Məhkəmə qərarları › İş №2(107)-1413/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1413/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1413/2024 17.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Kamran qızına qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti mübahisəsinin həlli) X1 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı mübahisəyə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Birinci instansiya məhkəməsində icraat: İddiaçı 20 avqust 2024-cü il tarixdə Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu X2 2020-ci il tarixdə Yevlax Ryon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Cavabdeh boşanmasına baxmayaraq əşyaları onun (iddiaçının) evində qalmış və həmin əşyaların onun evində qalması həmin ev üzərində onun (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. O cümlədən qeyd edilən əşyaların onun evində qalması evin otağının bərbad hala düşməsinə səbəb olur. Belə ki, cavabdeh müvəqqəti olaraq hazırda onun (iddiaçının) mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evə gəlin gəlmiş və özünə məxsus əşyalarını da həmin mənzilə gətirmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1168/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(066)-1168/2024 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Yevlax rayonu Tanırqulular kəndində qeydiyyatda olmaqla orada yaşayır. Mülki iş üzrə mübahisə predmetini təşkil edən cehiz əşyaları daşnmaz əmlakla bağlı deyildir. Göründüyü kimi Cavabdeh Yevlax rayonu Tanırqulular kəndində qeydiyyatda olmaqla orada yaşayır və cehiz əşyaları daşnmaz əmlakla əlaqədar olmadığı üçün hazırki işin ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsində deyil, Yevlax Rayon Məhkəməsində baxılması qanuni və əsaslıdır. Cavabdeh da məhkəmədə şifahi vəsatət verərək mülki işə Yevlax Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2703/2024 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə işin ərazi aidiyyətinə dair Göygöl Rayon Məhkəməsi ilə Yevlax Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan, ərazi aidiyyətini müəyyən etmək üçün işin baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(039)-2703/2024 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiadır və buna görə də, hazırkı iş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə Göygöl Rayon Məhkəməsinə aiddir. Odur ki, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə işə baxılmasında Göygöl Rayon Məhkəməsi ilə Yevlax Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan işin ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Konstitusiyasının; 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin; 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. «Məhkəmələr və hаkimlər hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 15-ci mаddəsinin tələbinə görə işlərin Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş məhkəmə аidiyyətinin dəyişdirilməsi qаdаğаndır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı Məhkəmə kolelgiyasının mövqeyi: Hazırda tərəflər arasında yaranmış mübahisə İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması ilə bağlıdır. İş materiallarında olan Xanlar rayon X3 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 12/429 reyestr nömrəli, 361 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xanlar rayonu Üçtəpə kəndində yerləşən 24,6 kv/m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi İddiaçı mülkiyyətində olan evdən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməsi, onun öz əmlakından maneəsiz istifadəsinə, öz əmlakı üzərində tam sahiblik hüququnun həyata keçirilməsinin təmin edilməsinə, bir sözlə mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldilmişdir. Apellyasiya instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, məhkəmələr arasındakı fikir ayrılıqlarını müəyyən edərək qeyd edir ki, iddiaçının, üzərində yaranmış mülkiyyət hüquqlarının pozulmasını aradan qaldırmaq niyyətində olduğu fərdi yaşayış evi Göygöl rayonunun Üçtəpə kəndində yerləşir. Göründüyü kimi, iddiaçı mübahisənin müstəsna aidiyyət qaydasında həlli üçün Göygöl Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki işə ərazi aidiyyatı üzrə Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 35, 39, 44, 45 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı Göygöl Rayon Məhkəməsi ilə Yevlax Rayon Məhkəməsi arasında fikir ayrılığı həll edilsin və mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar