatsız olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(051)-1028/2015 saylı qətnaməsi Bankda iflas prosedurunun başlanması zamanına təsadüf etdiyi üçün qətnaməni aşkar etmək mümkün olmamışdır. Hazırda qətnamə əldə edildikdən dərhal sonra tərəflərindən məhkəməyə müraciət edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, qətnaməni qəbul edən nümayəndənin etibarnamədəki səlahiyyətləri arasında məhkəmə qətnaməsini qəbul etmək göstərilməmişdir. Ona görə də məhkəmənin xx.xx.2022-cı il tarixli, 2 (051)-1028/2015 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (051)-1028/2015 saylı qərardadı ilə, cavabdeh Texnikabank ASC-nin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-cı il tarixli,2(051)-1028/2015 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (051)- 1028/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası şikayətdə sadalanan hallara əsasən hesab edir ki, cavabdeh qətnaməni aldıqdan sonra 01 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməmiş və qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürmüşdür. Cavabdeh verdiyi şikayətdə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(051)-1028/2015 saylı qətnaməsini Bankın keçmiş əməkdaşı olmuş X3 xx.xx.2015-ci il tarixində qəbul etdiyini, onun tərəfindən həmin qətnamənin Banka təqdim edilmədiyini, Bankın bu səbəbdən sözügedən qətnamə barədə məlumatının olmadığını, eyni zamanda Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(051)-1028/2015 saylı qətnaməsinin Bankda iflas prosedurunun başlanması zamanına təsadüf etdiyi üçün aşkar edilməsinin mümkün olmadığını və bu səbəbdən də müəyyən olunmuş zaman müddətində apellyasiya şikayətini vermə hüququnun olmadığını bildirsə də, məhkəmə kollegiyası şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051 )-1028/2015 saylı qətnaməsi Bank Technique ASC-nin nümayəndəsi X3 tərəfindən xx.xx.2015-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul edilmiş, həmçinin Rizvan Xıdırov xx.xx.2012-ci il tarixdə qəbzə imza etməklə təqdim edilmiş sənədləri geri almışdır. Həmin vaxt Rizvan Xıdırov bank tərəfindən səlahiyyətli olmuşdur. Göründüyü kimi Bank Technique ASC-nin mübahisələndirdiyi məhkəmə qətnaməsi və təqdim edilmiş sənədlər bankın nümayəndəsinə təqdim edilmişdir. Bununla da cavabdeh qətnamədən apelyasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Cavabdeh məhkəməyə verdiyi müddətin bərpa edilməsinə dair ərizədə müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir sübut əlavə etməmişdir. Ona görə də, kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (051)-1028/2015 saylı qərardadının əsaslı olduğunu və həmin qərardaddaki cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə hüquqi mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (051)-1028/2015 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (051)-1028/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı q ə r a r a a l d ı: Cavabdeh Texnikabank ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1028/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1378/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1378/2022
17.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver