Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1451/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1159/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları. 1.Belə ki, iş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Şəki rayonu Turan qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə yaşayır.
2. Cavabdeh2 tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı götürdüyü toxumluq buğdanın əvəzinə 2020-ci ilin iyun ayında 4 ton buğda qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. 3."xxxx" ASC tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 35 nömrəli məktubundan görünür ki, 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiyməti 35-40 qəpik, buğdanın orta bazar qiyməti isə 50 qəpik təşkil etmişdir. 4."xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci tarixə bazarda 1 kq buğda 0,65 qəpik, 1 kq arpa isə 0,50 qəpikdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 1700 manat, X1 1450 manat, Cavabdeh7 900 manat, Cavabdeh1 1850 manat, Gülxar Əliyevadan 1550 manat, Cavabdeh5 900 manat və Cavabdeh3 19350 manat pulun alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2 ton buğdanın və ya 2 ton buğdanın bugünkü bazar qiyməti ilə hər tonu 650 manat omaqla cəmi dəyəri olan 1300 manatın, cavabdeh X1 3 ton arpanın və ya 3 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1500 manatın, Cavabdeh7 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, Cavabdeh1 4 ton arpanın və ya 4 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 2000 manatın, cavabdeh Gülxar Əliyevadan 3,5 ton arpanın və ya 3,5 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1750 manatın, Cavabdeh5 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, Cavabdeh3 21 ton buğdanın və ya 21 ton buğdanın bukünkü bazar qiyməti ilə hər tonu 650 manat olmaqla cəmi dəyəri olan 13650 manatın, Cavabdeh3 15 ton arpanın və ya 15 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 7500 manatın alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödthilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
7. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1159/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 Sahib oğluna, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)- 1159/2022 nömrəsi verilmişdir.
8. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, kənd təsərrüfatı malları və taxıl tədarükü ilə məşqul olur. Cavabdeh2 2019-cu ilin axırları, 2020-ci ilin əvvələrində ondan 4 ton buğda üçün 720 manat pul almmışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında o, 4 ton buğdanı və yaxud 4 ton buğdanın dəyərini qaytarmalı idi. Keçən müddət ərzində Cavabdeh2 ona 2 ton buğdanın dəyəri kimi 700 manat qaytarmışdır. Hal-hazırda Samirin ona 2 ton buğda və yaxud, 2 ton buğdanın bu günkü dəyəri 1300 manat borcu vardır. Belə ki, hazırda buğdanın bir tonu 650 manatdır. Cavbdeh ondan buğdanın pulunu aldıqdan sonra onun bir hissəsini Sahibə verməsindən və Sahibin 1 ton buğdanı ona qaytarmasına dair onların ikisinin razılaşmasından məlumatı olmayıb. O, pulu Cavabdeh2 verib və bunun müqabilində Samir ona 4 ton buğda və ya dəyərini qaytarmağı öhdəsinə götürüb. 2 ton buğdanın dəyərini qaytardığına görə hazırda 2 ton buğdanı və ya dəyərini cavabdehdən tələb edir. İddianın təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Həqiqətən də, iddiaçıdan 4 ton buğda və ya dəyərini 2020-ci ilin biçin vaxtı qaytarmaq şərti ilə 720 manat almışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. Lakin aldığı 720 manat pulun 180 manatını iddiaçının qohumu olan Cavabdeh7 vermişdir. Sahiblə belə razılaşmışlar ki, onun iddiaçıya olan 4 ton buda borcunun 1 tonunu Sahib qaytarsın. Bundan başqa bu müddət ərzində, o, iddiaçıya artıq 2 ton buğdanın əvəzi olaraq 700 manat qaytarmışdır. İddiaçının qardaşı Həsən ona artıq onun borcunun olmamsını demişdir. Qanuni qərar verilməsini xahiş edir.
12. Şəki Rayon Məhkəməsinin (hakim P.Hüseynov) 15 sentyabr 2022-ci il tarixli, e-2(075)- 1159/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 2 ton buğda, olmadıqda 2 ton buğdanın ümumi dəyəri olan 1300 manat pul alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pulu almış, bunun müqabilində həmin ilin biçin vaxtı 4 ton buğdanı və ya dəyərini qaytarmaq öhdəliyini bu günə kimi tam icra etməmişdir. Qeyd olunan 720 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfin mübahisələndirdiyi hal yalnız 1 ton buğdanın Sahib tərəfindən ödənilməli olduğu, qalan 1 ton buğdanın qaytarılması ilə bağlı borcun olmadığı olmuşdur. Tərəflərin razılığı əsasında cavabdehin qaytardığı 700 manat pul borcun 2 ton buğdasının dəyəri kimi hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini tam yerinə yetirmədiyindən vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır, iddiaçı isə ona vurulmuş real zərəri tələb etməyə hüququ olan və borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Cavabdeh2, iddiaçıdan aldığı 180 manatını iddiaçının qohumu olan Cavabdeh7 verdiyini, bunun müqabilində Cavabdeh7 iddiaçıya 1 ton buğda verməli olduğunu qeyd etsə də, buna dair məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Ümumiyyətlə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan borc aldığı pulu iddiaçı ilə razılaşdırılmadan digər üçüncü şəxsə verməsi onu həmin borcu qaytarmaq öhdəliyindən azad etmir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 14.2.1, 21.1, 21.2, 157.2, 739.1, 740.1 və 740.2 -ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
15. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1159/2022 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
17. Belə ki, həqiqətən də, iddiaçıdan 4 ton buğda və ya dəyərini 2020-ci ilin biçin vaxtı qaytarmaq şərti ilə 720 manat almışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. İddaçı İddiaçı qardaşı oğlu Cavabdeh7 ona 1 ton buğda borcu vardı. Ona görə də o, Həsənlə razılaşdı ki, ona 700 manat verir o da həmin pulun üstünü tamamlayaraq onun Ələddinə olan borcunu bağlayacaq. Beləliklə o, iddiaçının qardaşı X3 ümumilikdə 700 manat vermişdir. O da öz növbəsində ona bildirmişdir ki, o, həmin 700 manat pulun üzərinə 300 manat da qoyub aparıb qardaşı Ələddinə verdi. İddiaçının qardaşı Həsən ona artıq onun borcunun olmamsını demişdir. Beləliklə 2022-ci ilin avqust ayında onun Ələddinə olan borcun tamamilə ödənilmişdir.
18. Birinci instansiya məhkəməsi qətnaməsində MM-nin 21.1, 21.2, 157.2, 739.1, 740.1, 740.2-ci maddələrinə istinad etmiş və lakin onun tərəfindən pulun iddiaçının qardaşı vasitəsi ilə ödənilməsinə heç bir münasibət bildirməmiş və bu münasibətləri tənzimləyən MM-nin 1091.1 və 1091.2-ci maddəsinə istinad etməmişdir.
19. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələb edilən 2 ton buğdanın qiymətini 0.65 qəpikdən hesablamışdır. Bu hesablamanı apararkən birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubda qeyd edilmiş 1 kq buğdanın qiymətini yəni 0.65 qəpikdən hesablamışdır. Halbu ki, mülki işin materiallarında "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 35 nömrəli məktub da mövcuddur və həmin məktubda 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiymətinin 35-40 qəpik, buğdanın orta bazar qiymətinin isə 50 qəpik olması göstərilmişdir.
20. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" ASC-dən aldığı məlumatı əsas götürməsi tamamilə qanunsuz və əsassızdır. Halbu ki, əgər işə baxan birinci instansiya məhkəməsi bunu öz qətnaməsində əsaslandırmamışdır.
21. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1159/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıdan toxumluq buğda üçün pul almış, əvzində 4 ton buğda və ya satış məzənnəsi üzrə pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin il taxıl olmadığından ziyanla qarşılaşmışdır. Bundan sonra iddiaçının qardaşı Həsənə 700 manat pul ödəmiş, əlavə olaraq 300 manat da ödəyə bilər. Lakin qətnamədə qeyd olunmuş məbləği ödəməyə imkanı yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
24. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2020-ci ildə əkin əkmək üçün ondan toxumluq buğdanın pulunu götürmüş, əvəzində də 4 ton taxıl və ya satış məzənnəsi üzrə pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2 ton taxılın pulunu ödəsə də qalan pulu ödəməkdən yayınır, digər şəxsləri də yoldan çıxardaraq pulu verməkdən imtina edir. Dəfələrlə məhkəmədən kənar qaydada məsələni həll etməyə çalışsa da, sonda nəticəsi olmamışdır. Bu gün də humanistlik göstərərək, cavabdehin ailə vəziyyətini nəzərə alaraq sonuncunun 1000 manat ödəməsinə etiraz etmir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
30. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb cavabdehə verilmiş pulun əvəzi olaraq 2 ton buğda, olmadıqda 2 ton buğdanın ümumi dəyəri olan 1300 manat pulun qaytarılması barədədir.
31. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, Cavabdeh2 2019-cu ilin axırları, 2020-ci ilin əvvələrində ondan 4 ton buğda üçün 720 manat pul almmışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında o, 4 ton buğdanı və yaxud 4 ton buğdanın dəyərini qaytarmalı idi. Keçən müddət ərzində Cavabdeh2 ona 2 ton buğdanın dəyəri kimi 700 manat qaytarmışdır. Hal-hazırda Samirin ona 2 ton buğda və yaxud, 2 ton buğdanın bu günkü dəyəri 1300 manat borcu vardır. Lakin cavabdeh həmin vaxtdan ona nə 2 ton buğdanı vermiş, nə də ki, pulu qaytarmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
32. Cavabdeh2 isə iddiaya etiraz edərək bildirmişdir ki, o iddiaçıdan 4 ton buğda və ya dəyərini 2020-ci ilin biçin vaxtı qaytarmaq şərti ilə 720 manat almışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. Lakin aldığı 720 manat pulun 180 manatını iddiaçının qohumu olan Cavabdeh7 vermişdir. Sahiblə belə razılaşmışlar ki, onun iddiaçıya olan 4 ton buda borcunun 1 tonunu Sahib qaytarsın. Bundan başqa bu müddət ərzində, o, iddiaçıya artıq 2 ton buğdanın əvəzi olaraq 700 manat qaytarmışdır. İddiaçının qardaşı Həsən ona artıq onun borcunun olmamsını demişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
34. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
35. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
36. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
38. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
39. Öyrənilən işin faktiki hallarından müəyyən edildi ki, İddiaçı Cavabdeh2 2020-ci ilin əvvəllərində 720 manat pul vermiş və pulun müqabilində cavabdeh, 2020-ci ilin taxıl biçini vaxtında (iyul-avqust aylarında) iddiaçıya 4 ton buğda və ya dəyərini qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Pulu aldıqdan sonra iddiaçıya məlumat vermədən pulun 180 manatını cavabdeh iddiaçının qohumu Cavabdeh7 vermiş və onların ikisinin arasında olan razılaşmaya əsasən Cavabdeh7 Cavabdeh2 borcundan iddiaçıya 1 ton buğda qaytarmağı Cavabdeh2 qarşısında öhdəlik götürmüşdür. Bundan sonrakı müddətdə cavabdeh 2 ton buğdanın qarşılığında iddiaçıya 700 manat pul qaytarmış, qalan 2 ton buğdanı və ya 2 ton buğdanın bu günə bazar dəyəri olan 1300 manat məbləğində pulu qaytarmamışdır.
40. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini, eyni zamanda cavabdehin iddiaya olan etiraf hissəsini və etirazını yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbini əsaslı, yəni cavabdehin etiraf hissəsində təmin etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
41. Çünki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir.
42. Bununla belə kollegiyanın araşdırması zamanı iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehin ailə vəziyyətini nəzərə almaqla sonuncu tərəfindən 2 ton buğdanın əvəzi olaraq 1000 manat pulun ödənilməsinə də etirazının olmadığını bildirmişdir.
43. Ona görə də kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1159/2022 nömrəli qətnaməsi iddia tələbinin təmin olunmuş 300 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia bu hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə t e t d i:
Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1159/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 300 (üç yüz) manat hissəsinə münasibətdə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə, yəni “Cavabdeh2 2 ton buğda, olmadıqda 2 ton buğdanın ümumi dəyəri olan 1000 (min manat) manat pul alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov