Məhkəmə qərarları › İş №2(107)-1406/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1406/2021

28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1406/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 Bəhram oğlunun nümayəndəsi X2 və üçüncü şəxs Göyçay rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 Bəhram oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay Rayon İkinci Ərəbcəbirli Bələdiyyəsinə və Göyçay rayon Suvarma Sistemləri İdarəsinə qarşı “zəbt edilmiş suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi” tələbinə dair ilk, “suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tikililərin sökülməsi tələinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 Bəhram oğlu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) ilk iddia rədd olunmuş, İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 Cavabdeh1 qarşı zəbt edilmiş suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi barədə tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh1 iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasarın sökülməsi eləcə də suvarma arxının mühafizə zolağının açılması barədə tələbinin təmin edilməməsi, iş üzrə hər iki mütəxəssis rəyinin verilməsinə çəkilmiş 823.50 manat məhkəmə xərcinin 411.75 manatının ilkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlundan və İddiaçı2 müştərək qaydada, 411.75 manatının isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 200 manatın 100 manatının ilkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlundan və İddiaçı2 müştərək qaydada, 100 manatının isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. İşin halları İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 zəbt etdiyi suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək iddiaçılar tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasarın sökülməsi, eləcə də suvarma arxının mühafizə zolağının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 Bəhrəm iddia tələbinin müdafiə və qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, 2000-ci ildən icarə müqaviləsi ilə bu günədək 1998-ci il 28 avqust tarixli 41 saylı qərarı və JN 1028 (kod-********) saylı Dövlət Aktı ilə X3 verilmiş torpaq sahəsini əkibbecərir və bu günədək torpaq vergisini ödəyir, X1 torpağının qonşu torpaqlarını X4 pul müqabilində almış və həmin əraziləridə əkib-becərirlər. Cavabdeh1 onların torpaq sahələrinə gedən bələdiyyənin hesabında olan 3 ha torpaq sahəsini qanunsuz zəbt edərək və suvarma arxının kənarını çəpərləyərək onları ərazilərini suvarmağa imkan vermir. Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə, Ərəbcəbirli kənd İcra Nümayəndəliyinə və Ərəbcəbirli Bələdiyyəsinə dəfələrlə şifahi və yazılı müraciət etmiş, lakin heç bir nəticə əldə etməmişlər. Cavabdeh1 həmin suvarma arxını zəbt edərək ondan istifadəsinin qarşısını almış və həmin suvarma arxının kol-kosdan təmizlənməsinə mane olmuşdur. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 ilkin iddianı qəbul etməyərək qarşılqı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, İddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 ilkin iddia ərizəsində suvarma arxı kimi qeyd etdikləri, suvarma arxı deyil, kənd sakini Cavabdeh2 tərəfindən qazılmış, mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini bildirən xəndəkdir. İddiaçıların həyatyanı torpaq sahələrini suvarmaları üçün əsas suvarma arxı vardır,həmin suvarma arxından iddiaçıların istifadə etmələrini heç kim mədudlaşdırmır və uzun müddətdir ki, həmin suvarma arxından iddiaçılar istifadə edir. İddiaçıların əsas tələbi suvarma arxının açılması deyil, həmin ərazidən yol açılmasını istəyirlər. Bundan başqa iddiaçılar suvarma arxının mühafizə zolağı kimi qeyd etdikləri ərazidə tövlə və daş hasar tikdirmişlər. Həmin suvarma arxı iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən keçərək onun mülkiyyətində olan torpaq sahəsinə kimi davam edir. Buna görə də ilkin iddianın rədd edilməsi, iddiaçılar tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X5 izahat verərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında əks edilməmişdir. Göyçay suvrama sistemləri idarəsinin baş mühəndisi Nümayəndə izahat verərək göstərmişdir ki, tərəflərin iddia etdikləri ərazidə suvarma arxı nəzərdə tutulmamışdır. İş üzrə digər iddiaçıya məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 Bəhram oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyətləri vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 Bəhram oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-28/202l saylı 18 mart 2021- ci il tarixli qətnaməsini ədalətsiz, qanunsuz və əsassız hesab edirlər. Belə ki, ekspertizanın verdiyi rəyə əsasən həmin suvarma arxı faktiki mövcuddur. Həmin suvarma arxından onlardan başqa bir çox təsərrüfatı olan şəxslər suvarma məqsədi ilə istifadə edirlər. Hakim qətnamədə vurğulayır ki, həmin suvarma arxının mühafizə zolağını müəyyən etmək mümkün olmadığından onların iddiası rəd edilmişdir. Cavabdeh suvarma arxını kolla hasarlayaraq bələdiyyəyə məxsus olan torpaq sahəsini zəbt edərək suvarma arxında öz zəbt etdiyi əraziyə birləşdirmişdir. Həmin suvarma arxının üzəri ilə gediş-gəliş və arxa nəzarət məhdudlaşdırılmışdır. Belə olan halda Suvarma idarəsinin də baş mütəxəssisi bildirir ki, həmin suvarma arxı faktiki olaraq heç bir sənəddə mövcud deyildir. Həmin suvarma arxı onlara valideynlərindən miras qalmış, torpaq sahəsindən keçərək kənd sakinlərinin istifadəsindədir. Əgər onlar həyətyanı sahələrindən başqa, cavabdehdən də aşağıda yerləşən hektarlarla əkdikləri torpaq sahəsini suvara bilmirlərsə, həmin suvarma arxını onların həyətdən keçərək aşağı kənd sakinlərinə keçib getməsinə mane olmaq istəyirlər. Yəni onlar həmin qanunla mövcud olmayan faktiki olaraq mövcud olan arxın qarşısını kəsərək bağlamaq istəyirlər. Lakin bütün qonşular buna etiraz edirlər və onlara iradlarını bildirirlər ki həmin suvarma arxının qarşısını bağlamayın. Onlar isə suvarma arxının qarşısını bu günə qədər bağlamamışlar. Həmin suvarma arxından axan suyun hansı miqdarda axmasını video çəkiliş edərək disk şəklində məhkəməyə göndərirlər. Həmin video çəkilişdə suyun hansı miqdarda axması açıq şəkildə görünür. Məhkəmə zalında hakim onlara bildirib ki, cavabdeh tərəfindən onlara qarşılıqlı iddia verilmişdir və onlar öz tövlələrini sökürlər, cavabdeh isə hasarladığı kolu suvarma arxının üzərindən götürür. Onlar isə hakimə bildiriblər ki, onların həyətyanı sahədə yerləşən bütün tikililər dövlət qeydiyyatına alınmış və keçmiş tikililərdir. Cavabdeh isə vaxtilə onların 15 il istifadə etdiyi və vergisini ödədiyi bələdiyyə torpağını zəbt edərək həmin suvarma arxını kolla hasarlamışdır. Bu hasarlanma nəticəsində onlar öz pay torpaqlarından gediş-gəlişdən məhrum olmuşlar və həmin torpaq sahələrini suvara bilmirlər. Hakim tərəfindən iş tam araşdırılmamışdır. Belə ki, yerində baxış keçirməli, həmin suvarma arxının hansı vəziyətdə olduğunu görmək lazımdır və həmin hasarın suvarma arxının üzərindən götürməli, onların hektarlarla pay torpaqlarına gediş-gəlişin bərpa olunmasını istəyirlər. Həmin torpaq sahəsinə gediş-gəliş olmadığı halda onlar o suvarma arxının qarşısını kəsməli olacaqlar. Ekspertlər tərəfindən həmin suvarma arxının mövcud olduğu faktiki olaraq müəyyən edilmişdir. Həmin suvarma arxı uzun illərdir ki kənd sakinləri tərəfindən istifadə edilir. Suvarma arxının faktiki mövcudluğu onun mühafizə zolağında yaradır. Ümumi istifadədə olan suvarma arxı heç bir fiziki və ya hüquqi şəxs tərəfindən zəbt edilə bilməz. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Göyçay rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini "qarşılıqlı iddianın rədd edilməsi" hissədə qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 məhkəməyə disk təqdim edərək, iddia etdikləri su bərəsində suyun sərbəst axınında heç bir problem olmadığını, əksinə suyun çox axdığını qeyd edirlər. Belə olan halda bir daha sübut olunur ki, iddiaçıların heç bir hüququ pozulmur, iddiaları da əsassızdır. İddiaçı1 və İddiaçı2 Bəhram oğlunun iddia ərizəsində suvarma arxı kimi qeyd edilən əslində suvarma arxı deyil, kənd sakini Cavabdeh2 tərəfindən qazılmış, onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini bildirən xəndəkdir. Həmin xəndək Mirzəhüseynli kənd sakini Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən keçir. İddiaçı1 və İddiaçı2 Bəhram oğlunun həyətyanı sahələrinin suvarılması üçün əsas suvarma arxı vardır ki, onların bu suvarma arxından istifadə etmələrini heç kim məhdudlaşdırmır və uzun müddətdir ki, onlar həmin suvarma arxından istifadə edirlər. İddiaçıların əsl tələbi suvarma arxının mühafizə zolağının açılması deyil, onlar əslində suvarma arxının mühafizə zolağı adı altında, həmin ərazidən yol açılmasını istəyirlər. Həmin ərazidə isə yol nəzərdə tutulmadığından, hazır ki, formal olaraq iddia ərizəsi ilə müraciət edərək suvarma arxının mühafizə zolağı adı altında, həmin ərazidən yol açılmasını istəyirlər. Bu səbəbdən hesab edirlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bəhram oğlunun Cavabdeh1 qarşı "suvarma arxının mühafizə zolağının açılması tələbinə dair" iddası əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa İddiaçı1 və İddiaçı2 Bəhram oğlunun iddia ərizəsində suvarma arxının mühafizə zolağı kimi qeyd edilən ərazidə onlar tərəfindən tövlə və daş hasar inşa edilmişdir. Həmin suvarma arxı İddiaçı1 və İddiaçı2 Bəhram oğlunun istifadəsində olan torpaq sahəsindən keçir, arxın uzantısı Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə kimi davam edir, arx Cavabdeh1 torpaq sahəsində başa çatır, ondan sonra uzantısı yoxdur. İddiaçı1 və İddiaçı2 Bəhram oğlu tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasar sökülməli və suvarma arxının mühafizə zolağı açılmalıdır. Əgər mühafizə zolağından söhbət gedirsə, onda arxın iddiaçıların həyətindən keçən hissəsində də mühafizə zolağı açılmalıdır. İddiaçı1 və İddiaçı2 Bəhram oğlunun yazdıqları iddia ərizəsindən belə görünür ki, arx bunların həyətindən keçəndə mühafizə zolağı olmur, lakin onun həyətindən keçəndə mühafizə zolağı olur. Bu gülünc və absurd məsələdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsinin "qarşılıqlı iddianın rədd edilməsi" hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 Bəhram oğlunun nümayəndəsi X6 iddiaçılar İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onların verdikləri apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Göyçay rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi Nümayəndə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 Bəhrəm oğlu, İddiaçı2 Bəhram oğlu, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay Rayon İkinci Ərəbcəbirli Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 Bəhram oğlu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüsynli kəndində 0.4260 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Bəhrəm oğluun adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüsynli kəndində 0.51 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 25.06.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarına əsasən Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında əks edilməmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 351.80 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 09.12.2019-cu il tarixli 28636 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinən əsasən, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinə suvarılmasına xidmət edən suvarma arxının elektron baza məlumatlarında əks edilmədiyi müəyyən olundu. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında mövcud deyildir, bu səbəbdəndə iddiaçılar tərəfindən inşa olunmuş tövlə və daş hasarın suvarma arxının mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 471.70 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 29.10.2020-ci il tarixli 10/1056 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında mövcud deyildir, bu səbəbdən iddiaçılar tərəfindən inşa olunmuş tövlə və daş hasarın suvarma arxının mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. İddiaçılar tərəfindən inşa olunmuş tövlə və daş hasarın suvarma arxının mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığı üçün, həmin tikililərin Cavabdeh1 məxsus olan torpaq sahəsinin suvarılmasına maneçilik törədib- tərətməməsinə dair tədqiqat aparılmadı. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı və RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışışları ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.4260 ha və 051 ha torpaq sahələrinin suvarılması üçün suvarma arxı elektrok baza məlumatlarında əks etdirilməmişdir. Bundan başqa qeyd edilən torpaq sahələrinin suvarılması üçün suvarma arxı elektrok baza məlumatlarında mövcud olmadığından iddiaçılar tərəfindən həmin suvarma arxının üzərində iddiaçılar tərəfindən tövlə və daş hasarın tikilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onlara məxsus torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş suvarma arxının mühafizə zolağının tutulmasına dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tövlə və daş hasar tikilməsinə dair dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı zəbt edilmiş suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğluna və İddiaçı2 qarşı suvarma arxının mühafizə zolağının üzərində tövlə və daş hasarın sökülməsi və suvarma arxının mühafizə zolağının açılması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesba edir ki hər iki iddia rədd edildiyin tərəflər tərəfindən ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, hər iki mütəxəssis rəyinin verilməsinə çəkilmiş 823.50 manat məhkəmə xərcinin 411.75 manatı ilkin iddia üzrə iddiaçılardan, 411.75 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 200 manatın 100 manatı ilkin iddia üzrə iddiaçılardan, 100 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların və cavabdehlərin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar və cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 Bəhram oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 Bəhram oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(046)-28/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar