Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1461/2022 27.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hüseynova (Mahmudova) Vüsalə Mahmud qızına qarşı (Açar sözlər: maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hüseynova (Mahmudova) Vüsalə Mahmud qızına qarşı "maddi zərər (təzminat) tələbinə dair" mülki iş üzrə Zaqatala Rаyon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2(033)-744/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 nömrəli 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5424/2021 nömrəli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli 2(107)-1023/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qərarın apellyasiya instansiya məhkəməsindəki icraat hissəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1023/2021 nömrəli 20 may 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindəb şahidlərin iştirakı Zaqatala rayonu Çökək kəndində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 nömrəli 12 fevral 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh ilə profilaktiki söhbət aparılmış və borclu icra sənədinin icrasını təmin etmişdir.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 müraciəti əsasında ünvan 1 ünvanın enerji təchizatı dayandırılmışdır.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş Bildiriş-Xəbərdarlıqdan görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixə təbii qazdan istifadəyə görə 355,75 manat borcu vardır.
7. X5 Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixə sayğac göstəricisi üzrə 355,75 manat qaz borcu olub.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onların qızının xeyrinə 2700 (iki min yeddi yüz) manat maddi zərərin (təzminatın), 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcunun, 7 (yeddi) manat ödənilməmiş işıq pulunun və iddia ərizəsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə övladları ilə birlikdə özbaşına heç bir icazə olmadan onların mülkiyyətlərində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha torpaq sahəsində tikilmiş evi zəbt edərək yaşamağa başlamışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilidən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nəticədə onlar, 18 ay müddətində mülkiyyətindən fayda götürə bilməmişdir. Əksinə cavabdeh onlara məxsus əşyaları zədələmişdir. Evinin yerləşdiyi ərazidə evlərin kirayə haqqı 150-200 manat arası dəyişir. Bu müddət ərzində onlar, kirayə haqqı alsaydı 2700 manat gəlir əldə etmiş olardılar. Bundan başqa cavabdeh evlərində icazəsiz yaşadığı dövrdə 355,75 manat qaz borcu və 7 manat işıq pulunu ödəməmişdir. Hal-hazırda o, cavabdehdən 3062,75 manat maddi zərəri tələb edir. Cavabdehə onlara vurduğu zərəri ödəməsini bildirsələr də, o, onları təhqir etməklə imtina etmişdir. Ona görə də məhkəməyə müraciət edirlər.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o iddiaçıların qardaşı olan Muğanlı kənd sakini X3 ilə 2001-ci ildə ailə qurmuşdur. O ailə qurduqdan sonra bir müddət qaynatasına məxsus evdə yaşamışdır. Təxminən 2013-cü ilin əvvəllərində əri Vidadi ilə o Zaqatala şəhərində torpaq alıb ev tikmək qərarına gəlmişlər və Zaqatala rayonu Çökək kəndində torpaq alaraq üzərində ev tikmişlər. 2019-cu ildə evin tikintisi başa çatmışdır. O əri ilə araları pisləşdiyindən 2018-ci ildə ərindən ayrılaraq ayrı yaşamış və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Zaqatala şəhərində kirayə yaşadığı evin kirayə haqqını ödəyə bilmədiyindən kirayə qaldığı evdən çıxmış və xx.xx.2020-ci il tarixdə o övladları ilə birlikdə Zaqatala rayonu Çökək kəndindəki evə gəlib orada yaşamışdır. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən onun Zaqatala rayonu Çökək kəndində 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş evdən çıxarılması qət edilmiş və xx.xx.2022-ci il tarixdə o həmin evdən çıxarılmışdır. Evdən çıxarkən bütün kommunal ödənişləri ödəmişdir.
12. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 29 sentyabr 2022-ci il tarixli, 2(033)-744/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi (bundan sonra –məhkəmə) müəyyən etmişdir ki, ki, Cavabdeh iddiaçıların qardaşı olan X3 ilə 2001-ci ildə ailə qurmuşdur. O, xx.xx.2020-ci ildən iddiaçılara məxsus torpaq sahəsi üzərində yerləşən tikilidə uşaqları il birlikdə yaşamışdır. X1 arasında bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(033)-79/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılması qət edilmiş və həmin qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(033)-79/2021 tarixli icra sənədinin icrası Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təmin edilmiş və Cavabdeh İddiaçı1 məxsus torpaq sahəsi üzərində tikilmiş tikilidən çıxmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 18 ay müddətində İddiaçı1 məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşadığını, həmin dövr ərzində onun mülkiyyətində gəlir götürə bilmədiyini əsas gətirərək və həmin ərazidə evlərin kirayə haqqının aylıq 150-200 manat təşkil etdiyini qeyd edərək cavabdehdən 2700 manat maddi zərərin və 355,75 manat ödənilməmiş qaz borcunun və 7 manat ödənilməmiş elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsini tələb edirlər. Cavabdeh iddia tələbini qəbul etmir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçıların ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 Cavabdeh qarşı iddia tələbini irəli sürmək kimi subyektiv hüququ olmamışdır.
16. Daha sonra məhkəmə hesab etmişdir ki, İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilidən sahiblik və istifadə hüquqları mövcud olsa da, həmin tikili Daşınmaz əmlakın Dövlət reyestrində iddiaçıların adına qeydiyyata alınmadığından həmin əmlak barəsində onun sərəncam vermək hüquqları olmadığından həmin tikili iddiaçı tərəfindən kirayə verilə bilməzdi. Həmçinin, tərəflər arasında əmlak kirayəsi müqaviləsi bağlanmamış, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürməmişdir. Bununla bağlı hər hansı öhdəlik mövcud olmamışdır.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikilidən istifadə edərkən ona zərər vurması, onu zədələməsi habelə iddiaçıların həmin əmlakdan məhrum olması halı da məhkəmə tərəfindən aşkarlanmadığından, eləcə də cavabdehin iddiaçıların hesabına əmlak əldə etməsi müəyyən edilmədiyindən iddia tələbi maddi zərər hissəsində rədd edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcunun, 7 (yeddi) manat ödənilməmiş işıq pulunun cavabdehdən alınaraq iddiaçılara verilməsi hissədə də rədd edilməldir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məclləsinin 14.2.6, 21.1, 21.2, 139.1, 144.1, 146.1, 146.2, 152.1, 152.4, 385.1, 675, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə əsasən əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan iddiaçılar tərəf apellyasiya şikayəti vermişdir. 21. 21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 nömrəli 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı1İdris qızının mülkiyyətində olan 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilindən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindəb şahidlərin iştirakı ilə Zaqatala rayonu Çökək kəndində tərtib edilmiş xx.xx.2022- ci il tarixli aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2021 nömrəli 12 fevral 2022ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh ilə profilaktiki söhbət aparılmış və borclu icra sənədinin icrasını təmin etmişdir. Qeyd edirlər ki, onlar cavabdehə kirayə üçün yaşayış yeri verməmişlər. Cavabdeh özü torpaq sahələrinə və evinə qanunsuz zəbt edərək, ələ keçirmişdir. Məhkəmə qətnaməsi əsasında məcburi qaydada cavabdeh mülkiyyətimizdən çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin mənafeyini üstün tutaraq, iddia ərizəsini rədd etmişdir. Məhkəmə qətnamədə tərəflər arasında əmlak kirayəsi müqaviləsi bağlanmadığını göstərmişdir. Əgər cavabdeh onların razılığı olmadan yaşayış evində yaşamışsa, məcburi qaydada çıxarıldığı halda hansı müqavilədən söz gedən bilər. Məhkəmə işə baxarkən qərəzli olmuşdur. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e- 2(033)-744/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdilər.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (...) 14.2.6. Başqa şəxsə zərər vurulması.
26. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
29.Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi
146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
30. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 36.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 40.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 41.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Zaqatala Rаyon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(033)-744/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
44. Kollegiya Zaqatala Rаyon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2(033)- 744/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rаyon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e- 2(033)-744/2022 saylı qətnaməsi qismən, yəni 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcu münasibətdə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcuna münasibətdə təmin edilməlidir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə İddiaçı2 Cavabdeh qarşı iddia tələbini irəli sürmək kimi subyektiv hüququnun olmaması nəticəsinə gələrkən haqlı olmuşdur.
47. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin 2700 manat zərər tələbi hissəsini də rədd etməkdə haqlı olmuşdur.
48. Belə ki, iddiaçıların iddia etdiyi cavabdehin İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilidən qanunsuz istifadəsi nəticəsində ona 2700 manat zərər dəyməsi öz təsdiqini tapmamışdır.
49. Lakin məhkəmə iddia tələbinin 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz borcunun da rədd edilməsi hissəsində səhvə yol vermişdir.
50. Çünki , iş materialları ilə müəyyən olunur ki, cavabdeh mübahisəli evdən xx.xx.2022-ci il tarixdə məcburi qaydada çıxarılmışdır. Cavabdehin həmin tarixədək 18 ay ərzində mübahəsilə evdə yaşaması işin mübahisələndirilməyən halıdır.
51. "xxxx" ASC-nin X7 İstismatı İdarəsinin 05 iyul 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Zaqatala RQİİ-nin Zaqatala sahəsinin abonent bazasında **********04740 saylı kod altında qeydiyyatdadır və xx.xx.2022-ci il tarixə sayğac göstəricisi 2911 m3 olmaqla 355,75 manat qaz pulu borcu yaranıb. 52.Belə olan halda həmin borc məbləği cavabdeh tərəfindən qazın istehlakı nəticəsində yaranmış və ödəməmişdir. 53.İş materiallarından görünür ki, İddiaçı1 yığılmış borc məbləğinin bir hissəsini (70 manat) ödəmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 bildirdi ki, cavabdeh tərəfindən istehlak edilməsinə baxmayaraq yerdə qalan borc məbləğini də pdəməyə məcburdur.
54. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara xüsusi diqqət yetirməmiş, cavabdehin iş materialları ilə əlaqəli şəkildə təsdiq olunmayan izahatına istinad etmişdir. Tərəflərin izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab vermir. Odur ki, qətnamə qismən, yəni iddianın təmin olunmayan 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz pulu tələbi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
56. Kollegiya sonda qeyd edir ki, iddianın təmin olunmayan hissəsi 2700 manat, təmin olunmuş hissəsi 355,75 manat olduğundan, tərəflərin hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rаyon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2(033)-744/2022 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmayan 355,75 (üç yüz əlli beş manat yetmiş beş qəpik) manat ödənilməmiş qaz pulu tələbi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilsin. Cavabdeh Hüseynova (Mahmudova) Vüsalə Mahmud qızından 355,75 manat alınaraq İddiaçı1 verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.