Məhkəmə qərarları › İş №2(107)-142/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-142/2024

18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-142/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, və s. tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: ilk tələb- fərdi yaşayış evindən, torpaq sahəsindən çıxarılma, qarşılıqlı iddia-pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, və s. tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)-577/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərin onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 449.50 kvm olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılaraq (boşaldılaraq) ünvan 1ində ümumi sahəsi 449.50 kvm olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsinin ona təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə 12 avqust 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2 İdman qızının (təvəllüd: xx.xx.1988, AZE********), uşaqları X3 (təvəllüd: xx.xx.2009, AZE********) və X2 (təvəllüd: xx.xx.2012, AZE1 1053313) və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərin İddiaçı ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılaraq ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evinin və 0,0669 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı Qurbanlı X9 rayonu, Kebeloba kəndində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsini 05 aprel 2022-ci ildə Cavabdeh1 AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Lakin buna baxmayaraq Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslər hal-hazıradək İddiaçı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən çıxmamaqdadırlar. Nəticədə, İddiaçı Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərə qarşı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, halhazırda Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslər İddiaçı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən çıxmayaraq faktiki olaraq iddiaçı X4 mülkiyyət hüququnu pozmaqda davam edirlər. Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsinə daxil olmasının qarşısını almaqdadır. Cavabdehlər Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə 16 avqust 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2 İdman qızının, uşaqları X3 və X2 İddiaçı ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmaları, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Keboloba kəndində ümumi sahəsi 449,50 kv.m olan fərdi yaşayış evinin və 0,0669 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı, mülkiyyətində olmuş və 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən" qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satılmış ünvan 2ində yerləşən 0,0664 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evlərinin dəyərinin ödənilməyən yerdə qalan hissəsi olan 150.000 (bir yüz əlli min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi qarşlılıqli iddia üzrə cavabdeh İddiaçı ona ödəməli olduğu fərdi yaşayış evinin yerdə qalan dəyəri olan 150.000 (bir yüz əlli min) manat pulun tutulması ilə bağlıdır. Belə ki, ona məxsus ünvan 2 ərazisində 0,0664 ha torpaq sahəsinin üzərində 3 otaqlı fərdi yaşayış evi və 3 mərtəbəli ümumi sahəsi 381,9 kv.m olan obyekt var idi. Həmin əmlakın satması üçün Zaqatala rayon sakini X7 etibarnamə vermişdir. İsa əmlakın 350 min manata satılması üçün İddiaçı nümayəndəsi ilə razılaşmışdı. Ona görə 05 aprel 2022-ci il tarixində İddiaçı etibarnamə ilə nümayəndəsinin iştirakı ilə "Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamışlar. X12 qohumu olduğu üçün əmlakını dəyərinin müqavilədə 145 min manat göstərilməsini razılaşmışdılar. Yəni 145 min manat pul bank vasitəsilə, qalan hissə isə nağd şəkildə ödəniləcəkdi. Alqı-satqı müqaviləsinə kimi 15 min manat nağd, sonra isə 145 min manat bank vasitəsilə ödənilmişdir. Daha sonra isə İddiaçı atası 40 min manat da nağd şəkildə ona pul vermiş, lakin ondan sonra alıcı tərəfindən ona pul verilməmişdir. Alıcı tərəfdən pulu istədikdə "İsa ilə biz 200 min manata razılaşmışdıq" cavabını vermişdir. Həm bu məsələyə görə həm də İsanın onun etibarından istifadə edərək onun digər əmlaklarını ələ keçirməsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə şikayət vermişdir. Bu əmlakın satılmasının 350 min manata razılaşdırılması barədə faktları polisə təqdim etmişdir. Alıcıya da pulun ödənilməsi barədə tələb göndərmişdir. X15 pulun qalan hissəsini verməyəcəklərini, əmlakı da təcili satacaqlarını bildirmişdir. Hal-hazırda da o, həmin əmlakda yaşayır. Razılığa görə ona pul tam ödənildikdən sonra o, həmin əmlakdan çıxacaqdı. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(033)-577/2023 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh1 mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evini 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin vaxt Cavabdeh2 ərizə ilə notariat orqanına müraciət edərək, həmin evin satılmasına etiraz etmədiyini bildirmişdir. Fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilərək, fərdi yaşayış evi 26 aprel 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Bir ildən artıqdır ki, iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, Cavabdeh1 satdığı fərdi yaşayış evini boşaldıb İddiaçı təhvil vermir, Cavabdeh2, uşaqları X6 və X5, evdən istifadə etməkdə davam edir, oradan çıxmaqdan imtina edir. Cavabdeh1 mülkiyyətçi hüquqlarını itirdiyi fərdi yaşayış evini boşaldaraq İddiaçı təhvil verməməsini, evin ilk iddiaçıya 350000 manat satılmasında razılaşmaları, evin dəyəri üzrə ona 200000 manat pulun verilməsi, qalan 150000 manatın isə ödənilməməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Fərdi yaşayış evinin hansı qiymətə satılması halının təsdiqində müəyyən sübutetmə vasitəsi olan 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 bildirdikləri təkzib olunmuşdur. İş üzrə sübutlarla ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evinin İddiaçı 350000 manata satılması, onun evin dəyərinin qalıq hissəsi üzrə qarşılıqlı iddiaçıya 150000 manat ödəməli olması təsdiq edilməməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh1 mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evini 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin vaxt Cavabdeh2 ərizə ilə notariat orqanına müraciət edərək, həmin evin satılmasına etiraz etmədiyini bildirmişdir. Fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilərək, fərdi yaşayış evi 26 aprel 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Bir ildən artıqdır ki, iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, Cavabdeh1 satdığı fərdi yaşayış evini boşaldıb İddiaçı təhvil vermir, Cavabdeh2, uşaqları X6 və X5, eləcə evdən istifadə etməkdə davam edir, oradan çıxmaqdan imtina edir. Cavabdeh1 mülkiyyətçi hüquqlarını itirdiyi fərdi yaşayış evini boşaldaraq İddiaçı təhvil verməməsini, evin ilk iddiaçıya 350000 manat satılmasında razılaşmaları, evin dəyəri üzrə ona 200000 manat pulun verilməsi, qalan 150000 manatın isə ödənilməməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Fərdi yaşayış evinin hansı qiymətə satılması halının təsdiqində müəyyən sübutetmə vasitəsi olan 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 bildirdikləri təkzib olunmuşdur. İş üzrə sübutlarla ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evinin İddiaçı 350000 manata satılması, onun evin dəyərinin qalıq hissəsi üzrə qarşılıqlı iddiaçıya 150000 manat ödəməli olması təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, satın aldığı fərdi yaşayış evi boşaldılaraq 05 aprel 2022-ci il tarixdən ilk iddiaçıya təhvil verilməli olduğundan, eləcə də Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyindən, eyni zamanda Cavabdeh2 evə mülkiyyət hüququ ilk iddiaçıya keçənədək, həmin evə olan istifadə hüquqlarından imtina barədə notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyindən və cavabdehlərin fərdi yaşayış evinə dair hüquqları ilk iddiaçıya keçdiyindən cavabdehlər və uşaqları, ünvan 1ində yerləşən ilk iddiaçının mülkiyyətinə qeydə alınmış fərdi yaşayış evindən və torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi ilk iddia üzrə iddiaçıya təhvil verilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia belə hesab etmişdir ki, ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evinin dəyəri üzrə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıya 150000 manat ödəmək öhdəliyinin olması sübut edilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, ilk iddia tələbi təmin edildiyindən ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 450 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 646.1, 646.2, 568.1, 569.1, 178.1, 203.1, 228.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 119.1, 217.3, 217.4, 219.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evinin və 0,0669 ha torpaq sahəsinin real bazar dəyəri 350000 (üç yüz əlli min) manatdan da bahadır. Qeyd olunan xüsusiyyətin müəyyən edilməsi məqsədi ilə iş üzrə iddiaçı Cavabdeh1 məhkəməyə vəsatətlə müraciət etmiş, lakin məhkəmə heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir, halbuki müvafiq məhkəmə ekspertizası təyin ediləcəyi və yaxud mütəxəssis rəyi əldə olunacağı təqdirdə müəyyən olunacaqdı ki, həqiqətən də qeyd olunan əmlakın dəyəri ilə bağlı onun qeyd etdikləri əsaslıdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli və tam araşdırılmasında maraqlı olmamışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)- 577/2023 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)- 577/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)-577/2023 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023cü il tarixli, 2(033)-577/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)- 577/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evini 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Cavabdeh1 mülkiyyətçi hüquqlarını itirdiyi fərdi yaşayış evini boşaldaraq İddiaçı təhvil verməməsini, evin ilk iddiaçıya 350000 manat satılmasında razılaşmaları, evin dəyəri üzrə ona 200000 manat pulun verilməsi, qalan 150000 manatın isə ödənilməməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Fərdi yaşayış evinin hansı qiymətə satılması halının təsdiqində müəyyən sübutetmə vasitəsi olan 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 bildirdikləri təkzib olunmuşdur. İş üzrə sübutlarla ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evinin İddiaçı 350000 manata satılması, onun evin dəyərinin qalıq hissəsi üzrə qarşılıqlı iddiaçıya 150000 manat ödəməli olması təsdiq edilməməmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evinin və 0,0669 ha torpaq sahəsinin real bazar dəyəri 350.000 (üç yüz əlli min) manatdan da bahadır. Qeyd olunan xüsusiyyətin müəyyən edilməsi məqsədi ilə iş üzrə iddiaçı Cavabdeh1 məhkəməyə vəsatətlə müraciət etmiş, lakin məhkəmə heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir, halbuki, müvafiq məhkəmə ekspertizası təyin ediləcəyi və yaxud mütəxəssis rəyi əldə olunacağı təqdirdə müəyyən olunacaqdı ki, həqiqətən də qeyd olunan əmlakın dəyəri ilə bağlı onun qeyd etdikləri əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Kollegiya qeyd edir ki, Cavabdeh1 mülkiyyətçi hüquqlarını itirdiyi fərdi yaşayış evini boşaldaraq İddiaçı təhvil verməməsini, evin ilk iddiaçıya 350000 manat satılmasında razılaşmaları, evin dəyəri üzrə ona 200000 manat pulun verilməsi, qalan 150000 manatın isə ödənilməməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarına əlavə edilmiş 6 sentyabr 2021-ci il tarixli beh müqaviləsinə əsasən İddiaçı Cavabdeh1a məxsus ünvan 2 ünvanında yerləşən 0.0664 həyətyanı torpaq sahəsini və ümumi sahəsi 381.9 kv.m olan fərdi yaşayış evini 145000 manata almağa razılaşmış, ona 70000 manat məbləğində beh vermiş və pulun qalan hissəsini yəni 75000 manatı 1 il müddətinə 6 sentyabr 2022-ci il tarixinə birdəfəlik alqı-satqı müqaviləsi bağlandıqda ödəməyə razılaşmışlar. İş materiallarına əlavə edilmiş 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı 75000 manata satmışdır. Üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı 05 aprel 2022-ci il tarixdən İddiaçı verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər mübahisəli fərdi yaşayış evinin 145000 manata satılması barədə razılığa gəlmişlər. Məhkəmə kollegiyası cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki cavabdeh işin nəticəsində maraqlıdır. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin cavabdeh mübahisəli evin 350.000 (üç yüz əlli min) manata razılaşmaları barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, mübahisəli yaşayış evinin daha yüksək qiymətə olması apellyasiya şikayətinin əsaslı olması anlamına gəlmir. Belə ki, tərəflər sərbəst olaraq mübahisəli fərdi yaşayış evinin qiymətinə dair razılığa gəlmişlər. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(033)-577/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(033)-577/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar