Məhkəmə qərarları › İş №2(107)-1418/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1418/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1418/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(019)-398/2023 nömrəli qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) X7 regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğv ediməsi, habelə iddiaçılar tərəfindən ödənilmiş 100 manat rüsumun cavabdeh olan fiziki şəxslərdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası təmin olunmamış, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilmişdir. İddiaçı Şütüyev X6 Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qərardadı ilə İddiaçı4 tərəfindən Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e- 2(019)-398/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılması, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Balakən rayon Maliyyə İdarəsinin vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı4 qaytarılması qərara alınmışdır. İddiaçı4 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İddiaçı4 şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixlie-2(019)-398/2023 nömrəli qətnaməsindən işə cəlb edilməyən şəxs olaraq apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsi çıxardığı e-2(019)-398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini geri qaytarmışdır. Qanunvericilik işdə iştirak etməyə cəlb edilməyən və qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayəti vermək hüququnu nəzərdə tutmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Balakən Rayon Məhkəməsindən 18 oktyabr 2023-cü il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(019)- 398/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı4 Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, Şütüyev X6 Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli e-2(019)- 398/2023 saylı qətnaməsindən apellyasiya şikayətini işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmasını göstərən şəxs kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə istinad etməklə vermişdir. Lakin iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsi artıq qanuni qüvvəyə minmişdir və belə olan halda İddiaçı4 işdə iştirak etməyə cəlb edilməyən, lakin hüquq və vəzifələrinə toxunan şəxs kimi həmin qanuni qüvvəyə minimiş Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayət vermək hüququ yoxdur. Qanunvericik işdə iştirak etməyə cəlb edilməyən və qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayətini vermək hüququnu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı münasibətlərə apellyasiya şikayətinin qaytarılmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 363 və 364-cü maddələrinin normaları tətbiq edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qərardadı qəbul edilərkən İddiaçı4 tərəfindən verilən şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlməmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının adları qeyd edilsə də, lakin iddia ərizəsi İddiaçı1 imzalamışdır. Digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı İddiaçı1 etibarnamə vermişlər. İddia ərizəsində adı qeyd edilən İddiaçı4 iddia ərizəsini imzalamamış və İddiaçı1 iddia ərizəsini və məhkəmə iclaslarınada onu təmsil etməklə bağlı etibarnamə verməmişdir. Bundan sonra mülki işin materiallarında olan Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsinin giriş hissəsində qeyd edilmişdir ki, iddiaçı və digər iddiaçılar İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızına və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsinin İddiaçı1 olması qeyd edilməsinə baxmayaraq İddiaçı4 İddiaçı1 məhkəmə iclaslarınada onu təmsil etməklə bağlı etibarnamə verməmişdir. Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı1, Əzizova (Şütüyeva) Günay Kamil qızına və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına və cavabdehlərə göndərilmiş və İddiaçı1 məxsus şəxsi elektoron kabinetinə yerləşdirilmişdir. İş materiallarında olan 204-cü səhifədən görünür ki, Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 saylı qətnaməsi İddiaçı4 göndərilməsi barədə məktub iş materiallarında əlavə edilsə də lakin İddiaçı4a çatırılması barədə hər hansı bir sənəd mövcud deyildir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı4 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmasını göstərən şəxs kimi işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 tərəfindən verilmiş şikayət əsaslıdır. Ona görə də, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023cü il tarixli, 2(019)-398/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı4 Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Kollegiyanın gəldiyi qənaətə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinin dispozisiyasında qeyd edilən qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlar dedikdə həmin qətnamənin çatdırldığı, yəni rəsmi qaydada verildiyi şəxslərə münasibətdə keçərlidir. Hazırkı işdən isə görünür ki, İddiaçı4 3cü şəxs kimi işə cəlb edilməmiş, qəbul edilmiş qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöqteyinəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X10 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X3rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Prosessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. (Bax.Avropa İnsan Hüquqları Məhkəməsi Şərhlər və normativ Aktlar. Bakı, «GİSO Enterprise» KRİNB,2006-cı il, 257 səh.). İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. “Bezrukovlar Rusiya Federasiyasına qarşı” 10 may 2012-ci il tarixli işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə şübhə etmir ki, prosessual müddətlərin uzadılması ağlabatan dərəcədə nəzərə alınmalıdır və iştirakçı dövlətin hüquq sistemi bunun üçün xüsusi qaydalar müəyyən edir. Kassasiya şikayətinin verilmə müddətinin uzadılması, əsasən yerli məhkəmələrin səlahiyyəti çərcivəsində olduğundan, Avropa Məhkəməsinin fikrincə belə uzadılmanın “res judicata” prinsipinə müdaxiləsinin əsaslarının olması, xüsusilə yerli məhkəmələrin daxili qanunvericiliyə uyğun olaraq nə müddətin uzadılmasının, nə də ki, müddətin bərpasının əsaslarında məhdudiyyət mövcud deyil. Bundan başqa Avropa Məhkəməsi hesab edir ki, nəzarət qaydasında işlərin ləğv edilməsi kimi, tələbi təmin edilmiş tərəfin “res judicata” prinsipinə əsaslanmaqla qanuna inamlılığı kassasiya şikayətinin verilmə müddətinə laqeyd yanaşma ilə aradan qalxa bilər. Ancaq əhəmiyyətli və həddiaşılmaz xarakter daşıyan hallarda bu prinsipdən kənara çıxmağa haqq qazandırmaq olar. Xüsusilə hüquqi müəyyənlik prinsipindən kənara çıxma hüquqi purizm maraqları üçün deyil, ancaq məhkəmə sistemi üçün əhəmiyyətli səhvlərin aradan qaldırılması məqsədi daşıyır. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin yuxarıda qeyd edilən əsaslara görə qaytarılması, işin yuxarı məhkəmədə baxılmasına və hüquqların pozulduğu təqdirdə onların bərpa edilməsinə maneələr yarada bilərdi ki, bu da formal əsaslara görə mülki proses tərəfinin hüquqlarının pozulmasına gətirib çıxarardı. Heç bir halda formal əsaslara görə mülki proses tərəfinin yuxarı məhkəmə instansiyasına çatım və bu instansiyada apardığı işə ədalətli baxmaq və səmərəli müdafiə vasitələri ilə hüququnu bərpa etmək imkanından məhrum etməməlidir. Əks hal tərəfin ədalətli və səmərəli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(019)-398/2023 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar