Məhkəmə qərarları › İş №2(107)-1462/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1462/2020

15.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1462/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X18, İddiaçı2 və Cavabdeh1 nümayəndəsi və vəkili X19 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd X25, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X26, Balakən rayon X20rşı “qanunsuz verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarın ləğv edilməsi, evə mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın dövlət qeydiyyatı sənədlərinin verilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(019)-714/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X26, Balakən rayon X20rşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 X34ndə X2 mülkiyyətində 2 mərtəbəli 5 otaqlı 273,20 kv/metr yaşayış sahəsi olan fərdi yaşayış evinin və 0,1556 hektar torpaq sahəsinin olmasına dair RX seriyalı ******* №li reyestr çıxarışı və fərdi yaşayış evinin Texniki pasportunun əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi; ünvan 1i nzibati dairəsində olan X2 və İddiaçı1 ər-arvad kimi ümumi mülkiyyətlərində olan, 1986-cı ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı 270,30 kv/metr yaşayış sahəsi olan fərdi yaşayış evi və 0,1556 ha torpaq sahəsi onların birgə mülkiyyətləri hesab edilməsi və onlara daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestr çıxarışı və Texniki pasportun verilməsi; ünvan 1 X34ndə yerləşən valideynlərə məxsus olan həyətyanı torpaq sahəsində atasının miras əmlakına vərəsə olaraq idarə etməyə faktiki başladığını şəksiz nümayiş etdirməklə, Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsi ilə mirası qəbul etmiş hesab edilən İddiaçı2, miras olaraq qəbul edilmiş həyətyanı torpaq sahəsində valideynlərin övladlar arasında aparılan torpaq bölgüsünə və vəsiyyətlərinə müvafiq olaraq öz ailəsi üçün şəxsi vəsaiti hesabına tikilmiş 2 mərtəbəli 5 otaqlı 273,20 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestr çıxarışı və Texnik pasportun verilməsi; ünvan 1ində yerləşən 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 237,20 kv/m yaşayış sahəsi olan, atası X2 mülkiyyətində qanunsuz olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinə oğlu olaraq Cavabdeh1 köçürülməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-915/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 valideynləri X2 və İddiaçı1 ümumi mülkiyyətlərində olan 1986-cı ildə tikilmiş 1 mərtəbəli, 4 otaqlı 270,30 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evinə köçürülmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X33 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Cıxarışın ləğv edilməsi, ünvan 1ində yerləşən mərhum X3 adına qeydə alınmış 273,30 kv/m sahəsi olan evə mülkiyyət hüququnun tanınması və cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd X34 üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(019)-714/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiasına cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X33 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd X34 üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsinə aid hissədə xitam verilmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) xx xxxxxxxx 2019-cu il tarixli 2(019)-714/2019 nömrəli qətnaməsi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X26, Balakən rayon X20rşı evə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(019)-714/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 valideynləri olan, İddiaçı1 və mərhum atası X4 birgə mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1ində yerləşən həyətyanı və pay torpaq sahələrindən, 1986-cı ildə yeniləşdirilərək tikilmiş, 9 nəfər bacı və qardaşların boya-başa çatdığı 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən vərəsə olaraq pay almaqla, maneəsiz olaraq həmin evdə yaşamaq hüququndan və imkanından istifadə etməli olduğu halda istifadə etməmiş, atasının vəfatından sonra ədalətsizlik göstərərək bəslədiyi münasibət nəticəsində, valideynlərinin razılığı ilə həyətyanı torpaq sahəsində, böyük oğul İddiaçı2 tərəfindən öz vəsaiti hesabına, ailəsi üçün 2010-cu ilin axırlarında tikib başa çatdırdığı, yaşamağa başladığı 2 mərtəbəli 5 otaqlı, 273,20 kvadrat metr yaşayış sahəsi olan təzə evi ələ keçirmək məqsədilə, təsərrüfatın böyüyü İddiaçı1 olmasına baxmayaraq onun xəbəri olmadan, 2018-ci ilin yanvar ayında Qazma kənd X25 müraciət etmiş, Mehmana məxsus olan bu təzə evin 9 il əvvəl vəfat etmiş atası X7 tərəfindən 2009-cu ildə tikilməsinə dair həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş xx xxxxxx 2018-ci il tarixli 80 №-li arayışı onun adına almış, həmin arayışın alınmasından onun və evin faktik sahibi İddiaçı2 xəbəri olmadan ondan istifadə edilərək, əvvəl Balakən rayon notariat kontoruna müraciət edilmiş, oradan ƏMDKnin yanında DƏDRX-nin 18 saylı X26 atası Qüdrət Hüseynovun miras əmlakının reyestr qeydiyyatına alınmasına dair notariusun xx xxxxxx 2018-ci il tarixli 82 №-li məktubunu alaraq istifadə etmış, İddiaçı2 faktik olaraq məxsus olan təzə evin atası X4 məxsus olmasına dair dövlət qeydiyyatı barədə xx xxxx 2018-ci il tarixli PX seriyalı ******* N-li reyestr çıxarışı və xx xxxxxx 2018-ci il tarixli inventar nömrəsi 1275 olan Texniki pasport almışdır. Bundan başqa Cavabdeh1 əldə etdiyi yuxarıda qeyd olunan hüquq müəyyənedici sənədlərdən istifadə edərək, İddiaçı2 məxsus olan təzə evə özünün köçürülməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)- 915/2018 №-li qətnaməsinin çıxarılmasına nail olmuş, həmin qətnamənin icrası barədə Balakən rayon icra şöbəsi tərəfindən müvafiq akt tərtib edilməsinə baxmayaraq, Cavabdeh1 faktik olaraq yaşamaq üçün həmin evə köçməmışdır. ünvan 1 X23 04 saylı Təsərrüfatbaşına kitabın 176 səhifəsində olan qeydlərdən görünür ki, mərhum X2 2009-cu ildə təzə ev tikilməsinə dair qeydiyyatı yoxdur, bununla bağlı Qazma kənd X23 heç bir vəzifəli şəxsi onların həyətinə daxil olub bu təzə evin qeydiyyatı, kimə məxsus olmasına dair heç bir məlumat soruşulmamışdır. Təzə ev tam qeydiyyatsız olmuşdur. Lakin əri Qüdrətin xx xxxxxx 2010cu ildə vəfatından sonra, həmin ilin oktyabr ayında o öz təşəbbüsü ilə Qazma kənd İƏD-nə getmiş, dairənin müavini Cərullah Şindiyevlə görüşüb ərinin vəfat edilməsindən sonra təsərrüfatın rəhbəri olmasını, onun və Qüdrətin vərəsəsi olan, boyük oğlu İddiaçı2la birlikdə təsərrüfatı idarə etdiklərini, valideyinlərin və ailə üzvülərinin hamısının razılığı ilə həyətlərində 2003-cü ildən başlanaraq tikilmiş 2 mərtəbəli evin İddiaçı2 məxsus olmasını bildirmiş, belə də qeydə alınmasını Qazma kənd İƏD-si nümayəndəsinin müavini Cərullah Şindiyevdən xahiş etmişdir. O, da göz aydınlığı verib, böyük oğlu Mehmanın bu evi tikməsinə görə onu təbrik etmiş, dairənin Təsərrüfatbaşına kitabını açaraq orada ona imza etdirmiş və bildirmişdir ki, bundan sonra ana olaraq bu təsərrüfatın sahibi olduğunu söyləmişdir. Cərullah Şindiyevin ona imzalatdığı kitaba nə yazdığını bilməmiş, onu oxumamış, düşünmüşdür ki, o bu kitaba 2 mərtəbəli evi İddiaçı2 tikdiyini qeyd etmiş olmalıdır. Sonradan məlum olmuşdur ki, Cərulla sadəcə onu dinləyib, təzə ev barədə həmin ilə dair verdiyi heç bir məlumatı kitaba qeyd etməmiş, bu təzə evin guya 2015-ci ildə tikilməsinə dair 2018-ci ilin yanvar ayında arxa tarixə qeydiyyat aparmışdır. Bütün qeyd etdiklərini nəzərə almayan Cərulla Şindiyev 8 il keçəndən sonra ən kiçik oğlu Cavabdeh1 2018- ci ilin yanvar ayında Qazma kənd İƏD-nə müraciət etməsi ilə, ona məlum olmayan səbəbdən atası Qüdrət Hüseynovun 2009-cu ildə tikilmiş fərdi yaşayış evinə sahib olması və 0,16 ha həyətyanı torpaq sahəsinə malik olmasına dair xx.xx.2018-ci il tarixli 80 №-li arayış vermişdir. Həmin arayış natamam məzmuna malik olmuş, orada ancaq təzə evin tikilmə tarixi göstərilmiş, bu evin sahəsi, mərtəbəsi, otaqların sayı barədə heç bir məlumat qeyd edilməmişdir.Əslində isə Qazma kənd İƏD-nin Təsərrüfatbaşına kitabda onların həyətyanı torpaq sahəsində 2009-cu ildə tikilmiş evin olmasına dair heç bir qeyd, məlumat daxil edilməmişdir. Belə olduğu halda Qazma kənd İƏD-nin verdiyi xx xxxxxx 2018-ci il tarixli 80 №-li arayışda Qüdrət Hüseynovun 2009-cu ildə tikilmiş evin olmasına dair məlumatın qeyd edlməsinin hər hansı bir hüquqi əsası olmamış, həmin məlumat həqiqətə uyğun deyildir. Təzə evin tikilməsi 2003-cü ildə başlamış, İddiaçı2 bu evə noyabr-dekabr 2010-cu ildə köçmüşdür. Cavabdeh hesab edilən Balakən rayon notariusu Cavabdeh1 atasının miras əmlakından pay almaqla bağlı heç bir araşdırma aparılmamış, miras əmlakın hansı əmlak olmasını müəyyən etməmiş, bütün Qanun üzrə olan vərəsələri dəvət edib miras əmlakın bölgüsü və şəhadətləndirilməsinə dair yekdil bir rəyin formalaşmasını təmin etmək tədbiri görməmişdir. Bundan başqa notarius Q.Şahid1 miras qoyduğu əmlakın hansı əmlak olduğu qeyd edilməyən, ümumi cümlələrdən ibarət yazılmış xx xxxxxx 2018-ci il tarixli 82 №-li məktubla DƏDRX 18 saylı ZƏİ-nə müraciət etmiş və X5 reyestr çıxarışının verilməsini xahiş etmişdir. Nəticədə X4 faktik məxsus olmayan, onun tərəfindən tikilməmiş 2 mərtəbəli 273,20 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evinə PX seriyalı ******* №-li reyestr çıxarışı verilmişdir. X22 əslində məxsus olan 1 mərtəbəli 4 otaqlı ev dövlət qeydiyyatından gizlədilmişdir, İddiaçı2 faktik olaraq məxsus olan, onun tərəfindən tikilmiş, lakin hələlik mülkiyyət hüququnun tanınması dair sənədləşmə aparılmamış evə Cavabdeh1 köçürülməsinə qanunsuzluqla şərait yaradılmışdır. Elə bu səbəbdən də Qazma kənd İƏD-ci əvvəlki illərə aid olan, 5 illik müddətə açılmış olan Qazma kənd İƏD-nin Təsərrüfatbaşına kitabın bağlanıb təhvil verilməsini, onun hesabatlarının Balakən rayon Statistika idarəsinə təhvil verilmiş olmasını nəzərə alaraq, Cavabdeh1 2018-ci ilin yanvar ayında etdiyi müraciəti ilə əlaqədar müəyyən saxtakarlıqlar etməyə məcbur qalmış və həyətlərində yeni tikilmiş 2 mərtəbəli evin məhz Qüdrət Hüseynovun vəfatından 1 il əvvəl, onun sağlığında, onun tərəfindən tikilməsi görüntüşünü yaratmaq üçün, bu təzə evin 2009-cu ildə tikilən ev kimi göstərilmiş xx xxxxxx 2018-ci il tarixli 80 №-li arayış vermişdir, lakin bunun Təsərrüfatbaşına kitabın 2009-cu ilə aid olan qrafasına qeyd apara bilməmişdir. Arayışda evin tikilməsinə dair qeyd edilən tarix Təsərrüfatbaşına kitabda yoxdur.Nəticədə valideynlərin vasitəsilə Qanun üzrə vərəsə olan İddiaçı2 mülkiyyətinin toxunulmazlığı hüququ pozulmuş, onun tərəfində öz ailəsi üçün tikilən evin 8 il əvvəl vəfat etmiş atası Qüdrət Hüseynov tərəfindən tikildiyini iddia edən dövlət qeydiyyatı barədə reyestr çıxarışı verilmişdir. DƏDRX 18 saylı ZƏİ-si Qazma kənd İƏD-sinin mülkiyyət barədə sənəd vermək hüququnda olamamasını, onun verdiyi arayışın ancaq məlumat xarakteri daşıdığını bildiyi halda, həmin arayışı sahiblik hüququ yardan sənəd kimi qanunsuz olaraq nəzərə almışdır. Sahiblik hüququ verən aktlara Dövlət notarial orqanlar tərəfindən verilən şəhadətnamələr, müvafiq İcra Hakimiyyəti və Bələdiyyə orqanların verdikləri aktlar, məhkəmə qərarı və sair hüquq müəyyən edən sənədlər olduğu halda, Qazma kənd ƏİD-nin verdiyi arayış əsas tutularaq, İddiaçı2 tikdiyi evə mülkiyyət hüququndan məhrum edilmiş, ona məxsus evin atası Qüdrət Hüseynova məxsus olmasına dair hüquqi qeydiyyata dair reyestr çıxarışı verilərək qanunsuzluğa yol vermişdir. Əslində onların həyətyanı torpaq sahəsində ərarvad kimi onun və Qüdrət Hüseynovun birgə mülkiyyətində olan, 1965-ci ildə tikilmiş, 1986-cı ildə yeniləşdirilərək tikilmiş 1 mərtəbəli 4 otaqlı, 270,30 kv. metr yaşayış sahəsi olan, hər cür kommunal şəraitə malik, geniş dəhlizli fərdi yaşayış evi və 70 kvadrat metr sahəsi olan Yardımçı Təsərrüfat tikilisi vardır. Bu evdə o 9 övlad boyüdüb boya-başa çatdırmış, ən kiçik oğlu Cavabdeh1 olmuş, Sabitdən başqa bütün övladlar həmin evdən ailə qurub köçüb getmişlər, onlardan 4-ü Rusiya Federasiyasının vətəndaşlarıdırlar, orada yaşayırlar. Valideynlərin və bütün ailə üzvülərinin məsləhəti və razılığı ilə böyük oğlu İddiaçı2 öz maddi vəsaiti hesabına ailəsi üçün həyətyanı torpaq sahəsində 2 mərtəbəli 5 otaqlı, 273,20 kv. metr yaşayış sahəsi olan fərdi yaşayış evi tikmiş, 2010-cu ilin axırlarında yaşamaq üçün həmin evə köçmüşdür. xx xxxxxx 2010-cu ildə vəfat edənə qədər əri Qüdrət ailəsinə məxsus olan 1 mərtəbəli evdə yaşamış və orada da vəfat etmişdir, lakin böyük oğlu İddiaçı2 atasına olan hörmətinə və qohum-qonşu gözündə hörmətli olması üçün ondan icazə alıb, atasının cənazəsinin götürülməsini hələ ancaq 1-ci mərtəbəsi tikilib hazır olan təzə evdən həyata keçirmişdir. İndi də Cəmilə, İlham, Sabit birləşib ədalətsizlik edərək, Mehmanın halallıqla tikdiyi evi əlindən almaq üçün hər cür qanunsuzluqlara, saxtakarlıqlara əl atırlar.Oğlu Cavabdeh1 2017-ci ildə ona məxsus olan şəxsiyyət vəsiqəsini, əri Qüdrətin ölüm şəhadətnaməsini, Torpaq aktını, Mehmana məxsus olan Əmək kitabçasını, diplomunu oğurlayıb evdən çıxıb getmişdir. Sənədlərin oğurlanması və Cavabdeh1 balta ilə hücum edib böyük qardaşı İddiaçı2 öldürməyə cəhd etməsi, nəticədə bədən xəsarətləri yetirməsinə dair ərizə ilə o və İddiaçı2 Balakən polis şöbəsinə müraciət edilməsinə baxmayaraq zorakı əmələ düzgün hüquqi qiymət verilməmiş, sənədlərin oğurlanması faktına ümumiyyətlə baxılmamışdır.Qeyd edilən qanunsuzluqlar nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X33 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Cıxarış ləğv edilməli, ünvan 1ində yerləşən mərhum X2 adına qeydə alınmış 273,30 kv/m sahəsi olan evə mülkiyyət hüququ tanınmalı və cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd X34 üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayış etibarsız hesab edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(019)-714/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinə və yaşayış evinə dair cavabdehin adına verilmiş çıxarış və plan-cizgi sənədi qanunsuzdur. Belə ki, həmin evi o tikməsinə baxmayaraq, cavabdehin adına sənəd verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edə Cavabdeh1 nümayəndəsi və vəkili X32 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf yaşadığı evə və torpaq sahəsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada çıxarış almış və hazırda həmin sənədlər qüvvədədir. Əgər qeyd olunan sənədlərin etibarsızlığı və ya saxtalığı sübut olunsa iddiaçı hazırki iddianı qaldıra bilərdi. Halbuki belə hal yoxdur, iddiaçının mübahisələndirdiyi sənədlər qanuni olmaqla prezumpsiyaya malikdir. Odur ki, apelyasiya şikayəti tam əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər İddiaçı1, digər cavabdehlər Balakən RİH Qazma kənd X23, DƏDRX-in 18 saylı X24 və Balakən rayon X28 nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. DƏDRX-in 18 saylı Əİ xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(019)-714/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.1556 ha həyətyanı torpaq sahəsində yerləşən 273.20 kv/m sahəsi olan fərdi yaşayış evi X3 tam və 0.16 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, X8, X11, Cavabdeh1, X10 və Hüseynova Könül Yolçu qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 1 X34 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Qazma kənd X23 04 saylı təsərrüfatbaşına kitabın 176-cı səhifəsində mərhum X3 adına 1986-cı ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı yaşayış evi və 0.16 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 xx xxxx 2018-ci il tarixli **********90 nömrəli İddiaçı1 ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, “mərhum əriniz X9 ilə birgə nikah dövründə əldə etdiyiniz ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə dair xx.xx.2018-ci il tarixli ərizənizə və həmin ərizənin icraatda olmasına dair arayışın verilməsi barədə xx.xx.2018-ci il tarixli ərizənizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1i ünvanında 0.1559 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2009-il tarixində inşa edilmiş fərdi yaşayış evi mərhum əriniz X3 tam mülkiyyətində, torpaq sahəsi isə ailə üzvlərinizin ümumi birgə mülkiyyətində olmaqla xx xxxx 2018-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX ******* saylı reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində 1986-ci il tarixində inşa edilmiş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün xx xxxx 2018-ci il tarixli RX 12555752 düzəliş edilməlidir. Odur ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında «Azərbaycan Respublikasının qanunun 8-ci və 10-cu maddələrinə əsasən, şəxsiyyətinizi təsdiq edən sənəd Daşınmaz Əmlak üzərində hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (xx xxxx 2018-ci il tarixli RX ******* saylı «Daşınmaz Əmlakın Dövlət Reyestindən çıxarışın əsli) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyiniz təqdirdə ünvan 1i ünvanında1559 ha torpaq sahəsi üzərində yerləşən 1986-cı il tarixində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər”. JN 244 A KOD 40103018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayonu X13 xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə X5, İddiaçı1, Şahid1 Qüdrət qızına, X14, Cavabdeh1, X12 və Hüseynova Könül Yolçu qızına 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx xxxxxxx 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək ona məxsus olan bütün əmlakını o cümlədən ünvan 1i ünvanında yerləşən, həyətyanı torpaq sahəsini və pay torpaqlarını oğlu İddiaçı2 vəsiyyət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(019)-965/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ünvan 1ində yerləşən X1, İddiaçı1, X8, X11, Cavabdeh1, X10 və Hüseynova Könül Yolçu qızının ümumi birgə mülkiyyətində olan reyestr nömrəsi **********88-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsindən və JN-244A KOD-40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1, X8, X11, X6, Hüseynova Könül Yolçu qızının hər birinin 1/7 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)- 915/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ünvan 1ində yerləşən X5 məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 273.20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 180.1-180.3-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh1 iddiaçılardan İddiaçı1 oğlu, İddiaçı2 isə qardaşıdır. Balakən rayon X13 xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə X5, İddiaçı1, Şahid1 Qüdrət qızına, X14, Cavabdeh1, X12 və Hüseynova Könül Yolçu qızına 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin həyətdə 1986-cı ildə inşa olunmuş və 2008-ci ildən sonra inşa olunmuş iki fərdi yaşayış evi vardır. 1986-cı ildə inşa olunmuş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonradan tikilmiş ikinci ev Cavabdeh3 82 nömrəli, xx xxxxxx 2018-ci il tarixli məktubuna və Balakən rayon İH Qazma kənd İƏD üzrə nümayəndənin 80 nömrəli xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X33 tərəfindən xx xxxxxx 2010-cu ildə ölmüş X3 adına daşınmaz əmlakın dövlət reyestrindəxx xxxx 2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı2 sözügedən evin özü tərəfindən inşa edildiyini göstərərək həmin evə mülkiyyət hüququnun tanınmasını xahiş edir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə kollegiyası sonda iddiaçı tərəfin verilmiş çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsi ilə bağlı dövlət reyestrində qeydiyyatdan keçmiş çıxarış var və həmin çıxarış etibarsızlığı sübuta yetirilməyib, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-714/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar