Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1465/2022 19.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qətnaməsindən Cavabdeh1 Bəybala oğlunun buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməməsi ilə bağlı İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qərardadından Cavabdeh1 Bəybala oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcə görə 21730 manat, evin təmir işlərinin görülməsi üçün zəhmət haqqı olaraq ustaya ödənilmiş 8170 manat, fərdi yaşayış evinə qaz xəttinin və işıq sayğacının quraşdırılması üçün çəkilmiş 600 manat, mənəvi ziyana görə 55000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 320 manat dövlət rüsumunun tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 müştərək qaydada 21000 manat fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc və 153 manat ödənilmiş dövlət rüsumu – cəmi 21153 (iyirmi bir min bir yüz əlli üç) manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi və cavabdehlər Cavabdeh1 Bəybala oğlu və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 Bəybala oğlu 20 oktyabr 2022-ci il tarixdə apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qərardadı ilə Cavabdeh1 Bəybala oğlunun vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi, Cavabdeh1 Bəybala oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh1 Bəybala oğlu qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(037)- 113/2022 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh1 Bəybala oğlunun İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Cavabdeh1 Bəybala oğlu vəsatətini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayon Vəkil Bürosunun vəkili Nümayəndə Novruz oğlu ilə hüquqi xidmət göstrəilməsi üçün 12 yanvar 2022-ci il tarixdə müqavilə bağlamışdır. Həmçinin onun adından 28 dekabr 2021-ci il tarixdən 28 dekabr 2024-cü il tarixədək qüvvədə olan 7E-5023-reyestr nömrəli etibarnamə verilmiş, həmin etibarnamə ilə vəkilə qətnamədən apelyasiya şikayəti vermək və həmin apelyasiya şikayətini imzalamaq səlahiyyəti verilmişdir. Bu səbəbdən İsmayıllı rayon Məhkəməsinin 2(037)-113/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən İsmayıllı rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilməsi və həmin apelyasiya şikayətinə baxılacağı barədə onda əminlik yaranmış, özü dağda qoyun yatağında olduğundan və vəkilin apelyasiya şikayəti verəcəyinə arxayın olduğuna görə həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə İsmayıllı rayon Vəkil Bürosunun vəkili Nümayəndə fəaliyyəti 18 iyul 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək məhdudlaşdırılmış, bu səbəbdən İsmayıllı rayon Məhkəməsinin 2(037)-113/2022-nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən vəkili Nümayəndə tərəfindən apelyasiya şikayəti verilməsi təmin olunmamışdır. Bu üzrlü səbəb nəticəsində İsmayıllı rayon Məhkəməsinin 2(037)-113/2022nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. O, prosessual müddəti özündən asılı olmayaraq üzrlü olaraq ötürmüşdür. İsmayıllı rayon Məhkəməsinin 2(037)-113/2022nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmış hesab edilməli və həmin qətnamədən apelyasiya şikayəti vermə müddəti bərpa edilməlidir. Ona görə də apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini üzrlü hesab edilməsini və müddətin bərpası haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmənin 09 avqust 2022-ci il tarixli 2(037)- 113/2022 nömrəli qətnaməsi 17 avqust 2022-ci il tarixdə işdə iştirak edən şəxslərə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. Həmin qətnamənin surəti 24 avqust 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imza edilməklə qəbul edilmişdir. Eyni zamanda, məhkəmənin 09 avqust 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qətnaməsi cavabdehlərin nümayəndəsi Nümayəndə elektron kabinetinə 17 avqust 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh1 məhkəmə qətnaməsini aldığı vaxtdan 1 (bir) ay 26 (iyirmi altı) gün müddət keçəndən sonra qətnamədən apelyasiya şikayəti vermişdir. Mülki iş materiallarını araşdırıb Cavabdeh1 Bəybala oğlunun vəsatətini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vəsatət əsaslıdır. Belə ki, Cavabdeh1 Bəybala oğlunun şikayətinə əlavə etdiyi İsmayıllı Rayon İcra Hakimiyyətinin Qurbanəfəndi kəndi inzibati dairısi üzrə nümayəndəliyi tərəfindən vəkil Nümayəndə Novruz oğluna göndərilmiş məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 Bəybala oğlu 2022-ci il iyun ayının 3-də təsərrüfatında olan heyvanları “Əyri” adlanan yay otlaq sahəsinə, yəni yaylağa aparmış və 2022-ci ilin sentyabr ayının 27-də kəndə gətirmişdir. Hal-hazırda onun heyvanları kəndin ərazisində öz şəxsi təsərrüfatındadır. Cavabdeh1 Bəybala oğlunun nümayəndəsi və vəkili Nümayəndə Novruz oğlunun 16 dekabr 2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına təqdim etdiyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx-2022-ci il tarixli qərarından görünür ki, İsmayıllı rayon Vəkil Bürosunun vəkili Nümayəndə vəkillik fəaliyyəti 3 ay müddətinə - 18 iyul 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh1 Bəybala oğlunun İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(037)- 113/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bəybala oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 Bəybala oğlunun İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(037)-113/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1465/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1465/2022
19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver