Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1389/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-2617/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız sayılması və uşaqla görüş vaxtlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-2617/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız sayılmasının və uşaqla görüş vaxtlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)- 2617/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(051)-2617/2023 saylı qərardadına əsasən onun Cavabdeh qarşı barışıq sazişinin etibarsız sayılması və uşaqla görüş vaxtlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Belə ki, o, Cavabdeh ilə 02 mart 2018-ci ildə ailə qurmuşdur. Onların birgə nikahdan 06 oktyabr 2018-ci ildə -ci ildə Rafiq adlı bir oğlu olmuşdur və uşağa onun atasının adı verilmişdir. Cavabdehilə onun arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2023-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan başqa biz nikah pozulmazdan əvvəl mediasiya prosesində iştirak etmiş və aliment, uşaqla görüş barədə 28 mart 2023-cü iltarixdə barışıq sazişi bağlamışdıq. Həmin sazişdə uşağın saxlanması ilə bağlı onun hər ay 200 manat aliment ödəyəcəyi öhdəliyi götürmüşdür. Bu razılaşmaya gələrkən cavabdehlə razılaşmışdıq ki, onların aralarında əlavə məhkəmə mübahisəsi və xərcləri olmadan o, uşağa 200 manat aliment ödəyir, Cavabdeh onunla uşağın görüşünə mane olmayacaq, istənilən vaxt istənilən qaydada görüşəcəmvə Cavabdeh qeydiyyatda olduğu Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/5 saylıevin 46 saylı mənzilindən qeydiyyatdan çıxacaqdır. Nikahımız pozulduqdan sonra o, uşaqla görüşə bilmir. Hətta uşağın ad günü belə onu övladı ilə görüşməyinə icazə verməmişdir. O, həmin sazişi bağlayarkən mübahisəni könüllü həll edəcəyindən, anası Azadə Mirzəyevanın da köməkliyi ilə uşağa 200 manat aliment ödəyəcəyini düşünürdü. Ancaq Cavabdeh oğlu Pərvini nə onunla, nə onun anası ilə görüşünə icazə vermədiyindən, həmçinin görüş vaxtları barədə mediatorun tərtib etdiyi saziş qeyri müəyyən olduğundan hətta sazişin məhkəmə qaydasında təsdiqi belə mümkün deyildir. Cavabdeh öhdəliyinə götürdüyü kimi Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/5 saylı evin 46 saylı mənzilindən qeydiyyatdan çıxmamışdır. Hazırda Cavabdeh həmin sazişə istinad edərək sazişin təsdiq olunması barədə məhkəmədə iddia qaldırmışdır. O da qarşılıqlı olaraq həmin barışıq sazişinin etibarsız sayılması, 06 oktyabr 2018-ci il təvəllüdlü oğlu Rafiqlə valideynlik hüququnun həyata keçirilməsi üçün görüş vaxtlarının müəyyən olunmasını istəmişdir. İddia ərizəsi icraata qəbul etməyən məhkəmə hesab etmişdir ki, «iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdurki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında 2(051)-2570/2023 saylı mülki iş vardır». Məhkəmə Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, eyni tərəflərarasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Hakim nəzərə almamışdır ki, başqa bir iş icraatda olan iddia xüsusi icraat qaydasında baxılan işdir. Məhkəmə onun tələbinin iddia icraatı qaydasında verilmiş olmasını, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-2570/2023 saylı mülki iş üzrə ərizənin xüsusi icraat qaydasında verilməsini, onun mübahisənin həmin ərizə ilə bağlı olmasını nəzərə almamışdır. Odur ki, Mingəçevir Şəhər Şəhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(051)- 2617/2023 saylı qərardadını ləğv edib, iddianın icraata götürülməsi barədə qərardad qəbuledilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(051)-2617/2023 saylı qərardadı ilə İddiaçı vəkili Vəkil1 Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2617/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətinin təmin olunmaması və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəməyə etiraz ərizə göndərərək qeyd etmişdir ki, sözügedən işin heç bir hüquqi əsası yoxdur. Barışıq sazişi artıq məhkəmə qətnaməsi ilə təstiq edilmişdir. Barışıq sazişinin əsaslı olması ilə bağlı məsələlər istənilən halda məhkəmədə araşdırılmış və sözügedən barışıq sazişi əsaslı olması səbəbindən təstiq edilmişdir. İddiaçının barışıq sazişinin etibarsız hesab edilməsi ilə bağlı tələbi üzrə işə mahiyyəti üzrə baxılması səbəbindən geri qaytarma qərardadı çıxarılmışdır. Bu qərardad əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. Ona görədə də şikayətin təmin olunmamasını və Mingəçevir Şəhər Məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-2617/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsinin birinci instansiya məhkəməsinin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında 2(051)-2570/2023 saylı mülki iş vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli bağlanmış barışıq sazişin təsdiqlənməsi tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir və hazırda iş məhkəmənin icraatındadır. Tərəflər arasında bağlanmış barışıq sazişi ilə uşaqlarla görüş vaxtı müəyyən olunmuşdur. Tərəflərin barışıq sazişinin tələblərinə əməl etmədikləri üçün sazişin təsdiqi barədə məhkəmənin icraatında iş vardır. Barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanması müəyyən olunarsa barışıq sazişi təsdiq olunaraq icraya yönəldiləcəkdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-2617/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-2617/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1389/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1389/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver