Məhkəmə qərarları › İş №2(107)-1442/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1442/2020

29.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1442/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı5 və X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydə alınmamış tikililər və zəbt torpaq sahəsi nəzərə alınmaqla istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeydə alınmamış tikililər və zəbt torpaq sahəsi nəzərə alınmaqla istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən çıxarışda 59 kv.m, texniki pasportda isə 154.1 kv.m olan fərdi yaşayış evinin və çıxarışda 0.07 ha, faktiki 0.1697 ha olan torpaq sahəsinin texniki pasportunda öz əksini tapmış, lakin müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış S=44,3 kv.m, S=19,7 kv.m və S= 18.2 kv.m sahələri olan tikililərin və zəbt torpaq sahəsinin də nəzərə alınmaqla istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X7 apelyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(025)- 305/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar İddiaçı1, İddiaçı2, İddiaçı5, X7 və İddiaçı3 hal-hazırda Qəbələ şəhəri, İ.B. Qutqaşınlı küçəsi, ev 111 də yaşayırlar. Həmin evin ümumi sahəsi verilmiş çıxarışa əsasən 59 kv.m (faktiki 154.1 kv.m.) həyətyanı sahəsi isə 0,07 ha (faktiki 0,1697 ha)-dır. Həmin evin bölgüsünü isə Mustafayev Əmir Dəmir oğlu hələ sağ ikən övladları arasında bölmüş fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yarısını oğlu X8 və onun ailəsinə, digər yarısını isə cavabdehlərə vermişdir. “Torpaq islahatı haqqında” Fərmanı əsasında 2001-ci il tarixdə Qəbələ rayon X11 tərəfindən torpaq bölgüsü aparılmışdır. Belə ki, Qəbələ rayon X5 xx xxxxxx 2001-ci tarixli 03 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh1, Mustafayev Könül Əmir qızı və X2;na 0.07 ha torpaq sahəsi ayrılmışdır. Lakin Qəbələ rayon X11 tərəfindən həmin bölgü aparılarkən qanunsuz və əsassız olaraq iddiaçılara pay torpağı ayrılmamışdır. Mustafayev Əmir Dəmir oğlu 2003-cü ildə vəfat etmişdir. Bundan sonra hazırki iddia üzrə cavabdehlər tərəfindən onlara heç bir xəbərdarlıq edilmədən 2015-ci ildə Qəbələ rayon Notariat kontoruna müraciət olunur və Qanun üzrə X12 Şəhadətnamə alınır. Həmin şəhadətnaməyə əsasən verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrtindən Seriya RX №0713766 saylı reyestr №-sı **********36-10301, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2015 olan çıxarışa əsasən Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi 497-də yerləşən ümumi sahəsi 59 kv.m., yaşayış sahəsi 43.4 kv.m olan fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin mərhuma çatan hissəsindən Cavabdeh2 qızma beşdə bir hissəsi, oğlu Cavabdeh1 beşdə bir hissəsi, oğlu İddiaçı1 beşdə iki hissəsi, qızı Qafarova Könül Əmir qızına beşdə bir pay hissəsi ayrılır. Vərəsəlik bölgüsündən sonra cavabdehlər bu dəfə də Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli çıxarış almışlar. Həmin çıxarış xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyetr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışa görə Qafarova Könül Əmir qızı və Cavabdeh1 fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən isə 6/25 hissədə,Cavabdeh3 Feyruz qızma isə torpaq sahəsindən 5/25 hissədə, İddiaçı1 isə fərdi yaşayış evindən 2 / 5 hissədə torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyən olunmuşdur. Lakin cavabdehlər sonradan Qəbələ rayon Məhkəməsinə müraciət edərək həmin əmlakın naturada bölgüsünün aparılmasını tələb etmişlər. Qəbələ rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarli 2(025)-103/2017 nömrəli qətnaməsinə əsasən isə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 ev 1 /5, torpaq 6/26, Qafarova Könül Əmir qızı ev 1/5, torpaq 6/25, Cavabdeh1 ev 1 /5, torpaq 6/25, Cavabdeh3 Feyruz qızına torpaq 5/25 və X9 ev 2 /5, torpaq 2/25 hissədə ümumi paylı mülkiyyətində olub, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh3 Feyruz qızına birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0.07 ha həyətyanı torpaq sahısindən isə 23\25 hissədə, İddiaçı1 isə fərdi yaşayış evinin 2 /5, həyətyanı torpaq sahəsinin 2/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli 2508 nömrəli rəyinə əsasən natura qaydasında ayrılmışdır. Lakin məhkəmə tikintitexniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli 2508 nömrəli rəyində və Qəbələ rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsinə əsasən aparılan natura bölgüsündə həmin ərazidə yerləşən texniki pasportda öz əksini tapmasına baxmayaraq müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış tikililər bölgüyə daxil edilməmişdir. Bu isə faktiki olaraq cavabdehlərə haqları çatandan daha çox ərazi ayrılmasına səbəb olmuş və iddiaçıların çox az ərazidə sığınmaqlarıyla nəticələnmişdir. Xüsusilə qeyd edilməlidir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə faktiki 154.1 kv.m, çıxarışda 59 kv.m ümumi sahəsi olan tikilinin 71.9 kv.m-i bölgüyə məruz qalmış, nəticədə bizə 32.3 kv.m cavabdehlərə isə 124.8 kv.m sahə qalmışdır. Bu qanunsuz bölgünün səbəbi isə texniki pasportda öz əksini tapmasına baxmayaraq müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış tikililərin natural qaydada bölgüyə daxil edilməməsidir. Bu səbəbdən də bu ədalətsizliyin aradan qaldırılması üçün həmin tikililər də nəzərə alınmaqla evdən istifadə edən şəxslər arasında istifadə qaydaları müəyyən edilməlidir. Belə ki, naturada bölgüyə əsasən iddiaçılara verilmiş sahəyə (19.4+12.9=32.3 kv.m) əlavə olaraq S=44.3 kv.m tikili iki bərabər hissəyə bölünərək 12.9 kv.m tikiliyə bitişik hissəsi tərəfdən 22 kv.m-nin onların istifadəsinə verilməsinə, cavabdehlərə isə naturada bölgüyə əsasən onlara verilmiş tikiliyə (24+15.6=39.6 kv.m) əlavə olaraq S=19.7 kv.m, S=18.2 kv.m və S=44.3 kv.m tikilinin digər yarısı (22.3 kv.m-i) onların istifadəsinə verilməlidir. Nəticədə iddiaçılara 54.3 kv.m, cavabdehlərə isə 99.8 kv.m sahə düşəcəkdir ki, bu da ümumi sahəsinin (154.1 kv. m) 5/3 və 5 / 2 hissəsinə uyğun gəlir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X7 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hər tərəfli və obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, onlar İddiaçı1, İddiaçı2, İddiaçı5, X7 və İddiaçı3 hal-hazırda Qəbələ şəhəri, İ.B. Qutqaşınlı küçəsi, ev 111 də yaşayırlar. Həmin evin ümumi sahəsi verilmiş çıxarışa əsasən 59 kv.m (faktiki 154.1 kv.m.) həyətyanı sahəsi isə 0,07 ha (faktiki 0,1697 ha)-dır. Həmin evin bölgüsünü isə Mustafayev Əmir Dəmir oğlu hələ sağ ikən övladları arasında bölmüş fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yarısını oğlu X8 və onun ailəsinə, digər yarısını isə cavabdehlərə vermişdir. “Torpaq islahatı haqqında” Fərmanı əsasında 2001-ci il tarixdə Qəbələ rayon X11 tərəfindən torpaq bölgüsü aparılmışdır. Belə ki, Qəbələ rayon X5 xx xxxxxx 2001-ci tarixli 03 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh1, Mustafayev Könül Əmir qızı və X2;na 0.07 ha torpaq sahəsi ayrılmışdır. Lakin Qəbələ rayon X11 tərəfindən həmin bölgü aparılarkən qanunsuz və əsassız olaraq iddiaçılara pay torpağı ayrılmamışdır. Mustafayev Əmir Dəmir oğlu 2003-cü ildə vəfat etmişdir. Bundan sonra hazırki iddia üzrə cavabdehlər tərəfindən onlara heç bir xəbərdarlıq edilmədən 2015-ci ildə Qəbələ rayon Notariat kontoruna müraciət olunur və Qanun üzrə X12 Şəhadətnamə alınır. Həmin şəhadətnaməyə əsasən verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrtindən Seriya RX №0713766 saylı reyestr №-sı **********36-10301, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2015 olan çıxarışa əsasən Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi 497-də yerləşən ümumi sahəsi 59 kv.m., yaşayış sahəsi 43.4 kv.m olan fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin mərhuma çatan hissəsindən Cavabdeh2 qızma beşdə bir hissəsi, oğlu Cavabdeh1 beşdə bir hissəsi, oğlu İddiaçı1 beşdə iki hissəsi, qızı Qafarova Könül Əmir qızına beşdə bir pay hissəsi ayrılır. Vərəsəlik bölgüsündən sonra cavabdehlər bu dəfə də Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli çıxarış almışlar. Həmin çıxarış xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyetr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışa görə Qafarova Könül Əmir qızı və Cavabdeh1 fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən isə 6/25 hissədə,Cavabdeh3 Feyruz qızma isə torpaq sahəsindən 5/25 hissədə, İddiaçı1 isə fərdi yaşayış evindən 2 / 5 hissədə torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyən olunmuşdur. Lakin cavabdehlər sonradan Qəbələ rayon Məhkəməsinə müraciət edərək həmin əmlakın naturada bölgüsünün aparılmasını tələb etmişlər. Qəbələ rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarli 2(025)-103/2017 nömrəli qətnaməsinə əsasən isə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 ev 1 /5, torpaq 6/26, Qafarova Könül Əmir qızı ev 1/5, torpaq 6/25, Cavabdeh1 ev 1 /5, torpaq 6/25, Cavabdeh3 Feyruz qızına torpaq 5/25 və X9 ev 2 /5, torpaq 2/25 hissədə ümumi paylı mülkiyyətində olub, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh3 Feyruz qızına birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0.07 ha həyətyanı torpaq sahısindən isə 23\25 hissədə, İddiaçı1 isə fərdi yaşayış evinin 2 /5, həyətyanı torpaq sahəsinin 2/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli 2508 nömrəli rəyinə əsasən natura qaydasında ayrılmışdır. Lakin məhkəmə tikintitexniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli 2508 nömrəli rəyində və Qəbələ rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsinə əsasən aparılan natura bölgüsündə həmin ərazidə yerləşən texniki pasportda öz əksini tapmasına baxmayaraq müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış tikililər bölgüyə daxil edilməmişdir. Bu isə faktiki olaraq cavabdehlərə haqları çatandan daha çox ərazi ayrılmasına səbəb olmuş və iddiaçıların çox az ərazidə sığınmaqlarıyla nəticələnmişdir. Xüsusilə qeyd edilməlidir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə faktiki 154.1 kv.m, çıxarışda 59 kv.m ümumi sahəsi olan tikilinin 71.9 kv.m-i bölgüyə məruz qalmış, nəticədə bizə 32.3 kv.m cavabdehlərə isə 124.8 kv.m sahə qalmışdır. Bu qanunsuz bölgünün səbəbi isə texniki pasportda öz əksini tapmasına baxmayaraq müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış tikililərin natural qaydada bölgüyə daxil edilməməsidir. Bu səbəbdən də bu ədalətsizliyin aradan qaldırılması üçün həmin tikililər də nəzərə alınmaqla evdən istifadə edən şəxslər arasında istifadə qaydaları müəyyən edilməlidir. Belə ki, naturada bölgüyə əsasən iddiaçılara verilmiş sahəyə (19.4+12.9=32.3 kv.m) əlavə olaraq S=44.3 kv.m tikili iki bərabər hissəyə bölünərək 12.9 kv.m tikiliyə bitişik hissəsi tərəfdən 22 kv.m-nin onların istifadəsinə verilməsinə, cavabdehlərə isə naturada bölgüyə əsasən onlara verilmiş tikiliyə (24+15.6=39.6 kv.m) əlavə olaraq S=19.7 kv.m, S=18.2 kv.m və S=44.3 kv.m tikilinin digər yarısı (22.3 kv.m-i) onların istifadəsinə verilməlidir. Nəticədə iddiaçılara 54.3 kv.m, cavabdehlərə isə 99.8 kv.m sahə düşəcəkdir ki, bu da ümumi sahəsinin (154.1 kv. m) 5/3 və 5 / 2 hissəsinə uyğun gəlir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə onların rahat yaşamasına maneçilik törədir. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı5 apelyasiya şikayətini müdafiə edərək sonda ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 apelyasiya şikayətini müdafiə edərək sonda ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı1 və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsindən görünür ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar Cavabdeh2 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5. torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh3 (torpaq 5/25) və cavabdeh İddiaçı1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh3 birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı Qətnaməsi ilə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx xxxxxxxx 2018ci il tarixli, 2(102)-6365/2018 saylı Qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx xxx 2020-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ev Qəbələ şəhəri, İ.B. Qutqaşınlı küçəsi, 111 saylı ünvanda yerləşir. Həmin ev qanuni qüvvəsini almış Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsində göstərilən qaydada naturada ayrılmış, tərəflər arasında bölünərək istifadələrinə verilmişdir. Yəni Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsi Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən tam olaraq icra olunmuş və icra işinə xitam verilmişdir. Apelyasiya icraatı zamanı təyin edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 331 nömrəli rəydən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrtindən RX seriyalı № ******* saylı çıxarışa əsasən Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1, Cavabdeh3 Feyruz qızı və İddiaçı1 paylı mülkiyyətlərində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 497-də yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha torpaq sahəsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə görə paylara uyğun yaşayış otağı olmadığından bölgünün aparılması mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edildi ki, hal-hazırkı tərəflər arasında eyni predment üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar Cavabdeh2 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5. torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh3 (torpaq 5/25) və cavabdeh İddiaçı1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh3 birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı Qətnaməsi ilə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6365/2018 saylı Qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İkincisi, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Bununla yanaşı, iddiaçıya məxsus televizor və müşahidə kameralarına birləşdirilmiş naqillər kəsilərək yararsız hala salınsa da, həmin naqillərin məhz cavabdeh tərəfindən kəsilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X3аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X4аn alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X7 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(025)-305/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və X4аn alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar