Məhkəmə qərarları › İş №2(107)-1387/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1387/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1387/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyan tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(014)-735/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(014)-735/2020 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin olunmuş, xx xxxxx 1972-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində anadan olan və Ağdaş rayon, Qaradeyin kəndində qeydiyyatda olan Cavabdeh1 4250 manat məbləğində dəymiş ziyan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh1 tutulması, 10 manatının isə iddiaçı ASC "xxxx" Sığorta Şirkətindən aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət xəzinədarlığı Agentlisinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREÄZ22, benefısiarın adı Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefısiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC "xxxx" Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.11,2016-cı il tarixində, saat 17:00 radələrində Ağdaş-Ləki yolunun 10-cu km-də Cavabdeh1 ASC ((Standard İnsurance» Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “VAZ- 21063” minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili sərxoş halda etibarnamə ilə idarə edərkən yanlış manevr etmiş və nəticədə X3 idarə etdiyi “VAZ-2107” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “VAZ- 2107” minik markalı avtomobilin sürücüsü X3 və həmin avtomobildə olan sərnişin Əliyeva (İsmayılova) Aytən Sayəddin qızının sağlamlığına zərər dəymiş, həmçinin “VAZ-2107” minik markalı avtomobilə maddi zərər vurulmuşdur. Ağdaş rayon Məhkəməsinin 06.04.2017-ci il tarixli hökmünə əsasən, Osmanov X4 Xətalar Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qiymətləndirinə aktında göstərilmişdir ki, “VAZ-2107” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilə 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1540/17, 1541/17 və 1542/17 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC ((Standard İnsurance)) Sığorta Şirkəti tərəfindən zərərçəkənlər X1 dəymiş zərərə görə 1500 manat, avtomobilə dəymiş zərərə görə 1500 manat, Əliyeva (İsmayılova) Aytən Sayəddin qızına sağlamlığına dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat ümumilikdə 4500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsi Rəşad Əhmədov birinci instansiya məhkəməsinin iclasına ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 24.11.2016-cı il tarixində, saat 17:00 radələrində Ağdaş-Ləki yolunun 10-cu km-də ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “VAZ-21063” minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili sərxoş halda etibarnamə ilə idarə edərkən yanlış manevr etmiş və nəticədə X3 idarə etdiyi “VAZ-2107” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “VAZ-2107” minik markalı avtomobilin sürücüsü X3 və həmin avtomobildə olan sərnişin Əliyeva (İsmayılova) Aytən Sayəddin qızının sağlamlığına zərər dəymiş, həmçinin “VAZ- 2107” minik markalı avtomobilə maddi zərər vurulmuşdur. İddiaçının istədiyi məbləği hissə-hissə ödəməyə razıdır və bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi araşdırma aparmadan, işə düzgün baxmadan iddia tələbini təmin etmişdir. Standart İnsurance ASC avtoqəza zamanı düzgün araşdırma aparmamış, dəymiş ziyanı nəzərə almadan və düzgün hesablamadan artıq hesablanmış tələb irəli sürmüşdür. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(014)- 735/2020 nömrəli qətnaməsinin dəyişdirilməsini və əsas borcun real məbləğinin müəyyənləşdirilərək qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(014)-735/2020 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş 4250 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ASC "xxxx" Sığorta Şirkətinin tərəfindən tərtib edilmiş İC AA 1542/17 saylı sığorta aktına əsasən ASC "xxxx" Sığorta Şirkəti tərəfindən Əliyeva (İsmayılova) Aytən Sayəddin qızına sağlamlığına dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ASC "xxxx" Sığorta Şirkətinin tərəfindən tərtib edilmiş İC AA 1540/17 saylı sığorta aktına əsasən ASC "xxxx" Sığorta Şirkəti tərəfindən avtomobilə dəymiş zərərə görə 1500 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ASC "xxxx" Sığorta Şirkətinin tərəfindən tərtib edilmiş İC AA 1541/17 saylı sığorta aktına əsasən ASC "xxxx" Sığorta Şirkəti tərəfindən X1 dəymiş zərərə görə 1500 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən müstəqil ekspert X7 tərəfindən təqdim edilmiş 20.04.2017-ci il tarixli qüsur aktından məlum olur ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “VAZ 21074” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 900 manat hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13.02.2017-ci il tarixli 6/132-2248- 1217 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan məlum olur ki, 24.11.2016-cı il tarixində, saat 17:00 radələrində Ağdaş-Ləki yolunun 10-cu km-də Cavabdeh1 ASC ((Standard İnsurance» Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “VAZ-21063” minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili sərxoş halda etibarnamə ilə idarə edərkən yanlış manevr etmiş və nəticədə X3 idarə etdiyi “VAZ-2107” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “VAZ-2107” minik markalı avtomobilin sürücüsü X3 və həmin avtomobildə olan sərnişin Əliyeva (İsmayılova) Aytən Sayəddin qızının sağlamlığına zərər dəymiş, həmçinin “VAZ-2107” minik markalı avtomobilə maddi zərər vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq'edilən 21 iyul 2020-ci il tarixli, 2(014)-735/2020 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardaddan məlum olur ki, iddiaçı ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə ekspertizası Şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli 9/3031 saylı ekspert rəyinin nəticəsindən məlum olur ki, nəzəri hesablama yolu ilə müstəqil ekspert X7 tərəfindən təqdim edilmiş 20.04.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “VAZ 21074” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1250 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ACN 171115 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “VAZ21063” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 916.1, 936.1, 936.2, 936.4, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1108.2-ci maddələrinə və “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.1 -ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.4-cü maddəsinə əsasən Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Həmin Məcəllənin 936.5-ci maddəsinin tələbinə. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 -ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilinəsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə. nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mülki hüquq pozuntusu Cavabdeh1 tərəfindən törədilmiş, bunun nəticəsində “VAZ-2107” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3, həmin avtomobildə olan sərnişin Əliyeva (İsmayılova) Aytən Sayəddin qızının sağlamlığına dəymiş zərər, həmçinin “VAZ-2107” minik markalı avtomobilə dəyən ziyan sığortaçı tərəfindən ödənilmiş, AR MMnin 1108.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli. X1 dəymiş zərərə görə 1500 manat, avtomobilə dəymiş zərərə görə 1500 manat və ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1250 (min iki yüz əlli) manat, ümumilikdə 4250 manat məbləğində dəymiş ziyan Cavabdeh1 tutularaq ASC «Standard İnsurance)) Sığorta Şirkətinin xeyrinə verilməli, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh1 tutulmalı, 10 manatı isə iddiaçı ASC "xxxx" Sığorta Şirkətinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əsas borcun real məbləğinin müəyyən edilməsini xahiş etməsinə münasibət bildirərək qeyd edir ki, əslində cavabdeh hazırki iş üzrə 4250 manat həcmində təmin edilmiş iddianı mübahisələndirmiş, həmin məbləği borc kimi qiymətləndirmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən – 4250 manat həcmində təmin edərkən həmin hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(014)-735/2020 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş 4250 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(014)-735/2020 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş 4250 manata aid hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar