Məhkəmə qərarları › İş №2(107)-1391/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1391/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1391/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-2788/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı icra vərəqəsinin ləğv, artıq ödənilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar ödənilən ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun himayəsindəki iki uşağın saxlanılması üçün alimentin tutulub Cavabdeh verilməsinə dair 2(039)-2481/2019 saylı, xx.xx.2019- cu il tarixli icra vərəqəsinin ləğv edilməsi, 13 ay ərzində tutulmuş alimentin 3380 manat və 6 ay uşağın xəstəliyi və ona qulluqla əlaqədar aldığı müvinətin 1800 manat və onun tərəfindən ödənilmiş 42.60 manat və müvəqqəti təminat tədbiri qaldırdığına görə 10 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(039)-2788/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı icra vərəqəsinin ləğv, artıq ödənilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar ödənilən ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(039)-2788/2023 saylı qərardadından iş üzrə İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax rayon Məhkəməsinin xx.xx.29023-cü il tarixli, e- 2(039)-2788/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qərardad çıxararkən onun mediasiyaya müraciət etməli olduğunu bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, o, ailə mübahisəsi ilə əlaqədar deyil, əsassız varlanma ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin icraatında olan mübahisə mənzil qanunvericiliyi ilə tənzim olunmalı olduğu halda, ailə qanunvericiliyinin tələblərini tətbiq etmişdir. Məhkəmə mediasiyanın tətbiq etməyin zəruriliyi ilə bağlı səhv nəticəyə gəlmişdir. Onun cavabdehdən tələb etdiyi aliment məbləği və uşağın xəstəliyi ilə əlaqədar dövlət tərəfindən ödənilmiş pulun ödənilməsi tələbinin ailə mübahisəsi ilə bağlılığı yoxdur. Cavabdeh himayəsində uşaq olmadığı halda xəstəlik üçün və saxlanması üçün alimenti mənimsəmiş, həmin pul məbləğlərindən təyinatı üzrə istifadə etməmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin e-2(039)-2788/2023 saylı 16 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(039)-2788/2023 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin e-2(039)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinin təmin olunmaması və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(039)-2788/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, qanunvericiliyə əsasən məhkəmələrin qəbul etdiyi qərarların qanuniliyi və əsaslılığının yoxlanılması eyni hüquqlu məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Məhkəmə qərarları qanunamüvafiq qaydada yalnız yuxarı instansiya məhkəmələrində mübahisələndirilə bilər. Göründüyü kimi iddiaçı məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş müvafiq icra vərəqəsinin ləğv edilməsi və sair tələblə müraciət etmişdir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.3.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3-cü maddələrinin tələblərinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(039)-2788/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(039)-2788/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar