Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1459/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 20 iyul 2020-ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dаir iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 8500 manat əsas borc, 2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 10730 (on min yeddi yüz otuz) manat məbləğin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Cavabdehndən (bundan sonra cavabdeh və ya Cavabdeh MMC) 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 (on doqquz min otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərir. Müxtəlif sahələrlə yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə də məşğul olur. Cavabdeh təşkilata 2015-ci ildən başlayaraq müxtəlif kənd təsərrüfatı texnikaları satmış və pulunu da razılaşdıqları vaxtlarda almışdır. Həmin vaxtlarda direktor işləyən İsgəndər Məmmədovu yaxından tanımışdır. Aralarında etibar və inam yaranmışdır. Sonuncu dəfə 2016-cı ilin sentyabr ayının əvvəllərində MMC-yə 7500 manat dəyərində 1 ədəd səpin aqreqatı və 1000 manat dəyərində 1 ədəd kanal açan avadanlıq satmışdır. MMC-nin rəhbərliyi kənd təsərrüfatı texnikalarının cəmi dəyəri olan 8500 manat pulu 28 sentyabr 2016-cı il tarixədək nəğd şəkildə ödənilməsini öhdələrinə götürmüş və bu barədə zəmanət də verilmişdir. Cavabdeh tərəfindən ötən müddət ərzində müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi təmin olunmamışdır. Dəfələrlə MMC-nin bir neçə əməkdaşı ilə telefon əlaqəsi saxlanılsa da onlar MMC-nin direktoru işləmiş İsgəndər Məmmədovun işdən çıxdığını, onun verdiyi zəmanət sənədinin heç bir əhəmiyyəti olmadığını, hazırkı rəhbərliyin isə borcu ödəməyəcəyini bildirmişlər. O, həmin kənd təsərrüfatı texnikalarını xarici ölkədən alaraq Azərbaycana gətirir. Texnikaların pulunu dollarla ödəməsinə baxmayaraq respublika ərazisində manatla satır. Cavabdehə texnikaları satdığı vaxt 1 ABŞ dollarının kursu 1,05 manat olmuşdur. Həmin texnikaların qiyməti hazırda 2 dəfəyə yaxın artmışdır. Əgər cavabdeh razılaşdıqları vaxtda yəni, 2016cı ilin sentyabr ayında onun pulunu qaytarsaydı həmin ərəfədə yeni texnikalar alıb Azərbaycana gətirərdi. Hazırda dolların kursunun 1,70 manat olması nəzərə alınarsa cavabdeh təşkilatın hərəkətləri nəticəsində xeyli miqdarda fayda onun əlindən çıxmışdır. Hesab edir ki, cavabdehin məqsədi etibarından sui istifadə edərək onu aldatmaq olmuşdur. Cavabdeh təşkilatın bu hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmiş, qısa müddətli müalicələr almağa məcbur olmuşdur. Borcunu almaq məqsədi ilə bir neçə dəfə Bakı şəhərindən MMC-nin fəaliyyət göstərdiyi İsmayıllı rayonu İvanovka kəndinə gəlibgetmişdir. Bu illər ərzində yollara 500-600 manat pul xərcləyərək maddi ziyana düşmüşdür. Məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ilə MMC-nin direktoru işləmiş İsgəndər Məmmədov arasında şifahi alqı-satqı aparılmış, heç bir rəsmi sənəd olmamışdır. Direktor vəzifəsində işləmiş şəxsin işlədiyi vaxt şifahi olaraq verdiyi söz hazırkı vaxt borcun ödənilməsi üçün əsas deyildir. Hazırkı rəhbərliyin həmin borcu ödəməyə fikri yoxdur. İddiaçı kiminlə razılaşma aparıbsa həmin şəxsdən də borcunu tələb edə bilər. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsinin maddi və mənəvi ziyan hissəsinin dəyişdirilərək iddianın tam təmin ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(107)-1890/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsi qismən yəni- “2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyanın” Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi hissələrində” ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, yeni qətnamə ilə iddia tələbinin “2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyanın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissələrində təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsinin cəmi borcun 10730 (on min yeddi yüz otuz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, həmin hissədə cəmi borcun 8530 (səkkiz min beş yüz otuz ) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə (Cavabdehndən 8500 manat əsas borc və 30 manat dövlət rüsumunun alınması hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(107)-1890/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli 2(102)-1834/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin maddi və mənəvi zərər tələbinə dair hissəsi ilə razı deyildir. Hesab edir ki, qətnamə dəyişdirilməli və onun iddia tələbi tam təmin edilməlidir. Belə ki, o, 2016-cı ilin sentyabr ayında 7500 manatlıq 1 ədəd səpin aqreqatını və 1 ədəd 1000 manatlıq kanal açan avadanlığı Cavabdeh MMC-yə satmışdır. Həmin texnikaların dəyərini həmin vaxt Cavabdeh MMC-nin rəhbəri işləyən İsgəndər Məmmədov 28 sentyabr 2016-cı il tarixədək nəğd şəkildə ödəməsi barədə zəmanət vermişdir. Dəfələrlə Cavabdeh MMCnin əməkdaşları ilə danışıqlar aparsa da onlar İsgəndər Məmmədovun işdən çıxdığını, onun verdiyi zəmanətin heç bir əhəmiyyəti olmadığını, hazırkı rəhbərliyin isə borcu ödəməyəcəyini bildirmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmin kənd təsərrüfatı texnikaları xarici ölkədən valyuta ilə alınır. Məhkəmə isə qətnamə çıxararkən bu faktı diqqətdən qaçırmış, həmin vaxtlar dolların kursunu 1,05 manat olmaqla hazırkı vəziyyətdə isə 1,70 manata olmağını nəzərə almayaraq ona dəymiş ziyanı 8500 manat maddi ziyanı 2200 manat hissədə təmin etmişdir. Dörd il ərzində çəkdiyi mənəvi iztirablara görə isə iddia tələbini məhkəmə tamamilə rədd etmişdir. Göründüyü kimi məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, dolların kursunun iki dəfəyə yaxın dəyişməsini nəzərə almayaraq ona dəymiş ziyanı düzgün qiymətləndirməmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsini ləğv edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahat məhkəmə qətnaməsində düzgün formada öz əksini tapmamışdır. Nümayəndə tərəfindən verilən izahatda hüquqi şəxslər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtləri əsasında mallar üçün ödənilməli olan vəsaitin cavabdeh tərəfindən əsl iddiaçı olmalı olan "xxxx" MMC-yə ödənildiyinə dair verdiyi izahat qətnamədə öz əksini tapmamışdır. Məhkəmənin qətnaməsində qeyd edilən xüsusatlar - yəni cavabdeh müəssisənin əvvəlki direktoru olmuş şəxsin vəzifəsindən azad edilməsi nəticəsində həmin şəxsin imzalamış olduğu sənəd əsasında cavabdeh müəssisənin məsuliyyət daşımamalı olduğuna dair qeyd edilənlərin əsası yoxdur, çünki, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən bu səpkidə hər hansı bir izahat verilməmişdir. Əksinə verilən izahatda alınmış texnikaların pulunun "xxxx" MMC-yə nağd qaydada ödənildiyi, bu səbəbdən cavabdeh müəssisənin yenidən həmin borca görə məsuliyyət daşımamalı olduğu bildirildiyi halda, bu məsələlər məhkəmə qətnaməsində öz əksini tapmamış, o cümlədən bu xüsusatlar birinci insansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməmiş, yekunda cavabdeh müəssisəsinin ümumilikdə 10.730 manat məbləğində borclu olması kimi əsassız qənaətə gəlinmişdir. Hesab edirlər ki, məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbini qismən təmin etməklə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iddiaçı kimi cəlb edilmiş İddiaçı fərdi sahibkar kimi qeydiyyatda olmadığı halda həmin fiziki şəxsin ölkə xaricindən xarici valyuta ilə ölkə daxilinə kənd təsərrüfatı texnikalarını idxal etməsi mümkün deyildir, bununla bağlı da iddiaçı tərəfindən fərdi sahibkar olaraq öz adına ölkə xaricindən hər hansı bir texnikanın idxal edildiyinə dair bir yük gömrük bəyannaməsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sadəcə iddiaçının şifahi ifadəsini rəhbər tutaraq onun ölkəyə kənd təsərrüfatı malları idxal etdiyini, xarici valyutanın kursunda baş vermiş devalvasiya nəticəsində fiziki şəxs - İddiaçı pulunu əldə etməməsi nəticəsində zərərə məruz qaldığını qeyd etmiş və bu səbəbdən əldən çıxmış fayda ilə bağlı onun tələbinə qiymət vermişdir. Bununla yanaşı iddia tələbinin maddi ziyan hissəsinə münasibət bildirərkən onun pul vəsaitini ala bilməsi üçün dəfələrcə İsmayıllı rayonuna gəlməsini əsas göstərərək həmin tələbi qismən - 200 manat həddində təmin edərək düzgün olmayan qənaətə gəlmişdir. Belə hesab edirlər ki, həmin məbləğin az və ya çox olmasından asılı olmayaraq ümumiyyətlə fiziki şəxsin iddiaçı qismində cəlb edilməsi və onun pul tələbi iə bağlı cavabdehin ünvanına gəlməsi əsas kimi göstərilərək məhkəmənin maddi ziyanı qismən də olsa təmin etməsi qanuni deyildir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi əgər əsl iddiaçı olmalı olan hüquqi şəxs tərəfindən məhkəməyə (Şəki Kommersiya Məhkəməsinə) müraciət edilsəydi, o zaman bu maddi ziyanla bağlı tələbin əsas olmayacaqdı ki, məhkəmə əsl iddiaçı olmayan şəxsi iddiaçı kimi tanımaqla burada da qanunsuzluğa yol vermişdir. Hesab edirlər ki, iddiaçının əsl iddiaçı ilə dəyişdirilməsi ilə bağlı tələbləri lazımi qaydada qiymətləndirilərsə, o zaman ödənilmiş olan 8.500 manatın yenidən istənilməsi ilə bağlı məsələ də öz həllini tapacaqdır. Belə ki, bu qətnamə qəbul edilməzdən əvvəl ödənilmiş olan borc yenidən bu səfər bu qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı olan fiziki şəxsə ödənilərsə, o zaman Mülki Məcəllənin tələblərinə əsasən iddiaçı əsassız varlanmış olacaqdır ki, bu da cavabdeh tərəfindən bir dəfə ödənilmiş pul vəsaitinin ikinci dəfə ödənilməsi nəticəsində əsassız varlanmış olan şəxsdən ödənilən pul vəsaitinin geri tələb edilməsi üçün hüquqi əsas təşkil edəcəkdir. İddiaçının daha əvvəlcədən özünün qanuni təmsilçisi olduğu "xxxx" MMC-yə nağd qaydada ödənilmiş olan vəsaiti yenidən tələb edə bilməsi cavabdeh müəssisənin hesabına əsassız varlanmasına səbəb olacaqdır ki, bu səbəbdən həmin iddia tələbinin əsassız olması və bununla bağlı iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli olduğunu qanuni hesab edirlər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsinin maddi və mənəvi ziyan hissəsinin dəyişdirilərək iddianın tam təmin ediməsi barədə qətnamə çıxarılmasını, cavabdehin apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İddiaçı verilən suallara cavab olaraq bildirdi ki, Azərtexnika” MMC-nin hüquqi ünvanı Qəbələ rayonu Mıxlıqovaq kəndidir, amma ofisləri Bakı-Sumqayıt şossesində yerləşir. Cavabdeh MMC hazırda fəaliyyət göstərir. Onların İsmayıllı rayonu İvanovka kəndində çörək fabriki var. Onlar avadanlıqları ondan yox, "xxxx" MMC-dən alıblar. Qeyd olunan avadanlıqları Türkiyə Respublikasından "xxxx" MMC alıb. Onlar həmin avadanlıqların dəyərinin ödənilməsi barədə zəmanət kağızı alıblar. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 01 aprel 2013-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN **********) 17 may 2004-cü il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınmışdır. MMC-nin qanuni təmsilçisi İddiaçıdur. 11 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) 09 mart 2007-ci il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi X2 olmuş, hazırki qanuni təmsilçisi X1r. "xxxx" MMC-nin direktoru İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC-nin direktoru İsgəndər Məmmədov Cavabdeh MMC müəssisəsi olaraq İddiaçı aldıqları səpin aqreqatı 7500 manat və su kanal açan avadanlıq 1000 manat, cəmi 8500 manat dəyərini son tarix olaraq 28 sentyabr 2016-cı il tarixədək nəqd vasitə ilə ödəyəcəklərinə zəmanət vermişlər. Cavabdeh MMC-nin Müşahidə Şurasının 05 fevral 2019-cu il tarixli qərarının surətindən görünür ki, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsində olan X2 tutduğu vəzifədən azad edilmiş, qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X3 təyin olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(037)-705 nömrəli qərardadından görünür ki, mülki iş məhkəmə aidiyyatı üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-2(84)-386 nömrəli qərardadından görünür ki, iş məhkəmə aidiyyatının müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 22(107)-7 nömrəli qərardadından görünür ki, 2-2(107)-7 nömrəli iş məhkəmə aidiyyatı məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2-2(102)-068 nömrəli qərarından görünür ki, iş məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(102)- 1834/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(107)-1890/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 2016-cı ildə kənd təsərrüfatı texnikaları olan səpin aqreqatının və su kanal açan avadanlığının alqı-satqısı aparılmışdır və bu müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək texnikaların dəyərini ödəməmişdir. Bununla bağlı cavabdehin verdiyi etirazların məzmunu və kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyd edilən əmlaklara dair alqı-satqı müqaviləsi onunla iddiaçının qanuni təmsilçisi olduğu "xxxx" MMC arasında bağlanmışdır. Ona görə də İddiaçı fiziki şəxs olaraq hazırkı iddia ilə çıxış etmək hüququ yoxdur. Bundan başqa cavabdeh müəssisə 8500 manat məbləğində öhdəliyi İddiaçı qarşısında deyil, "xxxx" MMC qarşısında götürmüş və alınmış texnikaların pulu "xxxx" MMC-yə nağd qaydada ödənilmişdir. Cavabdeh irəli sürdüyü dəlilləri təsdiq edən hal kimi ona istinad edir ki, yuxarıda qeyd edilən əmlakları aldıqları dövrdə iddiaçı "xxxx" MMC-nin direktoru olmuş və onlar məhz sonuncuya ünvanladıqları məktubda aldıqları əmlakların dəyərini 28.09.2016-cı ilədək nəğd ödəmələrinə zəmanət vermişlər. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün araşdırılmalı və hüquqi qiymət verilməli olan hallardan biri İddiaçı mübahisə predmeti olan və cavabdeh müəssisə tərəfindən satın alınmış texnikalara mülkiyyət hüququnun, yəni son nəticədə hazırkı iş üzrə iddianı qaldırmağa İddiaçı subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsidir. Ona görə də apelyasiya instansiyası məhkəməsi işə yeni apelyasiya baxışında İddiaçı mübahisə predmeti olan texnikalara mülkiyyət hüququnun olub-olmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. İşin gerçək halları belədir ki, iddiaçının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC kənd təsərrüfatı texnikalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh təşkilat 09 mart 2007-ci il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınaraq İsmayıllı rayonu İvanovka kəndində fəaliyyət göstərir. İşin hallarına görə cavabdeh təşkilat "xxxx" MMC-dən 1 ədəd 7500 manat dəyərində səpin aqreqatı və 1 ədəd 1000 manat dəyərində kanal açan kənd təsərrüfatı texnikalarını almış və həmin vaxt MMC-nin direktoru işləyən İskəndər Məmmədov "xxxx" MMC-nin direktoru İddiaçı məktub ünvanlayaraq texnikaların pulunu 28 sentyabr 2016-cı il tarixədək nəqd şəkildə ödəyəcəyi barədə zəmanət vermişdir. İddiaçının məhkəmə kollegiyasına sübut qismində təqdim etdiyi 2016-cı ilə aid olan gömrük bəyannamələrindən görünür ki, Türkiyə Cümhuriyyətindən kənd təsərrüfatı texnikaları Azərbaycan Respublikasında fəaliyyət göstərən və hüquqi ünvanı ünvan 2 İddiaçı cavabdehə satdığını iddia etdiyi kənd təsərrüfatı texnikalarının özünün mülkiyyətində olmasına dair sübut təqdim edə bilmir, əksinə, iş materialları ilə həmin texnikaların "xxxx" MMC-yə məxsus olması təsdiq olunur. Belə olan halda, həmin texnikaların pulunun ödənilməsini Cavabdeh MMC-dən tələb etmək hüququ İddiaçı deyil, "xxxx" MMC-yə məxsusdur. Kollegiyanın qənaətinə görə, qeyd edilən əmlaklar fiziki şəxs olan iddiaçıya deyil, iddiaçının qanuni təmsilçisi olduğu hüquqi şəxs olan "xxxx" MMC-yə məxsus olduğundan, cavabdehdən tələb olunan pul məbləğini də iddiaçı deyil, onun qanuni təmsilçisi olduğu "xxxx" MMC tələb edə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə görə, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İstinad olunan maddi hüquq normalarının məzmunundan görünür ki, alqı-satqı müqaviləsi əsasında ödənilməsini tələb etmək hüququ yalnız həmin əmlakın mülkiyyətçisinə mənsubdur. Yuxarıda şərh edilən qaydada sübut olunur ki, İddiaçı satılan əmlakların (texnikaların) mülkiyyətçisi deyildir. Həmin əmlakın mülkiyyətçisi iddiaçının qanuni təmsilçisi "xxxx" MMC-dir. İddiaçı isə öz adından həmin texnikaların pulunu cavabdehdən tələb etmək kimi hüququnun olması iş materiallarından müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərini qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını müəyyən etməli və bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Kollegiyanın qənaətinə görə, İddiaçı mübahisə predmeti olan və cavabdeh müəssisə tərəfindən satın alındığı bildirilən texnikalara mülkiyyət hüququ, yəni son nəticədə hazırkı iş üzrə iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 20 may 2021-ci il tarixli 2(102)-1834/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən, Cavabdeh MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti tam təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Kollegiya qeyd edir ki, "xxxx" MMC hazırkı iddia tələbi ilə kommersiya icraatı qaydasında müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(037)-418/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dаir iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1459/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1459/2021
16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver