Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-140/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı mülkiyyətində olmuşdur. Həmin mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi 17 fevral 2021-ci il tarixli, 041/21- 1 saylı protokolu ilə və həmin tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 12000 manata satılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəf olduqları hərracın yekunları barədə 17 fevral 2021-ci il tarixli, 041/21-1 saylı protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17 fevral 2021-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 31 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(008)- 3220/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar 17 fevral 2021-ci il tarixdə hərraca çıxarılaraq icra sənədi üzrə tələbkar olan Cavabdeh3 satılmışdır. Mənzilin satılması ilə bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Belə ki, iddiaçı müayinə və müalicə məqsədi ilə Rusiya Federasiyasına getmiş və hərrac keçirilərkən Rusiya Federasiyasında olmuşdur, bu səbəbdən də hərracın yeri və vaxtı barədə iddiaçının məlumatı olmamış və iddiaçı hərracda iştirak edə bilməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" MMC hərracın keçirilməsi qaydasını pozmuşdur. Bundan başqa, hərraca çıxarılmış mənzil iddiaçının yaşayışını təmin edən yaşayış yeridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldilməsinə yol verilmir. İddia ərizəsi hazırlanarkən 05 mart 2021-ci il tarixli, 30/2021 saylı sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, **********19 saylı cavab məktubundan görünür ki, satıcı Respublika Əmtəə Birjası "xxxx" MMC, alıcı Cavabdeh3 arasında bağlanmış 17 fevral 2021-ci il tarixli, 041/21-1 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 16 ünvanında yerləşən 8 saylı mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ 31 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh3 mülkiyyət hüququnun qeydə alınmasına əsas olan hərracın yekunları barədə 17 fevral 2021-ci il tarixli, 041/21-1 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 17 fevral 2021-ci il tarixli müqaviləni mübahisələndirdikləri üçün 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbini irəli sürmək zərurəti yaranmışdır. Məhkəmənin sorğusuna cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış, İddiaçı mülkiyyətində olan, ünvan 1, 8 saylı ünvanda yerləşən mənzillə bağlı hərracın keçirilməsi zamanı toplanmış sənədlərlə tanış olarkən aydın olmuşdur ki, hərraca çıxarılan əmlakın mülkiyyətçisi İddiaçı göndərilmiş hərracın yeri və vaxtı barədə bildiriş, İddiaçı ünvan 5 ünvanda yaşamadığı üçün 01 fevral 2021-ci il tarixli aktla geri qaytarılmışdır. Hərrac, hərraca çıxarılmış mənzilin mülkiyyətçisinin, yəni icra sənədi üzrə borclunun hərracın keçirilmə yeri və vaxtı barədə məlumatı olmadan keçirildiyi üçün qanunsuzdur və nəticələri etibarsız sayılmalıdır. Əlavə olaraq bildirdi ki, məhkəmənin qərardadı ilə evin üzərinə həbs qoyulmuşdur, hərrac keçirilən zaman həmin qərardad qüvvədə olmuşdur. Hazırkı iş üzrə iddiaçının həmin qərardaddan məlumatı olmamışdır. Qeyd olunan qərardad sonradan iddiaçının şikayətinə əsasən ləğv edilmişdir. İddiaçı icra sənədində qeyd olunan ünvanda qeydiyyatdadır, lakin həmin mənzilin kimə məxsus olması barədə məlumatı yoxdur. İddiaçı qeydiyyatda olduğu evdə faktiki yaşamadığından hərrac mərkəzi tərəfindən göndərilmiş bildirişləri almamışdır. İcra məmurunun qeyd edilən mənzilin üzərinə həbs qoyulması barədə təqdimatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə təmin olunsa da həmin qərardaddan iddiaçı şikayət vermişdir. Cavabdeh2 rəisi vəzifəsini müvəqqəti icra edən X10 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, məhkəmənin qərardadına əsasən borclu İddiaçı məxsus evin üzərinə həbs qoyulmuş və aidiyyəti üzrə Cavabdeh2nə göndərilmişdir. Qərardadın icrası ilə əlaqədar qiymətləndirici dəvət olunmuş və hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı, iddia ərizəsində heç bir əsas olmadan mənzilin satılması ilə bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələblərinin pozulduğunu, hərracın keçirilməsinin faktiki olaraq formal xarakter daşıdığını qeyd etmişdir. Həmçinin, iddiaçı müayinə və müalicə məqsədi ilə Rusiya Federasiyasına getdiyini və hərrac keçirilərkən Rusiya Federasiyasında olduğunu qeyd etmiş, bu səbəbdən də hərracın yeri və vaxtı barədə məlumatının olmadığını bildirmişdir. İddiaçı hərracın keçirildiyi zaman Rusiya Federasiyasında olduğunu bildirmiş, lakin buna dair heç bir sübut iddia ərizəsinə əlavə olunmamışdır. Buna görə də iddiaçının bu arqumenti əsassız hesab olunmalıdır. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(008)-3220/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar 17 fevral 2021-ci il tarixdə hərraca çıxarılaraq icra sənədi üzrə tələbkar kimi ona satılmışdır, həmçinin, mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdir və onun mülkiyyətindədir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi üzrə verilmiş icra sənədi hal-hazırda tam olaraq icra olunmamışdır. Hərrac keçirilməmişdən əvvəl məhkəmənin qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuş, mənzil qanunvericiliyin tələbinə uyğun olaraq hərracdan satılmışdır. Cavabdehlər "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. "xxxx" MMC-nin direktoru iddiaya qarşı məhkəməyə etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, hərracın keçirilməsi haqqında Cavabdeh2 145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubu 29 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. Sifariş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı məxsus ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil satılmalı və X11, Cavabdeh3 olan borc ödənilməli idi. Sifarişi aldıqdan sonra "xxxx" MMC hərracın təşkili üçün “Market” qəzetinin 53 (10743) nömrəli 05 fevral 2021-11 fevral 2021-ci il tarixli sayında elan vermişdir. Tərəflərə, o cümlədən mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Həmçinin, "xxxx" MMC-nin “Bakuauksion.az” saytında hərrac barədə məlumat yerləşdirilmişdir. Hərrac 17 fevral 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. 17 fevral 2021-ci il tarixdə hərracda iştirak edən iş üzrə tələbkar tərəf olan Cavabdeh3 ona çatacaq pul əvəzində əmlakı almağa razılıq vermişdir. Nəticədə əmlakın alqı-satqısına dair müqavilə və 041/21-1 nömrəli, 17 fevral 2021-ci il tarixli yekun protokol imzalanmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil ilə bağlı "xxxx" MMC qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə və internet saytlarında elanlar vermişdir. Nəticədə daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh3 satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsi, hərracın xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə, o cümlədən icra sənədi üzrə borclulara təqdim etdikləri ünvan üzrə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmiş, nəticədə daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 17 fevral 2021-ci ildə alıcı Cavabdeh3 satılmışdır. Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(008)-3220/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər İddiaçı, X3 və X2 13 000 ABŞ dolları (ödəniş gününə mərkəzi bankın dollara olan məzənnəsinə uyğun olaraq), vəkilə ödənilmiş xidmət haqqına görə 500 manat vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq X11 və Cavabdeh3 verilməsi qət edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 saylı, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə və surəti İddiaçı, X6, X4 və Cavabdeh3 ünvanlanmış hərracın keçirilməsi barədə 29 yanvar 2021-ci il tarixli, e145411/2020 nömrəli sifarişdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraatda borclu İddiaçı adına ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil (ilkin qiymət 12000 manat göstərilmişdir) barəsində hərracın keçirilməsi və nəticəsi barədə Cavabdeh2nə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh2nə və məlumat üçün surəti tələbkar Cavabdeh3, tələbkar X11, borclular İddiaçı, X6, X4 ünvanlanmış Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədi üzrə 29 yanvar 2021-ci il tarixli, 041/21-1 nömrəli hərracın keçirilməsi barədə sifarişdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna müvafiq olaraq İddiaçı adına olan məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 12000 (on iki min) manat olmaqla açıq hərracdan satışa çıxarılmış, 17 fevral 2021-ci il tarixə, saat 11:00 tarixə ilkin hərrac təyin olunmuşdur. Hərrac "xxxx" MMC-nin Az1010, ünvan 11 ünvanında yerləşən hərrac zalında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 61, 62-ci maddələri, habelə sifarişçi və təşkilatçı arasında bağlanmış “Hərracın təşkili haqqında” müqaviləyə 01 saylı əlavənin 1.15.4-cü bəndində nəzərdə tutulmuş qaydada keçiriləcəkdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də (“Market qəzeti” və s.), digər aparıcı internet saytlarında (birja.com və s.) müvafiq elanlar dərc edilmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru A.Bağırov tərəfindən imzalanmış göndərişin geri qaytarılmasına dair 01 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 12 ünvanda yaşayan X6 çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin bildirdiyinə görə alan şəxs bu ünvanda yaşamır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 01 fevral 2021ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır. İşdə olan "xxxx" MMC-nin direktoru A.Bağırov tərəfindən imzalanmış geri qaytarılmasına dair 01 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 12 ünvanda yaşayan İddiaçı çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin bildirdiyinə görə alan şəxs bu ünvanda yaşamır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 01 fevral 2021ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır. İşdə olan "xxxx" MMC-nin direktoru A.Bağırov tərəfindən imzalanmış göndərişin geri qaytarılmasına dair 01 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 12 ünvanda yaşayan X4 çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin bildirdiyinə görə alan şəxs bu ünvanda yaşamır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 01 fevral 2021ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır. İşdə olan elanlardan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil üzrə 17 fevral 2021-ci il tarixdə, saat 11:00-da Cavabdeh2 sifarişi əsasında İddiaçı adına olan məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş qeyd oluanan mənzilin ilkin satış qiyməti 12000 manat olmaqla hərraca çıxarıldığı göstərilmişdir. İşdə olan 17 fevral 2021-ci il tarixli, 041/21-1 nömrəli hərracın yekunlarına dair protokolda sifarişçi: Cavabdeh2, hərracın təşkilatçısı: "xxxx" MMC, sifarişin əsasları: Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubu, satılan əmlak: İddiaçı adına olan məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş ünvan 1, mənzil 8 ünvanında yerləşən mənzil, əmlakın ilkin satış qiyməti: 12000 (on iki min) manat, əmlakın hərracdakı satış qiyməti: 12000 (on iki min) manat, hərracın qalıbi: icra sənədi üzrə tələbkar Cavabdeh3 göstərilmişdir. İşdə olan satıcı-hərracın təşkilatçısı "xxxx" MMC ilə alıcı- Cavabdeh3 arasında bağlanmış 17 fevral 2021-ci il tarixli, 041/21-1 nömrəli sifarişçi və alıcı arasında alğı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş ünvan 1, mənzil 8 ünvanında yerləşən mənzil satışı təşkil edir, alıcı müqavilənin 1.1-ci bəndində göstərilmiş əmlakı təhvil almağı və əmlakın müavilənin 1.1-ci bəndində göstərilmiş qiymətinə uyğun olaraq dəyərini sifarişçiyə (Cavabdeh2 müvafiq depozit hesabı) ödəməyi, satıcı isə əmlakın müvafiq sənədlərini onun xassələri və digər şərtlər nəzərə alınmaqla ağlabatan müddətdə alıcıya təhvil verməyi öz öhdəsinə götürür. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, mənzil 8 Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində 31 mart 2021-ci ildə qeydiyyata alınmışdır. İşdə olan Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan İddiaçı barəsində 51466 nömrəli axtarış işi açılmış, tapılması istiqamətində müvafiq əməkdaşlara göstəriş verilmiş, zəruri tədbirlər görülür, əlavə məlumat olduqda rəsmi bildiriləcəkdir. İşdə olan Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan X8 barəsində 51488 nömrəli axtarış işi açılmış, tapılması istiqamətində müvafiq əməkdaşlara göstəriş verilmiş, zəruri tədbirlər görülür, əlavə məlumat olduqda rəsmi bildiriləcəkdir. İşdə olan Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan X7 barəsində 51532 nömrəli axtarış işi açılmış, tapılması istiqamətində müvafiq əməkdaşlara göstəriş verilmiş, zəruri tədbirlər görülür, əlavə məlumat olduqda rəsmi bildiriləcəkdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, ünvan 12-də qeydiyyatdadır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hakim iddianı təmin edərkən gəldiyi nəticəni Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus ünvan 16 ünvanda yerləşən 8 saylı mənzil ilə bağlı "xxxx" MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etməsi, bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilməsi, qəzetlərdə və internet saytlarında elanlar verməsi, nəticədə daşınmaz əmlakın qüvvədə olan qanunvericliyin tələblərinə uyğun olaraq alıcı X1, mənzilin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hərracda satılmaqla özgəninkiləşdirilməsi ilə əsaslandırmış və bu zaman “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələrinə istinad etmişdir. Bununla yanaşı məhkəmə onun nümayəndəsinin əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsi, hərracın xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı halların işdə olan, "xxxx" MMC-nin məhkəməyə göndərdiyi sənədlərlə təsdiq edilməsinə baxmayaraq iddianı əsassız hesab etmiş, hərrac təşkilatının tərəflərə, o cümlədən icra sənədi üzrə borclulara təqdim etdikləri ünvan üzrə rəsmi qaydada xəbərnaməli bildirişlərin göndərilməsi, nəticədə daşınmaz əmlakın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 17 fevral 2021-ci ildə alıcı Cavabdeh3 satılması qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin sorğusuna cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış, İddiaçı mülkiyyətində olan, ünvan 18 ünvanda yerləşən mənzillə bağlı hərracın keçirilməsi zamanı toplanmış sənədlərdən görünür ki, hərraca çıxarılan əmlakın mülkiyyətçisi İddiaçı göndərilmiş hərracın yeri və vaxtı barədə bildiriş, İddiaçı ünvan 19 ünvanda yaşamadığı üçün 01 fevral 2021-ci il tarixli aktla geri qaytarılmışdır. Qeyd edilən aktı qətnamədə sübutlar siyahısında sadalayan hakim həmin akta sübut kimi qiymət verməmiş, hərrac təşkilatının tərəflərə, o cümlədən icra sənədi üzrə borclulara təqdim etdikləri ünvan üzrə rəsmi qaydada xəbərnaməli bildirişlərin göndərilməsi, daşınmaz əmlakın hərracda qanunvericiliyin tələblərinə uyğun olaraq satılması barədə işin faktiki hallarına uyğun olmayan, səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, hərrac, hərraca çıxarılmış mənzilin mülkiyyətçisinin, yəni icra sənədi üzrə borclunun hərracın keçirilmə yeri və vaxtı barədə məlumatı olmadan keçirildiyi üçün qanunsuzdur və nəticələri etibarsız sayılmalıdır. Bundan başqa hərraca çıxarılmış mənzil iddiaçının yaşayışını təmin edən yaşayış yeridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” nın 1 -ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldilməsinə yol verilmir. İcra məmurunun qeyd edilən mənzilin üzərinə həbs qoyulması barədə təqdimatı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilmiş və borclunun həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırki iddia ərizəsi ilə 05 mart 2021-ci il tarixdə Ucar rayon Məhkəməsinə müraciət edilmiş və Ucar rayon məhkəməsi 16 mart 2021-ci il tarixli qərardadla iddia ərizəsini geri qaytarmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə məhkəmənin icraatında mənzillə bağlı mübahisənin olmaması haqqında arayış verməklə Cavabdeh3 31 mart 2021-ci ıl tarixdə mübahisəli mənzilə mülkiyyət hüququnu qeydə aldırmağa şərait yaratmışdır. Halbuki həmin vaxt mənzilin hərracına çıxarılmasına əsas olan qərardaddan verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin icraatında idi və qeyd edilən qərardad apellyasiya instansiyası məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə ləğv edilərək təqdimata yenidən baxılması üçün iş materialları Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Ümumiyyətlə hazırki iş üzrə yekun qərar çıxarılan zaman mənzilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına baxılıb qurtarılmamış, nümayəndəsi 12 iyul 2021-ci il tarixdə yazılı izahatı ilə birinci instansiya məhkəməsinin qərardadından şikayət verməyi barədə hakimə məlumat vermişdir. . Ona görə də, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə 17 fevral 2021-ci il tarixli 041/21- 1 saylı protokolun etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17 fevral 2021-ci il tarixli müqavilənin və Cavabdeh3 ünvan 16 ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 31 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(063)-382/2021 saylı mülki iş üzrə Ucar rayon məhkəməsinin (12 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə Cavabdeh3 etiraz verərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı hüquqi varisləri, cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində hərrac, hərraca çıxarılmış mənzilin mülkiyyətçisinin, yəni icra sənədi üzrə borclunun hərracın keçirilmə yeri və vaxtı barədə məlumatı olmadan keçirildiyi üçün qanunsuz olması və nəticələrinin etibarsız sayılmalı olması və onun mənzilinin üzərinə qoyulmuş həbsin ləğv edildiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil ilə bağlı "xxxx" MMC qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə və internet saytlarında elanlar vermişdir. O cümlədən, "xxxx" MMC hərracın təşkili üçün “Market” qəzetinin 53 (10743) nömrəli 05 fevral 2021-11 fevral 2021-ci il tarixli sayında elan vermişdir. Tərəflərə, o cümlədən mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Həmçinin, "xxxx" MMC-nin “Bakuauksion.az” saytında hərrac barədə məlumat yerləşdirilmişdir. "xxxx" MMC tərəfindən ünvan 12 ünvanda yaşayan X6, İddiaçı və X4 çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin alan şəxslərin həmin ünvanda yaşamamaları bildirilmişdir. Bu səbəbdən də göndəriş ünvançılara təqdim olunmadan 01 fevral 2021-ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan İddiaçı barəsində 51466 nömrəli, X8 barəsində 51488 nömrəli və X7 barəsində 51532 nömrəli axtarış işlərinin açılması, tapılmaları istiqamətində müvafiq əməkdaşlara göstəriş verilməsi, zəruri tədbirlər görülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə 12 oktyabr 2020-ci il tarixdə məktub göndərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 saylı, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardadın qəbul edilməsindən 4 aydan artıq müddət keçdikdən sonra 17 fevral 2021-ci ildə hərrac keçirilərək mübahisəli mənzil cavabdehə satılmışdır. Hazırki iş üzrə iddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığını bildirdiyi halda, hərracın keçirilməsindən 14 gün sonra Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadından həmin qərardaddan hansı qaydada məlumat almasını bildirmədən şikayət vermişdir ki, həmin şikayət də Sabunçu Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 8(103)-191/2021 nömrəli qərardadı ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilərək təqdimata yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 18 iyun 2021ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Göründüyü kimi, hərracın keçirilməsi ilə bağlı bütün proseslər həmin münasibətləri tənzimləyən normalara uyğun olmuşdur. İddiaçının apellyasiya şikayətində hərrac keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldilməsinə yol verilməməsi tələbinin pozulması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, tərəfimizdən rəsmi qaydada verilmiş sorğulara verilən cavablarda iddiaçıya və onun ailə üzvlərinə məxsus hər hansı daşınmaz əmlakın mövcud olmaması göstərilmişdir. İddiaçı özünün yeganə yaşayış sahəsinə tutmanın yönəldildiyini bildirdiyi mübahisəli mənzil onun özü tərəfindən hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 2013-cü ildə satılması razılaşdırılmışdır. İddiaçı X8 və X7 ilə birlikdə X15 və Cavabdeh3 ödəməli olduğu 13000 ABŞ dolları borcu həmin mənzilin satılması ilə bağlı əmələ gəlmişdir. Bütün bunlar, eyni zamanda, 2013-cü ildən ötən dövr ərzində iddiaçının və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşamamaları onların başqa yaşayış sahəsinin olmaması halını istisna edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, mərhum apellyator dəfələrlə ayrı-ayrı məsələlərlə bağlı məhkəmələrə ərizə və şikayətlərlə müraciət etsə də, o, özünün dəqiq ünvanı barədə məhkəməyə məlumat verməmişdir. Onun hüquqlarını müdafiə edən vəkil belə birincinin etibarnamə verdiyi X5 onun adından çıxış edərək verdiyi etibarnamə əsasında təmsilçiliyi həyata keçirmişdir. Özlərini mərhum apellyatorun hüquqi varisi kimi təqdim edən Mamedova Aygün, Əhmədova Aynurə və Mamedova Nuranə məhkəməyə Rusiya Federasiyasının Tula şəhərindən göndərdikləri teleqramlarda hüquqi varisliyi təsdiq edən sübutları məhkəməyə təqdim etmədiklərindən onlar hüquqi varis kimi işə cəlb edilməmişlər. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh3 satılmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan
Məhkəmə qərarları › İş №2(107)-140/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-140/2022
07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver