Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1400/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-452/2020 saylı qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiаçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 sifarişinə əsasən Cavabdeh3 MMC tərəfindən keçirilmiş xx xxxx 2016-cı il tarixli 23/05 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASC-nin adına verilmiş xx xxxxxxxx 2016-cı il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********03-10301), RX seriyalı, ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmənin xx xxxx 2020-cil il tarixli iclasında iddiaçılardan biri olan İddiaçı1 razılığı ilə iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh3 MMC-nin MPM-nin 54.1-ci maddəsinə əsasən cavabdeh kimi “xxxx” MMC ilə əvəz etmişdir. Şəki rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı1 və İddiaçı3 cavabdehlər “xxxx” ASC, Cavabdeh2 və “xxxx” MMC-nə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. Şəki rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər “xxxx” ASC, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi onun tərəfindən imzalanmadığından iddia ərizəsi İddiaçı2 münasibətdə baxılmamış saxlanılmışdır. xx xxxxxx 2020-ci il tаixdə X10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа bаrədə və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürməsi bаrədə ərizəsini məhkəməyə göndərərək, cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 “xxxx” ASC, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı Cavabdeh2 sifarişinə əsasən Cavabdeh3 MMC tərəfindən keçirilmiş xx xxxx 2016-cı il tarixli 23 / 05 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” ASC-nin adına verilmiş xx xxxxxxxx 2016-cı il tarixli ( qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********03-10301), RX seriyalı, ******* saylı reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-452/2020 saylı qərardadı ilə iddiаçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər “xxxx” ASC, Cavabdeh2 və “xxxx” MMC-nə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(075)- 452/2020 sаylı mülki iş üzrə X5 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində işə cəlb оlunmа bаrədə və mübahisə predmeti barəsində üçüncü şəxsin müstəqil tələb irəli sürməsi bаrədə ərizəsi məhkəmənin icrааtınа qəbul edilmiş və X10 iş üzrə mübаhisə predmeti bаrəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, “xxxx” ASC, Cavabdeh2, “xxxx” MMC, Cavabdeh3 MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X10məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçılar, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 xx xxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddialarının təmin edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-452/2020 saylı qətnaməsi ilə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onun mübahisəli əmlak üzərində payı vardır. Ona görə də onun əmlak payı müəyyən edilməli və mülkiyyət hüquqları tanınmalıdır. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-452/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayaraq, prosedə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-452/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər olaraq onlara qarşı «kredit borcunun qaytarılması ipoteka qoyulmuş əmlakların satılması tələbinə dair» iddia tələbləri qismən təmin edilmiş, cəmi 1461043,89 manat pulun “xxxx” MMC-dən tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi, ipoteka ilə yükli edilmiş əmlakların hərracdan satılaraq əldə olunmuş məbləğ hesabına kredit borcunun qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında ipoteka ilə yüklü edilmiş əmlaklar «xxxx» MMC tərəfindən hərracın nəticələri haqqında xx.xx.2016-cı il tarixli, 23/06 saylı protokolla Cavabdeh1 ASCnə satılmış və daha sonra DƏDRX-nin müvafiq əraziləri Ərazi İdarələri tərəfindən çıxarışlar verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və X8 cavabdehlər Cavabdeh1 ASC-nə, “xxxx” MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki Rayon İcra Şöbəsi, Bakı şəhəri Xətai Rayon icra Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər Ərazi idarəsi göstərilməklə hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018ci il tarixli, 2(005)-45/2018 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9445/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-45/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)- 45/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən kasassiya şikayəti də verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)1224/2019 nömrəli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9445/2018 nömrəli qətnaməsindən də verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9445/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 da hal hazırda eyni tələblə məhkəməyə müracət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmçinin MPM-nin 82.3-cü madedəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarının məzmununda qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan ( iddiaçı və ya cavabdeh qismində) asılı omayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Həmçinin C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında isə qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadəedildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasım yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Oxşar hüquqi mövqe insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında qeyd olumuşdur ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq qedilmiş surətindən görünür ki, Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43,9 kv.m köməkçi sahədən 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdi qedilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətindədir. Həmçinin iş materiallarına əlavə edilmiş, 07M000000028 nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43,9 kv.m köməkçi sahədən 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qydiyyata alımış fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. İpotekanın predmeti 484666222,40 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin işdə olan xx xxxxxxxx 2014-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin iddiaçı Cavabdeh1 ASCnin cavabdehlər “xxxx” MMC-yə, İddiaçı1, İddiaçı3, X6 və X3 qarşı kredit müqüaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış xx xxxxxx 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi xx xxxxxxxx 2014-cü il tarixdə icraya yönəldilmişdir. Bundan əlavə işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(005)-45/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiаçılar İddiaçı1, İddiaçı3, X4 cavabdehlər “xxxx” ASC, “xxxx” MMC-nə qarşı müstəqil tələb irəli sürməyənə üçüncü şəxslər Şəki Rayon İcra Şöbəsi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və Azərbaycan Resbublikası Əmək Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəki şəhər Ərazi İdarəsi göstərilməklə hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddianın təmin edilməməsi qət edilmişdir. Bundan başqa işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9445/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-45/2018 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-45/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)1224/2019 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 9445/2018 nömrəli qətnaməsindən İddiaçı1 və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9445/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə hərracı keçirən təşkilat Cavabdeh3 MMC deyil, “xxxx” MMC olmuşdur. Məhz bunu tərəflərlə müzakirə edən məhkəmə məhkəmənin xx xxxx 2020cil il tarixli iclasında İddiaçı1 razılığı ilə iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh3 MMCnin MPM-nin 54.1-ci maddəsinə əsasən cavabdeh kimi “xxxx” MMC ilə əvəz etmişdir. Tərəfləri məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar etməsinə baxmayaraq iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 bütün məhkəmə iclaslarına yazılı ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçılardan yalnız biri İddiaçı1 məhkəmə iclasında iştirak etmiş və onun razılığı ilə Cavabdeh3 MMC “xxxx” MMC ilə əvəz edilşdir. Lakin müstəqil tələb irəli sürən üçüncü şəxs X10 məhkəmə iclasına gəlmədiyindən Cavabdeh3 MMC-nin “xxxx” MMC ilə əvəz edilməsinə razı olubolmadığını müəyyən edə bilməmiş və buna görə də işə onun tələbi üzrə baxılması qənaətinə gəlmişdir. Halbu ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiaçılardan İddiaçı1 övladı (oğlu) olduğundan məhkəmə Cavabdeh3 MMC-nin iddiaya cavab verməli olmayan şəxs olduğunu müəyyən etmişdir. X1 apelyasiya şikayətində qeyd etdiyi hallar iş materialları və işin faktiki halları ilə uyğunluq təşkil etməyərək təkzib olunur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Ona görə də apellyatorun şikayətində qeyd etdiyi mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)- 452/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-452/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1400/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1400/2020
10.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver